Ebdulxaliq Axundov - Wikipedia
Mirzə Əbdülxalıq Hüseyn oğlu[1] Axundov və ya Axundzadə (1 (13) dekabr 1863, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1950, Tehran, Pəhləvilər İranı[d]) — Azərbaycan tibb alimi, yazıçı, ictimai xadim,[2] publisist, naşir və tərcüməçi. "Səadət" Xeyriyyə Cəmiyyətinin qurucularından və katibi, Müsəlman Xeyriyyə Cəmiyyətinin, "Nəşri-maarif" Cəmiyyətinin və Bakı Şəhər Dumasının üzvü olmuşdur.[3]
Mirzə Əbdülxalıq Axundov | |
---|---|
Əbdülxalıq Hüseyn oğlu Axundov | |
Doğum tarixi | 1 (13) dekabr 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 1950 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | həkim, naşir, publisist, yazıçı, tərcüməçi |
Həyatı
redaktəMirzə Əbdülxalıq Axundov 13 dekabr (köhnə təqvimlə 1 dekabr) 1863-cü ildə Bakıda dəmirçi ailəsində doğulub. Öncə özəl bir məktəbdə, sonra Mirzə Həsib Qüdsinin İçərişəhərdəki Örtülü məscid mədrəsəsində oxuyub.[4] 1877–1884-cü illərdə Bakı real (edadi) məktəbində təhsilini davam etdirib.[5] O, hələ gənc yaşlarından ərəb, fars və rus dillərini öyrənmiş, 1888-ci ildə Almaniyadakı Erlangen Universitetininin Tibb fakültəsində göz xəstəliklərinə dair yazdığı əsərini magistr elmi dərəcəsi almaq üçün müdafiə etmişdir. Əsər iki il sonra ayrıca kitab şəklində nəşr olunmuşdur.[6]
1892-ci ildə Azərbaycan alimi Mirzə Əbdülxalıq Axundov Azərbaycanda tibb tarixinin araşdırılmasının təməlini qoydu. O, Əbu Mənsur Hərəvinin[7] XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə etdi. 1893-cü ildə Derpt Universitetində doktorluq disertasiyası müdafiə etmişdir.[8][9] Doktorluq işi həmin il Derpt Universitetinin Əczaçılıq fakültəsinin "Tarixi araşdırmalar" seriyasında nəşr olunmuşdur.[10]
XIX əsrin sonlarında Bakıya dönərək burada ilk göz xəstəlikləri məntəqəsi və iki aptek açan M.Ə.Axundov həm də həkim Məmmədrza Vəkilovla birgə Azərbaycanda ilk ruhi xəstəliklər müəlicəxanasının yaradıcılarından olmuşdur. O, 24 aprel 1892-ci ildə açılan bu xəstəxanada 1903-cü ilədək işləyib.[11] 1895-ci ildə Məmmədrza Vəkilov və Kərim bəy Mehmandarov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis etmişdir. 1896-cı ildə İsgəndər bəy Məlikov və Sultan Məcid Qənizadə ilə birgə Bakıda ilk kütləvi kitabxana açıb (17 mart 1899-cu ildə qapanıb).[12]
Nəşriyyat və kitabxanalar yaratmış, geniş xeyriyyəçilik işlərilə məşğul olmuşdur. 1901-ci ildə M.Ə.Axundov "Əvvəli hənək, axırı dəyənək" adlı 3 pərdəli komediya yazmışdır.[2] O, Birinci rus inqilabının süqutundan sonra "Səadət" adlı xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olmuşdur. Cəmiyyətin orqanı "Səadət" jurnalının yaradılması üçün Tiflisdəki Senzura Komitəsi ilə yazışmalara başladı. Amma təəssüf ki, heç bir müsbət nəticə əldə olunmadı.[13] Fəal publisist olan Mirzə Əbdülxalıq Axundov ozamankı Azərbaycan dövri mətbuatında xeyli yazı dərc etdirib. "Təkamül" qəzeti redaksiya heyətinin üzvü olmuşdur.[3]
Mirzə Əbdülxalıq Axundov 1909-cu ildən çıxmağa başlamış "Zənbur" jurnalının təsisçisi və naşiri idi. Yaxın Şərq ölkələrində məşhur olan satirik aylıq "Zənbur" jurnalı XX əsrin əvvəllərində Azərbaycan dilində "Səadət" Xeyriyyə Cəmiyyəti tərəfindən buraxılırdı.[13] Özü burada "Palazqulaq", "Zorba", "Cümləqayğu", "Sövtüməli", "Dünyamalı", "Vərzad", "Toxmaq", "Çərənçi" və b. imzalarla çıxış etmiş[3], yeni əsrin qabaqcıl elm və maarif məsələlərini təbliğ edən onlarca yazılarını dərc etmişdir.[14]
Həkim kimi də maarifçiliklə məşğul olub. 1914–1919-cu illərdə "Müalicə kitabı" (1914), "Uşaq hifzü-səhhəsi" (1916), "Həzm üzvlərinin azarları" (1919) kimi kütləvi kitablar çap etdirmişdir.[3][15] Mirzə Əbdülxalıq Axundov 20-ci əsrin əvvəllərində Bakıda vəba və cüzam xəstəlikləri ilə mübarizə aparmış, vəbaya qarşı mübarizədə göstərdiyi qeyri-adi fədakarlığa görə ona "əsilzadə zadəgan" fəxri titulu verilmişdir. Azərbaycanda universitet açılmasına illərlə səy göstərmişdir.[16]
1920-ci ildə XI ordunun Bakını işğal etməsilə əlaqədar İrana mühacirət etmişdir.[2] Öncə Rəşt və Ərdəbildə, daha sonra Tehranda yaşayıb və həkimliklə məşğul olub. Əbdülxalıq Axundov 1950-ci ildə Tehranda vəfat edib, Tehrandan bir az aralıda yerləşən Kulidə[13] və ya İranın ən məşhur adamlarının dəfn olunduğu Qumda[16][17] dəfn edilib.
Ailəsi
redaktəMirzə Əbdülxalıq Axundov Bakıda Mark Bekov adlı bir yəhudi provizorun qızı Fatma xanımla (müsəlmanlığı qəbul etdikdən sonrakı adı) ailə qurub.[18]
M.Ə.Axundovun iki oğlu var idi: Yusif və Cahangir.
- Yusif Bakı gimnaziyasını bitirib. Derpt Universitetinin Hüquq fakültəsində oxuyub. Berlin Kommersiya İnstitutunu bitirib.[19] Sovet hakimiyyətinin ilk illərində Azərbaycan SSR Xalq Komissarları Sovetində çalışıb. Onun Aidə və Sürəyya adında iki qızı var idi. Hal-hazırda Aidə İngiltərədə, Sürəyya isə Hollandiyada yaşayır.[13]
- Cahangir Bakıda realnı məktəbi, sonra isə Lionda (Fransa) Kimya fakültəsini bitirib. Tehranda sement zavodunda işləyib.[13]
Əsərləri
redaktə- Commentar zum sogenannten Liber fundamentorum pharmacologiae des Abu Mansur Muwaffak-Ben-Ali-el Hirowi (alman). Dorpat: Schnakenburg. 1892.
- Die pharmakologischen Grundsätze (Liber fundamentorum pharmacologiae) des Abu Mansur Muwaffak bin Ali Harawi (alman). Halle a.S.: Tausch & Grosse. 1893.
- Əvvəli hənək, axırı dəyənək. Komediya.- Badkubə, 1901.- 55 s.
- Müalicə kitabı.- B.: [s. n.], 1914.
- Uşaq hifzü-səhhəsi.- B.: [s. n.], 1916.- 59 s.
- Həzm üzvlərinin azarları.- B.: [s. n.], 1919.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 352
- ↑ 1 2 3 Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb. 2008. səh. 44–45. 2022-08-12 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 Mərdanov, Tahirzadə, 2018. səh. 358
- ↑ Ağayev, 1969. səh. 7
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 352–353
- ↑ Abdul-Chalig Achundoff. Klinische Beiträge zur Lehre vom Colomboma oculi : Inaugural-Dissertation zur Erlangung der Doctorwürde vorgelegt der Hohen medicinischen Facultät der Friedrich-Alexanders-Universität zu Erlangen am 13. Juli 1888. Erlangen: Jacob. 1890.
- ↑ L. Richter-Bernburg. "Abū Manṣūr Heravī". iranicaonline.org (ingilis). Encyclopædia Iranica. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-07.
- ↑ Abdul-Achundow. Commentar zum sogenannten Liber fundamentorum pharmacologiae des Abu Mansur Muwaffak-Ben-Ali-el Hirowi (alman). Dorpat: Schnakenburg. 1892.
- ↑ "Əbdülxalıq Axundov". azerbaijans.com. 2011. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
- ↑ Die pharmakologischen Grundsätze (Liber fundamentorum pharmacologiae) des Abu Mansur Muwaffak bin Ali Harawi (alman). Halle a.S.: Tausch & Grosse. 1893.
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 356–357
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 357
- ↑ 1 2 3 4 5 Rasim Hacıyev. "İlk Azərbaycanlı oftalmoloq Əbdülxalıq Axundov" (PDF). Elm və həyat (№ 3–4). 2007: 21–23. 2021-05-13 tarixində arxivləşdirilib (PDF).
- ↑ Ağayev, 1969. səh. 10
- ↑ Ağayev, 1969. səh. 9
- ↑ 1 2 Axundov, Əbdülxalıq // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 119–120. ISBN 9952-417-14-2. "Arxivlənmiş surət". Archived from the original on 2022-03-10. İstifadə tarixi: 2022-08-16.
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 360
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 356
- ↑ Mərdanov, Tahirzadə, 2018. səh. 340
Ədəbiyyat
redaktə- İslam Ağayev. Satirik "Zənbur" jurnalı. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası. 1969.
- Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 1 A. Bakı: Təhsil. 2018.