Ebdulhemid Aga Cavansir - Wikipedia
Əbdülhəmid ağa Cavanşir (tam adı: Cavanşir Həmid ağa oğlu Əbdülhəmid ağa d.07.09.1897, Şuşa -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, mühəndis.
Əbdülhəmid ağa Cavanşir | |
---|---|
Əbdülhəmid ağa Həmid ağa oğlu Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Rusiya imperiyası |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Fəaliyyəti | mühəndis |
Həyatı
redaktəƏbdülhəmid ağa Həmid ağa oğlu 7 sentyabr 1897-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. 1918-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini aqronomluq sahəsində davam etdirmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir.[1]
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrın vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25 illər üçün məlumatında təhsilini başa vurmasına 1 il qaldığı göstərilirdi.
Universiteti bitirəndən sonra Gəncə şəhərində Zaqafqaziya Maşınsınaqdançıxarma Stansiyasında direktor vəzifəsində çalışmışdı. Sürgünə göndərilmişdi.
Ailəsi
redaktəƏbdülhəmid ağanın Kamal ağa adlı oğlu var.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 277