Sotlandiya Milli Muzeyi - Wikipedia
Şotlandiya Milli Muzeyi (ing. National Museum of Scotland) — Şotlandiyada yerləşən milli muzey. Muzey Edinburq şəhərinin Çambers küçəsində yerləşir.
Şotlandiya Milli Muzeyi | |
---|---|
National Museum of Scotland | |
| |
Əsası qoyulub | 1861 |
Açılış tarixi | 1998 |
Ölkə | |
Yerləşir |
Çambers küçəsi Edinburq |
55°56′48″ şm. e. 3°11′24″ q. u.HGYO | |
|
|
nms.ac.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMuzeyin yerləşdiyi Çambers küçəsində iki fərqli muzey – 1861-ci ildə viktoryan stilində tikilən Kral Muzeyi və nisbətən müasir, amma eyni üslubda inşa edilən Şotlandiya Milli Muzeyi yerləşib. 1998-ci ildə bu muzeylər birləşmişlər.[3]
Muzeyə giriş pulsuzdur. 2011-ci ildə 46 milyon funt-sterlinq xərcləndikdən sonra muzey restovrasiya olunaraq yenidən fəaliyyətə başlamışdır. Fəaliyyətə başlayarkən ekspozisiyalara 16 yeni qalereya əlavə olunmuşdur.[3]
Şotlandiya dövləti muzeyin maliyyələşməsi üçün hər il 46,4 milyon funt sterlinq ayırır. Hər il muzeydə incəsənət festivalı keçirilir.[3]
Muzey 1500-cü ildən bəri ölkənin tarixini, incəsənətini əks etdirən eksponatlarla zəngindir. Antikvarlar arasında qədim Şotlandiya ilə bağlı ən nadir eksponatlara rast gəlmək olur.[3]
Kolleksiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
- ↑ 1 2 3 4 Təranə Məhərrəmova. "Şotlandiya Milli Muzeyindən reportaj". "Kaspi" qəzeti (az.). kaspi.az. 18.05.2013. 2015-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-17.
Xarici keçidlər
redaktə- Rəsmi saytı
- hughpearman.com Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine