Sotlandiya Milli Qalereyasi - Wikipedia
Şotlandiya Milli Qalereyası (ing. National Gallery of Scotland) - Şotlandiyada yerləşən milli sənət qalereyasıdır. Qalereya Edinburqun mərkəzindəki Maund ərazisində yerləşir. Qalereyanın neoklassik üslublu binası Vilyam Henri Pleyferin layihəsi əsasında inşa edilmiş və açılışı 1859-cu ildə baş tutmuşdur.[5] Qalereyada Şotlandiya incəsənəti, o cümlədən İntibah dövründən başlayaraq XX əsrin əvvəllərinə kimi dünya incəsənəti nümunələrindən ibarət Şotlandiya Milli İncəsənət Kolleksiyası sərgilənir.
Şotlandiya Milli Qalereyası | |
---|---|
Gailearaidh Nàiseanta na h-Alba National Gallery of Scotland | |
Əsası qoyulub | 1859 |
Açılış tarixi | 1859 |
Ölkə | |
Yerləşir | Maund, Edinburq |
Ziyarətçi sayı |
|
Telefon | +44 131 624 6200[4] |
55°57′03″ şm. e. 3°11′44″ q. u.HGYO | |
www.nationalgalleries.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞotlandiya milli kolleksiyasının əsasında, 1819-cu ildə yaradılmış Şotlandiya İncəsənətin Təşviqi Kral İnstitutu dayanır. İnstitut rəsmləri toplamağa başlamış və 1828-ci ildə Maund ərazisində Kral İnstitutunun binası açılmışdır. 1826-cı ildə institutun tərkibində Kral İnstitutu yaradılmış, 1838-ci ildə isə bu institut Şotlandiya Kral Akademiyası (ŞKA) adlandırılmışdır. ŞKA-nın əsas məqsədi milli kolleksiyanın yaradılması idi. Kolleksiyanın yaradılmasına başlanıldıqdan sonra 1835-ci ildə ŞKA Kral İnstitutunun binasında yer kirayələmişdir.[5]
1840-cı illərdə ŞKA üçün yeni binanın inşası planının hazırlanmasına başlanıldı.[5] Vilyam Henri Pleyferə binanın dizaynının hazırlanması sifariş olunur, 30 avqust 1850-ci ildə isə Şahzadə Albert yeni binanın təməl daşını qoyur.[6] Bina ortadan iki hissəyə bölünmüşdü, şərq tərəfində ŞKA-nın kolleksiyası sərgilənir, qərb tərəfdə isə yeni Milli Qalereya yerləşirdi.[5] 1912-ci ildə ŞKA hazırda Şotlandiya Kral Akademiyasının binası kimi tanınan Kral İnstitutu binasına köçür. Həmin zaman binanın daxilinin yenidən modelləndirilməsi ilə Vilyam Tomas Oldriv məşğul olur.[6] Qalereya qapılarını yenidən ziyarətçilərin üzünə açdıqda qarşıya qoyulan əsas məqsəd şotland xalqı üçün Şotlandiya və Avropa incəsənət əsərlərindən ibarət daimi kolleksiyanın yaradılması idi.
1970-ci ildə əlavə qalyereyaların əsası qoyulmuşdur.[6] XXI əsrin əvvəllərində Pleyfer Layihəsi Şotlandiya Kral Akademiyası binasının yenidən qurulması və qalereya binası ilə akademiya binası arasında yeraltı dəhlizin yaradılması məsələsini müzakirə etmişdir. İnşaat işləri beş il davam etmiş və £32 milyona başa gəlmişdir.[7] Yeni yeraltı ərazinin açılışı 2004-cü ilin avqustunda baş tutmuşdur.[8] “John Miller and Partners” memarlıq studiyası tərəfindən dizayn edilmiş və hazırda Bağların girişi kimi tanınan ərazi Şahzadə küçəsi bağlarına açılır. Burada teatr, təhsil ərazisisi, mağazalar, restoranlar və interaktiv qalereya fəaliyyət göstərir.[5]
Tədqiqatlar
redaktəŞotlandiya Milli Qalereyasında tədqiqat işləri Erkən İntibah dövründən XIX əsrə kimi geniş bir dövrü əhatə edən 30.000-dən artıq qravür və nəşr təsvirlərinin toplandığı kolleksiya əsasında aparılır və yalnız Tədqiqat kitabxanasına istinad edilir. Tədqiqat kitabxanasında 1300-1900-cü illəri əhatə edən 50.000 cilddən artıq kitab, jurnal slayd və mikrofişlər, həmçinin kolleksiyalara daxil olan əsərlər, sərgilər və Milli Qalereyanın tarixi ilə əlaqəli arxiv sənədləri saxlanılır. Nəşrlər otağı və Tədqiqat kitabxanasına giriş yalnız xüsusi icazə ilə mümkündür.
Kolleksiya
redaktəMilli Qalereya kolleksiyasının əsasında Şotlandiya Kral Akademiyası Binasından gətirilmiş bir neçə qiymətli rəsm əsəri durur. Həmin əsərlər Yakopo Bassano, Sandro Botiçelli, Antonio Van Deyk, Covanni Batista Tyepolo və digər ustad rəssamların əsərləridir. 1903-cü ilə kimi Milli Qalereya əsərlərin alınması üçün xüsusi büdcəyə malik olmamışdır.
Qalereyada Covanni Lorenso Bernini, Antonio Kanova, Pol Sezan, Jambatista Pittoni, Jan Batist Simeon Şarden, Con Konstebl, Cerard David, Edqar Deqa, Ceyms Drummond[9], Tomas Geynsboro, Pol Qogen, Hüqo van der Qus, Fransisko Qoyya, El Qreko, Gevin Hemilton, Jan Ogüst Dominik Enqr, Klod Mone, Nikola Pussen, Henri Reborn, Allan Remzi, Rafael Santi, Rembrandt, Coşua Reynolds, Piter Yans Sanredam, Corc Pyer Sera, Tisian Veçellio, Leonardo da Vinçi, Vilyam Törner, Dieqo Velaskes, Yan Vermeer, Antuan Vatto, Vilyam Bleyk, Qustav Kurbe, Ejen Delakrua, Albrext Dürer, Vinsent van Qoq, Con Emms[10], Qverçino, Frans Hals, Piter Paul Rubens, Tintoretto və başqalarının əsərlərini görmək mümkündür.
-
Tisian Veçellio - İnsanın üç yaş dövrü, 1512
-
Tisian Veçellio - Venera Andiomena, 1520
-
Yakopo Bassano - Maqların şükranlığı, təxm 1540.
-
Tintoretto - Məsihin dəfni, təxm. 1560
-
Paolo Veroneze - Mars, Venera və Kupidon, təxm. 1580.
-
Antonio Van Deyk - Lomellini ailəsinin portreti, 1623
-
Rembrandt - Yataqda qadın, 1645
-
Piter Paul Rubens - Herodun qonaqlığı, XVII əsr.
-
Fransua Buşe - Madam de Pompadur, 1758
-
Covanni Batista Tyepolo - Musanın tapılması, XVIII əsr
-
Vilyam Dik - Françeska da Rimini, 1837
-
Ser Cozef Noel Paton - Oberon və Titaniyanın qarşıdurması, 1849
-
Vinsent van Qoq - Zeytun ağacları, 1889
-
Kamil Pissarro - Cenevye-sür Marne, 1864
-
Pol Qogen - Üç Taitili, 1899
-
Lazar Lissitski - 1o Kestnermappe Proun, 1923
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 https://vocaleyes.co.uk/research/heritage-access-2022/benchmark/.
- ↑ Art's most popular (ing.): Exhibition and museum visitor figures 2021. // The Art Newspaper 2022. ISSN 0960-6556
- ↑ https://artuk.org/visit/venues/national-galleries-of-scotland-scottish-national-gallery-7383.
- ↑ 1 2 3 4 5 "Scottish National Gallery - History & Architecture". 2014-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2015.
- ↑ 1 2 3 "THE MOUND, NATIONAL GALLERY OF SCOTLAND WITH RAILINGS (Ref:27679)". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2015.
- ↑ "Playfair Project". National Galleries of Scotland. 2016-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2015.
- ↑ "Opening day for gallery project". BBC News. 15 mart 2015. 2007-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
- ↑ "National Gallery of Scotland, James Drummond". 2011-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-15.
- ↑ John Emms, National Gallery of Scotland.[ölü keçid]
Xarici keçidlər
redaktə- NationalGalleries.org
- BBC News – Pleyfer layihəsinin tamamlanması haqqında xəbər
- NationalGalleries.org Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine, kolleksiyalar