Sanliurfa Doyusu - Wikipedia
Urfa döyüşü — Qüvayi-milliyə birlikləri ilə Fransa ordusu arasında Fransa–Türkiyə müharibəsi zamanı baş vermiş döyüş.
Urfa döyüşü | |||
---|---|---|---|
Türkiyə İstiqlaliyyət müharibəsi Fransa–Türkiyə müharibəsi | |||
Tarix | 9 fevral-11 aprel 1920 | ||
Yeri | Şanlıurfa, Türkiyə | ||
Nəticəsi | Qüvayi-milliyənin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Urfanın işğalı
redaktəMudros barışığının 7-ci maddəsinə görə "Müttəfiqlər, təhlükəsizliyi şübhə altına alan bir vəziyyətdə hər hansı bir strateji bölgəni işğal haqqı verilir" hökmü ilə hərəkətə keçən ingilislər 1919-cu il 24 martda Şanlıurfa bölgəsini işğal etdilər.
Bir ingilis podpolkovniki, iki zabit və 1 zirehli avtomobillər ilə Urfaya gələn ingilis komandiri ziyarət getdiyi Mutasarrıfı Nüsrət bəyə "Qalib bir hökumətin zabiti niyə qarşılanmır?" soruşduqda Nüsrət bəy "Haqsız yerə məmləkəyi işğal edən bir ordunu qarşılamağa çıxmaq bir türk mutasarrıfa yaraşmır. Siz bir qonaq kimi gəlsəydiniz,sizi qarşılamağa çıxardım" cavabını vermişdi.
200 nəfərlik bir piyada bölüyü, 1 zirehli, 6 yük və 3 sərnişin olmaqla ümumilikdə 10 avtombil və 50 yük avtomobili ilə Urfanı işğal edən ingilislər, səhərisi gün Urfada olan 1-ci süvari Alay komandiri Mayor Hüseyn bəydən Alayın Urfanı tərk etməsini istədi. Vəziyyət rəhbərliyə bildirildikdən sonra Urfada 1 zabir və 1 süvari taqımı saxlanılaraq Alay Qarakörpüyə, sonra isə Siverek bölgəsinə getdi.
İngilislər Urfada
redaktəİngilislər bölgədə olduqları müddətdə xüsusilə əsgərlərlə əlaqə qurmağa çalışırdılar. İngilislər üçün əhəmiyyətli olan Milli tayfa rəisi İbrahim Paşanın oğlu Mahmud bəyə, kürd Lavrenc adlandırılan mayor Noel və kapitan Voleyi göndərib Qafqaz və Mesopotamiya arasındakı bölgəni yoxlamağa göndərdi. Bununla da kifayətlənməyərək Xaləbdəki ingilis generalı Barrov, Mahmud bəyi 30 iyunda Urfaya dəvət etdi. Mahmud bəy 13-cü Diviziyadan aldığı təlimatlara əməl edərək Urfaya getmədi. Suruç bölgəsində tayfa ilə edilən iclasda Ketkanlı tayfa rəisi Basravi tayfasının Osmanlıya tabe olmayacağı, ya köhnə dostları ingilislərə, ya əcnəbi bir dövlətə və yaxud da ərəb dövlətlərinə tabe olacağını bildirdi.
İngilislər şəhər mərkəzindəki ermənilərə xüsusi münasibət bəsləyirdi. Hətta erməni məhəllələrində silahla davranma təlimləri keçirilirdi. İngilislərlə birgə Urfaya gələn erməni könüllülər tez-tez mağazaları bağlayıb evlərə çəkilir, zəngləri çalır, asayişsizlik vəziyyəti yaratmağa çalışır və ingilis kəşfiyyatçılarına kömək edirdilər.
Mutasarrıfı Nüsrət bəyin davranışlarından xoşlanmayan ingilislər köç bəhanəsi ilə onu vəzifəsindən çıxararaq İstanbula göndərdilər. Ancaq Nüsrət bəyin 6-cı Ordu komandiri Əli Ehsan Paşanın tövsiyəsi ilə yaratdığı milis dəstələrinin silahları hələ toplanmamışdı. Ərzurum konqresinə qatıla biləcəyini mutassarıfa bildirən Müftü Həsən əfəndiyə heyranlıq duyan Jandarma komandiri mayor Əli Rza bəy, Ərzurum konqresi bəyannaməsini Mahmud bəydən əldə edərək dağılan milis dəstələrini yenidən bir cəmiyyət olaraq təşkilatlandırmaq istəyini bildirmiş və Hacı Kamilzadə Hacı Mustafanın köməkliyi ilə 4-5 sentyabr 1919-cu il tarixində Güllüzadə Hacı Osman əfəndinin evində toplanan ziyalılar Müdafaa-i hüquq cəmiyyətinin əsasını qoymuşdular. Bu toplantıda iştirak edənlər xalq arasında onikilər adlandırılmışdır. Qurtuluşa qədər mübarizəyə davam edəcəklərini Quran üzərində and içən Jandarma komandiri mayor Əli Rza bəyin rəhbərliyində toplanan 12 rəis aşağıdakılar idi.
- keçmiş bələdiyyə rəisi Hacı Kamilzadə Hacı Mustafa əfəndi
- Barutçuzadə Hacı İmam əfəndi
- Əşraftan Tacir Hacı Kamilzadə Hacı Mustafa Rəşid əfəndi
- Mollazadə Mahmud əfəndi
- Polis kommisarlığından müstafi Ərəbikatibizadə Şakif əfəndi
- Güllüzadə Osman əfəndi
- Əsnaftan Şəllizadə Əli ağa
- Tacir Nəbizadə Hacı İmam əfəndi
- Əşraftan Hacı Bədirağazadə Xəlil ağa
- Jandarma tabor mülhakı İzmirli Adil Xulusi əfəndi
- Tağım komandiri Mülazim-i Əvvəl Hüseyn Pertev əfəndi
- Jandarma çavuşu Sofi oğlu Hacı Mustafa çavuş
Cəmiyyətin qurulmasını Sivasda Heyət-i Təmsiliyə başçılığında məruzə edildi və alınan cavabda təşkilatlanmanın genişləşdirilməsini, 13-cü Divizya qərargahı və Mardindəki 5-ci Tümən rəhbərliyi ilə əlaqənin qurulması istənildi. Ərəbikatibizadə Şakir əfəndi və Mollazadə Mahmud əfəndi 13-cü Diviziya qərargah rəisi Xalid bəy ilə görüşmək üçün Siverekə getdi.
Fransızların Urfaya girməsi və Döyüş
redaktəOktyabr ayında ingilislərin işğal etdiyi bölgələrin Fransızlara təhvil veriləcəyi barədə söhbətlər yayıldı. 15 sentyabr 1919-cu ildə Parisdə Suriya müqaviləsi kimi bilinən Suriya və Kilikiyada işğalçı birliklərin dəyişdirilməsi barədə İngilis-Fransız müqaviləsinə əsasən Urfa və ətraf bölgələr fransızlara təhvil verilməli idi. Fransız general E.Bremondun "Tariximizdə Fransanın başına qonan taleh quşunun bir daha da ürküdüb qaçırdığı bir dövrdə" dediyi Kilikiya bölgəsinin işğalı qərarlaşdırılarkən Musatafa Kamal paşa fransız işğalını "haqsızlıq üstünə haqsızlıq" kimi şərh edir və bölgənin fransızlara verilməməsini istəyirdi. 13-cü Diviziya rəhbərliyinə teleqrafla ingilislərin Urfanı boşaltdıqdan sonra Urfadan çəkilən 1-ci Süvari Alayı ilə Urfaya daxil olaraq Fransızlar tərəfindən işğalının qarşısının alınmasının lazım olduğunu bildirdi. Lakin 13-cü Divizya komandiri bu barədə hökumətdən təsdiq ala bilmirdi. Bundan sonra Mustafa Kamal paşa Urfa mütfisi və əşrafına teleqrafla "Köç doğru deyil, milli təşkilatlanmanı genişləndirmək, hər cür haqsızlığı protesto etmək lazım olduğu" təlimatını verdi. Ancaq, heç bir faktiki hərəkət həyata keçirilmir və ingilislər oktyabr ayında Urfanı boşaldaraq fransızlara təslim edir. Nüsrət bəyin ingilislərə qarşı davranışı ilə çıxarıldığını bilən Mutasarrıf Əli Rza bəy, fransız sərkərdəsini ayaqda qarşılayır və daha əvvəlki itaətli davranışları ilə Mustafa Kamal paşayı və 13-cü Diviziya komandirini qıcıqlandırır. Fransız birliklərinin komandiri mayor Hauger və siyasi rəhbər yüzbaşı Sajous, hökumət dairələrində çalışan bütün məmurları öyrənməyə başladı və onlara Osmanlı hökuməti ilə Fransanın dost olduğu, istənmədən müharibəyə girdiklərini bildirdi. Bundan başqa jandarmalara yaxşı işləməyi və Fransız zabitlərlə yaxşı rəftar etməyi tövsiyə etdi. Noyabr ayında mayor Əli Rza bəy, tayfaları Müdafaa-i Hukuk Cəmiyyətinə daxil etməyə çalışırdı. Harrandakı imam Bakırda Ərəb tayfalarını toplayaraq hamınısa İmam Bakirin və Quranın üstünə əl qoyaraq and içdirdi. Toplantıya Geysi tayfasından bütün qəbilələr qatılsada Siyala qəbiləsinin rəisi Salih əl-Abdullah qatılmadı və iclas barədə Fransızlara məlumat verdi. Podpolkovnik Depoir Urfaya gəldi və mayor Əli Rza Bəyi Qərargaha dəvət etdi. Əli Rza bəyin həbs edildiyini və İstanbul hökumətinə göndəriləcəyi Mutasarrıflığa bildirildi. Əli Rza bəy, Taburunu digərlərinə təslim etmək bəhanəsi ilə icazə aldı və Siverekə doğru qaçdı. Fransızlar Əli Rza bəyin bölgəyə girişini qadağan etdi. Əli Rza bəyə hirslənən Fransızlar Urfa xalqına qarşı münasibəti sərtləşdirdi.
Mayor Əli Rza bəyin yerinə Urfa Jandarma Komandanlığına təyin olunmuş Kapitan Əli Sahib bəy, dekabr ayında Urfaya gəldi. Təqaüdçü mayor İhsan bəy, Harran məmuru Şövkət bəy, Baytar müfəttişi Adil bəy, Məclis-i Mebusan azası Adil Əfəndi, Bələdiyyə rəisi Hacı Mustafa əfəndi, Barutçuzadə Hacı İmam əfəndi və Bədrağazadə Xəlil ağa ilə görüşdü və qiyam fikrini onlara açıqladı. Onlardan müsbət rəy aldıqdan sonra 15 yanvar tarixi üçün qiyam planını hazırladı. Belə ki, 15 yanvarda saat 8-də tayfa rəisləri Urva, Telebyad və Ərəbpınarındakı fransız ordusu rəhbərliyinə bir ultimatum göndərəcəklərdi. Ultimatima əsasən fransız ordusu 24 saat içində bölgəni tərk etməli idilər. Fransızlar ultimatumu rədd edəcəyi təqdirdə Aneze tayfası rəisi Hacı bəy, şimendifer xəttinin Şifte ilə Fırat arasıdakı bölgədə təcribat törədib teleqraf xəttlərini kəsəcək, Suruç tayfaları Suruç və Ərəbpınarındakı Fransız birliklərini püskürtəcək, Dögərli Dadıllı, mərkəzə bağlı tayfalarla birlikldə Qüvayi-milliyə və Jandarma birlikləri Urfadakı Fransız birliklərini çıxardacaq və Urfa ilə digər yerlər arasındakı teleqraf xətlərini kəsəcəklərdi. 14 yanvarda Fransız polkovniki Normandın Urfaya gəlməsi və Fransızların çay ziyafəətinə dəvət alan Əli Sahib bəy, Fransızların qiyamdan xəbərdar olduğunu öyrəndi və bir qrup yoldaşı ilə birlikdə Urfadan qaçdı. 24 yanvarda iki fransız zabitinin sərxoş halda qadınların olduğu Vəzir Hamamına girməsi şəhərdə fransızlara qarşı nifrəti birazda artırdı. Üst-üstə gələn hadisələrdə xalq xeyli qəzəblənmişdir. Mutasarrıfı Əli Rza bəy 13-cü Divizyaya çəkdiyi teleqrafda "Urfada qiyam hiss edilir" deyirdi. Əli Sahib bəyin bəyannaməsi ilə bölgədə Suruç tayfası işə başlamışdı. Aneze tayfası rəisi Hacı bəy və Beraz tayfası rəisi Mustafa bəy, qatar xəttinin bəzi hissələrini tutmuş və fransızlara ultimatumu göndərmişdilər. Milli tayfası rəisi Mahmud bəy, Fransız diviziyasından dəstək istəyərək bildirir, fransızlar erməniləri silahlandıraraq onları öz aralarına daxil edib qırğın edərcəsinə hərəkətlər davam edərsə qiyam yalnız Urfada deyil, hər tərəfə yayılacaqdır. Fransız komandir ermənilərin əsgər paltarı geydiyi iddiasını rədd etdi. Siverek tayfaları ilə görüşüb Siverek xalqının vəMüdafaa-i Hukuk Cəmiyyətinin tam dəstəyini alan Əli Sahib bəy, 6 fevral tarixində tayfa birlikləri ilə birlikdə Urfaya doğru hərəkət edir. 7 fevral tarixində Qarakörpüdə digər tayfalarla görüşür və "Qüvayi-milliyə Komandanı Namık" imzasıyla Fransızlara 24 saat içində Urfanın boşaldılması barədə ultimatum göndərdi. Fransızlar cavabda isə Urfanın boşaldılmasına General Gouraur qərar verə biləcəyini bildirdilər. 9 fevralda Əli Sahib bəy Urfaya daxil oldu. Protokol yazılaraq silah-sursat ağalar arasında bölüşdürüldü. Həbsxanaların boşaldılması əsnasında xəbərsiz növbətçinin fərarilik zənni ilə bir əl xəbərdarlıq atəşi açması ilə Fransızların şəhərə şiddətli atəşi başladı. Sonrakı günlərdə Fransızlar istehkam binalarında mühasirəyə alındılar. 17 fevral tarixində şəhərdə təşkil edilən milis dəstələrinin rəislərindən ehtiyat zabit Akif Sözerin başçılığı ilə bir dəstə Kulaflı təpəsindəki fransızlara hücum etdi və fransızlar ordan çəkildilər. 20 fevralda ermənilərlə fransızların rabitə nöqtəsi olan Bədiüzzaman polis bölməsi İzollu tayfası rəisi Bozam bəy tərəfindən ələ keçirildi. 28 fevralda düşmən qərargahına 200 m məsafədəki Karakölün Bağına bir hücum planlaşdırıldı. Ehtiyat zabit Əhməd Məstçinində olduğu birliklər bağa hücum etdilər. Şiddətli atəşə dözə bilməyib fransızlar təsil olacaqlarını bildirdilər. Ancaq, Erməni Yetimxanasından atılan atəşlə mücahidlər tələyə düşdülər. Kəmancızadə Fuad əfəndi və Əhməd Məstçi yaralandı. Rəstgəldizadə Hacı Əhməd əfəndi, Teyfur, Mamıki və Mühacir Arif şəhid oldular. Əli Sahib bəy, Erməni Yetimxanasının katibəsi Mss. Holmesin və Dr. Fişerə məktub yazaraq bu hadisəni qınadı. Martın əvvəlində 2 top Siverekdən Urfaya gətirildi. Tayfa birlikləri və qruplaşmalar ümumi bir hücum planlaşdırırdılar. Belə ki, Fransızların əlində olan Kürkçüzadə Osman əfəndi, Kürçüzadə Mahmud Nedim əfəndi və Şişkonun evinə hücum təşkil ediləcəkdi. 4 martda toplar gəldi və döyüşdə ən təsirli hücum başladıldı. türklər,Bir neçə fransız mövqelərinə daxil olmasına baxmayaraq, hər dəfə məğlub oldular. Çox şiddətli döyüşdə Urfalılar çoxlu sayda şəhid verdilər. Bir fransız zabiti "türklər sabahda belə şiddətlə hücum etsələr dayana bilməyəcəyik" deyirdi. Aprelin əvvəllərində, fransızların gözlədiyi köməkdən ümidləri kəsilmiş və ərzaqları bitmişdi. Urfanı boşaltmağı düşünürdülər. Ancaq, bu geri çəkilməni ermənilərin üstünə yıxmaq fikrinə idilər. Ermənilər isə buna etiraz edirdilər. Dr.Beşilyan deyirdi:"Başa düşdük ki, fransızlar bizi bir qoyun kimi Hacı Mustafaya buraxıb özləri şərəflə işdən çıxmaq istəyirlər." Ermənilərin etirazlarına baxmayaraq İsveçrəli Dr.Fişer Ermənilərin aclığını irəli sürərək Urfayı boşaltmaq haqqında danışıqlara başlamaq istədiklərini bildirdilər. Sonralar Əli Sahib körpüsü adı verilən Millət Körpüsü üzərində 9 aprel günü Mutasarrıf Əli Rza bəy, Urfa Jandarma komutanı Əli Sahib bəy, Bələdiyyə rəisi Hacı Mustafa, Fransız komandanı mayor Hauger, yüzbaşı Sajous və Dr. Beşilyan sülh danışıqlarına başladılar. Şərtlərə görə:
- ermənilər üçün həyati bir təhlükə olmayacaq;
- Amerkalıların malları və həyatları təhlükəsizlikdə olacaq;
- Urfada ölən fransızların məzarlarına hörmət ediləcək;
- Carablusa qədər ağır əşyaları daşımaq üçün 60 dəvə və 25 yük arabası veriləcək;
- 17 fevralda əsir alınan fransızlar geri veriləcək;
- Urfalı 10 kişinin Carablusa qədər onlarla getməli;
- Dr.Fişer xəstəxanasından daşınması mümkün olmayan xəstələrin təhlükəsizliyi qorunacaq;
- Fransız birliklərinə hücum olunmayacaq;
- Döyüşə dərhal son veriləcəkⅦ
- barışığın imzalanaraq təsdiqlənməsi.
Digər şərtlərlə birgə 6-cı maddədəki "10 kişi" əvəzində leytenant Ömər İzzət əfəndi rəhbərliyində 10 jandarma əsgəri fransızlarla birgə getdi. 10-11 aprel arası Fransız birlikləri Xəstəxana və Xızmalı Körpü yolu ilə iki qoldan Suruç istiqamətində yola çıxdılar. Səhər saatlarında silah səsləri eşidildi. Fransız birliklərini arxadan izləyən leytenant Xəlil Münir əfəndi vəziyyəti Əli Sahib bəyə bildirdi. Hadisə yerinə çoxlu sayda Urfalı hərəkət edirdi. Əli Sahib bəy, hadisə yerinə gedərkən yolda Ömər İzzət əfəndi ilə rastlaşdı. Vəziyyəti məruzə etdikdən sonra hadisə yerinə gedən Əli Sahib bəy, Fransız yüzbaşı Sajous başda olmaqla fransızların cəsədlərini tapır.Sağ qalan 100-ə yaxın fransız əsgəri isə əsir kimi Urfaya aparılır.[1][2]
Urfanın təltif olunması
redaktəƏli Sahib bəyin rəhbərliyi altında Qüvayi-milliyə qüvvələrinin Urfa bölgəsini fransızlardan azad etməsindən bir neçə il sonra Urfa millət vəkili Osman Doğan və onun digər dostları Türkiyə Qurtuluş Savaşında Urfa əhalisinin göstərdiyi qəhrəmanlığına görə Urfa rayonunun adının anlıurfa olaraq dəyişdirilməsi təklifini irəli sürdü. 6 dekabr 1984-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən bu təklif təsdiqləndi və Urfa rayonunun adı Şanlıurfa olaraq dəyişdirildi. Əli Sahib bəyin Urfanın azad edilməsində göstərdiyi igidliyə görə Mustafa Kamal Atatürk tərəfindən adına Ursavaş adı artırıldı.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "E-kitap - Kurtuluş savaşında Urfa". 2018-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
- ↑ "KurtuluşSavaşı.Org - Güney Cephesi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
- ↑ "Türkiyə Vikipediyası - Şanlıurfa". 2004-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.