Sehr I Suxte - Wikipedia
Şəhr-i Suxte və ya Şəhr-e Suxt və Şəhr-i Soxta (fars. شهر سوخته, "Yanmış şəhər" deməkdir) e.ə.3200-2350-ci illər, Helmand mədəniyyəti ilə əlaqəli Tunc dövrünə aid böyük şəhər yaşayış məntəqəsinin arxeoloji ərazisi.
Şəhr-i Suxte | |
---|---|
شهر سوخته | |
[[Fayl:Iran relief location map.jpg |274x400px|İranda yerləşdiyi yer|frameless]] | |
30°35′43″ şm. e. 61°19′55″ ş. u.HGYO | |
Ölkə | İran |
Rayon | Sistan və Bəlucistan ostanı |
Yerləşir | Sistan |
Aidiyyatı | Helmand mədəniyyəti |
Əsas tarixlər | e.ə.3200-e.ə.2350 |
Tikilmə tarixi | e.ə.3200-cü il |
Sahəsi |
|
Rəsmi adı: Shahr-i Sokhta | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii, iv |
Təyin edilib | 2014 |
İstinad nöm. | 1456 |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında, Helmand çayının sahilində, Zahidan-Zabul yolunun yaxınlığında yerləşir. 2014-cü ilin iyun ayından YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[1][2]
Şəhərin gözlənilməz yüksəlişinin və süqutunun səbəbləri hələ də sirr olaraq qalır. Şəhərdən tapılan artefaktlar o dövrün yaxınlıqdakı sivilizasiyaları ilə özünəməxsus uyğunsuzluq nümayiş etdirir.
Arxeologiyası
redaktə151 hektar ərazini əhatə edən Şəhr-i Suxte şəhərsalma dövrünün başlanğıcında dünyanın ən böyük şəhərlərindən biri idi. O, Yer kürəsinin ən isti yerlərindən biri olan indiki Dəşti-Lüt səhrasının şərqinə yaxın yerdə yerləşir. Ancaq qədim dövrlərdə iqlim daha mülayim idi. O vaxtlar şəhərin yaxınlığında yerləşən Hamun gölünün sahəsi daha böyük idi və ərazidə çoxlu bataqlıqlar var idi. Həmçinin, Əhəmənilərin əsas mərkəzi və arxeoloji ərazisi olan Dahan-e Qulaman (e.ə. 550-330) şimal-şərqdə cəmi 35 km məsafədə yerləşir.
Şəhr-i Suxtenin cənub-qərb hissəsində, 25 hektar geniş bir ərazini əhatə edən qəbiristanlıq var.[3] Burada 25.000 ilə 40.000 arasında qədim məzarlar vardır.[4]
Yaşayış yeri təxminən eramızdan əvvəl 3200-cü ildə meydana gəlir. Şəhər dörd sivilizasiya mərhələsini keçərək, tərk edilməzdən əvvəl üç dəfə yandırılıb. İlk dəfə şəhəri tərk etmənin əvvəllər orada ekspedisiya aparan İtalyan arxeoloji komisiyası tərəfindən təxminən e.ə.1800-cü ildə baş verdiyi düşünülürdü. Lakin Barbara Helvinq və Həsən Fazeli Nəşlinin başçılıq etdiyi italyan və iranlı arxeoloqları tərəfindən yaxınlıqdakı Təppeh Qraziani ərazisində bu yaxınlarda kalibrlənmiş radiokarbon nümunələrinə əsaslanan yeni araşdırmalar göstərdi ki, bu ərazi əslində eramızdan əvvəl 2350-ci ildə tərk edilib. Arxeoloq Massimo Vidale tərəfindən şərh edilən Şəhr-i Soxtanın xronologiyası aşağıdakı kimidir:[5]
Dövrü | Tarixi | Sahəsi | Mərhələsi |
---|---|---|---|
I | e.ə.3200–2800 | 10.5–15.5 ha[6]:882 | 10-8 |
II | e.ə.2800–2600 | 80 ha[3]:21 | 7-5A |
III | e.ə.2600–2450 | 80 ha | 4-3 |
IV | e.ə.2450–2350 | 2-1 |
Ərazi 1900-cü illərin əvvəllərində Mark Avrel Steyn tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir.[7][8]
1967-ci ildən başlayaraq, ərazi Maurizio Tosinin rəhbərlik etdiyi Istituto italiano per l'Africa e l'Oriente (IsIAO) komandası tərəfindən qazıldı. Bu iş 1978-ci ilə qədər davam etdi.[9][10][11] Bir fasilədən sonra Səccadinin başçılıq etdiyi İran Mədəni İrs və Turizm Təşkilatı qrupu tərəfindən ərazidə iş bərpa edilir.[12][13] Yeni kəşflər zaman-zaman bildirilir.[14]
Aşkar edilmiş materialların çoxu e.ə. 2700-2350-ci illərə aiddir. Kəşflər göstərir ki, şəhər Mesopotamiya və İranı Orta Asiya və Hindistan sivilizasiyaları ilə birləşdirən ticarət yollarının mərkəzi olub.
I dövr
redaktəI dövrdə Şəhr-i Suxte artıq Türkmənistanın cənubundakı ərazilərlə, Əfqanıstanın Qəndəhar bölgəsi, Kvetta vadisi və İranın Bəmpur vadisinə qədər genişlənir.[15] Həmçinin, Proto-Elam şəhərləri olan Xuzistan və Fars ilə əlaqələri var idi. Təxminən e.ə.3000-ci ildə Şəhr-i Soxtada dulusçular 750 km şimalda yerləşən uzaq Türkmənistandan keramikanı öyrənmişdilər və digər keramika məmulatları Pakistanın Keç-Makran-İranın Bəlucistan bölgəsindən, cənubdan, təxminən 400–500 km-dən gətirilirdi. Əfqanıstanın Mundiqak (Qəndəhar) bölgəsindən, təxminən 400 km şərqdən keramika da idxal edilirdi.[6] Enriko Askalone tərəfindən Şəhr-i Soxtanın 33-cü ərazisində apardığı son qazıntılar göstərir ki, “Memar Evi” adlanan bina və Şərq binası e.ə.3000-2850-ci illərə aid radiokarbon təbəqəsinə aiddir.[16]
Bu dövrdə dulusçuluq, 10, 9 və 8-ci təbəqələrindən və zəngin bəzək əşyaları III Mandiqakdan və Bəlucistan Kvettadan tapılan keramika qablarla çox oxşardır.[17]
II dövr
redaktəII dövrdə Şəhr-i Suxte Hind vadisinin Harappana qədərki mədəniyyət mərkəzləri ilə də əlaqə saxlamışdır.[15] Bəmpur vadisi ilə əlaqələr davam etmişdi. "Məhkəmələr evi" adlanan binanın xarabalıqları arxeoloq Askaloun tərəfindən aşkarlanaraq e.ə.2850-2620-ci illərə aid edilib. Sonrakı 2 təbəqə onun tərəfindən 33-cü ərazidə qazılaraq e.ə. 2620-2600-cü illərə aid edilib.[16] Lakin arxeoloq Səccadiyə görə, Şəhri Soxtanın bütün ərazisi bu dövrdə 80 hektara çatmışdı. Çox güman ki, bu dövrdə Mandiqak ilə təmaslar sıx olub və lapis lazuli Mandiqakdan keçən Bədəxşanın mədənlərindən Şəh-i Soxtaya gəlib çıxmış və hər iki yaşayış məntəqəsinin əlaqələri alimlərin Helmand sivilizasiyasından bəhs etməsinə imkan vermişdir.[3]:21 Təxminən e.ə. 2700-cü ildə, şəhərin çox hissəsi yanğın nəticəsində məhv edilib.[15] Lakin bu dövrün 6-cı mərhələsində yaşayış məntəqəsi yenidən qurulmuş, dağılmış bəzi evlər bərpa edilməmişdir.[15]
Bu dövrün 7, 6 və 5-ci mərhələləri həm şəhərin sahəsində, həm də keramika texnologiyasında əhəmiyyətli inkişaf dövrünü təmsil edirdi, çünki bu dövrdə istifadə edilən daha zərif xammal və qabaqcıl pişirmə texnikası keramika sənətində özünü büruzə verirdi. Bəmpurun III-IV təbəqələrindən tapılan saxsı qablar, bu dövrdə istehsal olunan və/yaxud idxal edilən keramika məmulatlarının əksəriyyəti qəhvəyi və qara rəngli bəzəklərlə bəzədilmiş baff və boz məmulatlar idi.[17]
III dövr
redaktəIII dövrün 4-cü, 3-cü və 2-ci təbəqələrindən tapılanlar böyük divarlarla əhatələnmiş iri şəhərdə dəyişikliklərin baş verdiyini göstərir. Saxsı qablar II dövrün boyalı ornamentasiyasını itirərək standartlaşdığını, dəfnlər isə əhali arasında sosial-iqtisadi fərqlərin olduğunu göstərirdi. Əvvəllər Mesopotamiya və Qərbi İrandan gətirilən mallar 4-cü mərhələnin sonunda itir, lakin Mandiqak, Bəmpur və Hind vadisi sivilzasiyasının şəhərləri ilə əlaqələr və ticarət davam edirdi.[15] Şəhr-i Soxtanın 33-cü ərazisinə aid olan "Bina 33" (Mərkəzi məhəllə ilə Monumental sahə arasında yerləşir) Enriko Askalonun komandası tərəfindən e.ə.2600-2450-ci illərə aid olduğu müəyyən edilmişdir.[16]
Digər tərəfdən, Ciruft, Didye və Qivron mədəniyyətlərini aşkarlayan arxeoloqlar hesab edirdilər ki, Şəhr-i Soxtada I, II və III dövr mədəniyyətləri ilə Mandiqakdakı III və IV dövr mədəniyyətləri arasında sıx əlaqələri olmuşdur.[18]
III dövr 4-cü və 3-cü təbəqələrinin dulusçuluq istehsalı əvvəlki dövrlərin keramika məmulatlarından əhəmiyyətli dərəcədə fərqlənən formalara və təsvirlərə malik idi. Bu dövrün əvvəllərində ilkin olaraq keramika üzərində tapılan sadə bəzək motivləri IV Bəmpur və IV Təpə Yəhya dövründə tapılanlara bənzər qara bəzəkli boz rəngli saxsı qablar daha çox işlənmişdir. Bu dövrün sonunda həmçinin nazik gövdəli kiçik bəzəksiz kasalar da meydana çıxmışdır.[17]
Məzarlıqlarda çoxlu polixrom keramika tapılması, dini ayinlərin tətbiqini göstərir. Oxşar saxsı qablar Pakistanın Bəlucistan əyalətidəki Nal bölgəsində tapıldı və bu fakta əsaslanaraq bəzi alimlər Şəhr-i Suxtedəki polixrom keramikaların xaricdən gətirildiyi qənaətinə gəliblər. Lakin Muqavero (2008) kimi başqaları bu saxsı qabın yerli olduğunu irəli sürürlər, belə ki, bu tip istehsala Şəhri Soxtanın yaxınlıqdakı Təpə Daş və Şəhridən 3 km və 30 km cənubda yerləşən Təpə Rud-e Biyaban ərazilərində rast gəlmək olar.[17]
IV dövr
redaktəIV dövr qazıntıları “Yanmış saray” və ya “Yanmış bina”da aparılmışdır. Arxeoloqlar hesab edirlər ki, bu dövrdə Şəhr-i Suxte Bəmpur vadisi və Qəndəhar ərazisi ilə demək olar ki, yalnız əlaqə saxlamışdır, bu da Bəmpurun V və VI mərhələlərinə aid tapılan saxsı qablarla öz təsdiqini tapır. Emal emalatxanaları 1972-ci ildə şəhərin qərb məhəllələrində böyük miqdarda çaxmaq daşı, lapis lazuli və firuzə aşkar edilmişdir, bu sahələr ərazidə unikal hesab olunur.[15] Digər tərəfdən, Enriko Askaloun son qazıntılarında Şəhr-i Soxtanın 33-cü sahəsində e.ə. 2450-2350-ci illərə aid edilən radiokarbon mərhələsini aşkar etdi.[16] Lakin bu mərhələ arxeoloq Massimo Vidale tərəfindən bütün Şəhr-i Suxte ərazisi üçün inkişaf etmiş şəhər işğalının son dövrü kimi qəbul edilmişdir.[5]
İran arxeoloqları S.M.S. Səccadi və Hüseyn Moradi qazıntı mövsümündə (2014-2015) Şəhr-i Suxtenin IV dövrünün 26-cı sahəsində iki bina arasındakı uzun keçiddə yarım sütunlar sistemi tapırlar. Massimo Vidale hesab edir ki, bu, təxminən e.ə.2500-cü ilə aid olan Fransız arxeoloqları tərəfindən illər əvvəl Mehrqarhda aşkarlanmış çox oxşar yarım sütunları olan "tam saray" birləşməsinin bir hissəsidir.[5]
Digər tərəfdən, Askaloun mühazirəsində xronoloji qrafiklə etiraf edir ki, e.ə.2350-2200-cü illər arasında tərk edilmiş, bir müddətdən sonra Şəhr-i Suxtedəki “Yanmış bina” e.ə.2200-2000-ci illərdə məskunlaşmışdır.[5]:min.11:34[19] Uzun illər əvvəl burada qazıntı aparan Tosi və Rafael Bişion bu "Yanmış bina"nın təxminən e.ə.2000-ci ildə "dağıdıcı atəş nəticəsində dağıdıldığını" hesab edirdilər.[5]
Şəhərin hissələri
redaktəŞəhr-i Suxte ərazisi arxeoloq S.M.Səccadinin qeyd etdiyi kimi beş əsas hissəyə bölünür:[3]:21
- Sahənin ən hündür nöqtəsində yerləşən Şərq Yaşayış sahəsi. Yanmış binanın şimalında bu Şərq yaşayış massivində aparılan qazıntılarda I dövrə aid saxsı məmulatların bir qismi tapılmışdır.[20]
- Qərb, cənub və şərq ərazilərindən dərin çökəkliklərlə ayrılmış Böyük Mərkəzi bölgə və ya Mərkəzi məhəllə. Bu mərkəzi məhəllələrin içərisində "Saxsı qablar evi" kimi tanınan bir yer vardır ki, burada digər saxsı qablar arasından Kot Dijian küpü də tapılıb.[21]
- Ərazinin şimal-qərb hissəsindən tapılmış Sənətkarlar məhəlləsi.
- Müxtəlif memarlıq binalarını təmsil edən bir neçə hündür təpə ilə Ustalar məhəlləsinin şərqində yerləşən Monumental sahə. Ərazinin şimal-qərb hissəsində Monumental ərazinin yaxınlığında və ətrafında bəzi saxsı sobalar aşkar edilmişdir. Lakin araşdırmalar göstərir ki, qabların əksəriyyəti şəhərdən kənarda istehsal edilmişdir.[3]:45
- Məzarlıq ərazisi, həmçinin Şəhr-i Soxta qəbiristanlığı adlanır və ərazinin təxminən 25 ha ərazisini əhatə edən cənub-qərb hissəsini tutur. Qəbirlərin təxmini sayı 25.000 ilə 40.000 arasında dəyişir və dəfnlərin əksəriyyətinin I və II dövrlərə aid edilməsinə baxmayaraq, bəzi dəfnlər sonrakı iki dövrə aiddir.[3]:75
Helmand və Ciruft mədəniyyətləri
redaktəQərbi Əfqanıstanın Helmand mədəniyyəti e.ə. III minilliyə aid Tunc dövrü mədəniyyəti idi. Alimlər bunu Şəhr-i Soxta, Mandiqak və Bəmpur əraziləri ilə əlaqələndirirlər.
Bu sivilizasiya e.ə. 3200 və 2350-ci illər arasında çiçəklənərək, Hind vadisi mədəniyyətinin birinci mərhələsinə təsadüf edirdi. Şəhr-i Soxtanın III və IV dövrləri və Mandiqak IV dövrünün sonuncu hissəsi Harappan 3A ilə müasir və Harappan 3B-nin bir hissəsidir.[5]
Beləliklə, Ciruft və Helmand mədəniyyətləri bir-biri ilə sıx bağlıdır. Ciruft mədəniyyəti İranın şərqində, Helmand mədəniyyəti isə Əfqanıstanın qərbində eyni vaxtda inkişaf etmişdir. Əslində, onlar eyni mədəniyyət sahəsini təmsil edirdilər. Mehrqarh mədəniyyəti isə daha tez inkişaf etmişdi.
Şəhdad isə qazıntı işlərinin aparıldığı başqa böyük ərazidir. Əfqanıstan və Pakistan arasındakı səhra ərazisi olan Sistan hövzəsində 900-ə yaxın Tunc dövrünə aid ərazi sənədləşdirilib.[22]
Tapıntılar
redaktə- Son kəşf 29 dekabr 2014-cü ildə tapılan unikal mərmər fincandır.[23]
- 2015-ci ilin yanvarında rəsmlərlə bəzədilmiş tunc dövrünə aid dəri parçası aşkar edilib.[24]
- 2006-cı ilin dekabrında arxeoloqlar dünyada məlum olan ən erkən süni göz protezini kəşf edirlər.[25] Onun yarımkürə forması və diametri 2,5 sm-dən (1 düymdən) bir qədər artıq idi. Çox zərif materialdan, ehtimal ki, bitum pastasından hazırlanmışdı. Süni göz protezinin səthi nazik qızılı təbəqə ilə örtülmüş, ona mərkəzi dairə (irisi təmsil edir) və günəş şüaları kimi naxışlı qızılı xətlər həkk olunmuşdur. Qalıqları Süni göz protezi ilə yanaşı tapılan qadının boyu 1,82 m (6 fut) idi ki, bu da dövrünün qadınlarından xeyli hündür olduğunu göstərir. Qadın skeletinin e.ə.2900-2800-cü illərə aid olduğu müəyyən edilmişdir.[26]
- Bu ərazidən arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntılar sırasında zər və 60 oyun parçası olan ən qədim süfrə oyunu, eləcə də zirə toxumu, çoxsaylı metallurgiya tapıntıları (məsələn, şlak və pota parçaları) var.
- Ərazidə tapılan digər tapıntılar arasında beyin cərrahiyyəsi təcrübəsini göstərən insan kəllə sümüyü və arxeoloqlara görə ilk animasiya təsvirlərinin həkk olunduğu qədəh də var idi.[27]
- Paleoparazitoloji tədqiqatlar göstərir ki, sakinlər nadir xəstəlik olan Physaloptera cinsinin nematodları ilə yoluxmuşdur.[28]
İstinadlar
redaktə- ↑ "Shahr-i Sokhta". UNESCO World Heritage Centre. UNESCO. 2 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2017.
- ↑ "Twenty six new properties added to World Heritage List at Doha meeting". UNESCO World Heritage Centre. UNESCO. 26 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2017.
- ↑ 1 2 3 4 5 6 Sajjadi, S.M.S., et al. (2003). "Excavations at Shahr-i Sokhta: First Preliminary Report on the Excavations of the Graveyard,1997-2000" Arxivləşdirilib 2022-11-12 at the Wayback Machine, Iran, Vol. 41 (2003), pp. 21-97.
- ↑ Sandro Salvatori And Massimo Vidale, Shahr-I Sokhta 1975-1978: Central Quarters Excavations: Preliminary Report, Istituto italiano per l'Africa e l'Oriente, 1997, ISBN 978-88-6323-145-8
- ↑ 1 2 3 4 5 6 Vidale, Massimo, (15 March, 2021). "A Warehouse in 3rd Millennium B.C. Sistan and Its Accounting Technology" Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine, in Seminar "Early Urbanization in Iran", Lecture minute 11:12 onwards.
- ↑ 1 2 Mutin, Benjamin, and Leah Minc, (2019). "The formative phase of the Helmand Civilization, Iran and Afghanistan: New data from compositional analysis of ceramics from Shahr-i Sokhta, Iran" Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine, in Journal of Archaeological Science: Reports Volume 23, February 2019, pp. 881-899.
- ↑ Aurel Stein, Innermost Asia. Detailed Report of explorations in Central Asia, Kansu and Eastern Iran, Clarendon Press, 1928
- ↑ Aurel Stein, An Archaeological Journey in Western Iran, The Geographical Journal, vol. 92, no. 4, pp. 313-342, 1938
- ↑ Maurizio Tosi, Excavations at Shahr-i Sokhta. Preliminary Report on the Second Campaign, September–December 1968, East and West, vol. 19/3-4, pp. 283-386, 1969
- ↑ Maurizio Tosi, Excavations at Shahr-i Sokhta, a Chalcolithic Settlement in the Iranian Sistan. Preliminary Report on the First Campaign, East and West, vol. 18, pp. 9-66, 1968
- ↑ P. Amiet and M. Tosi, Phase 10 at Shahr-i Sokhta: Excavations in Square XDV and the Late 4th Millennium B.C. Assemblage of Sistan, East and West, vol. 28, pp. 9-31, 1978
- ↑ S. M. S. Sajjadi et al., Excavations at Shahr-i Sokhta. First Preliminary Report on the Excavations of the Graveyard, 1997-2000, Iran, vol. 41, pp. 21-97, 2003
- ↑ S.M.S. Sajjadi & Michèle Casanova, Sistan and Baluchistan Project: Short Reports on the Tenth Campaign of Excavations at Shahr-I Sokhta, Iran, vol. 46, iss. 1, pp. 307-334, 2008
- ↑ "CHN - News". 13 March 2012. 13 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 April 2018.
- ↑ 1 2 3 4 5 6 Genito, Bruno, (April 5, 2012), "Excavations in Sistān" Arxivləşdirilib 2022-11-12 at the Wayback Machine, in Callieri, Pierfrancesco, and Bruno Genito, Italian Excavations in Iran, Encyclopaedia Iranica.
- ↑ 1 2 3 4 Ascalone, Enrico, (12 December 2020). "Emergence of Complex Societies in Eastern and South-Eastern Iran: Shahr-i Sokhta in Bronze Age" Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine, Lecture minute 5:30.
- ↑ 1 2 3 4 Eftekhari, Negar, et al., (2021). "To be or not to be local: a provenance study of archaeological ceramics from Shahr-i Sokhta, eastern Iran" Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine, in Archaeological and Anthropological Sciences Volume 13, Article number: 68 (2021), Introduction.
- ↑ Jarrige, J.-F., A. Didier, and G. Quivron, (2011). "Shahr-i Sokhta and the Chronology of the Indo-Iranian Borderlands" Arxivləşdirilib 2022-10-03 at the Wayback Machine, in Paléorient 37 (2), p. 17: "...We agree with the links, which we ourselves often observed, between Shahr-i Sokhta I, II and III and Mundigak III and IV and between the sites of Balochistan and the Indus valley at the end of the 4th millennium and in the first half of the 3rd millennium BC..."
- ↑ Ascalone, Enrico, (12 December 2020). "Emergence of Complex Societies in Eastern and South-Eastern Iran: Shahr-i Sokhta in Bronze Age" Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine, Lecture minute 50:00.
- ↑ Amiet, Pierre, et al. (1978). "Phase 10 at Shahr-i Sokhta: Excavations in Square XDV and the Late 4th Millennium B.C. Assemblage of Sīstān" Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine, East and West Vol. 28, No. 1/4 (December 1978), Istituto Italiano per l'Africa e l'Oriente (IsIAO), pp. 9-31.
- ↑ Salvatori, Sandro, and Maurizio Tosi, (2005). "Shahr-e Sokhta revised sequence" Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine, in South Asian Archaeology 2001, p.285.
- ↑ Andrew Lawler, The World in Between Arxivləşdirilib 2016-02-01 at the Wayback Machine Volume 64 Number 6, November/December 2011 archaeology.org
- ↑ "Unique marble cup, other discoveries in Burnt City". mehrnews.com. 29 December 2014. 1 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2018.
- ↑ "Ancient Piece of Leather Found in Burnt City". newhistorian.com. 15 January 2015. 6 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2018.
- ↑ "3rd Millennium BC Artificial Eyeball Discovered in Burnt City". Cultural Heritage News Agency of Iran. 10 December 2006. 11 April 2012 tarixində arxivləşdirilib.
- ↑ "5,000-Year-Old Artificial Eye Found on Iran-Afghan Border". foxnews.com. 20 February 2007. 20 May 2013 tarixində arxivləşdirilib.
- ↑ Foltz, Richard C. Iran in World History (ingilis). Oxford University Press. 2016. səh. 6. ISBN 9780199335503. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-22.
- ↑ Makki, Mahsasadat; Dupouy-Camet, Jean; Seyed Sajjadi, Seyed Mansour; Moravec, František; Reza Naddaf, Saied; Mobedi, Iraj; Malekafzali, Hossein; Rezaeian, Mostafa; Mohebali, Mehdi; Kargar, Faranak; Mowlavi, Gholamreza. "Human spiruridiasis due to Physaloptera spp. (Nematoda: Physalopteridae) in a grave of the Shahr-e Sukhteh archeological site of the Bronze Age (2800–2500 BC) in Iran". Parasite. 24. 2017: 18. doi:10.1051/parasite/2017019. ISSN 1776-1042. PMC 5467177. PMID 28573969.