Iohan Sebastyan Bax - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İohann Sebastyan Bax (21 (31) mart 1685[1][2][…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası[5][6] – 28 iyul 1750[3][4][…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası[7][5][…]) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.
İohann Sebastyan Bax | |
---|---|
alm. Johann Sebastian Bach | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 (31) mart 1685[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 iyul 1750[3][4][…] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Uşaqları | 20 (Karl Filip Emanuil Bax, İohan Xristian Bax daxil olmaqla) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, orqan ifaçısı[d], klavesinist[d], skripkaçı, dirijor, xormeyster[d], konsertmeyster, musiqişünas, musiqi pedaqoqu, virtuoz |
Fəaliyyət illəri | 1710-cu ildən |
Janr | barokko[8][9] |
Musiqi alətləri | orqan, klavesin, skripka, alt |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.
Baxın anası 1694-cü ildə vəfat edir. Bundan səkkiz ay sonra isə atası da dünyadan köçür. On yaşlı Bax böyük qardaşı, qonşu Ohrdruf şəhərində orqançı kimi çalışan İohann Kristof Baxın (1671–1721) himayəsi altına keçir.[10] Burada Bax qardaşından qiymətli musiqi dərsləri alır. Qardaşı onu Cənubi alman musiqi məktəbinin İohann Paxelbel və İohann Yakob Forberger kimi simalarının, eləcə də Şimali alman musiqi məktəbinin, fransız musiqi məktəbinin Jan Baptist Lüli, Luis Merşan, Marin Mare kimi musiqiçilərinin və italyan musiqiçisi Gorolamo Freskobaldi və digərlərinin yaradıcılığı ilə yaxından tanış edir.
14 yaşında Bax məktəb yoldaşı Georq Erdmanla birgə o vaxtlar Müqəddəs Roman imperiyasının ən böyük şəhərlərindən biri olan Hamburq şəhəri yaxınlığındakı Lüneburq şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixayel məktəbində təhsil almaq imkanı əldə edir. Burada keçirdiyi iki il Baxın həyatında və musiqi yaradıcılığında dönüş nöqtəsi rolunu oynayır və bəstəkara Avropa musiqisi ənənələri ilə daha yaxından tanış olmaq imkanı verir. Kapella xorunda ifa etməklə yanaşı, o, məktəb orqanında da ifa edir. Bu məktəbdə oxuduğu illərdə fransız və italyan dilləri, eləcə də din, tarix, coğrafiya, fizika və latın dillərindən də müfəssəl təhsil alır. O, həmçinin Almaniyanın şimal əyalətlərindən diplomatiya, dövlətçilik və hərb sahələri üzrə təhsil almaq üçün gəlmiş zadəgan övladları ilə tanış olur, Lüneburq şəhərinin adlı-sanlı orqanistləri, xüsusilə də Georq Böhmlə münasibət qurur, Yohan Adam Rinken və Nikolau kimi o dövrün nüfuzlu musiqiçiləri ilə tanış olmaq məqəsədilə Hamburqa səfərlər edir. Bu musiqiçilərlə olan əlaqələri onun bir bəstəkar kimi püxtələşməsinə əhəmiyyətli təsir göstərir…
1703–1708: Arnstaddan Veymara
redaktə1703-cü ilin yanvar ayında təhsilini başa vurduqdan az sonra Bax Türingiyanın böyük şəhərlərindən biri olan Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyin olunur. Onun burada hansı vəzifələri icra etdiyi tam məlum deyil. Lakin görünür o sarayda musiqiçi kimi yox, xidmətçi kimi işləyib. Bununla belə Veymarda keçirdiyi yeddi ay ərzində o mahir klaviş ifaçısı kimi məşhurlaşır. Ona Arnstadda Müqəddəs Bonifes kilsəsinə gətirilmiş yeni orqana texniki baxış keçirmək və orqanda ilk mahnını ifa etmək həvalə olunur.
Bax ailəsinin Türingiyanın ən qədim şəhəri olan və Veymardan 180 km cənubda, meşə kənarında yerləşən Arnstad şəhəri ilə yaxın əlaqələri olmuşdur. 1703-cü ilin avqust ayında Bax Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı kimi işləməyə razılaşır. Kifayət qədər yüksək məvacib, üstəgəl yeni quraşdırılmış və böyük imkanları olan modern orqan onun tam razı salır. Bir müddət sonra Bax orqan prelüdiyalarını bəstələməyə başlayır. Bu əsərlər artıq sıx motivasiyalı nəzarət texnikasını nümayiş etdirən bəstəkar özünün daha irimiqyaslı və kontrpunkk musiqi texnikasını (burada iki mülodiya eyni zamnada qarçılıqlı təsirdə olur) bir qədər sonra içlıyəcədir.
Arnstaddakı güclü ailə əlaqələri və musiqiyə dəlicəsinə aşiq olan sahibinin qonaqpərvərliyi gənc Baxla Arnsatd şəhər hakim dairələri arasındakı gərginliyin qarşısını ala bilmir. Bu gərginliyin yaranmasına səbəb Baxın xor ifaçılarının peşəkarlıq səviyyəsindən narazılığı və daha əhəmiyyətlisi onun 1705–1706-cı illərədə Arnstadı özbaşına tərk edərək ustadı Ditrix Buxtehuda və onun Lübekdəki Abdenmusik məkətəbinə baş çəkməsi olmuşdur. Bax Alman orqan musiqsinin atası hesab etdiyi Buxtehudu görmək üçün 400 km-lik məsafəni piyada qət edir. Bu səfər Buxtehud yaradıcılığının Baxın ilkin əsərləri üçün əsas rol oynaması ilə nəticələyir. Baxın nəzərdən tutulandan bir neçə ay çox Lübekdə yubanması bu qocaman usatdının Baxın sənətində nə dərəcədə mühüm rol oynadığını göstərir. Arnstaddakı kifayət qədər yaxşı vəziyyətinə baxmayaraq Bax 1706-cı ildə buradan uzaqlaşmağa və karyerasını başqa yerdə davam etməyə qərar verir. Ona böyük şimal şəhərələrdən biri olan Mühlhauzendə Müqəddəs Blasuis kilsəsində daha sərfəli orqanist vəzifəsi təklif olnur. Növbəti il Bax daha yüksək maaşlı və arzuladığı daha yaxşı xor heyəti ilə təchiz olunumuş bu vəzifəni qəbul edir. Mühlhauzenə gəlişinin dördüncü ayında Mariya Barbara Bax adlı əmisi qızı ilə evlənir. Onların yeddi uşağı olur, lakin bunlardan yalnız dördü yetkinlik yaşına çata bilir. Övladlarından iksi- Vilhelm Frideman Bax və Karl Filip Emanuel Bax Barokko dövrünün ardınca gəlmiş Rokoko üslubunda böyük bəstəkarlar olurlar.
Görünür Mühlhauzen şəhər hakimləri və kilsə nümayəndələri yeni musiqi rəhəbrinin məhz onların çıhərini seçməsindən böyük fəxr hssi keçirmişlər. Belə ki, onlar Baxın Müqəddəs Blasuis kilsəsinin orqanını təzələmək kimi baha başa gələn ideyasını yekdilliklə bəyənmiş və Baxın 1708-ci ildə yenicə seçilmiş şəhər şurasının inaqurasiya mərasiminə həsr olunmuş- Allah mənim şahəmdır kantatasını BWV 71 böyük rəğbət hissilə qarşılamışlar. Bnula belə elə həmin ildə də Baxa Veymardan daha sərfəli iş təklif gəlir.
1708–1717: Veymar
redaktəMühlhauzendə keçirdiyi bir ilə yaxın müddətdən sonra, Bax bir vaxtlar nökər kimi işlədiyi Veymar hersoqunun saray orqanisti və konsert mayestrosu təyin olunur. Olduqca səxavətli məvacib və tamamilə böyük və yüksək peşəkar musiqiçiləır heyəti ilə işləmək imkanı bu keçidi daha da sürətləndidir. Bax ailəsi ilə birgə hersoq sarayından beş addımlıq məsafədə yərləşən evdə yaşayır. Növbəti il gənc ailənin ilk övladı dünayaya gəlir və onlara Mariya Barbaranın subay bacısı da qoşulur və ölümünə qədər ailənin ev işlərinə nəzarət edir. Bax ailəsinin daha iki musiqiçisi — Vilhelm Fridman Bax və Karl Filip Emanuel Bax da məhz Veymarda anadan olurlar.
Veymarda Bax orqanda ifa və əsərlər bəstələmək və hersoqun ansamblı ilə müxtəlif konsert repertuarları ifa etmək kimi geniş imkanları olur. Kontrapunkt texnikasının ustası olan Bax fuqalarını məhz Veymarda yazmağa başlayır. Bütün fuqalarının ıks olunduğu Das wohltemperietre Clavier adl ən böyük toplu bir cüt major və nisbi minor olamaqla 48 prelyuda və fuqadan ibarətdir. Bu əsər kontapunk texnikasının istifadəsi və tədqiqində ilk fundamental əsər sayılır. Bu əsərdə açarların tam nomenklaturası və açarlar aralarındakı cüzi fərq belə göstərilmişdir.
Veymardakı illər həm də Baxın böyük oğlu Vilhelm Fridman üçün yazdığı "Orqan haqqında kiçik kitab" ilə də yadda qalır. Bu əsərdə orqanistə kömək məqsədilə mürəkkəb quruluşda ənənəvi Lüteran xor musiqiləri əksini tapmişdir. Bu əsər Baxın həyatının iki əsas qayəsini — musiqini tədris etməyə olan hədsiz bağlılığı və xor musiqisinə olan hədsiz məhəbbətini təşkil edir.
1717–1723-cü illər: Köten
redaktəBax bir daha özünün musiq maraqlarında uyğun daha münsabi iş axtarışlarıan çıxır. Anhalt-Köthen şahzadəsi Baxı kapelmesyter vəzifəsinə dəıvət edir. Özü də musiqçi olan şahzadə Leopold Baxın istedadını dəyərləndirir, ona yüksə maaş təyin edir və yaradıcılıq nöqteyinəzərdəndən geniş sərbəstəli verir. Buunla belə şahazadə pzü kalvinsit olduğundan və siyayişlərində musiqdın istifad etmədiyindən Baxın bu dövrdən sonra bəstələdiyi əksər əsərlər dünyəvi xarakter almağa başlayır. Bunlara Orkestra sütaları, Violneşdə solo ifa üçün altı süita, və solo skipka üçün sonata və partitalarımisal gpstərmıək olaşr. Skipka üçün ilk sontasının giriş səhifəsindəki şəkil bəstəkarın əlyazmasını təsvir edir. Məhur Brandenburq konsertləri də bu dövrdən etibarən yaranmağa başlayır.
1720-ci ilin 7 iylunda Bax şahzadə Leopolda xarici səfərdə olduğöu müddətdə həyat yoldaşı Mariya Barbara qəflətən vəfat edir. Növbəti il Bax Köthen sarayının istedadlı sopranosu, özündən 17 yaş kişik olan Anna Magdalena Vilklə tanış olur və 1721-ci ilin 3 dekbrında evlənir. Bax daha 13 uşaq atasl olur, lakin bunladan yalnız 6-sı sağ qalır. Annadan olan Gotrfid Heynrix, İohann Kristof Fridrix və İohann Kristian sonralar məşhur musiqçilər olurlar. Qızlarından isə Baxın tələbəsi İohann Kristof Altnikolla evləınmiş Elizabet Yuliane Frederika, İohanna Karolina və Regina Suzanna yetkinlik yaşlarına çatırllar.
1723–1750-ci illər: Leyspiq
redaktə1723-cü ildə Bax Leypçiqdə Thomaskirche (Müqəddəs Tomas Lüteran kilsəsi) yaxınlığındakı Thomasschule-nin (Müqəddəs Tomas məktəbi) kantoru, eləcə də şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru vəzifəsinə təyin olunur. Bu Saksoniyanın aparıcı ticarət şəhərində kifayət qədər nüfuzlu vəzifə sayılırıdı. Armştada və Mülhauzenə qısamüddətli səfərləri nəzərə alınmasa bu Baxın karyerasında ilk hökumət işi idi. Baxın ömrünün sonuna qədər çalışdığı 27 illik bu vəzifəsi onu tabeliyində işlədiyi Leyspiq şəhər bələdiyyəsinin siyasi intriqalarını görməyə imkan verir. Belə ki, şəhər bələdiyyəsi iki fraksiyadan ibarət idi: Drezdendə oturan Saksoniya monarxın Güclü Auqustusun qatı tərəfdarları olan mütləqiyyətçilər və şəhərin tacir sinfinin, sənətkarlar və kiçik zadəganların marağını qoruyan Şəhər-Dövlət fraksiyası. Bax isə təyin olunduğu vəzifəyə monarxistlər tərəfindən namizəd kimi irəli sürülmüşdür, xüsusilə də əvvələr Drezden sarayında hüquqşünas işləmiş Leyspiq şəhər meri Gotleb Lanj onun namizədliyini dəstəkləmişdir. Baxın təyinatına razılıq müqabilində anti-mütləqiyyətçilər Müqəddəs Tomas məktəbinə nəzarəti ələ keçirirlər və Baxdan iş şəraiti ilə bağlı bəzi güzəştlərə getmək tələb olunur. Baxmayaraq ki, şəhər bələdiyyəsində Baxın musiqi dühasına heç kim şübhə etmirdi, bununla belə özünü şəhər kilsə musiqisinin rəhbəri kimi aparan Baxla özünü məktəb sahibləri kimi görən və Kantorun musiqi təsirlərini azaltmaq istəyən bələdiyyə arasında davamlı gərginliklər yaşanır. Şəhər bələdiyyəsi Lanjın Baxa ildə 1000 telerlik məvacibini heç vaxt bəyənməmiş, əvəzində Bax bir qədər az əməkhaqqı və məktəb binasınn 1732-ci ildə olduqca baha başa gələn təmirdən çıxmış yaraşıqlı mənzillərindən biri ilə təmin edilmişdir.
Baxın Leyspiqdəki işi Tomasschuledə tələbələrə musiqi ifaçılığından dərs vermək və Leyspiqin Müqədəs Tomas və Müqəddəs Nikolas kilsələrində həftəlik musiqi proqrmalarını tərtib etməkdən ibarət idi. Onun işlərinə Latın dilindən də dərs demə daxil olsa da, o bu işi müavininə həvalə etmişdir. Leyspiqdəki ilk altı illik fəaliyyəti ərzində beş illik cantata silsiləsi yazır (bunlardan ikisi günümüzə gəlib çıxmışdır). Konsertləşdirlimiş əsərlərinin əksəriyyəti hər bazar İncil dinləmələrinə və Lüteran ilində tutulan oruclara həsr olunur və əksəriyyətində Üachet auf! Ruft uns die Stimme və Nun komm, der Heiden Heiland kimi ənənəvi kilsə himnlərindən ilham mənbəyi olaraq istifadə olunurdu.
Bu əsərləi məşq və ifa elemək üçün o çox güman ki ya klavesinin arxasında oturur, yada kilsənin qərb qurtaracağındakı orqan arxasında xorun önündə, arxası isə konqreqasiya tərəf durardı. O üzü yuvari çardqda dörd metr hündürlyə qalxan orqana baxardı. Orqanın sağında nəfəsli alətlər və Litavralar, solunda isə simli ələtlər yerləşirdi. Şəhər bələdiyyəsi kilsə xorunu ancaq səkkiz daimi ifaçı ilə təmin edirdi ki, bu Baxla bələdiyyə arasında fikir ayrılğına gətirib çıxarırdı. Orkestr əsərlərinin ifası üçün isə Bax özü, üstəlik 20 ifaçı universitet və məktəblərədən dəvət etməli olurdu. Orqan və ya klavisini çox zaman bəstəkar özü ifa edirdi. Xoru idarə etməli olduqda isə klavisin və ya orqan arxasına ya ştatda olan musiqiçilərdən biri, yada böyük oğlanlarından biri — Vilhelm Frideman və ya Karl Filip Emanuel keçirdi.
Bax soprano və alt səsləri üçün məktəbdən, tenor və bass səsi üçün isə nəinki məktəbdən, eləcə də Leyspiqin başqa yerlərindən ifaçı dəvət edirdi. Daimi konsertlərdən sonra onlara məvacib verirdilər. Toy və yas mərasimlərində ifaları bu qrupların əlavə gəlir mənbləri idi. Düşünülür ki, ola bilsinki məhz bu məqsədilə o ən azı əksəriyyəti ikili xor üçün olmaqla altı motet (təntənəli kilsə nəğmələrini) yazır. Özenün müntəzəm kilsə işləri çərçivəsində o Venesiya musiqi məktəbinə və Haynrix Şultzun timsalında alman musiqi məktəblərinə məxsus motetlər ifa edir və bu sonralar onun öz şəxsi motet yazmaq üslubun formalaşdırır. Singet dem Herrn (Tanrıya nəğmə oxu) adlı əsərinin giriş hissısi hər biri dörd hissıədən ibarət olmaqla bəstəkarın iki xor üçün necə zəngin, ehtiraslı əsər yazdlğını göstərir.
1720-ci illərin əksəriyyətini kantatalar yazmağına sərf edən Bax Leyspiqin iki əsas kilsəsi üçün çox zənin kilsə musiqi repertarı toplayır. Bir az sonra bəstəkar litirgiyadan ayrlımaq və yaradıcılıq fəaliyyətini daha da genişləndirmək barədə düşünür. 1729-cu ilin mart ayında Bax 1701-ci ildə dostu Georq Filip Teleman tərəfindən yaradılmış Collegium Musicum dünyəvi musiqilirə ifa edən ansamlın rəhbəri təyin olnur. Bu o zaman alman şəhərlərində fəal musiqiçi gənclər tərəfindən yaradılan musiqi dərnəklərindən biri idi. Bu cəmiyətlər şəhərlərin musuqi həyatında əhəmiyyətli rol oynayır və tərkibinə ən görkəmli peşəkar musuqiçiləri daxil edirdi. Kritof Volfun sözlərinə görə Baxın bu cəmiyyətət rəhbər təyin olunması onun Leyspiqin əsas musiqi dairələrindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndilməsində çox vacib addım idi. Həmin ilin böyük bir hissəsini Collegium Muusicum Zimmermanların şəhər bazar meydanın bir addımlığındakı Katerin küçəsindəki Kofe evində həftədə iki dəfə olmaqla iki saatlıq konsertlər verməklə keçirir. Bu məqsədlə kofe evinin sahibi musiqiçiləri geniş bir zal və bir neçə musiq aləti ilə də təmin edir. Baxın 1730, 40 və 50-cillərdə bəstələdiyi əsərlərin əksəriyyəti çox güman ki Collegium Musicum üçün yazılmışdır. Bu əsərlə sırasında Clavier- Übung əsərinin bəzi parçaları və skipka və klavesin üçün kosertlərinin böyük bir qismi aiddir.
Bu dövr ərzində Bax məşhur h-moll Messasının Kyrie və Gloria hisələrini, daha sonra digər hissələrini əlavə edir. bu əsər bəstəkarın ən gözəl kantatalarından biri hesab olunur. 1733-cü ildə Saksoniya monarxının Onu sarayına baş bəstəkarı təyin olundu bir əlyazma da təqdim edir: o bu vəzifəyə çatmaq üçün çox zəhmət çəkmiş, buna görə də şəhər hakimiyyəti ilə münaqişələri də olmuşdur. Sağlığında messa bütövlükdə ifa olunmuamışdı. İndi də bu əsər bütün dövlərin ən mükəmməl əsəri hesab olunur. 1737 və 1739-cu illər aralığında Collegium Musicuma Baxın tılısbısi Karl Qothelf Gerlax rəhbərli edir.
1747-ci ildə Bax Prusiiay kralı İİ Frridrixin Potsdamdakı sarayına gedir. Burada kral Bax üçün bir parça ifa edir və Baxı ifa etdiyi parçaya fuga improviza etmək əmri ilə sınağa çəkir. Bax kralın əmrinə cavab olaraq II Fridrixin şəxsi fortepianosunda ona üç hissəli fuga improvizə edir , daha sonra yensini ifa edir və bir qədər sonra isə krala "kral parçası" əsasında bəstələdiyi fuga, kanon və triyolardan ibarət "Musiqili Hədiyyə" (Musical Offering) əsərini təqdim edir.
Ölümündən sonra nəşr olunumuş və çox güman ki, bəstəkarın ölümündən bir neçə il övvəl yazılmlş "Fuga Sənəti" (The Art of Fugue) əsəri tamamlanmamışdır. Bu əsər sadə melodiyalı 18 mürəkkəb fuga və kanondan ibarəıtdir. Tematik transformasiyaların və kontrapunkt alətlərin magnum opusu (ın məışhur nümunısi) hesab olunan bu əsər əksər hallarda polifonik üslubun məcmüsi sayılır.
Baxın tamamlamış olduğu sonucu əsəri ölüm yatağlnda ikən kürəkıni İohann Altnikola ditə etmiş olduğu orqan üçün xor prelüdası olmuşdur. Vor dienen Thron tret ich hiermit (Taxt-tacın öünündə indi mən dayanmişam) adlı bu əsərinin sonucu kadensiyasının üç notu çap edildikdə və Roma əlifbasına oxunduqda adının üç baş hərfi "JSB" -ni görmık olar. Bu xoral bir qayda olaraq tamamlanmamış 14-cü fugasından öncə Fuga Sənəti əsrinin sonuda ifa olunur.
Ömrünün sonlraına yaxın Bax görmə qabiliyyətini itirmıəyə başlayır və 1750-ci ildə Britaniyalı oftamoiloq Con Teylor (Handelin gözlərini uöursuz əməliyyat etmi h\kim) Leypçiqə sıfri zamanı Baxın gözlərində cərahiyyə əmliyyatı aparırı. Bax 1750-ci ildə 65 yaşında əməliyyatın uğursuz nəticələri səbəindən vəfat edir. Onun var-dövləti 1159 taler civarında dəyərləndirilir. Bundan elavə 5 klavesin, 2 lüte-klavesin, 3 skipka, 3 alt, 2 violençel, 1 viola de gamba, 1 lütnya, 1 spinet, 52 "Müqəddəs Kitab" (kitablarən əksaəriyyəti Martin Lüter, Müller və Pfiferin kitabları idi, eləcə də Jocefiusun "Yəhudilərin tarixi" və Vagnerin "Leypçiq mahnıları" kitabı) da var-dövlətinə daxil idi. Bax bütövlükdə 1000 -dən artlq musiqi əsəri bəstələmişdir.
Leypçiqdə olduğu müddətəd görünür Bax Leypçiq universitetinin bir çox pedoqoqları ilə aktiv münasibıətlərıd olmuşdurş. O xüsusulə də şair Pikanderlə mıhsuldar münasibətlərindən xüsusi zpvq alşidirı. Bax vı xanımı Anna Maqdalena Almaniyanın bütün güşələrindən olan dostları, ailələri və musiqçi həmkarlarını böyük sevinc hissi ilə evlənirə dəvət edirdilər. Dezdendən və Berlindən olan saray musiqişçiləri, və adi musqiçilərdən Georq Filip Teleman (oğlu Emanuelin xaç atalarında biri) te-tez Baxın evinı qonaq gələr vı onunla davamlı mıktublaşmalarda olurudlar. Maraldır ki, Baxla eyni ildə və Leypçiqdın cəmi 50 km mıəsafədə yerləşən Halle şəhərində anadan olan Handel Almaniyaya bir neçə dəfə səfr etməsinə baxmayarq Baxla heç vaxt görüşə bilməmişdir. Görünür sonralar Bax bundan dərin təəssüf hissi keçirmişdir.
Yaradıcılıq üslubu
redaktəBaxın yaradıcılıq üslubu onun kontrapunkt texnikasını kəşfi, qeyri-adi improvizə etmə istedadı, cənubi və şimalı alman, eləcə də italyan və fransız musiqi məktəbləri ilə tanışlığı və onun Lüteran liturgiyasına olan aşkar bağılılğından qaynaqlanır. Uşaq ikən tanış olduğu musiqiçilər, musiqi əsərləri və alətləri üstəgəl gur səsli musiqilər yazma istedadı ona sonralar erkən alman musiqisinin xarici musiqi elementləri ilə zənginləşdirilimiş eklektik, energetik musiqi üslubunu yaratmağa gətirib çıxaracaqdı. Yeniyetməlik və 20 yaşlarında yazdığı musiqilər onun musiqi ideyalarının böyük-miqyaslı quruluşda ifadə etmək bacarığının, eləcə də improvizəli prelüdalarda Buxtehudiya modelilini və azca mürrəkəb quruluşlu kontrapunktlarının zənginləşdirməsi aydın görünür. 1713–1714-cü illərdə Veymar saray orkestririnə böyük İtalyan musiqi repretuarı daxil olması dönüş nöqtəsi olur. Belə ki, Bax italyan musiqisində təsadüf olunan drammatik giriş, aydın nəğməli struktura, səlis məzmun, daha hərəkətli və ritmik yığcamlıq, daha yeksənək təfsir və modulyasiya üçün daha aydın quruluş elementlərini istifadə etmişdir.
Bax üslubunu xarakterizə edən bir çox başqa sahələr də var. O vaxtlar bəstəkarların mütləq əksəriyyəti barokko melodiyalarını əsərlərinin əsası kimi yazır və ifaçılar bu quruluşu daha çox dekorativ notlarla bəzəyirdilər. Bu praktikadan Avropanın müxtəlif musiqi məktəbləri müxtəlif qaydada istifadə edirdi. Bax isə o dövrdə öz musiqilərində bu melodiyaları o dərəcədə incəliklə işləyirdi ki, ifaçılara yeni əlavələr etməsinə imkan belə yaratmırdı. Bu ona ifa əlavələrini məhdudlaşdıran və özünün həddindən çox bəyəndiyi sıx kontrapunkt teksturalarına nəzarət etməyə imkan vermişdir. Baxın kontrapunkt teksturaları Handel və digər müasirlərinin eyni texnikalı əsərlərindən daha müştərək xarakterə malikdir.
Baxın Lüteran təriqəti sıx bağlılığı və dövründə dini musiqiyə olan tələbat səbəbindən yaratmış olduğu dini musiqilər, ələlxüsus Lüteran xor himn nəğmələri onun yaradıcılığının əsas hissəsini təşkil edir. O xoral prelüda janrını zənginləşdirmişdir.
Ailəsi
redaktəBax 1707-ci ildə əmisi qızı Mariya Barbara Baxla evlənir. Onların yeddi uşağı dünyaya gəlir.
- Katerina Doroti (1708–1774)
- Vilhelm Fridman (1710–1784)
- Karl Filip Emanuel (1714–1788)
- İohann Gotfrid Bernard (1715–1739)
Mariya 1720-ci ildə vəfat edir və bir il sonra Bax Anna Mqadalena Villke adlı qadınla evlənir. Bu qadından Baxın daha on üç övladı dünyaya gəlir. Bunlardan yalnız altısı yetkinlik yaşına çatır:
- Gotfrid Henrix (1724–1763)
- Elizabet Yuliana Frederika (1726–1781)
- İohann Xristof Fridrix, Bükeburq Bax (1732–1795)
- İohann Kristian, "London" Bax (1732–1782)
- Regina Suzanna (1742–1809)
Əsərləri
redaktəI. S. Baxın əsərləri BWV rəqəmləri ilə indeksləşdirlib. BWV Bach Werke Verzeichnis (Baxın əsərlərindən ibarət kataloq). Bu kataloq Volfqanq Şmeyder tərəfindən tərtib edilmiş və 1950-ci ildə çap edilmişdir. Kataloq xronoloji deyil, tematik ardıcıllıqla tərtib edilmişdir. BWV 1–224 kantatalar, BWV 225–249 iri-miqyaslı xor əsərləri, BWV 250–524 xor və ilahi musiqilər, BWV 525–748 orqan əsərləri, BWV 772–994 digər klavişli aletlər üçün əsərləri, BWV 995–1000 lütnya musiqi əsərləri, BWV 1001–1040 kamera musiqisi, BWV 1041–1071 orkestra musiqi və BWV 1072–1126 kanon vıə fugalardan ibarətdir.
Orqan üçün əsərləri
redaktəBax yaradıcılığı boyu daha çox orqan ifaçısı və bəstəkarı kimi tanınmışdır. Orqan əsərlərini prelüda, fantaziya, tokkata, xor üçün prelüdalar və fuga janrlarında yazmışdır. O hələ gənc ikən özünü məhsuldar və yaradıcı bəstəkar olmaqla yanaşı həm də əcnəbi musiqi elementlərindən də mıharətlə istifadə edə bilmək qabiliyyıti ilə ad-san qazanmışdır. Musiqisindəki şimali alman təsirləri Geroq Böhm və Ditrix Buxtehude kimi bəstəkalrladan qaynaqlanır. Bax fransız və italyan bəstəkarlarının musqiliırnə tez-tez mürəciət edib onların musiqi üslublarını dərindən öyrənir və Vivaldi və digər bəstkarlaın skirpka üçün konsertlırini orqan və lavesində ifa edir. Yaradıcılığın ən məhsuldar dövründə (1708–14-cü illərdə) bir neçə prelüda və fuga cütlükləri, eləcə də tokkata və fuga cütlüklü musiqilər bəstələyir, Orgelbüchlein (". Kiçik orqan kitabı) adlı kitab da yazır. Veymarı tərk etdikdən sonra Baxın orqan musiqləri tükənməyə başlayır. Bununla belə yazmış olduğu ən gözəl əsərlər, altı trio-sonatalar, 1739-cu ildə yazdığı Clavierbung İİİ və "Böyük on səkkiz" oralları bu dövrdən sonra meydana çıxır. Bax həyatının sonlarına yaxın orqan mütəxəssisi kimi yeni qurulmuş orqanları yoxlamaq, məsləhətlət verməklə bir daha bu musiqi alətinə olan hədsiz məhəbəttini nümayiş etdirir.
Bax klavesin üçün də çoxlu sırlərə yazmişdir. Bu əsərlərin əksəriyyıti məcmuə xarakteri daşıyıb bütöv bir nəzəri sistemi ensiklopedik formada göstərir.
- Tam-temperasiyalı Klavir, İ və İİ kitablar (BÜV 846–893) Kitablar hərəsində 24 major və 24 minor səslərədə preluda və fugalar (bəzən bu məcmuə sadəcə "48-lər" adlanır).
- 15 invensiya və 15 sinfoniyalar (BÜV 772–801) Bunlar iki- və üç-hissəli kontrapunkt qısa əsərlərdir.
- Rəqs sutilarında ibarət üç kolleksiya- İngilis suitaları (BÜV 806–811), Fransız Suitaları (BÜV 812–817) v piano üçün partitalar (BÜV 825–830). Hər lkolleksiya Allamande- Korante-Sarabande-Gige modellerində qurulmuş altı süatidan ibarətdir.
- Goldberq Variyasiyaları (BÜV 988) -otuz variyasiyalardan ibarət ariya.
- Fransız üslubunda üvertura (Fransız Üverturası, BÜV 831) , Xromatik Fantazia və Fuga (BÜV 903) və İtalyan konserti (BÜV 971).
Orkestr və kamera musiqisi
redaktəBax ayrı-ayrı musiqi alətləri, eləcə də, duetler və kişi ansambllar üçün musiqilər yazırdı. Baxın solo alətlər üçün altı sonata və skripka üçün partituraları (BÜV 1001–1006), altı vilenş üçün suitalar (BÜV 1007–1012) və solo fleyta üçün partitası (BÜV 1013) onun ən gözəl əsərlərindən sayılır. Bax həmçinin solo lyutna üçün də suita və başqa əsərlər də yazmışdır. O fleyta və viola de gamba üçün üç trio sonata, solo sonata, eləcə də külli miqdarda kanonlar və kikerkarakar bəstələmişdir.
Baxın orkestr üçün ən məşhur əsəri Brandenburq konsertləridir. Bax bu əsəri 1721-ci ildə Brnadenburq-Şvedt əyanı Margreyv Kristian Lüdvigin sarayında musiqiçi olmaq arzusu ilə yazmış, lakin rədd cavabı almışdır. Bu əsərlər concerto grosso janrında yazılmışdır. Konsert janrında yazdığı digər əsərlərə iki skripka konsertləri (BÜV 1041 və BÜV 1042), d mollda iki skripka üçün konsert (BÜV 1043) nümunə göstərmək olar. Konsertlərindən əlavə, Bax dörd orkestr suitaları da yazmışdır. G simdə Hava əsəri Baxın Orkestra Suitası No. 3-ün əsasında skripka üçün yazılmışdır.
Vokal və xor əsərləri
redaktəBax Lüteran kilsəsinin illik təqviminə uyğun olaraq həftəlik mühazirə miozələri əsasında Tomas kilsəsində hər bazar kantatalar ifa edərdi. Bu ifalarında başqa bəstəkarlara müraciət etsə də, özü də üç kantata seriyası yazmışdır. Ümumilikdə Bax 300-dən artıq dini kantalar yazmış, bunlardan yalnız 195-i günümüzə gəlib çatmışdır. Bu kantalardan ən məşhurları BÜV 4 ("Christ lag in Todesbanden"), BÜV 80 ("Ein feste Burg"), BÜV 140 ("Üachet auf") və BÜV 147 ("Herz und Mund Tat und Leben")-dir.
Bundan əlavə, Bax şəhər şurasının inaqurasiyası və bu kimi hadisələrlə bağlı dünyəvi kantatalar da bəstələmişdir. Buraya Toy Popurisi, Kəndli Kantatası və Qəhvə Kontatası kimi toy kantataları da daxildir. Sonuncuda atasının qızına bu içkiyə olan aludəçiliyini atmasa onun əsər getısinı icazə verməyəcəyi ilə bağlıdır.
Baxın böyük xor-orkestra əsərlərindən Müqəddəs Mateyonun ehtirasları və Müqəddəs Conun ehtirasları və Milad Günün Oratpriyası əsərləridir.
Baxın digər irihəcmli əsələrindən B minorda Massdır. Bu əsəri ömrünün sonlarına yaxın əvvələr yazmış olduğu BÜV 191 və BÜV 12 kantatalı kimi əsərləri əsasında yazmışdır. Altı motetlərindən savayı bütün bu əsərlərində xor hissəsi ilə yanaşı xeyli solo ifalar da vardır.
Baxa məxsus Lüteran ruhanisi Abrham Kalovun İncilə şərhinin iki nüsxəsi 1950-ci illərdə Minnesotada saman nabarından tapılmışdır. Görünür nüsxələr Almaniyadan immiqrnatlar tərəfindən Amerikaya gətirilimişdir. Nüsxələrin mənbələri yoxlanılmış və onlar Missusiridəki Konkordiya seminariyasının nadir kitablar güşəsinə verilmişdir. Nüsxələrdə bəstəkarın qeydləri əks olunub və nümayişə nadir hallarda çıxarılır.
Musiqilərinin ifası
redaktəBax muqisinin müasir dövr ifaçıları iki ənənəvi tərzə müracit edirlər. Həqiqi ifa ənənəsi — burada tarixi üsludba ifadan söhbət gedir. Və ya əskisən müasir dövr musiq alətlərindən istifadə etməklə və daha böyük ansamldan istifadə etməklə müasir ifa tərzi. Baxın vaxtında orkestra və xorlar adətən kiçik idilər . Baxın ən çox kamera musiqisi ifaçıya daha böyük imkan açır və musiqi istənilən ansamblda ifa oluna bilər.
Baxın musiqilərinin "yüngül musiqi" qurluşunda ifası və reklmarda istifadəsi Bax musiqisinin iyirminci əsrin ikinci yarısında olduqca məşhurlaşırdı. Belə qurluşlu musiqilər arasında Baxın musiqisinin "Çərənçi Müğənnilər" (Süingle Singers) qrupunun parçaları , eləcə də Vendi Karlosun yenicə meydana çıxmış Mug sintezatorlardan 1968-ci ildə Süitched-on Bach musiqsini misal göstərmək olar. Jak Lusser, Yan Anderson və Uri Keyn kimi cazmenlardə Baxın əsərlərinə müraciət etmişdirlər.
Yaradıcılıq irsi
redaktəÖmrünün sonlarına yaxın və ölümündən sonra bir bəstəkar kimi Baxa olan maraq azalır. Onun əsərləri yenicə formalaşmaqda olan klassik musiqi üslubu ilə müqayisədə köhnəlmiş, dəbdən düşmüş saylır. Onu bəstəkardan çox ifaçı, müəllim və iki bəstəkar (İohann Kristian və Karl Fillip Emanuel) atası kimi qəbul edirlər.
Bu dövrdə onun klaviaturalı alətlər üçün əsərləi daha məşhur idi və özündən sonra gələn bəstəkarlar bu janr musiqiləri yüksək qiymətləndirmişlər. Motsart, Bethoven, Şopen Baxın ən məşhur pərəstişkarlarıdır. Məsələn, Motsart Tomasschuleyə səfəri zamanı Baxın motetlərindən birin (BÜV 225) eşidir və ucadan deyir: "Gözəl, nəsə öyrənə bilcəyim əsərdir". Sonra Motsart əsərdən bütün parçalar əlində, dizinin üstünə qyolmuş vəziyətdə ən yaxın kətildə əyləşir. Ətrafındakı hər şeyi unutmuş halda, Sebastyan Baxın bütün musiqisinə nəzər salana qədər yerindən durmur. Bethoven də Bax musqisinin əs sadiq pərəstişkarlarınd olmuş, uşaq yaşlarında onun Tam-temperasiyalı Klavir əsərini öyrənmiş və sonlralar Baxı "Urvater der Harmnoie" (Harmoniyanın Atası) adlandıərmışdır. Konsertləindən əvvəl Şopen bir otaqda təhnalığa şəkilər və Baxın musqisini ifa edərdə. Motsart, Bethoven, Şuman və Mendelsson Baxı musqiqinin təsiri altənda bir qədər kontrapunkt üslubunda əsərlər yazməşlar.
Bu gün də "Bax üslubu"nun təsiri musqinin bütün janrlarımda hiss olunmaqdadır. Himn və dini əsərlərdən tutmuş pop və rok musiqinsində də Bax musqisinin təsiri aydın görünməkdədər. Bax melodiyalarının əksəriyyəti — xesusilə də D minorda Tokkota və Fuga əsəri dönə-dönə rok musiqilərində istifadə olunmuş və geniş populyarlıq qazanmı.şdır.
İohann Nikolasu Forkelin 1802-ci ildə bəstəkarın həyatından bəhs edən bioqrafik əsəri bəstəkarın yenidən xatırlanmasında mühüm rol oynır və bu əsərin ilk ocxucularınd biri də Bethoven olur. Höte Baxın əsərləi ilə ömrünün sonlraına yaxın tanış ola bilir. 1814–15-ci illədər Bad Berkada Baxın kalviatura və or üçün əsərlə silsiləsini dinləyəyn Höte 1827-ci ildə yazdlğı məktubda Baxın sərləini dinləmısini "özü-zöü ilə söhbtdə sonsuz harmoniya" kimi təsvir edir. Lakin Baxın tanədəlmasında Feliks Mendelsson qədər ikinci bir şəxs olmamışdır. Mendellson 1829-cu ildə Berlində verdiyi konsertdə Baxın Müqəddəs Mateyonun Ehtirasları srini iafsı ilə Baxmusiqsini yenidən həyata qaytarmışdır. Konsertdə iştirak edən Hegel Bax musiqisini belə xarakterizə etmişdir:" Möhtəşəm, həqiqi Protestant, sağlam ruhlu , belə desək, tam dəyərini yalnız indi başa düşdüyümüz erudit düha". Baxın şörtəi nöpvbəti illrədə də durmadan artır və 1850-ci ildə Baxın əsərlərini təbliğ edən Bach Gesellschaft-in (Bax Cəmiyyəti) əsası qoyulur.
Bəstəkarın musiqi üslubu ilə yanaşı əsərlərinin pediqii mahiyyəti də dərindən anılır və Pavlo Casalsən Violen üşçün süuiatalrının ifası bu prosesi daha da sürətləndidir.
İohann Sebastyan Baxın musqidə xidmətləti Vilyam Şekspirin ədəbiyyatda və İsaak Nyutonun fizikada oynadığı rollarla müqayisə edilir.
Bəzi bəstəkarlar Baxa olan məhəbbətlətini adını musiqilərinin notlarına salmaqla (B-bemol, A, C, B-bekar, B-bekar alman musiqi mətnlərində "H" ilə işarə olunduğu halda, B-bemol sadəcə "B" kimi yazılır) və ya kotrapunkt törəmələr ifa etmklə izhar etmişlər. Məslən, List BACH motivləri əsasında praeludium və fuga b\s\tləmişdir (həm orqan, həm də piano versiyasında mövcuddur).
Bir çox dahi bəstəkarla Bax xatirəsinə həsr etdikləri \s\rlər yazmışlar. Bunlardan Bethovenin Diabelli variyasiyaları, Şostokoviçin Preluda və Fugaları, Brhamsın E-minorda Violneç Sonataların göstərmək olar. 20 əsrdə Bax musiqsinə təsirlənmiş daha bir əsər Villa-Lobosun Bachians brasieras əsəridir. Stefen Sondhym isə Baxdan başqa heç bir bəstəkara qulaq asmadığını söyləmişdir.
Bax həmçinin Lüteran kilsəsinin Müqəddəslər Təqvimində hər il iyul ayının 28-də musiqçi kimi anılır. Voyager kosmik tətqiqatlarının iki missiyası üçün seçilmiş Voyager Golden Record qramofon valına seçilmiş 27 musiqdən 3-ün müəllifi Bax olmuşçdur.
Baxın ümumilikdə on iki öladının olamsına baxmayaraq onlardan yalnız yeddsi yaşaya bilmişdir. Onun günümzdə məlum olan törəmələri mılum deyildirş. Onun 13 may 1871-ci ildə vəfat etmiş Frau Karolina Augusta Vilhemline Ritter adlı nəticəsi bizə mılum olan son törməsidir.
Maraqlı məlumatlar
redaktə- Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhfələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalıb. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir".
- İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Qoldberq variasiyaları, ingilis süitaları, fransız süitaları, klavira üçün partitalar, B minorda Mass, Müqəddəs Matfeyanın ehtirasları, fuqa sənəti, skripkada solo konsert üçün sonata və partitalar, violonçeldə ifa üçün süitalar, 200-dən artıq kantata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 J H BACH // The Guardian (ing.). United Kingdom: GMG, 2014. ed. size: 107899 ISSN 0261-3077
- ↑ 1 2 Bibliothèque nationale de France J H BACH // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Johann Sebastian Bach // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ 1 2 AllMusic (ing.). 1991.
- ↑ 1 2 Бах Иоганн Себастьян // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ http://www.szadvar.hu/bach-brandenburg-concerto-1.htm.
- ↑ JSTOR. 1995.
- ↑ Bizimyol.az — İohann Sebastyan Bax — ağlasığmaz, işıqlı və unudulmuş bəstəkar [ölü keçid]
Xarici keçidlər
redaktə- Əsərləri(notları) dil--en
- İohann a görə bilgi dil — en
- Baxa görə sorğulara cavab
- B minorda Mass Arxivləşdirilib 2012-08-06 at the Wayback Machine (BÜV 232) Helmuth Rilling
- Goldberq Variyasiyaları Arxivləşdirilib 2012-06-16 at the Wayback Machine (BÜV 988/1087) Halls/Korevaar
- Mateyonun Ehtirasları Arxivləşdirilib 2013-06-03 at the Wayback Machine (BÜV 244) Helmuth Rilling (az.)