Diplomatiya - Wikipedia
Diplomatiya — dövlət başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə xüsusi orqanların prinsipial fəaliyyəti olub, dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməkdən ibarətdir[1]. Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın predmeti, subyekti, obyekti də dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Diplomatiya tarixinin başlıca məqsədi dövlətlərarası münasibətlərin yaranması, inkişafı və pozulma prosesini öyrənməkdən ibarətdir.
Müasir dünyada dövlətlər öz mənliyini, mövcudluğunu 2 yolla təsdiq etdirir:
- 1) dövlətlər arası münasibətlər, yəni ikitərəfli diplomatiya;
- 2) çoxtərəfli münasibətlər, yəni subregional, universal təşkilatlar vasitəsilə tanınma.
Ən qədim zamanlardan diplomatiya işi imtiyazlı dairələrin, saray elitalarının əlində olmuş, böyük bir tarixi inkişaf yolu keçərək mərasimləşmiş və məcəllələşmişdir. Tədricən dövlətlərarası münasibətlərin qayda və normalarının hüquqi bərkintisindən ibarət beynəlxalq hüquq elmi meydana gəlmişdir ki, qədim Romada bu elmi "Xalqlar hüququ" adlandırmışlar. Diplomatiya tarixinin vəzifələri çox spektrli olub bilavasitə məqsədin aydınlaşdırılmasına xidmət edir. Diplomatiya müxtəlif maddi mədəniyyət nümunələrini özündə saxlamaqdadır ki, bunlara Mani və Hammurapi qanunlarını göstərmək olar.
İstinadlar
redaktə- ↑ Дипломатический словарь. 2-е изд. — Т.1.- М., 1971. — С. 479