Uzeyir Hacibeyovun Ev Muzeyi Susa - Wikipedia
Üzeyir Hacıbəyovun ev-muzeyi — Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun Şuşada yerləşən ev-muzeyi.[1]
Üzeyir Hacıbəylinin ev-muzeyi | |
---|---|
39°44′56″ şm. e. 46°44′52″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | M.F.Axundov küçəsi, 19 |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | dağıdılmış |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 351 |
Kateqoriya | imarət |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 1959-cu ildən 1992-ci ilə qədər fəaliyyət göstərmişdir[2]. 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra muzey öz fəaliyyətini dayandırmış, eksponatları talanmış muzeyin binası isə dağıdılmışdır[3][4]. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-nı qorumaq mümkün olub[5].
2020-ci il noyabrın 7-də Şuşa azad edildikdən sonra muzeydə təmir bərpa işlərinə başlanılıb.[6] 2024-cü ildə bərpa edilmiş muzey yenidən fəaliyyətə başlayıb. [7]
Tarixi
redaktəÜzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də dünyasını dəyişdikdən sonra Azərbaycan SSRİ Nazirlər Soveti onun adının əbədiləşdirilməsi haqqında 1949-cu il fevralın 16-ı tarixində qərar qəbul etmişdi. Qərarın 4-cü bəndində deyilirdi[8]:
Azərbaycan SSRİ Mədəniyyət Nazirliyi yanında İncəsənət işləri şöbəsinə tapşırılsın ki, Bakı şəhəri, Ketsxoveli küçəsi ev 67 ünvanında və Şuşa şəhərində Üzeyir Hacıbəyovun ev-muzeyi yaradılsın. |
Ev XIX əsrdə Şuşada tikilib. Bu evdə 1959-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyovun ev-muzeyi fəaliyyətə başlayıb. İlk vaxtlar bu muzey 4 otaqdan ibarət olub. Sonradan bəstəkarın 100 illik yubileyi ilə əlaqədar 1985-ci ildə muzey genişləndirilmiş, bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrilmişdir. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatlardan, o cümlədən, Azərbaycan Tarixi Muzeyindən Üzeyir Hacıbəyova aid bir çox əşyalar muzeyə verilib. Burada Üzeyir bəyin gipsdən heykəli ucaldılıb[8]. 1978-ci ildə Üzeyir Hacıbəyovun ev-muzeyi təmir edilib və həyətində bulaq komleksi istifadəyə verilib.Muzey 1983-cü ilədək iki, sonradan isə altı nəfərlik ştat vahidi ilə – direktor, fond müdiri, elmi işçi, bərpaçı rəssam, nəzarətçi, gözətçi ilə fəaliyyət göstərib.1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd olunmuş, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar Ü. Hacıbəyovun Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilmişdir.[9][10] Muzey 1992-ci ilə kimi, Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalına kimi fəaliyyət göstərib. Daha sonra muzey öz fəaliyyətini Üzeyir Hacıbəyovun Bakıdakı Ev Muzeyində davam etdirib.[1]
Restavrasiyası
redaktə2020-ci il noyabrın 7-də Şuşa azad edildikdən sonra 2021-ci ildə Üzeyir Hacıbəyovun ev muzeyinin bərpası ilə bağlı layihə təsdiq edilib[11]. 2020-ci ilin sonlarında tarix-memarlıq əhəmiyyətinə malik abidədə təmir-bərpa işlərinə başlanılıb.[6]
2022-ci ilin aprel ayından aparılan bərpa işlərinə nəzarəti Heydər Əliyev Fondu üzərinə götürüb.[7] Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib.[7]
Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib.[7]
2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışını edib.[12]
Muzeyin eksponatları
redaktəŞuşanın işğalından əvvəl, muzeyin birinci otağında Üzeyir Hacıbəyovun həyatının ilk illərinə aid qiymətli materaillar – tələbəlik illərinə aid eksponatlar, habelə 1920-ci ilədək qohum və ailə üzvlərinin foto şəkilləri sərgilənib. Muzeyin ekpozisiyasında bəstəkarın ilk yaradıcılığına aid zəngin əşyalar – ilk əsərlərinin əlyazmaları qoyulub. İkinci, üçüncü və dördüncü otaqda bəstəkarın sovet dövrünə aid olan fəaliyyətini əhatə edən ekponatalar sərgilənib. İkinci otaqda həmçinin bəstəkarın heykəli də qoyulmuşdu.
Ermənistan Silahlı Qüvvələrinin işğalınadək muzeyin 1700-ə yaxın eksponatı olub. İşğal zamanı isə Üzeyir Hacıbəyova aid edilən yalnız 136 şəxsi əşya hazırda Bakıda fəaliyyət göstərən ev muzeyinə gətirilib. Min altı yüzə yaxın eksponat isə Ermənistan Silahlı Qüvvələri tərəfindən məhv edilib.[1]
Muzeyin bərpasından sonra, birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Bu mərtəbədəki ikinci otaqda Ü.Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və məqalələri nümayiş olunur. Burada divarboyu “Sənsiz” romansından notların əks olunduğu fraqment də yer alıb.[7]
İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu “Koroğlu” operasından notların əks olunduğu fraqment yer alıb.[7]
-
Üzeyir Hacıbəyova məxsus skripka
-
Hacıbəyovların ailə əşyalarının nümayiş etdirildiyi zal
-
Üzeyir Hacıbəyova məxsus fortepiano
İstinadlar
redaktə- ↑ 1 2 3 "Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyi". 1905.az. 2020-10-23 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Dr. Mehmood Ul Hassan Khan. "Shusha: The cultural capital of Azerbaijan". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 10.05.2021. 12.05.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ "U.Hajibeyov's House-Museum in Shusha" (ingilis). uzeyir.musigi-dunya.az. 03.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ "House-Museum of Uzeyir Hajibeyov" (ingilis). armeniancrimes.com. 02.02.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ "Becoming familiar with the works to be performed in the house-museum of Uzeir Hajibeyli in Shusha city" (ingilis). mehriban-aliyeva.az. 29.08.2021. 02.02.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ 1 2 Mirmehdi Ağaoğlu. "Nazirlik: Üzeyir Hacıbəyovun Şuşadakı ev-muzeyinin bərpa olunacağı günə az qalıb" (az.). apa.az. 23.10.2020. 22.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.02.2022.
- ↑ 1 2 3 4 5 6 "İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 19 sentyabr 2024. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2024.
- ↑ 1 2 Həsənova, Təranə. "Ölməz bəstəkarın 40 yaşlı ev-muzeyi". Mədəniyyət . Bakı. 16 dekabr 2015. 12. Archived from the original on 2017-04-26. İstifadə tarixi: 2022-02-01.
- ↑ "Uzeyir Hajibeyli's House-Museum in Shusha" (ingilis). mct.gov.az. 23.11.2020. 27.01.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ Laman Ismayilova. "Uzeyir Hajibayli House Museum in Shusha" (ingilis). azernews.az. 03.09.2021. 08.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ Gunel Abbas. "Restoration project of Uzeyir Hajibayli's house museum in Shusha approved" (ingilis). Report İnformasiya Agentliyi. 20.09.2021. 21.09.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2022.
- ↑ "İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.