Cimnaz Babayeva - Wikipedia
Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Çimnaz Babayeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | balerina, pedaqoq |
Fəaliyyət illəri | 1964-cü ildən |
Təhsili | Bakı Xoreoqrafiya Məktəbi (1964) |
Teatr | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Mükafatları |
Həyatı
redaktəÇimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır.[1]
Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir.[2]
Yaradıcılığı
redaktəBöyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır.[1] Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur.[3] Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir.[4]
Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar:[5][6]
Partiya | Əsər | Müəllif |
---|---|---|
Şirin | Məhəbbət əfsanəsi | Arif Məlikov |
Ayişə | Yeddi gözəl | Qara Qarayev |
Sari | İldırımlı yollarla | Qara Qarayev |
Qız | Şur | Fikrət Əmirov |
Nəsiminin sevgilisi | Nəsimi dastanı | Fikrət Əmirov |
Gülyanaq | Qız qalası | Əfrasiyab Bədəlbəyli |
Jizel | Jizel | Adolf Adan |
Xanım | Xanım və xuliqan | Dmitri Şostakoviç |
Kitri | Don Kixot | Lüdviq Minkus |
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə
- "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə
- Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə[7]
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, 2016. səh. 278–279
- ↑ "Xalq artisti Çimnaz Babayeva vəfat edib". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 24 dekabr 2019. 3 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.
- ↑ Rəhimli, 2005. səh. 314
- ↑ АСЕ, 1987, сәһ. 589
- ↑ AME, 2010. səh. 587
- ↑ БЭ, 1981, стр. 38
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 11 iyun 2002. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2020.
Ədəbiyyat
redaktə- Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. 623 стр. с илл.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. 609 с.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh. ISBN 978-9952-441-05-5.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
- Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. 864 səh.