Yeremiyanin Kitabi - Wikipedia
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Digər dinlərlə əlaqələr
|
Yeremiyanın kitabı (İvr: ספר יִרְמְיָהוּ) — Köhnə Əhdi-Ətiqdə son peyğəmbərlər hissəsinin ikinci kitabı olub, Yeşaya kitabından sonra və Hezekiel ilə On İki kiçik peyğəmbər kitablarından əvvəl gəlir. Müşahidələri köçürüldüyü üçün kitab adını, E.Ə. 7-ci əsrin sonları və E.Ə. 6-ci əsrin əvvəllərində Qüdsdə, Yehuda Krallığı babillilərə məğlub olduğu zamankı kral Yoşiya zamanında yaşamış peyğəmbər Yeremiyadan alır. Kitab, mürəkkəb və poetik olaraq ivrit dilində yazılmışdır (10:11 istisnadır çünki qəribədə olsa aramicə yazılmışdır).
Mətn və yazıları
redaktəYeremiyanın kitabına aid parçaların bir qismi Kumranda dördüncü mağaradakı Ölü dəniz perqamentlərində tapıldı. Bu mətnlər, həm Masoretik mətn həm də Septuagint mətnlər ilə uyğunlaşmışdır. Bu kəşf, bu iki mətn arasındakı fərqliliklərə işıq tutdu; İlk Xristianlar üçün yunanca yazılan Septuagintin yalnız zəif bir tərcümədən ibarət olduğu ortaya çıxdı. Ölü dəniz çəngələri yayımının stajlı redaktoru Emanuel Tovun yazdığına görə, Masoretik variant ya ivritcə orijinalının yenidən yazılması ilə yaranıb, ya da bundan əvvəl hazırda iki fərqli variant yer almaqda idi. [1]
Kompozisiya
redaktəYeremiyanın kitabının, bu gün Qanunvericiliklər və ya bərabər dini islahatlar gətirən Qanunvercilik yazarları tərəfindən təsirlənib düzəliş edildiyi prizma hakimdir. [2] Bu, həm Qanunvericilikdə həm Yeremiyanın kitabındakı dilin paralelliyi açıq şəkildə ortaya çıxır. [3] Məsələn, həm Qanunvericilik 4:20 həm də Yeremiya 11:4 "dəmir əritmə ocağından" bəhs edir. Həmçinin, dini islahatlardakı dəlil Yeremiya və Qanunvericiliklər arasında eyni istiqamətdədir və uşaq qurbanlarının sonundan bəhs edər (bax. Yer 7:31, 19:5, 32:35; Lev 18:21). Amma Yeremiyanın kitabının Qanunvericilik məktəbin bir hissəsi olub olmadığı mübahisə mövzusudur çünki nə Yeremiyadan nə də Yoşiyanın islahatlarından bəhs edilir. [4] Hətta, Yeremiyadakı bəzi sözlərin mətnlər arası olaraq təkrar edilməyi "tarixi Yeremiya" fikrini ortaya atır ki, bu fikir nə təsdiq edilə bilər, nə də inkar edilə bilər. [5] Amma buna təzad olaraq, Septuagint və Masoretik Mətndəki fərqliliklərdən doğan mübahisələr nəticəsində Masoretik Mətnin məzmununda "tarixi Yeremiya" təsvir edildiyi görülür. [6]
Kitabın hissələri
redaktəKitab, altı hissədən ibarətdir [7] və poetik, hekayəvi və bioqrafik janr mətnlərin kitabda yağdığıldığı görülür. [8] Bəhs edilən altı epizod belədir:
- Mövzu 1-25: Yeremiyanın mesajının ilk və əsas nüvəsi
- Mövzu 26-29: Bioqrafik material və digər peyğəmbərlərlə qarşılıqlı təsir
- Mövzu 30-33: Tanrının bərpa sözü
- Mövzu 34-45: Sedekiya ilə qarşılıqlı təsir və Qüdsün süqutu
- Mövzu 46-51: İsraili əhatə edən millətlərə ilahi cəza
- Mövzu 52: 2 Krallar 24:18 ilə 25:30 arasını təkrarlayan əlavə hissə.
Peyğəmbər olaraq Yeremiya
redaktəKitaba görə, Benyamin qəbiləsinin torpaqlarında yerləşən Anatotlu bir keşişin oğulu olaraq dünyaya gələn peyğəmbər Yeremiya, Süleyman Məbədinin dağılması ilə nəticələnəcək olan Nebukadnezarın Yəhuda Krallığındakı Qüdsü mühasirəyə almasından öncə, blokada zamanı və sonrasında yaşadı. Yenə kitaba görə, dağılmadan yarım əsr əvvəl davamlı olaraq Tanrının mühakimə edilişinin gələcəyi kəhanətində olub; İsrail oğullarına bütləri bir kənara qoymağı və Tanrının seçilmiş xalqının taleyini yerinə gətirməsi və Tanrının məhkəməsindən qurtulmaq üçün tövbə edilməsini açıqladı. Yeremiyanın xəbərdarlıqlarına qulaq asmayan İsrail oğulları tövbə etmədi. Məqsədinə çatmayan Yeremiya, bildiyi və tanıdığı hər şeyin süqutuna şahid oldu; İsrailin elit təbəqəsi Babilə sürgün edildi və qalanlar Misirə qaçdı.
Yeremiyanın kəhanətləri
redaktə- "İnancsız çobanlara" qarşı (Məs: Saxta peyğəmbərlər) təhdidlər, sülh və həqiqət çoban sözü, saxta peyğəmbərlərə və tanrısız keşişlərə qarşı xəbərdarlıqlar (yəqin ki, Yehoyakim zamanında; 23:1-8, 9-40);
- E.Ə. 597-ci ildə Nebukadnezar tərəfindən edilən sürgün və arxada qalanları simvollaşdıran iki səbət əncir görümü (24-cü Məsələ);
- Yəhuda və qonşu millətlərə tətbiq olunacaq kriminal təhdidlər, məs: Qarqamış müharibəsi (605; 25-ci mövzu);
- Yeremiyanın Məbəddəki proqnozunu, həbs olunmasını, ölümlə üzləşməsini və xilas edilişini bəhs edən ilk tarixi pasajlar (26-cı məsələ);
- Dağıntı və sürgün dövrünün ardından İsrailin qorunuşu;
- Sıdkiya dövründə söylənənlər və əlavə hissə.
Yeremiyanın kəhanətləri eyni kəlimələrdir, sözlər və təsvirlər istifadə edilərək təkrarlanır. Əlli illik bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq xronoloji bir sırada deyil.
Kitabın yunanca tərcüməsi olan Septuaginta (LXX) variantı ivritcə olan Masoretik Mətn (MT)-ə müqayisədə fərqliliklər göstərir. Septuagint-də 10:6-8; 25:14; 27:19-22; 29:16-20; 33:14-26; 39:4-13; 52:2, 3, 15, 28-30 və s yoxdur. Bütövlükdə, MT-də olan 2,700 söz LXX-də yer almamaqdadır. Həmçinin MT-də 45 ilə 51 məsələləri arasında olan "Millətlərə qarşı kəhanətlər" bölümü LXX-də fərqli yerdə yer alıb 25:13-dən sonra yerləşir.
Jewish Encyclopedia (Yəhudi Ensiklopediyası)-na görə, LXX-in MT-ə nisbətən daha qısa və daha qədim olması, kitabın ivritcə versiyası başa çatmadan yunancaya tərcümə edilməsindən irəli gəlir. Həmçinin LXX-də Baruh kitabı və Yeremiyanın məktubu da var. [9] Jeromenin Prologue to Jeremiah Arxivləşdirilib 2018-01-15 at the Wayback Machine əsərində bu iki yazının ivritcə olmaması səbəbiylə çıxarıldığını bildirir. Amma Olan Canon of Trent "Ieremias cum Baruch" (Yeremiya və Baruh)-u Yeremiyanın məktubu olduğu və bu səbəblə də latınca tərcümə olan Vulgateye əlavə olunduğunu bildirir.
Yeremiyanın etirafları
redaktəMütəxəssislərə görə, kitabın ilk 25 mövzusunda Yeremiyanın keçidlərindən bəziləri "etiraf" məzmunludur: 11:18-12:6, 15:10-21, 17:14-18, 18:18-23 və 20:7-18. Bu keçidlərdə Yeremiya təqdim etməsi lazım olan məlumatdan razı olmadığını dilə gətirir amma yenə də ilahi çağırışı, axtarıb tapmış olmamasına baxmayaraq, qərarlı bir şəkildə yerinə yetirmişdir. Bundan başqa, bu "etiraf"ların bəzilərində Yeremiya, Allaha özünə zülm edənlərdən intiqam alması üçün dua etməkdədir. [10] (bax. Yeremiya 12:3)
Yeremiyanın "etirafları" bir növ şəxsi təəssüfdür. Bu cür təəssüflər Həmdlər və Əyyub kitabında da görülməkdədir. Əyyub kimi Yeremiya da doğulduğu günə lənət edər (Bax. 20:14-18 və Əyyub 3:3-10). Eyni şəkildə, Yeremiyanın "Bir Çoxunun, Hər yer dəhşət içindədir! Günahlandırın! Günahlandıraq onu! Deyə pıçıldadığını eşitdim" deyə qışqırığı Məzmurlar 31:13 ilə eynidir. Amma Yeremiyanın təəssüfünü digərlərindən fərqləndirən, Yehova tərəfindən bu mesajların təqdim olunmasıdır.
Peyğəmbəri hərəkətləri
redaktəİşarəli-hərəkətlər kimi də tanınan "peyğəmbəri hərəkətlər", mesajın çatdırılması üçün edilən simvolik hərəkətlərdir. Bu hərəkətlər qəribə formadadır çünki zamanın mədəni normalarına ziddir. Bu hərəkətlərin məqsədi, tamaşaçı çəkmək, tamaşaçıları sual verməyə təşviq etmək və peyğəmbərin etdiyi hərəkətin mənasını açıqlamasına imkan yaratmaqdır. Peyğəmbəri hərəkətlər təkcə Yeremiya kitabına xas deyil.
Yeremiya kitabında olan işarəli-hərəkətlərin bəziləri bunlardır:
- Yeremiya 13:1-11: Kətan qurşaq geymək, basdırmaq və basdırıldığı yerdən çıxarmaq. [11]
- Yeremiya 16:1-9: Evlilik, yas və ümumiyyətlə bayram ənənələrindən çəkinmək. [12]
- Yeremiya 19:1-13: Qüdsün dini liderləri qarşısında saxsı sındırmaq. [13]
- Yeremiya 27-28: Yeremiyanın boyunduruq taxması və başqa bir peyğəmbər olan Hananya tərəfindən bunun qırılması. [14]
- Yeremiya 35:1-19: Çadırlarda yaşayaraq, şərab içməyə qarşı olan Reqavlılara şərab təqdim etmək. Bu hadisə məbəddə baş vermişdir və sosial normaların sındırılması baxımından əhəmiyyətli bir keçiddir. [15]
Bu siyahı, Yeremiyanın kitabında olan peyğəmbəri hərəkətlərin geniş siyahısı deyil. Kitabı oxuyan adam, peyğəmbəri hərəkətlərlə qarşılaşdığı zaman bunun müxtəlif müəlliflər tərəfindən müxtəlif vaxtlarda və fərqli bir tamaşaçı qrupuna etdiyini ağlından çıxarmamalıdır. [16] Bu hal, içində peyğəmbəri hərəkətlər yerləşən digər mətnlər üçün də keçərlidir.
Mətnlər, tərcümələr və şərhlər
redaktə- Orijinal ivritcə mətni:
- İngilis dilinə tərcümələr
- Yəhudi tərcümələri:
- Jeremiah at Mechon-Mamre (Jewish Publication Society translation)
- Yirmiyahu - Jeremiah (Judaica Press) translation [with Rashi's commentary] at Chabad.org
- Xristian tərcümələri:
- Online Bible at GospelHall.org
- Jeremiah at The Great Books (New Revised Standard Version) (via archive.org)
- Jeremiah at Mechon-Mamre (Jewish Publication Society translation)
- Şərhlər
- Yəhudi şərhləri
- Jeremiah (Judaica Press) [with Rashi's commentary] at Chabad.org
- Abraham Joshua Heschel, The Prophets. HarperCollins Paperback, 1975.
- Yəhudi şərhləri
- Yəhudi tərcümələri:
İstinadlar
redaktə- ↑ "Tov, Emanuel: "The Septuagint and Literary Criticism", The Folio: Bulletin of the Ancient Biblical Manuscript Center, 22(2):1-6" (PDF). 2011-07-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ Coogan, M. A Brief Introduction to the Old Testament: The Hebrew Bible in its Context. Oxford University Press: Oxford, 2009. p.300.
- ↑ Hyatt, JP. Jeremiah and Deuteronomy. Journal of Near Eastern Studies. Vol. 1, No. 2 (Apr., 1942), pp. 156-173
- ↑ Holt, EK. The Chicken and the egg –or was Jeremiah a Member of the Deuteronomist Party? Journal for the Study of the Old Testament. Vol.44. pp109-122. (1989)
- ↑ Carroll, RP. ``Intertextuality and the Book of Jeremiah: Adimadversions on text and theory. The New Literary Criticism and the Hebrew Bible. pp. 55-78. 1993. Sheffield Academic Press. - books.google.com.
- ↑ Diamond, A R Pete. 1990. "Jeremiah's confessions in the LXX and MT : a witness to developing canonical function?." Vetus testamentum 40, no. 1: 33-50
- ↑ Coogan, M. A Brief Introduction to the Old Testament: The Hebrew Bible in its Context. Oxford University Press: Oxford, 2009. p299.
- ↑ Robert Davidson "Jeremiah, The Book of" The Oxford Companion to the Bible. Bruce M. Metzger and Michael D. Coogan, eds. Oxford University Press Inc. 1993. Oxford Reference Online. Oxford University Press. Northwestern University. 20 October 2010.
- ↑ An Introduction to the Old Testament in Greek, [[ölü keçid] 2], Henry Barclay Swete, Cambridge University Press, 1914, Part II, Chapter III, Section 6, "Baruch and the Epistle of Jeremiah were regarded by the Church as adjuncts of Jeremiah, much in the same way as Susanna and Bel were attached to Daniel. Baruch and the Epistle occur in lists which rigorously exclude the non-canonical books; they are cited as 'Jeremiah' (Iren. v. 35. I, Tert. scorp. 8, Clement of Alexandria, Paedagogus i. 10, Cyprian, Testimonia ii. 6); with Lamentations they form a kind of trilogy supplementary to the prophecy."
- ↑ Coogan, M. A Brief Introduction to the Old Testament: The Hebrew Bible in its Context . Oxford University Press: Oxford, 2009. pp.303.
- ↑ Friebel, K.G. Jeremiah's and Ezekiel's Sign-Acts. Sheffield Academic Press: Sheffield, England, 1999. pp. 99-114
- ↑ Friebel, K.G. Jeremiah's and Ezekiel's Sign-Acts. Sheffield Academic Press: Sheffield, England, 1999. pp. 82-99
- ↑ Friebel, K.G. Jeremiah's and Ezekiel's Sign-Acts. Sheffield Academic Press: Sheffield, England, 1999. pp. 115-124
- ↑ Friebel, K.G. Jeremiah's and Ezekiel's Sign-Acts. Sheffield Academic Press: Sheffield, England, 1999. pp. 136-
- ↑ Friebel, K.G. Jeremiah's and Ezekiel's Sign-Acts. Sheffield Academic Press: Sheffield, England, 1999. pp. 124-136
- ↑ Friebel, K.G. Jeremiah's and Ezekiel's Sign-Acts. Sheffield Academic Press: Sheffield, England, 1999. p. 13