Yaponiya Fotoqrafiya Cemiyyeti 1889 - Wikipedia
Yaponiya Fotoqrafiya Cəmiyyəti (日本寫眞會, Nihon Şaşinkay?) – 1889-cu ildə Yaponiyada yaradılmış fotoqrafiya təşkilatı. 1896-cı ilə qədər fəaliyyət göstərmişdir.
Yaponiya Fotoqrafiya Cəmiyyəti | |
---|---|
日本寫眞會 | |
Fəaliyyəti | fotoqrafiya |
Yaranma tarixi | may 1889 |
Fəaliyyət göstərdiyi yer | Yaponiya |
Qurucusu | Vilyam Kinninmod Börton |
Sədr | Enomoto Takeaki |
Tarixi
redaktəYaponiya Fotoqrafiya Cəmiyyəti 1889-cu ilin mayında şotland fotoqraf Vilyam Kinninmod Börton tərəfindən yaradılmışdır.[1] Bu, Yaponiyada həvəskar fotoqrafların yaratdığı ilk belə təşkilat olsa da, daha sonra peşəkar fotoqraflar da cəmiyyətə qatılmışdır. Enomoto Takeaki sədr, Kikuçi Dayroku vitse-sədr, Vilyam Börton katib seçilmişdir.[2] Cəmiyyətin 56 qurucu üzvü var idi və onların 24-ü əcnəbi idi.[3] Qurucu üzvlərə İşikava İvao, Oqava Kazuma, Oqura Kenşi, Kacima Seybey, Nakacima Matsuçi və Esaki Reyci daxil idi.[2] Cəmiyyətin ilk görüşü 10 may 1889-cu ildə baş tutmuşdur.[1] 1892-ci ildə təşkilata üzv olanların sayı 150-yə çatmışdır.[3]
Cəmiyyətin əsas məqsədi Yaponiyada fotoqrafiya texnikalarını inkişaf etdirmək idi. Bu məqsədlə cəmiyyət tərəfindən aylıq tədqiqat görüşləri və model fotoqrafiya sessiyaları təşkil olunurdu. Üzvlərin çəkdikləri fotolar "Shashin Shimpo" fotoqrafiya jurnalında nəşr olunurdu.[3] Təşkilatın keçirdiyi əsas tədbir 1893-cü ilin mayında Tokionun Ueno rayonunda keçirilmiş "Əcnəbi Fotoqrafiya Sərgisi" idi. Bu, Yaponiyada keçirilmiş ilk beynəlxalq fotoqrafiya sərgisi olmuşdur. Sərgidə London Kamera Klubunun üzvü olan Corc Devison və Peter Henri Emerson kimi fotoqrafların 296 fotosu sərgilənmişdir.[2]
Cəmiyyətin əsas maliyyə dəstəkçisi olan Kacima Seybeyin 1896-cı ildə iflasa uğramasından sonra təşkilat fəaliyyətini dayandırmışdır.[4]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 29 noyabr 2024.
- Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 372–373. ISBN 9780300099256. İstifadə tarixi: 29 noyabr 2024.