Xan Bagi Gence - Wikipedia
Sərdar bağı və ya Xan bağı — Azərbaycanın Gəncə şəhərində yerləşən istirahət guşəsi.
Rəsmi sənədlərdə belə "Xan Bağı" adlandırılsa da, əslində "Sərdar Bağı"dır. Sərdar Bağı 1847-ci ildə çarın Qafqazdakı canişini ("sərdarı") knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salındığı üçün bu adı almışdır.
Gəncədə tarixən xanların istirahət guşəsi kimi mövcud olmuş Xan Bağı rus işğalından sonra ləğv edilmiş, oradakı ağacların bir qismi isə Sərdar Bağına köçürülmüşdür. Bağ hal-hazırda gəncəlilərin əsas istirahət guşələrindəndir.
Osmanlı mənbəsində
redaktə1727-ci ildə Osmanlı hakimiyyəti dövründə tərtib olunmuş Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərində Xan bağı haqqında statistik göstəricilər yer alır. Bağın sahəsinin təqribən 130 hektara yaxın olduğu, 479 çinar, 404 sərv, 3554 meyvə ağacının olması göstərilir.[1]
İstinadlar
redaktə- ↑ «Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри» Arxivləşdirilib 2021-05-19 at the Wayback Machine (latın əlif. «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»). Bakı, "Şuşa" nəşriyyatı, 2000. «Ön söz» (kiril əlif. «Өн сөз») hissəsi, səh. 12. (az.)