Cavadxan Defterxanasi - Wikipedia
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir.
Cavad xan dəftərxanası | |
---|---|
| |
40°40′12″ şm. e. 46°21′41″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Gəncə, Azərbaycan |
Yerləşir | M.Abbaszadə küçəsi, 60 |
Sifarişçi | Cavad xan |
Tikilmə tarixi | XVIII əsr və 2012-ci il (yenidən tikilməsi) |
Uzunluğu | 4,1 m |
Sahəsi | 48,36 m2[1] |
Vəziyyəti | yenidən tikilib |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAbidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir.[2]
Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib.[3] Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.[4]
Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li Qərarı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüşdür. Daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsün"də ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.[5]
İstinadlar
redaktə- ↑ ganca.org. "Cavad Xan Dəftərxanası" (az.). Elnur Pişnamaz-zadə Gəncəvi. 09.04.2012. İstifadə tarixi: 2019-12-13.[ölü keçid]
- ↑ deyerler.org. "Cavad xan dəftərxanası" (az.). 4 aprel 2012. 2021-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ azertag.az. "Araşdırma: istiqlaliyyət tariximizdə Yusifbəylilər sülaləsinin xüsusi yeri var" (az.). Rauf Hacıyev. 24.01.2018. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ www.islamtimes.org. "Cavad xanın dəftərxanası" (az.). 17 May 2012. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
- ↑ www.ganja.az. "Cavad xan dəftərxanası" (az.). 2019-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-13.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Gəncənin maddi mədəniyyət abidələri Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine