Turkiye Cerkezleri - Wikipedia
Türkiyə çərkəzləri ya da Türkiyədəki çərkəzlər (çərkəzcə:Тыркуе aдыгэхэр) — XIX əsrdə Çərkəz bölgəsinin Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra başladılan Çərkəz sürgünü adlı etnik təmizləmə hərəkatında Şimali Qafqazdan Osmanlı imperiyası torpaqlarına gələn çərkəzlərin daha sonra yaradılan Türkiyə sərhədləri daxilində qalan qismidir.[1][2][3]
Yaşadığı ərazilər | ||||
---|---|---|---|---|
| ||||
Dili | ||||
Dini | ||||
Haqqında
redaktəTürkiyədəki çərkəzlərin dəqiq sayı bilinməməkdədir. Bir çox etnik çərkəz çərkəz dilini bilmir və özünü sadəcə türk olaraq təqdim edir.
Türkiyədəki çərkəzlər içində dillərini ən yaxşı qoruyan qrup əsasən Kayseri və Sivasa bağlı kəndlər olan Uzunyayla ilə Maraş-Göksun ilçəsində yaşayan kabardeylərdir. TRT-3 televiziya kanalında dövlət tərəfindən yayımlanan ilk çərkəz dili də bu kəndin sakinlərinin danışdığı şərq çərkəzcəsidir.
Çərkəz adı Qafqazda çərkəzcə danışan ləhcə qrupunun qərb çərkəzcəsi və şərq çərkəzcəsi olmaqla iki qolunu təşkil edən şimali qafqazlıları təmsil edərkən, Türkiyədə (və keçmiş Osmanlı coğrafiyasında) isə bunlardan əlavə, abazalar, çeçenlər, abxazlar, osetinlər, qaraçaylılar və balkarlar kimi fərqli dil ailələrindən olan toplumları da bildirmək üçün istifadə edilir.[4][5][6]
Boyları
redaktəTürkiyədəki bütün Çərkəz boyları İstanbulda da yaşasa da, Anadoluda çoxluq formada yaşadıqları bölgələr bunlardır:[7]
- Abadzexlər — Sinop, Tokat, Balıkesir, Sakarya (Akyazı ilçəsi)
- Şapsuqlar — Samsun, Balıkesir, Bolu, Aydın, Sakarya, Bursa
- Ubıxlar — Balıkesir, Bolu, Sakarya, Samsun, Ordu
- Bjeduğlar — Çanaqqala (Biqa ilçəsi ətrafı)
- Hatukaylar — Kayseri, Bileçik
- Çemguylar — Düzcə
- Mahoşlar — Samsun (Alaçam ilçəsi)
- Kabardalılar — Kayseri, Tokat, Sivas, Qəhrəmanmaraş
- Besleneyler — Çorum, Amasiya
Demoqrafiya
redaktəYear | Ana dili kimi | İkinci dil kimi | Ümumi | Türkiyə əhalisi | Faiz nisbəti |
---|---|---|---|---|---|
1927 | 95,901 | 0 | 95,901 | 13,629,488 | 0.70 |
1935 | 91,972 | 14,703 | 106,675 | 16,157,450 | 0.66 |
1945 | 66,691 | 9,779 | 76,470 | 18,790,174 | 0.41 |
1950 | 75,837 | 0 | 75,837 | 20,947,188 | 0.36 |
1955 | 77,611 | 22,861 | 100,407 | 24,064,763 | 0.42 |
1960 | 63,137 | 65,061 | 128,198 | 27,754,820 | 0.46 |
1965 | 58,339 | 48,621 | 106,960 | 31,391,421 | 0.34 |
1965-ci il siyahıyaalmasına görə, çərkəz dilini ana dili kimi danışanlar faiz nisbəti ilə ən çox Kayseridə olmuşdur. Onlar burada ümumi əhalinin 3.2 faizini təşkil etmişdir. Sonrakı yerlərdə 1.2 faiz göstərici ilə Tokat, 1.0 faizlik göstərici ilə Qəhrəmanmaraş gəlmişdir.
Əxlat çərkəzləri
redaktəTürkiyənin ən şərqindəki Çərkəz diasporu Əxlatda yaşamaqdadır. Şapsuq çərkəzlərindən olan Əxlat çərkəzlərinin əvvəldən 8–9 əddə olan kənd sayı hal-hazırda birə düşmüşdür. Bu kənd Adilcevazda yerləşir. Buradakı çərkəzlərin çoxu Əxlatın mərkəzində yaşamaqdadır.
Dərnək
redaktəTürkiyə çərkəzlərinin ən böyük dərnək strukturu olan Qafqaz Dərnəkləri Federasiyası eyni zamanda Dünya Çərkəz Birliyi təşkilatının qurucu üzvüdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ KONDA Research and Consultancy, Social Structure Survey 2006 Arxivləşdirilib 2010-10-30 at the Wayback Machine
- ↑ Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, ISBN 2-7637-7044-4
- ↑ Circassia, Unrepresented Nations and Peoples Organization, 2010-11-29 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Biz Çerkesler" (PDF). www.circassian.us. 28 fevral 2020 tarixində arxivləşdirilib (PDF).
- ↑ Gülüzar Altın və Meryem Gümüş. "Çerkeslerde kaşenlik âdeti üzerne sosyolojik bir inceleme: Eskişehir örneklemi" (PDF). 2014-01-04 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "Irak Çerkesleri (Çeçenler, Dağıstanlılar, Adigeler)". Ortadoğu Stratejik Araştırmalar Merkezi. 2015-12-08 tarixində arxivləşdirilib.
- ↑ Seral Çelik. TÜRKİYE'DEKİ ÇERKESLER: KAF DAĞI'NA DÖNSEK Mİ?. Hürriyet Karadeniz. 1989. səh. 11.
- ↑ Fuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000