Senan Ibrahimov - Wikipedia
Sənan İbrahimov (tam adı:Sənan Məmmədəli oğlu İbrahimov; 18 aprel 1959, Culfa, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Filologiya elmləri doktoru, professor, filoloq, şərqşünas, mətnşünas, yazıçı-dramaturq, nizamişünas.
Sənan İbrahimov | |
---|---|
Sənan Məmmədəli oğlu İbrahimov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Culfa, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Məmmədəli İbrahimov |
Elm sahələri | Filologiya, şərqşünaslıq |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adları | Professor, aparıcı elmi işçi |
İş yerləri | Bakı Dövlət Universiteti, AMEA Şərqşünaslıq İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Tanınmış yetirməsi | 3 doktor |
Mükafatları |
1. orden “Qızıl ulduz” 2. orden “Cəsarətə görə” 3. medal “Döyüş xidmətlərinə görə” 4. medal “Ordu -70” 5. medal “Veteran” 6. tərifnamə “Yaxşı xidmətə görə” 7. tərifnamə “Yaxşı xidmətə görə” 8. tərifnamə “Təhsildəki nailiyyətlərə görə” |
Həyatı
redaktə18 aprel 1959-cu ildə Naxçıvan MSSR-in Culfa rayonunda anadan olmuşdur.[1][2]
Təhsili
redaktə1976-cı ildə orta məktəbi bitirmişdir.[1]
1977-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Aviasiya məktəbində oxumuşdur. "Mİ-8" vertolyotları üzrə aviamexanik-pilotdur.[1]
1980-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində oxumuşdur.[1]
Hərbi fəaliyyəti
redaktə1979-cu ildə hərbi xidmətini bitirmişdir.[1]
1985-1987-ci illərdə Əfqanıstanda hərbi müşavir-tərcüməçi olmuşdur.[1]
1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır.[1]
Hərbi əməliyyatlarda göstərdiyi rəşadətə görə 2 döyüş ordeni, 3 medalla təltif olunmuş və hərbi bacarığına görə iki dəfə xüsusi təltifata layiq görülmüşdür.[1]
Əmək fəaliyyəti
redaktə1988-ci ildən BDU-da işləyir. Əvvəl xarici tələbələrin inspektoru olmuş, hal-hazırda isə Filologiya fakültəsinin, Klassik Azərbaycan Ədəbiyyatı kafedrasının professorudur.[1]
1992-1994-cü illərdə Milli Orduda olmuş: Bakı Ali Birləşmiş Komandirlər Məktəbində dosent vəzifəsində çalışmışdır.[1]
1995-ci ildən 2014-cü ilədək AMEA Şərqşünaslıq İnstitutunda (0,5 ş/v) aparıcı elmi işçi olmuşdur.[1]
İndiyədək rəsmi təşkilatlarda; istintaq və məhkəmə orqanlarında tərcüməçi-ekspert kimi çalışır.[1]
Elmi-yaradıcı fəaliyyəti
redaktə1992-ci ildə "Suli Fəqih və onun “Yusif və Züleyxa” poeması" adlı namizədlik dissertasiyası müdafiə etmiş və dosent kimi hərbi-pedaqoji fəaliyyət göstərmişdir.[1][2]
1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1]
2008-ci ildə "Klassik ədəbiyyatda ideya-mövzu problemləri" adlı doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildən etibarən professor kimi pedaqoji fəaliyyətini davam etdirir.[1][2]
Beynəlxaql seminar, simpozium və konfranslarda iştirak
redaktəMənbə[1]
- “Şəhriyar – 90 “
- “Sədi Şirazi”
- “Hafiz Şirazi”
- “Füzuli – 600”
- “Nizami-850”
- “Nizami- 870”
- “Məhsəti -900”
- “Cavid- 130”
- "Məhdimqulu-230"
Elmi kitabları
redaktəMənbə[1]
- Fars dili. (hərbi məktəblərin I kurs kursantları üçün dərslik), Bakı, 1993.
- Fars dili. (hərbi məktəblərin II kurs kursantları üçün dərslik), Bakı, 1994
- Yaxın Şərq klassik ədəbiyyatında mpvzuların tipologiyası. Tehran, Firuzan, 1380 (2001) (fars.)
- سبک آذربایجانی در شعر فارسی زبان و موضوعت آن (Farsdilli poeziyada "Azərbaycan səbki" və onun ideya-mövzu aspektləri. Tehran, Firuzan, 1381 (2002))
- Əsədi Tusi və Fəxri İrəvani. Bakı, Ağrıdağ, 2002
- Əsirəddin Əxsikəti Turani. Bakı, BU nəşr., 2003
- Klassik ədəbiyyatda "vəhdəti-vücud". (dərs vəsaiti) Bakı, Nurlan, 2007
- Mətnşünaslıq (dərslik). Bakı, 2003
- Klassik Azərbaycan poeziyasında ideya-mövzu qaynaqları və onların tipologiyası (XIII əsrədək). Bakı: Elm. 1999
- Qaçaq Kərəmin xatirələri. Bakı, 2007
- Azərbaycan klassik ədəbiyyatı ümumşərq kontekstində.(dərslik) Бакы, НМБ, 2007
- Klassik Azərbaycan ədəbiyyatı. (dərslik). BDU, 2009
- Divan ədəbiyyatının poetikası. (dərslik). BDU, 2009
- Mirzə Ələkbər xan Dehxuda. BU nəşr., 2009
- Hatif İsfahani. Bakı, 2010
- Suli Fəqih. Yusif və Züleyxa. Bakı, 2010
- Mətnşünaslıq. (dərslik) Bakı, BDU 2010
- İran, Əfqanıstan, Tacikistan ədəbiyyatı (XIII əsrədək). (dərslik) Bakı: Ağrıdağ, 2011
- Azərbaycan ədəbiyyatşünaslığı tarixi, metodologiyası və problemləri. (dərslik) Bakı: Bakı Universiteti, 2012
- Nizami Gəncəvinin türkcə divanı. Bakı, 2013
- Orta əsrlər Azərbaycan romantik ədəbiyyatı. Bakı, HMB, 2014
- Qədim və orta əsrlər İran, Əfqanıstan və Tacikistan ədəbiyyatı. Bakı, HMB, 2015
- Тюркство Низами. Берлин, Ланберги, 2015
- Kövnü-məkana sığmayan Nəsimi. Bakı, "Ləman" nəşriyyatı,2019, 320 s.
və 200-dək elmi-publisistik məqalənin müəllifidir.
Bədii kitabları
redaktəMənbə[1]
- Yumoristik hekayələr. Bakı, 1998
- Xəstəlik düşüncədən başlayır. Bakı, 2000
- Kinossenarilər. Bakı, 2004
- Приключения пародиста. Москва, 2005
- Hekayələr. Bakı, 2007
- Fantomaslıq peşəsi. Bakı, 2008
- Pyeslər. Bakı, 2010.
Şəxsi həyatı
redaktəEvlidir: iki övladı var.[1]
AMEA Naxçıvan bölməsinin elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru (elmlər namizədi), Səbuhi İbrahimovun böyük qardaşıdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "Azərbaycan ədəbiyyatı tarixi kafedrasının f.e.d İBRAHİMOV SƏNAN" ( (az.)). philology.bsu.edu.az. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- ↑ 1 2 3 "İbrahimov Sənan Məmmədəli oğlu" ( (az.)). science.ab.az. 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "«Nizami türkcə şeirləri Gəncə ləhcəsində yazıb»" ( (az.)). azadliq.org. 2013-04-16. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- Elmin Nuri. "Nizami Gəncəvinin Azərbaycan dilində divanı tapılıb - EKSKLÜZİV" ( (az.)). modern.az. 2013-04-09. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- "Bu əlyazma Nizaminin türkcə yazdığını sübut edir" ( (az.)). azadliq.mobi. 2013-09-09. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- "Əliyar Səfərli: «Nizami Azərbaycan şairidir». Abbas Cavadi: «Fars ədəbiyyatına aiddir» (Debat)" ( (az.)). azadliq.mobi. 2014-06-01. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.