Amea Serqsunasliq Institutu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor: Filologiya elmləri doktoru, Gövhər Baxşəli qızı Baxşəliyeva.
AMEA Şərqşünaslıq İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1958 |
Digər məlumatlar | |
Direktor | Gövhər Baxşəliyeva |
Ünvan | AZ1073, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 115 |
Sayt | orientalstudies.az |
Tarixi
redaktəAMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır.
Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir.
İnstitutun ilk direktoru, görkəmli mənbəşünas və mətnşünas alim, akademik Ə.Ə.Əlizadə (1958-1963) olmuşdur. Sonralar instituta akademik Ə.S.Sumbatzadə (1963-1970), akademik H.M.Araslı (1970-1981), akademik Z.M.Bünyadov (1981-1986, 1988-1991, 1992-1997), professor A.N.İmanquliyeva (1991-1992) kimi görkəmli alimlər başçılıq etmişlər. Hal-hazırda institutun direktoru professor, müxbir üzv G.B.Baxşəliyevadır.[1]
Fəaliyyət istiqamətləri
redaktə- Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı;
- Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri.
Elmi nəticələr
redaktəSon beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır. Bu kitabların ən mühümləri aşağıdakılardır:
- Şihabəd-din an-Hacabu. Cizneopisanie Dcalal ad-Dina Mankburnı. Ərəbcədən tərcümə, ön söz, qeydlər və şərhlər akad. Z.M.Bünyadovundur
- Əbdi bəy Şirazi. Təkmilət-ül-əkbar. Fars dilindən tərcümə, müqəddimə və şərhlər Ə.Rəhimovundur
- G.Baxşəliyeva. Əbül-Fərəc əl-İsfahaninin "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı
- Orta əsrlər Şərqi. Akademik Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş məqalələr toplusu
- Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə Güney Azərbaycan
- 1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifi t.e.n. Ş.Mustafayev
- V.Mustafayev. Cənubi Azərbaycanlıların milli şüuru
Strukturu
redaktə- Türkiyə tarixi və iqtisadiyyatı şöbəsi
- İran tarixi və iqtisadiyyatı şöbəsi
- Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsi
- Ərəb filologiyası şöbəsi
- İran filologiyası şöbəsi
- Türk filologiyası şöbəsi
- Din və ictimai fikir tarixi şöbəsi
- Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsi
- Şərq-Qərb şöbəsi
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Аzərbaycan Milli Elmlər Akademiyası
- Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Arxivləşdirilib 2007-03-21 at the Wayback Machine
- ↑ "AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU Haqqında". 2010-02-09 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2022-05-01.