Bdu Serqsunasliq Fakultesi - Wikipedia
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Şərqşünaslıq fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
|
|
Yaradılma tarixi | 1922 |
Dekan | Aydan Xəndan |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | orient.bsu.edu.az |
Haqqında
redaktə1919-cu ildə Bakı Dövlət Universiteti təsis ediləndə tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi mövcud olmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır. Fakültənin inkişafında məşhur alim və pedaqoqlar, o cümlədən akademiklər N. Marr, İ. Meşşaninov, V. Bartold, A. Samoyloviç, H. Araslı, professorlarİ. Oşmarin, A. Romaşkeviç, P. Juze, B. Çobanzadə, A. Qubaydulin, V. Xuluflu, Ə. Məmmədov, M. Əlizadə, R. Sultanov, Y. Şirvani və başqaları böyük rol oynamışlar.
Şərqşünaslıq fakültəsinin ilk dekanı P. Juzeolmuşdur. Hazırda dekan professor E. Z. Əzizovdur.
Şərqşünaslıq fakültəsində türk və fars şöbələri ilə yanaşı 1957-ciil də ərəb, 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə çin və 2007-ci ildə koreya şöbələri də açılmışdır.
Fakültədə 4 kafedra, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilləri üzrə müasir mebel, kompüter, televizor, peykantennaları, videomaqnitafon və digər texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar, zəngin fondu olan kitabxana vardır.
Məzunlar
redaktəEks-prezident Əbülfəz Elçibəy, məşhur şərqşünaslardan akademiklər Ə. Sumbatzadə, V. Məmmədəliyev, N. Vəlixanlı, AMEA-nın müxbir üzvləri M. Nemətova, B. Hüseynov, Z. Məmmədov, Ə. Səfərli, professorlar A. İmanquliyeva, C. Qəhrəmanov, M. Mahmudov, H. Mahmudov və başqaları, İran, Küveyt, Misir, BƏR, Qətər, SəudiyyəƏrəbistanı, Suriya, Mərakeş, Yaponiya, Koreya, ABŞ, Moldovavə Latviyada Azərbaycan Respublikasının səfirləri, BMT-də ölkəmizin nümayəndəsi, tanınmış ədib və şairlər C. Cabbarlı, Ə. Cəfərzadə, C. Əlibəyli, Ə. Hacızadə, A. Zeynallı fakültənin məzunlarıdırlar.