Romans - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes[1].
Tarixçə
redaktəRomans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX əsrin sonlarından başlayaraq bu janra meyl azalmağa başlamışdır. XV–XIX əsrlərdə geniş yayılmış bu janr Azərbaycan musiqisində gəncdir. Onun ilk nümunələrini milli musiqidə Üzeyir Hacıbəyov və Asəf Zeynallı yaradıb.
Növləri
redaktə- Ballada (provans. ballada – rəqs etmək) ilkin mənada rəqslə müşayiət olunan provansal mahnısı; sonradan – lirik rəvayət, əfsanə xarakterli, dramatik və fantastik məzmunlu ədəbi əsər. XIX əsrdən vokal və instrumental musiqi pyesi[2].
- Elegiya (yun. elegeia, elegos – şikayət) – kədərli, düşüncəli xarakterə malik instrumental və vokal pyes[3].
- Barkarola (it. barca — qayıq) — 1) Venesiyada yayılmış qayıqçı və ya balıqçı nəğməsi. 2) Zərif, axıcı ahəngli vokal və ya instrumental pyes adı; özünəməxsus ritmli müşayiəti ilə qayığın rəvan yırğalanması və avarların hərəkəti təsvir olunur. 3) Qondolyer nəğməsi[4].
Romans Azərbaycan musiqisində
redaktəRomans-qəzəl janrı 1940-cı illərdə Ü. Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi vokal əsərlərini yaratdı. "Sənsiz" və "Sevgili canan" romanslarının ilk ifaçısı Bülbül olmuşdur[5]. Bu romansı son 20 ildə cəmi iki müğənni ifa etməyə cəsarət etmişdir: Lütfiyar İmanov və Rauf Adıgözəlov.
Digər bəstəkarlardan A. Zeynallı, Q. Qarayev, F. Əmirov, İ. Hacıbəyov, V. Adıgözəlov, A. Rzayevan, Ə. Hüseynzadə, A. Sultanova və b. da romans janrına müraciət etmişlər.
Romans janrına Bülbül, Flora Kərimova, Müslüm Maqomayev, Lütfiyar İmanov, Azər Zeynalov ve digər vokal ifaçıları müraciət etmişdir.
İstinadlar
redaktə- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Romans". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Ballada". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Elegiya". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
- ↑ "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Barkarola". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
- ↑ "Ü. Hacıbəyov haqqında elektron dərs vəsaiti - Vokal əsərləri". 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-06.
Video
redaktə- Müslüm Maqomayev — "Sənsiz", musiqisi Ü. Hacıbəyovundur, sözləri N. Gəncəvinindir
- Müslüm Maqomayev — "Sevgili canan", musiqisi Ü. Hacıbəyovundur, sözləri N. Gəncəvinindir
- Mobil Əhmədov — "Küsmərəm" romansı, musiqisi H. Nəcəfovanındır, sözləri N. Gəncəvinindir
- Mobil Əhmədov — "Küsmərəm" romansı, musiqisi S. Ələsgərovundur, sözləri M. Müşfiqindir