Solo - Wikipedia
Solo - Haqqında Məlumat
Solo (it. solo - "bir") - bir nəfərin səsli və ya musiqi aləti ilə bütöv bir musiqi əsərini və ya onun aparıcı tematik hissəsinin ifa etməsi.
Belə bir solo partiyanın ifaçısı solist adlanır.
“Solo” anlayışı rəqs sənətinə də aiddir: məsələn, “baletdə solo”.
Rok musiqisində "solo" termini mahnının əsas motivini inkişaf etdirən gitara körpüsü deməkdir. Çox vaxt solo mahnının ortasına və ya sonuna doğru daxil edilir. Hevi-metalda sololar uzun olur və bir-iki dəqiqədən beş və hətta altı dəqiqəyə qədər davam edə bilər (Deep Purple -ın " Child in Time" mahnısında olduğu kimi). Alternativ rokda tez-tez qısa sololara, bəzən yalnız bir neçə bar uzunluğuna rast gəlmək olar.