Qafqaz Ziresi - Wikipedia
Qafqaz zirəsi (lat. Carum caucasicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına göre növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür.
Qafqaz zirəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz zirəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır. Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir. Dəniz səviyyəsindən 2000 m-dən yuxarıda tək-tək müşahidə edilir. Əsasən alp və subalp çəmənlərdə rast gəlinir.
Yayılması
redaktəBöyük Qafqazın Quba sahəsi (Qusar rayonu — subalp yüksəklikləri) və qərb hissəsi, Kiçik Qafqazın şimal (Daşkəsən rayonu — Xoşbulaq yaylası) və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Gəmiqaya və Göygöl əraziləri, Ordubad rayonu — Qaraquş ətəkləri).
Sayı və tendensiyası
redaktəMəhdud ərazidə yayılan azsaylı populyasiyadır.
Məhdudlaşdırıcı amillər
redaktəMənfi iqlimə həssaslıq müşahidə olunur.
Mühafizə tədbirləri
redaktəQorunması mühüm olan növdür.