Qerbi Azerbaycan Icmasi - Wikipedia
Qərbi Azərbaycan İcması (QAİ) — hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlik.
Qərbi Azərbaycan İcması | |
---|---|
Növü | İctimai Birlik / İcma / Topluluq |
Fəaliyyəti | Qərbi Azərbaycana qayıtmaq |
Şüar | Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq. |
Yaranma tarixi |
1989 (Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi) 3 avqust 2022 (Qərbi Azərbaycan İcması kimi) |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı |
Yarandığı yer | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Bakı |
Sədr | Əziz Ələkbərli |
westaz.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və ideologiyası
redaktəQərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İB-nin 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncağında birliyin "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. İcmanın rəhbəri Milli Məclisin deputatı Əziz Ələkbərlidir.[1]
Nərimanov rayonu, G. Qədirbəyova küçəsində yerləşən və vaxtilə Şuşa Rayon İcra Hakimiyyətinin və "Qarabağa dönüş" təşkilatının (əvvəlki adı: Dağlıq Qarabağın Azərbaycanlı İcması) yerləşdiyi binada 2022-ci ilin avqustundan "Qərbi Azərbaycan İcması" fəaliyyət göstərir.[1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.[2]
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə icmanın vəzifələri və hüquqları müəyyən edilib.[3] İcma Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı elmi əlaqələrin inkişafı ilə bağlı görüşlər keçirib.[4]
2023-cü ilin yanvarında qərbi azərbaycanlıların qayıdış konsepsiyası təqdim edilmişdir.[5] Burada qərbi azərbaycanlıların Ermənistana qayıtması, qayıdışdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqələrinə imkan verilməsi, Ermənistandakı mədəni irs nümunələrinin qorunması məsələləri qeyd edilmişdir.[6]
2024-cü ilin oktyabrında Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılmışdır. Beləliklə, Qərbi Azərbaycan İcması Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etmişdir.[7]
Strukturu
redaktəİcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları (Qəyyumlar Şurasının sədri Mürvət Həsənlidir[8]), İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. 8 yanvar 2023-cü ildə Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb.[9]
Qərbi Azərbaycan İcmasının Azərbaycan Respublikası ərazisində Gəncə,[10] Sumqayıt[11] və Goranboy-Naftalan nümayəndəlikləri yaradılmışdır.[12] Azərbaycandan kənarda isə Niderlandda nümayəndəlik yaradılmışdır.[13] 2024-cü ildə Türkiyə nümayəndəliyi yaradımışdır. Dr. Asif Kurban buraya nümayəndə təyin edilmişdir.[14]
Fəxri üzvləri
redaktəAşağıdakı şəxslərə Qərbi Azərbaycan icması fəxri üzvlüyü verilmişdir:[15]
- Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri (2014–2023), deputat Mövlud Çavuşoğlu
- İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdari İrəvani
- Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, deputat Zafer Sırakaya
- Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa
- Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım
- İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim
- Türkiyə Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz
- Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott
- Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini, deputat Orhan Erdem
- Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura
- Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal
- Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev
- Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunan Quram Marxuliya
- Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı
- "Economyfirst Limited London" şirkətinin direktoru, jurnalist Klaus Peter Ralf Yürgens
- İtaliyanın beynəlxalq məsələlər üzrə "Opinio Juris — Hüquq və Siyasət İcmalı" jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Çabert[15]
Mədəniyyəti
redaktə2023-cü ilin iyulundan etibarən Qərbi Azərbaycan icması "Qərbi Azərbaycan TV" YouTube kanalını idarə edir. Kanalda hər həftə bir neçə epizod yayımlanır. Burada tarixçi Rizvan Hüseynov və Qarabağın tarixi Cavanşirlər sülaləsindən olan, hərbçi Zaur Cavanşir iştirak edir.[5]
2024-cü ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan icmasının üzvlərinin iştirakı ilə Aşıq Ələsgərin heykəlinin açılışını etmişdir. Açılışda Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov və Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli prezidentə öz təşəkkürlərini bildirmişdir.[16]
-
Aşıq Ələsgərin heykəlinin açılışında onun soyundan gələn Xətai Ələsgərlinin çıxışı
-
Qərbi Azərbaycan İcmasının binasında yerləşdirilmiş, görkəmli qərbi azərbaycanlıların fotolarının Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilməsi
Beynəlxalq əlaqələr
redaktə2023-cü ilin fevralında Qərbi Azərbaycan icması Ermənistan baş naziri Nikol Paşinyana məktub göndərmiş, onu azərbaycanlıların Ermənistana geri qayıdışı üçün dialoqa başlamağa dəvət etmişdir. Ancaq erməni hakimiyyəti bu çağırışa cavab verməmişdir.[17] Eyni ilin martında Azərbaycan prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasına istinad edərək, əvvəllər Ermənistanda yaşayan azərbaycanlılarla keçmişdə Dağlıq Qarabağda yaşamış ermənilərə eyni münasibət göstərilməsini tələb etmiş, Ermənistan bunu rədd etmişdir.[17]
6 oktyabr 2023-cü ildə Qərbi Azərbaycan İcması nümayəndəsi Kamal Cəfərov Cenevredə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və "Cenevrə Geostrateji Observatoriyası" təşkilatının məsul şəxsləri ilə görüşlər keçirmişdir. Azərbaycanlıların Ermənistana qayıdışı və reinteqrasiyası məsələləri müzakirə edilmişdir.[18]
23 oktyabr 2023-cü ildə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Qərbi Azərbaycan İcması rəhbərliyi və icmaya daxil olan azərbaycanlılarla görüş keçirmişdir. Görüşdə azərbaycanlıların Ermənistana qayıdışı məsələsi müzakirə edilmişdir. Miyatoviç qayıdış məsələsinin siyasi iradə tələb etdiyini bildirmiş, bu məsələlərlə bağlı özünün səlahiyyətlərinə uyğun olaraq işləyəcəyini qeyd etmişdir.[19]
5 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin hakim partiyasının (AK Parti) sədr müavini, Türkiyənin millət vəkili Zəfər Sırakaya ilə görüş keçirmişdir. Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılmış, azərbaycanlıların Ermənistana qayıtmaq məsələsi müzakirə edilmişdir.[20]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Qərbi Azərbaycan İcması bu binada fəaliyyət göstərir - FOTO". 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.
- ↑ "İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Qərbi Azərbaycan İcması" adlı yeni təşkilat yaradılıb
- ↑ "AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib". 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.
- ↑ 1 2 Кирилл Кривошеев. "Историческая реконструкция по-азербайджански, или Территориальные претензии по телевизору". The Moscow Times (rus). 2023-08-04. 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
- ↑ "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının tam mətni açıqlanıb". İstifadə tarixi: 2024-12-12.
- ↑ "Qərbi Azərbaycana qayıdışla bağlı Təşəbbüs Qrupunun yaradılması məsələni hüquqi müstəviyə çıxardı RƏY" (az.). İstifadə tarixi: 2024-10-16.
- ↑ "Qərbi Azərbaycan icmasında TÜRKPA komissiyasının nümayəndələri ilə görüş olub". 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ "Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradıldı". 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- ↑ "Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı və Gəncə nümayəndəliyi yaradıldı" (az.). modern.az. 17 Avqust 2020. 2024-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi yaradıldı - FOTO" (az.). bakivaxti.az. 18 Iyul 2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Qərbi Azərbaycan İcmasının Goranboy-Naftalan nümayəndəliyi yaradılıb" (az.). naftalan-ih.gov.az. 26 iyun 2023. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Niderlandda Qərbi Azərbaycan İcmasının ilk nümayəndəliyi təsis edilib" (az.). azertag.az. 7 Aprel 2022. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçiliyinin tərkibi güclənir". 2024-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-25.
- ↑ 1 2 "Bir qrup şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim edilib - SİYAHI". İstifadə tarixi: 2025-01-03.
- ↑ İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
- ↑ 1 2 Joshua Kucera. "Baku pushes rights of «Western Azerbaijan» in negotiations with Yerevan". Eurasianet (ingilis). 2023-03-29. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
- ↑ Aysel Aslanqızı. "Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin təsisatlarında görüşlər keçirib" (az.). report.az. 6 Oktyabr 2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ "Dunya Miyatoviç Qərbi Azərbaycan İcmasında olub, bir qrup qaçqınla görüşüb" (az.). apa.az. 23 oktyabr 2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
- ↑ Aysel Aslanqızı. "Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb" (az.). report.az. 5 Dekabr 2023. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.