Emir Eli Serdari Irevani - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Əmir Əli Sərdari İrəvani (13 avqust 1974, Tehran) — Bəhmən xan Sərdari İrəvaninin oğlu və 7-ci nəsildə İrəvan Hüseynəli xanının nəsli və 6-cı nəsil İrəvanın Məhəmməd xandır.[1]
Əmir Əli Sərdari İrəvani | |
---|---|
Amir Ali Sardari Iravani | |
Doğum tarixi | 13 avqust 1974 (50 yaş) |
Doğum yeri | |
Atası | Bəhmən xan Sərdari İrəvani |
Anası | Nüşabə xanım Borumənd |
Təhsili | Dortmund Texnologiya Universiteti |
Fəaliyyəti | tarixçi |
İrəvan xanlığının varisi
redaktəSardari İravani ailəsinin əcdadları 1755–1805-ci illər arasında İrəvan xanlığını idarə etmişlər. İrəvanın Məhəmməd xan Qacar padşahına itaət etmədiyi üçün 1805-ci ildə Fətəli şah Qacar tərəfindən tutuldu və Tehrana sürgün edildi. Məhəmməd xanın nəsilləri İranda yaşayırdılar. Bundan sonra onun nəsilləri və kral Qacar ailəsi arasında çox sayda çarpaz nikahlar olmuşdur.
Oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani Abbas Mirzənin qızı və Məhəmməd şah Qacarın bacısı ilə evləndi. Məhəmməd xanın nəsilləri çox nüfuzlu və güclü şəxslər idi və Qacar dövlətinin böyük hissələrini yerli qubernator kimi idarə edirdilər. Əhməd xan Müşir Hüzür Məhəmmədhəsən xan Sərdar İrəvaninin nəvəsi idi. Babasının titulunu seçdi və ailəsinə "Sərdari İrəvani" soyadını verdi. Əmir Əli Sərdari İrəvani Əhməd xanın büyük nəvəsi və Sərdari İrəvaninin sülaləsinin hazırkı rəhbəridir. Sərdari İrəvani sülaləsinin Cənubi Qafqazda və Qacar İranda mühüm tarixi vardır.[2]
Həyatı
redaktəƏmir Əli Sərdari İrəvani 1974-cü ildə Tehranda anadan olmuşdur.[3]
1996-cı ildə İranda ailə həyatı qurmuşdur.[4]
Ailəsi
redaktəAiləlidir, bir qız övladı var.[3]
Fəaliyyəti
redaktəƏmir Əli Sardari İravani 2003-cü ildən bəri Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində çalışan bir mühəndisdir. Bir neçə müsahibəsində araşdırmalarının dinc xarakter daşıdığını vurğulamışdır. Tədqiqat sahəsində tanınmış bir şəxsdir və müxtəlif tarixi əsərlərə töhfə vermişdir. XVIII–XIX əsrlərdə Oğuz türk tayfaları tərəfindən idarə olunan müstəqil bir dövlət olan İrəvan xanlığının varisi və nümayəndəsidir. XIX və XX əsrdə Sovet İttifaqı və Ermənistan tərəfindən etnik təmizlənmə yolu ilə İrəvandan və ətraf ərazilərdən (indiki Ermənistan) qovulmuş qaçqınlar üçün kampaniya aparmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ "The Treasure Map to the Forgotten Epoch of the Iravan Khanate". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ 1 2 "İrəvan xanlarının nəslinin davamçısı". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-23.
- ↑ İrəvan xanlığının varisi Əmir Əli Sərdar İrəvani