Quds - Wikipedia
Qüds[4][5] (ərəb. القدس əl-Qüds ⓘ) və ya Yerusəlim[6] (ivr. יְרוּשָׁלַיִם Yerushalayim ⓘ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri.
Qüds | |||||
---|---|---|---|---|---|
ירושלים القدس | |||||
|
|||||
31°46′44″ şm. e. 35°13′32″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | e. ə. IV minillik | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 754 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 91000–91999[3] | ||||
Digər | |||||
jerusalem.muni.il | |||||
Vikianbarda əlaqəli mediafayllar |
İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır.
Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir.[7] Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir.[8] Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə. 4-cü minillikdə salınmışdır. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülmüşdür. Hal-hazırda həmin divarlar müsəlman, xristian, yəhudi olmaq üzrə dörd məhəllədən ibarət Köhnə Şəhəri əhatə edir.[9] 1981-ci ildə Köhnə Şəhər Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir.[10] Həmin ərazi eyni zamanda təhlükədə olan Ümumdünya irsləri siyahısına da daxil edilib.
Qüds hər üç səmavi din olan İslam, İudaizm və Xristianlıq üçün müqəddəs şəhər sayılır. Qüdsdə bu dinlərin ən məşhur məbədlərinin bir hissəsi yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtə kimi bəşəriyyət tarixində özəl bir əhəmiyyət daşıyır. Qüdsdə olan Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir.
Etimologiya
redaktəQərb və yəhudi mənbələrində Yerusəlim (ivr. ירושלים Yeruşala(y)im ⓘ). İncilin ərəb dilinə tərcümələrində — أورشليم Ūrşlšalīm (Ūrşalīm), Ūrşəlim,[11]. Beytül-Müqəddəs[12] adlarıyla da tanınır
Ərəb dilində adı
redaktəQüds şəhəri ərəb dilində əl-Qüds القُدس, yəni müqəddəs yer adlanır.[13][14] İsrail hökuməti siyasəti isə yəhudi və ingilis mənbələrində istifadə edilən Yerusəlim adına bənzər Ūršalīmin istifadə edilməsini tövsiyə edir. أُورُشَلِيمَ-القُدس.[15] Qüdsdən olan Fələstinli ərəb ailələri Qüdsi və Məqdisi adlandırılır.[16]
Tarixi
redaktəAntik era
redaktəFeodal dövrü
redaktəYeni dövr
redaktəMüasir dövrü
redaktəQüdsün statusu – qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Dövləti Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb.[17] Bu gün "Yaxın Şərq dördlüyü" tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməyə və 60 ildən artıqdır davam edən münaqişəni "ölü nöqtədən" tərpətməyə yönəlmiş səylərini davam etdirir, lakin ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir.[18]
Siyasi statusu
redaktəBeynəlxalq mövqe
redaktəİsrailin paytaxtı kimi
redaktəFələstinin paytatı kimi
redaktəCoğrafiya
redaktəƏhali
redaktəDin
redaktəQüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir.[19]
Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.[19]
Köhnə Şəhərə yeddi qapıdan birindən keçməklə daxil olmaq olar.[20] Köhnə Şəhər dörd məhəllədən — müsəlman, yəhudi, xristian və erməni məhəllələrindən ibarətdir.[21] İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosa küçəsi, yaxud "Kədər Yolu" məhz müsəlman məhəlləsindən başlayır.[22] "Kədər Yolu" — İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər Yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır.[23] Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.
Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan divar Ağlama divarı adlanır. Yəhudilər buraya məhv olmuş Məbədə kədərlərini ifadə etmək üçün gəlirlər.[24] Abidlər bura dua etməyə gəlir, bəziləri arzularını kağıza yazaraq divardakı deşiklərə soxurlar. Onlar ümid edir ki, Tanrı onların dualarını eşidəcək.[24]
İqtisadiyyat
redaktəMədəniyyət
redaktəMusiqi
redaktəTəhsil
redaktəTanınmış şəxsləri
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Israeli Central Bureau of Statistics. 1949.
- ↑ http://www.geopostcodes.com/Jerusalem.
- ↑ Гүдс // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 292.
- ↑ Azərbaycan Milli Ensiklopediyası. səh. 523. ISBN 978-9952-441-01-7. 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 avqust 2016.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (PDF). 180, 181-ci səhifələr. ISBN 978-9952-441-01-7. 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 avqust 2016.
- ↑ "Biblical History and Israel S Past: The Changing Study of the Bible and History". Wm. B. Eerdmans Publishing. 17 may 2011. 13 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 December 2017 – Google Books vasitəsilə.
- ↑ "Do We Divide the Holiest Holy City?". Moment Magazine. 3 iyun 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2008.
- ↑ Yerusalem 19-cu əsrdə, Köhnə Şəhər (İngiliscə). Yad Izhak Ben Zvi & St. Martin's Press. 1984. səh. 14. ISBN 0-312-44187-8.
- ↑ "Old City of Jerusalem and its Walls". UNESCO World Heritage Convention. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2010.
- ↑ Nasir Purpirar. On iki əsr sükut, s. 75.
- ↑ "Fələstin Dövlətinin Azərbaycanda Səfirliyi". 2015-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
- ↑ Bosworth, Clifford Edmund. Historic cities of the Islamic world. The Netherlands: Koninklijke Brill NV. 2007. 225–226. ISBN 90-04-15388-8. 18 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2011.
- ↑ Denise DeGarmo. "Abode of Peace?". Wandering Thoughts. Center for Conflict Studies. 9 sentyabr 2011. 26 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2011.
- ↑ "The Official Website of Jerusalem". Municipality of Jerusalem. 19 September 2011. 27 April 2007 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Sonbol, Amira. Women, the Family, and Divorce Laws in Islamic History. 1996. səh. 133.
- ↑ "UN rebukes Israel over Jerusalem settlements". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ "Mideast Peace Talks Collapse; Jerusalem's Future Uncertain". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ 1 2 "What makes Jerusalem so holy?". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ "Visiting The Temple Mount". 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ "The 4 Quarters of Jerusalem United One Day?". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ "Via Dolorosa, Jerusalem". 2013-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ "Via Dolorosa (Via Crucis)". 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
- ↑ 1 2 "Six Reasons Why The Wall Is Holy". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
Xarici keçidlər
redaktə- Lonely Planetin Qüds bələdçısı Arxivləşdirilib 2007-09-12 at the Wayback Machine
- Ottoman Palestine, Jerusalem Pictures