Pilot Amerikalilar - Wikipedia
Pilot (ing. Pilot) — Amerikalılar teleserialının 1-ci seriyasıdı. 30 yanvar 2013-cü ildə ABŞ-nin FX kanalında yayımlanmışdı. Ssenaristi Co Uayzberq, rejissoru Qavin O'Konnordur.
Pilot | |||
---|---|---|---|
ing. Pilot | |||
Seriya nömrəsi |
Mövsüm 1 Seriya 1 |
||
Rejissor | Qavin O'Konnor | ||
Ssenarist | Co Uayzberq | ||
Musiqi |
|
||
İstehsal kodu | BDU179 | ||
İlk efir tarixi | 30 yanvar 2013 | ||
Vaxt | 69 dəq | ||
Qonaq aktyorlar | |||
Riçard Tomas - Frenk Qaad |
|||
Seriya xronologiyası | |||
|
|||
Amerikalılar (I mövsüm) |
1981-ci ildə Flip və Elizabet Cenninqs Vaşinqtonda işləyən gizli sovet agentlərdir. Onlar 15 il əvvəl KQB-nin 1-ci Baş İdarəsi tərəfindən bura göndəriliblər. Onlar əsl şəxsiyyətlərini gizlətmək üçün uydurma səyahət agentliyi işlədən cütlük rolundan istifadə edirlər. Hətta onların qızları - Peyc və oğulları - Henri də bu sirrdən xəbərsizdilər.
Bu seriya üçün çox müsbət rəylər edilmişdir. Tənqidçilərə görə Keri Rassell, Metyu Ris və Noa Emmeriçin ifası müsbət qiymətləndirilib. Serialın premiyarası olan bu seriyanın ABŞ-də baxış sayı 3.22 milyon olmuşdur.[1]
Süjet
redaktəKokteyl barda fahişə geyimində əyləşən Elizabet Cenninqs (Keri Rassell) FTB bürokratı ilə söhbət edir. Ondan məlumat almaq üçün otel otağına gedən Elizabet onu yoldan çıxarır. Nəticədə Elizabetin əri - Flip Cenninqs (Metyu Ris) və Rob (Çeys Kolman) SSRİ-yə xəyanət edən KQB əməliyyatçısı Nikolay Timoşevi (Devid Vadim) izləməyə başlayırlar. Onlar bir dalanda gizlənərək Timoşevi gözləyirlər. Onlara yaxınlaşanda bunun tələ olduğunu başa düşən Timoşev qaçmağa başlayır və Flip və Rob onu izləyir. Timoşev Robu bıçaqlasa da, Flip onu tutur. Elizabet onların üçünü maşına əyləşdirərək oradan uzaqlaşırlar. Robu xəstənanın yaxınlığında maşından düşürdən Cennninqslər burada vaxt itirdikləri üçün Timoşevi Rusiyaya aparacaq gəmiyə çata bilmirlər.
Stan Biman (Noa Emmeriç) FTB-nin Vaşinqtonda yerləşən baş qərargahında yeni əks-kəşfiyyat ortağı Kris Amadorla (Maksimiliano Hernandez) tanış olur. Onların nəzarətçisi agent Mark Bartholomev (Maykl Qeston) Timoşevin gecikməsi haqqında onlara xəbər verir. Bu arada,Flip qarajdakı maşında əli-qolu bağlı olan Timoşevə baxır. Flip onu səsini çıxartmamağı üçün ölümlə təhdid edir. Daha sonra qarajı tərk edən Flip, Elizabet və məktəbə getməyə hazırlaşan iki uşağının - Peyc (Holli Teylor) və Henrinin (Keydriç Sellati) olduğu evinə gedir. Keçmişə qayıdan səhnədə gənc Elizabet məşqçisi ilə döyüş hərəkətləri edir. Timoşev onun məşqçisini qovaraq məşqi özü davam etdirir. Məşq vaxtı daha da aqresivləşən Timoşev Elizabetə təcavüz edir. Yenidən müasir dövrə qayıtdıqda maskalanmış Flip, agent Bartholomevin ofisində işləyən Marta Hansanla (Alison Rayt) görüşür. Flip ondan Timoşev haqqında məlumat almağa çalışır. Qadın ona FTB-nin Tiomoşevin qaçırıldığı maşının təsviri və qeydiyyat nömrəsi, həmçinin qaçıranların iki kişi və bir qadın olduğu haqqında məlumatı olduğunu deyir. Daha sonra Flip bütün öyrəndiklərini Elizabetə danışır.
Cenninqslər yeni qonşuları ilə tanış olmağa gedirlər. Onların Stan və ailəsi olduğu ortaya çıxır. Stan FTB-nin əks-kəşfiyat agenti olduğunu deyir. Bunun təsadüf olduğunu və ya olmadığını anlaya bilməyən Elizabet təcili olaraq Timoşevi başlarından etməli olduqlarını düşünür. Onunla mübahisə edən Flip isə Timoşevi FTB-yə verərək ABŞ-yə təslim olmağı, bunun müqabilində pul və toxunulmazlıq almağı təklif edir. Elizabet dərhal onun fikrini rədd edir. Yenidən keçmişə qayıdan səhnədə Elizabet və Flip ilk dəfə tanış olurlar və elə ordaca ilk əmrlərini alırlar. Təkrar müasir dövrə qayıtdıqda Flip yürüyüş edərkən Robu düşürtdükləri xəstəxanaya zəng edir və onun öldüyünü xəbərini alır. Daha sonra Stan Flipdən mühərriyi işə salmaq üçün kabel istəyir. Fliplə qaraja gedən Stan onların maşının Timoşevin qaçırılmasında istifadə olunan maşınla eyni olduğunu görür. Baxmayaraq ki, maşında Virciniya nəqliyyat nömrəsi vardı.
Flip Timoşevi maşından çıxardaraq Stana apramaq istəyir. Bu vaxt Timoşev Elizabetdən onu incitdiyi üçün üzr istəyir, lakin Elizabet onu öldürmək üçün hücum çəkir. Flip bunun səbəbini soruşur. Heç birinin cavab vermədiyini görən Flip Timoşevin boynunu qıraraq onu öldürür. Flip və Elizbet cəsədin üstünə turşu tökərək tərk edilmiş bir fabrikdəki kanalizasiya su hövzəsinə atırlar. Daha sonra onlar maşında sevişirlər. Flip maskalanaraq qızı ilə ayaqqabı dükkanına gedən və onu yoldan çıxarmağa çalışan oğlanla görüşərək onu hədələyir. Ertəsi gün Elizabet general Jukovla (Oleq Krupa) görüşə gedir. Jukov ondan tapşırığın müvəffəqiyyətsizliyinin səbəbini və Flipin sadiqliyini soruşur. Daha əvvəl göndərdiyi məruzələrin əksinə olaraq Elizabet bu dəfə onun sədaqətindən əmin olduğunu deyərək bütün məsuliyyəti öz üstünə götürür. Seriyanın ən son keçmişə qayıdış səhnəsində Elizabet və Flip ABŞ-yə yeni gəlmişdilər. Flip onunla yaxınlıq etməyə çalışsa da, Elizabet onu rədd edir. Son səhnədə Stan gizlicə Cenninqslərin qarajına girərək onların maşınını yoxlayır. Şübhəli bir şey görməyən Stan qarajı tərk edir. Flip əlində silah gizləndiyi yerdən bütün bunları izləyir.
İstehsal
redaktəKonsepsiya
redaktəAmerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb.[2] Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb.[3] Hekayə əsasən Cenninqslərin şəxsi peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir.[4] "Amerikalılar evliliyin tam özəyində durur. Beynəlxalq əlaqələr insan münasibətləri üçün sadəcə alleqoriyadır. Evlilikdə və uşaqlarla mübazirzə aparmaq bəzən ölüm dirim məsələsidir. Flip və Elizabet üçün bu tez-tez yaşanır." [5] Baş rejissor Coel Filds serialı müxtəlif səviyyəli gerçəkliklərlə işləmək kimi təsvir edir : Elizabet və Flipin uydurma evliliyi və Soyuq Müharibə dövründə real həyatın personajları əhatə etməsi.[5]
—Co Uayzberq, Amerikalılar-ın yaradıcısı və serialdan məsul şəxs[4]
MKİ-də işləməsini səhv kimi qəbul etsə də, Uayzberqin bu təcrübəsi serialda hekayələrin təkmilləşdirməsinə,[6] real həyat hadisələrinə əsaslanmasına [6] və təlim müddətində öyrəndiklərinin əlaqələndirməsinə kömək edib.[7] Ailəsi ilə birlikdə ölkədən xaricdə xidmət edən agentlərdən eşitdiyi hekayələr Uayzberqi heyran etmişdi.[7] O bir şəxsin deyil, ailənin cəsus olduğu konsepsiyanı televiziyaya gətirməklə maraqlanırdı.[7] MKİ-nin ona təsadüfən cəsuslar haqqında serial yaratmağa necə ideya verdiyini o belə izah edir : "Mən poliqraf testinə girdikdə onlar mənə belə bir sual verdilər ki, Siz daha sonra kəşfiyyat kollektivi haqqında məlumat toplayaraq yazıçı olmaq məqsədilə MKİ-də işə başlamaq istəyirsiniz?. Bu mənim heç ağılma gəlməmişdi. Mən MKİ-yə sadəcə cəsus olmaq istəydiyim üçün işə düzəlirdim. Onlar sualı təkrarladıqda mən düşündüm ki, testi keçə bilməyəcəm."[8]
Uayzberq pilot mətnini yazarkən Qanunsuzlar Proqramından ilham almışdı. Onun tədqiqat materialları Vasili Mitroxinin Soyuq Müharibə dövrüna aid qeydləri və MKİ-dəki köhnə iş yoldaşları ilə olan söhbətləri olmuşdu.[3] Baxmayarq ki, Qanunsuzlar Proqramı müasir dövrə aiddir və ən pik nöqtəsinə 2010-cu ildə çatmışdı, o bunun 1980-ci illərin əvvələri kimi göstərmişdi. Uayzberq bunun "müasir dünyaya tətbiqi gözəl ideya kimi görünmədiyini" deyir və əlavə edir ""Həmin dövrdə (2010-cu ildə) insanlar bundan şok olmuşdular və Rusiya ilə artıq düşmən kimi görünmədiklərini əsas gətirərək bu skandaldan imtina edirdilər. Bunun də əlacı serialı Soyuq Müharibə dövrünə geri qaytarmaq idi. İlk əvvəl mən 70-ci illərə müraciət etmək istədim, çünki o dövrün saç dəbi və musiqisini sevirdim. Amma Ronald Reyqanın şeytan imperiyası haqqında qışqırdığı 80-ci illərdən daha yaxşı bir seçim olduğunu düşünə bilərdiniz?"[3]
İnkişaf
redaktəAn Ordinary Spy əsərini oxuduqdan sonra Qrem Yost Uayzberqin cəsus janrında seriallar üçün də senari yazdığını öyrənir. Bu senariləri oxuduqdan sonra onun həddən artıq gözəl olduğunu kəşf edir. Bu isə ona serialı inkişaf etdirməkdə motivasiya olur.[9] Pilot seriyanın çəkilişinə 2012-ci ilin may ayında başlanılmış, iyun ayının ortasında tamamlanmışdı. I mövsümün çəkilişlərinə 2012-ci ilin noyabr ayında Nyu York şəhərində başlanılmışdı. Filmin yaradıcı heyəti əsasən Vaşinqtona bənzər yerləri seçmişdilər. Çəkilişlərin ilk dövründə Sendi qasırğası səbəbi ilə meydana gələn daşqınlar gecikməyə səbəb olmuşdu.[10]
Aktyorların seçimi
redaktəFelisiti serialının ulduzu olan Rassel yeni serialı haqqında qərar verməsi haqqında belə danışır :"Mən pilot mətninin çox maraqlı olduğunu düşünürəm. "Bu prosessual üsuldan çox uzaqdır. Və mən bunu istədiyimi bilmirdim. Mən heçnə etmək istəmirdim.(Gülür) Amma bunun haqqında düşünmədən dayana bilmirdim. Onu oxudum və anlamağa çalışdım, çünki bu çox aydın deyildi. Hələ də mənə aydın deyil. Amma burda bir çox səviyyələr var."[11]
Ris, Flip rolunda onu cəlb edən məqamı belə izah edir :"Onun çox yönlü və çox istiqamətli olması onun üçün hədiyyə idi. Və siz onunla tanış olduqda o, həyatında bütün hər şeyin dəyişdiyi nöqtədə idi. Siz hər şeyi görürsünüz. Siz kunq-fu, emosional səhnələr və maskalanmağı görürsünüz. Bu bir aktyor üçün tam paketdir. Bu xəyaldır."[11]
Noa Emeriç əvvəllər serialdakı rol haqqında tərəddütdə idi. O izah edir : "Həqiqət budur ki, mən ən əvvəldən düşünürdüm ki, silah və döş nişanı gəzdirəcəyim bir serialda oynamaq istəmirdim. Mən silah və döş nişanları ilə işimi bitirdim. Mən artıq bunu istəmirəm. İlk dəfə senarini oxuyanda fikirləşdim : "Bəli, bu çox maraqlı və yaxşıdır, lakin mən FTB agenti olmaq istəmirəm."[12] Yaxın dostu olan ilk seriyanın rejisoru Qavin O'Konnor onu rola daha diqqətlə nəzər salması üçün razı saldı.[12] Emeriç ailəsi və evliliyindən də cavabdeh olduğunu gördü. "Bu, həqiqətən maraqlı idi və həqiqətən ağıllı və qeyri-adi idi və tamamilə yeni idi."[12]
Qəbul
redaktəReytinq
redaktə"Pilot" Nielsen Media Research-un məlumatına görə ABŞ-də 3.22 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 1.2 reytinq qazanmışdı.[1]
Tənqidlər
redaktəSeriya tənqidçilərdən çox müsbət rəy almışdı. Metacritic saytında seriya 35 tənqidçinin rəyinə əsasən albomu 100 ballıq sistemlə 77 balla dəyərləndirmişdir.[13] Bir çox tənqidçi senarini və əsas rolların aparıcılarını təqdir etmışdi. Entertainment Weekly yazıçısı Rob Brunner "cəzbedici cəsus trilleri" olaraq xarakterizə edirdi.[14]
Beynəlxalq yayım
redaktəÖlkə | Kanal | Yayım tarixi |
---|---|---|
ABŞ | FX | 30 yanvar 2013[1] |
Kanada | FX Kanada | 30 yanvar 2013[15] |
Polşa | Fox Polska | 12 may 2013[16] |
Avstraliya | Network Ten | 27 may 2013[17] |
İrlandiya | RTÉ2 | 30 may 2013[18] |
İngiltərə | ITV | 1 iyun 2013[19] |
Belçika | BeTV | 23 sentyabr 2013 |
İtaliya | Sky Italia | 4 noyabr 2013 |
Fransa | Canal+ Séries | 18 dekabr 2013 |
Almaniya | ProSieben Maxx | 5 fevral 2014[20] |
İsveç | RTS Un | 10 fevral 2014 |
Kvebek | Addik TV | 5 yanvar 2014 |
İstinadlar
redaktə- ↑ 1 2 3 Kondolojy, Amanda. "Wednesday Cable Ratings: 'Moonshiners' Wins Night + 'The Americans', NBA Basketball, 'Workaholics', 'Shipping Wars' & More". TV by the Numbers. January 31, 2013. March 13, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 3, 2013.
- ↑ Holson, Laura M. "The Dark Stuff, Distilled". The New York Times. March 29, 2013. February 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2013.
- ↑ 1 2 3 Waxman, Olivia B. "The real CIA behind 'The Americans'". Time. January 30, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2013.
- ↑ 1 2 Arnold-Ratliff, Katie. "Spy vs. Spy: A Q&A with The Americans Creator Joe Weisberg". Time. March 12, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ 1 2 Thomas, June. "A Conversation With The Americans Showrunners Joe Weisberg and Joel Fields". Slate. January 31, 2013. August 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ 1 2 Leeds, Sarene. "'The Americans' Invade New York's Paley Center". Rolling Stone. October 5, 2013. January 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ 1 2 3 "DIRECTV Interview: The Americans Masterminds Joe Weisberg and Joel Fields". DirecTV. April 24, 2013. October 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
- ↑ Bernstein, Paula. "'The Americans' Changes Focus in Season Two and Other Intel from PaleyFest". Indiewire. October 7, 2013. October 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2013.
- ↑ Brioux, Bill. "The Americans debuts on FX Canada Jan. 30". The Canadian Press. January 30, 2013. February 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2013.
- ↑ "FX's 'The Americans' Studio Flooded by Hurricane Sandy; Shooting Delayed (Exclusive)". TheWrap TV. November 7, 2012. March 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2013.
- ↑ 1 2 Prudom, Laura. "'The Americans' Premiere: Keri Russell And Matthew Rhys Talk Sex, Spy Games And America Vs. Russia". The Huffington Post. January 30, 2013. February 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2013.
- ↑ 1 2 3 Potts, Kimberly. "Yahoo! TV Q&A: 'The Americans' Star Noah Emmerich on His Character, His Twitter, and His Celebrity BFF". Yahoo!. March 11, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2013.
- ↑ "The Americans: Season 1". Metacritic. January 31, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2013.
- ↑ Brunner, Rob. Entertainment Weekly. January 25, 2013: 113.
- ↑ Brioux, Bill. "The Americans debuts on FX Canada Jan. 30". Toronto Star. January 30, 2013. February 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2013.
- ↑ Rączka, Marcin. "„The Americans" w Polsce już w maju". naekranie. May 2, 2013. İstifadə tarixi: October 16, 2015.
- ↑ Knox, David. "Airdate: The Americans". TVTonight. May 14, 2013. September 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2015.
- ↑ Quigley, Maeve. "TV preview: Watch out the spys are coming in new Cold War drama". Irish Mirror. May 30, 2013. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2013.
- ↑ Fletcher, Alex. "US spy drama 'The Americans' gets ITV air date". DigitalSpy. May 23, 2013. June 24, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2015.
- ↑ "The Americans: Staffel 1 Episodeguide". fernsehserien.de. November 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 23, 2015.
Xarici keçidlər
redaktə- Pilot FX-da
- Pilot IMDb-də
- Pilot TV Guide-də
- Pilot Arxivləşdirilib 2015-12-01 at the Wayback Machine TV.com-da