Perixanim Sofiyeva - Wikipedia
Pərixanım Sofiyeva[1] və ya Pəri Sofiyeva (1884, Qaracalar, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1953, Qaracalar, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ) — Gürcüstanda və müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili.[2]
Pərixanım Sofiyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1953 |
Vəfat yeri | |
Vəfat səbəbi | Ürək tutması |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəHəyatının erkən dövrü
redaktəGürcüstanın azərbaycanlılar yaşayan hissəsində yerləşən Qaraçala (və ya Qaracalar) kəndində dünyaya gəlmişdir. Ailədə 9 uşaq olan Pərixanım, yeganə qız övlad idi. Çarlıq dövründə qardaşlarının rəhbəri olan Pərixanım, çox məşhurluq qazanmışdır. Banklardan xərac alaraq, kənddə yetimlər evi açmışdır.
Deputatlıq dövrü
redaktəGürcüstan Demokratik Respublikası barədə araşdırma aparan tarixçi İrakli Xvadagiani, Tiflis quberniyasından seçilən deputatların siyahısına baxarkən içlərində müsəlman qadının da olduğunu görmüşdür. İlk vaxtlar buna inanmayan tarixçi, sonradan eyni ada Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gələrək, araşdırmışdır.[3] Beləcə müsəlman dünyasında ilk seçilən qadın deputat olan Pərixanım Sofiyeva müasir tarix elminə məlum olmuşdur.[2] 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmə sisteminin islahatına və seçkilərə hazırlığa başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən Gürcüstanın müstəqilliyinin elan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra ilin sonunadək Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq (yerli özünüidarəetmə orqanı) seçkiləri keçirildi və özünüidarəetmə orqanları fəaliyyət göstərməyə başladı.[4] 1919-1920-ci illərə qədər mərkəzi hakimiyyətin nəzarət edə bilmədiyi bütün qalan qəzalarda da erobalıq seçkiləri oldu. Tiflis qəzasına seçkilər payızın sonuna kimi yubadıldı, kənd təsərrüfatı işlərinə görə seçicilərin səfərbərliyi mümkün olmadı. Seçki sistemi ilə qəza seçki dairələrinə bölünürdü ki, burada da vətəndaşlara deputatların müəyyən olunmuş sayını proporsional seçki sistemi ilə seçməli idilər. Tiflis qəzasına son seçkilər Qarayazı dairəsində keçirildi ki, burada da seçicilərin əksəriyyəti azərbaycanlı idi. Gözlənilmədən öncül partiyaların – Sosial-Demokratların və Federalistlərin, “Hümmət” təşkilatının, Milli-Demokratlar və Eserlərin namizədləri mübarizəsində partiyasız namizəd azərbaycanlı-müsəlman qadın Pərixanım Sofiyeva digər namizədləri üstələdi və Qarayazı dairəsindən Tiflis qəza erobasının beşinci səsvermə hüququna malik nümayəndəsi oldu.[4] Deputatlıq fəaliyyəti haqqında çox da məlumat bilinmir. Lakin hökuməti öz kəndlərinə yaxın yerdən keçən dəmiryolu çəkdirmə məcbur etdiyi məlumdur. İ. Xvadagiani deyir:
Müasir dövrdə belə qadının deputat seçilməsi çox çətin olduğu halda, 1918-ci ildə müsəlman qadının seçilməsi ağlasığmazdır. Təsəvvür etmək çətindir ki, o necə nüfuza sahib imiş |
Seçkilərdə Pərixanıma uduzan Gürcüstan Sosialist Federalistlər partiyası öz rəsmi qəzetləri olan "Saxalxo Sakme"də yazıblar:
Bir məzəli hadisəni işarələməliyik: Seçilmiş deputatlar içində müsəlman bir qadın var — Pərixan Sofiyeva |
Sovet dövrü
redaktəGürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra, 1921-ci ildə onların bütün mülkləri müsadirə edildi. Pərixanım Sofiyevanın qardaşı oğlunun həyat yoldaşı Rəşğəndə Sofiyevanın dediyinə görə, Pərixanım bolşeviklərə və sovet idarəçiliyinə nifrət etmişdir. Ahıl yaşlarına qədər öz qədim alman mauzer silahıyla gəzmişdir. Stalinin "Böyük təmizləmə" kompaniyası zamanı Pərixanım 8 qardaşından 5-i güllənilmiş və kütləvi məzarlıqların birində dəfv edilmişdir. Nəşləri hələ də tapılmamışdır. İ. Xvadagiani arxivdən qardaşların sənədlərin axtarıb tapmağa çalışsa da, bir şey tapa bilməmişdir. Gümanki, kollektivləşdirməyə qarşı olduqlarından ya da sadəcə nisbətən varlı olduqlarından "vətən xaini" hesab edilərək, güllələnmişlər. Bu dövrdə bunlar vətən xaini hesab olunmaq üçün kifayət edirdi. Qardaşlarının öldürülməsindən sonra həyatını yalnız qardaşlarının övladlarını yetişdirib, oxutmaq üçün sərf etmişdir. Bu nəsildən bir çox ziyalılar çıxmışdır. AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Pərixanım Sofiyevanın qardaşı nəvəsidir.[5]
Ölümü
redaktə1953-cü ildə, qardaşlarınının qatıli Stalinlə eyni ildə, qardaşı övladlarından birinin həbs edilməsi xəbərini eşidən zaman infarkt keçirərək, vəfat etmişdir.[4]
Xatirəsi
redaktəQaraçala kəndində ən böyük nəsil hələ də Sofiyevlərdi. Kəndin bütün əhalisi onun haqqında eşitmişdir. Kənddə onu görən və hələ də yaşayan az insanlardan biri də, onun qardaşı oğlunun dul həyat yoldaşı Rəşğəndə Sofiyevadır. O, onun haqqında bu sözləri demişdir:[3]
Oo, Pərixan...Allah rəhmət etsin ! O necə də möhtəşəm qadın idi ! O kişi idi, lakin qadın kimi anadan olmuşdu. Kişilər ondan qorxurdu, onun sözü çox güclü idi. Heç kim onun əksinə getməyi risk etmirdi. Kənddə nəsə olsaydı, hamı onla məsləhətləşirdi, onun sözü qanun kimi idi. O dedisə gəl, gəlməli idin, o dedisə, get, getməli idin... Bolşeviklər gəldiyi zaman, o yenə də Quran oxudu, yenə də öz mauzeri ilə gəzdi,ona nə Sovet höküməti, nə də başqa nəsə qalib gələ bilmədi...O öz qardaşı uşaqlarına nazir kimi baxdı. Yüksək təhsil verdi. Onlar da gələcək də həkim, müəllim, elm adamları oldular...Təhsil olmadan, bu qeyri-münkündür. Lakin qadınlar Pərixan kimi təhsil ala bilsə, savadlana bilsə, sonra o hər şeyə qadır olar. |
Pərixanımın qardaşı nəvəsi Bəy Zad Sofiyev, Qaraçala kənd məktəbində tarix müəllimidir, o eşitdikləri barədə bunları demişdir[3]:
Bu regiondakı yaşlıların hamısı onu tanıyır və onun haqqında yaxşı şeylər deyirlər. O çox yardımsevər biri olub. Heç vaxt insanlara kömək etməkdən yorulmayıb. Bir növ qadın Robin Hood olub. |
Gürcüstan parlamentində çıxışı zamanı müstəqil deputat Tariel Nakaidze onun haqqında bu sözləri demişdir:[6]
"Pərixanım Sofiyeva ölkəmizin müstəqillik və şərəfini qoruyub." |
Qaraçala məzarlığının bir hissəsi Sofiyevlər üçün ayrılmışdır. Vəfat edən zaman qardaşlarının məzarlarının olmasını əsas götürərək, özünün sadə məzarda dəfn edilməsini vəsiyyət etmişdir.[3]
İstinadlar
redaktə- ↑ «Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi» mövzusuna həsr olunmuş bəynəlxalq elmi konfransın materialları. Bakı. 2018. səh. 222. ISBN 978-9952-479-17-1.
- ↑ 1 2 "The World's First Democratically Elected Muslim Woman was from Azerbaijani Village of Georgia". 2019-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-28.
- ↑ 1 2 3 4 "The World's First Democratically Elected Muslim Woman Was from Georgia". 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-28.
- ↑ 1 2 3 "İrakli Xvadagiani. Qarayazı anası – Pərixanım Sofiyeva". 2018-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-28.
- ↑ The World's First Democratically Elected Muslim Woman Was from Georgia
- ↑ "Gürcü deputat: Pərixanım Sofiyeva ölkəmizin müstəqillik və şərəfini qoruyub". 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-28.