Mustafa Xeyri - Wikipedia
Mustafa Xeyri (türk. Mustafa Hayri) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Futbol üzrə Azərbaycan çempionatında çıxış edən, həmçinin qol və avtoqol vuran ilk legioner futbolçu kimi tarixə düşüb.[1][2]
Mustafa Xeyri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||
Vətəndaşlığı | Türkiyə | |||||||||
Mövqeyi | hücumçu | |||||||||
Karyerası | ||||||||||
|
||||||||||
|
Klub karyerası
redaktəMustafa Xeyri 1994/1995 mövsümündə Bakının "İnşaatçı" komandasının heyətində Azərbaycan Yüksək Dəstəsində 3 oyun keçirib, 1 qol vurub.[3] Yeganə qolunu debüt oyunundaca, səkkizinci tur çərçivəsində keçirilmiş və 1:1 hesabı ilə nəticələnmiş səfər matçında "Xəzər Lənkəran"ın qapısından keçirib.[1][2] Klubun heyətində keçirdiyi üçüncü görüşdə, Buzovnanın "Xəzri" klubuna 1:2 hesabı ilə uduzduqları ev oyununda öz qapısına qol vurub. Bu matçdan sonra klubun baş məşqçisi Məmmədəli Məmmədova yaxışlaşan hücumçu, Türkiyəyə qayıtmaq və karyerasını orada davam etdirmək istədiyini söyləyib.[4]
Şəxsi həyatı
redaktəAzərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.[1][4] Buradan məzun olub-olmaması barəsində məlumat yoxdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Xeyri ilə başlayan xeyirli axın..." Sportnet.az. 2017-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.
- ↑ 1 2 ""Qardaş evi"nin uğursuz sakinləri - LAYİHƏ". Sportnet.az. İstifadə tarixi: 2024-10-17.[ölü keçid]
- ↑ "Kim oynadı, kim vurdu – 1994/95" (PDF). Pfl.az. İstifadə tarixi: 2024-10-20.[ölü keçid]
- ↑ 1 2 "Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz YAZI". Sportal.az. 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.