Mariya Ressa - Wikipedia
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila[1]) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021).[2]
Mariya Ressa | |
---|---|
ing. Maria Angelita Ressa | |
Doğum tarixi | 2 oktyabr 1963 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | filippinli |
Təhsili | Prinston Universiteti |
Fəaliyyəti | jurnalist, redaktor, universitet müəllimi[d] |
Fəaliyyət illəri | 1995-ci ildən |
Mükafatları |
Qızıl Azadlıq Lələyi (2018) 100 qadın (2019) Fulbrayt proqramı Dörd Azadlıq Mükafatı - İfadə Azadlığı 2021 Nobel Sülh Mükafatı laureatı |
mariaressa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır.[3]
Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir.[3] 2011-ci ildən "Rappler" xəbər saytını yaradaraq ona rəhbərlik edir.[4][5][6]
Filippin höküməti ilə münaqişə
redaktə2020-ci ildə, mübahisəli Filippin Kibercinayətkarlıq Qanunu ilə onlayn böhtan atmaqla ittiham edilərək məhkum edildi.[7][8][9][10] Mariya Ressanın təqibi insan haqları qrupları və jurnalistlər tərəfindən mətbuat azadlığına hücum kimi qiyçətləndirildi.[11][12][13]
13 Fevral 2019-cu ildə Ressa, 2012-ci ildə "Rappler"in iş adamı Vilfredo Kengin avtomobilini ölkənin Ali Məhkəməsi Başçısı Renato Coronaya borc verdiyinə dair yalan xəbərlər yaymaq ittihamı ilə həbs edildi. Bir gün sonra zaminə buraxıldı. 15 iyun 2020-ci ildə Manila məhkəməsi onu böhtan atmaqda günahkar bildi. Ressa Filippin Prezidenti Rodriqo Dutertenin daimi tənqidçisi olduğu üçün onun həbsi və məhkum edilməsi müxalifətdə və beynəlxalq aləmdə çoxları tərəfindən siyasi motivli bir hərəkət kimi qiymətləndirildi.[8][14][15][16]
Mükafatları
redaktəSiyasi baxışlarına və söz azadlığı uğrunda mübarizəsinə görə təqib olunan jurnalistlərdən biri olaraq "Time" jurnalının 2018-ci ilin adamı siyahısına daxil edildi.[17][18]
Ressa Sərhədsiz Reportyorlar İnformasiya və Demokratiya Komissiyasında 25 aparıcı şəxsdən biridir.[19]
2021-ci ilin oktyabrında Rusiyalı jurnalist Dmitri Muradov ilə birlikdə "demokratiya və davamlı sülh üçün ön şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülmüşdür.[20]
İstinadlar
redaktə- ↑ 1 2 Maria Ressa – Facts.
- ↑ Arsenault, Adrienne. "'Democracy as we know it is dead': Filipino journalists fight fake news". CBC News. April 27, 2017. April 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2021.
- ↑ 1 2 "'Journalists are under attack globally': Maria Ressa". South China Morning Post (ingilis). May 26, 2019. June 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2020.
- ↑ "The People Behind Rappler". Rappler. June 17, 2012. May 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 12, 2014.
- ↑ Colin Chan. "Interview with Maria Ressa, CEO of Rappler.com". TheNewMedia.com. April 2, 2012. June 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 12, 2014.
- ↑ Arsenault, Adrienne. "'Democracy as we know it is dead': Filipino journalists fight fake news". CBC News. 27 April 2017. 28 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2021.
- ↑ Regencia, Ted. "Maria Ressa found guilty in blow to Philippines' press freedom". aljazeera.com (ingilis). 2020-06-15. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
- ↑ 1 2 Ratcliffe, Rebecca. "Maria Ressa: Rappler editor found guilty of cyber libel charges in Philippines". The Guardian (ingilis). June 15, 2020. ISSN 0261-3077. June 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2020.
- ↑ "Philippines: Maria Ressa's cyber libel verdict 'a method of silencing dissent'". Deutsche Welle (www.dw.com) (ingilis). 2020-06-15. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
- ↑ "Philippine cybercrime law takes effect amid protests". en:BBC News. October 3, 2012. October 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2021.
- ↑ "Philippines: CFWIJ condemns cyber libel conviction of Maria Ressa". en:The Coalition For Women In Journalism (ingilis). 2020-06-15. 2020-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
- ↑ "US Senators Durbin, Markey, Leahy slam Ressa libel verdict". en:Philippine Daily Inquirer (ingilis). 2020-06-17. 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
- ↑ Cabato, Regine. "Conviction of Maria Ressa, hard-hitting Philippine American journalist, sparks condemnation". en:The Washington Post. June 15, 2020. June 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2021.
- ↑ Leung, Hillary. "Philippines Journalist Maria Ressa Released on Bail After Arrest for 'Cyber Libel'". Time. February 14, 2019. February 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2019.
- ↑ Gonzales, Cathrine. "Robredo: Ressa's cyber libel conviction a threat to Filipinos' freedom". en:Philippine Daily Inquirer (ingilis). 2020-06-15. 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
- ↑ Dancel, Raul. "Court finds prominent Philippine journalist and Duterte critic Maria Ressa guilty of cyber-libel". en:The Straits Times (ingilis). 2020-06-15. 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-29.
- ↑ "Metro News Today: Rappler's Maria Ressa among TIME's Person of the Year 2018". League Online News. December 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2018.
- ↑ Vick, Karl. "TIME Person of the Year 2018: The Guardians". Time. December 11, 2018. August 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 11, 2018.
- ↑ "Maria A. Ressa | Reporters without borders". RSF. September 9, 2018. June 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2020.
- ↑ The Nobel Peace Prize 2021
Ədəbiyyat
redaktə- Seeds of Terror: An Eyewitness Account of Al-Qaeda's Newest Center of Operations in Southeast Asia. The Free Press, 2003. ISBN 978-0743251334