Maraga Medreseleri - Wikipedia
Marağa mədrəsələri - Azərbaycanın Marağa şəhərində XIII əsrə aid “Atabəylər”, “Qazı” və “Əhmədağa” adlı üç mədrəsə.[1]
Haqqında
redaktəAtabəylər mədrəsəsi
redaktəMarağada da “Atabəylər” mədrəsəsi fəaliyyət göstərmişdir. Bu mədrəsə alim qazı Kəmaləddin Əbu Abdallah Məhəmməd əl Qəzvini əl-Maraği tərəfindən əsası qoyulmuşdur. Onun özü də bu mədrəsədə müdərrislik etdiyi üçün “əl-müdərris” ləqəbini almışdır. Azərbaycan Atabəyləri və sultanlarının yanında böyük hörmət və mərhəmət sahibi olmuşdur. O, sultan Cəlaləddin Xarəzmşahın yanına gəldikdə, sultan onu ən hörmətli adam kimi qəbul edir və taxtda öz yanında oturdurdu. Ömrünün axırında İrbilə köçür və 628 (9.XI 1230- 28.X 1231)-ci ildə vəfat edir.[1]
Qazi mədrəsəsi
redaktəBu mədrəsə Marağada fəaliyyət göstərirdi. Müdərrislərdən Sərab qazısı Kamal əl-Din (ö.1230-1231-ci ildə, İrbildə) Azərbaycan Atabəyləri yanında böyük hörmət-izzət sahibi olmuşdur.[1]
Əhmədağa mədrəsəsi
redaktəBu mədrəsə də Marağada fəaliyyət göstərirdi. XIII əsrdə qazı Kəmaləddin Əbu Abdallah Məhəmməd əl Qəzvini əl-Maraği tərəfindən əsası qoyulmuşdur. [1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015. - s.73-74" (PDF). 2021-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-07.