Serab - Wikipedia
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir.
Sərab | |
---|---|
سراب | |
37°56′27″ şm. e. 47°32′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.650 ± 1 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 431 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəBəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır.[2] "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır.[3]
Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur.
Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır.
X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir. İstəxrinin coğrafi xəritəsində bu şəhərin adı Sərah, Yaqut Həməvidə Sərav kimi göstərilmişdir.
Sərab adını həmçinin ərəbcə "yeraltı keçid, tunel" kimi mənalara sahib olan "sarab" (سَرَب) sözüylə açıqlamaq olar.[4]
Tarixi
redaktəSərab şəhərinin tarixi haqqında zaman-zaman İran tarixçiləri müxtəlif məqalələrlə çıxış etmişlər. Lakin bütovlükdə Sərab şəhərinin tarixi araşdırılmamışdır.
Sərab şəhərinin adına yalnız orta əsr mənbələrində təsadüf edilir. Lakin Sərab mahalında aparılan arxeoloji qazıntılar zamanı əldə edilən materiallar Azərbaycanın digər şəhərləri kimi Sərab şəhərinin də qədim tarixə malik olduğunu göstərib. Tədqiqatçılar qeyd edirlər ki, məhz Sərab mahalı ərazisində mühüm tarixi hadisələr baş vermişdir.
İran arxeoloqları tərəfindən Sərab mahalı ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən iki kitabə isə şəhərin tarixi şöhrətini daha da artırmışdır. Kitabələrdən biri Sərab rayonundan 13 km aralıda yerləşən Zağan dağından (Razlıq rayonu) tapılmışdır. Bu kitabə haqqında İran tarixçisi C.Məşkur, daha sonra isə R.Hüveyda məlumat vermişdir. Kitabə II Argiştinin sifarişi ilə yazılmışdır. Kitabə 16 sətir yazıdan ibarətdir. Kitabədən bəlli olur ki Razlıqda böyük Manna qalası olmuşdur. Qala müharibələr zamanı dağdılmışdır. Lakin II Argişti bölgəyə yürüşü zamanı qalanı bərpa etdirərək istehkam kimi istifadə etmişdir.
İkinci kitabə də Russanın oğlu II Argiştinin sifarişi ilə yazılmışdır. Bu kitabə sə məşhur Qaraguh dərəsindən tapılmışdır. 12 sətirdən ibarət olan bu kitabədə isə Argiştinin qələbələrindən bəhs edilir.
Hər iki kitabədən bəlli olur ki, hələ eramızdan əvvəl VIII əsrdə artıq Sərab mahalında müdafiə xarakterli qalalar və yaşayış yerləri olmuşdur.
Sərab şəhərinin yüksək dağlarla (Savalan və Bozquş) əhatə olunması, strateji mövqeyinin möhkəmliyi, əkinçilik, habelə maldarlıq üçün əlverişli torpağa malik olması onu tarixən şöhrətləndirən amillərdəndir.
Mənbələrin verdiyi məlumata görə Böyük İpək Yolu Firuzabad, Xalxal, Alanbaruş, Sərab, Təbriz, həmin yolun başqa qolu isə Firuzabad, Xalxal, Sərab, Ərdəbil və Bərdəni birləşdirirdi. Ümumiyyətlə Sayin keçidinin Sərabın yaxınlığında yerləşməsi ticarət karvanları və ordu dəstələrinin Ərdəbil, Muğan və Şimala, Dərbənd keçidinə, habelə ordan da Rusiyaya gediş-gəlişi Sərabın strateji mövqeyinin hələ antik dövrlərdən artırmışdır. Digər tədəfdən Sərab şəhəri yaxınlığında olan keçidlərin hərbi və iqtisadi mövqeyi heç də Dərbənddə və Şimali Qafqazda olan digər keçidlərin mövqeyndən az olmamışdır. Bu səbəbdən də həmin keçidlərin ələ keçirilməsi uğrunda bir sıra tarixi döyüşlər və toqquşmalar da həmin ərazidə olmuşdur.
Sərab mahalı Xürrəmilər hərəkatı zamanı Xürrəmilərin əsas dayaq nöqtələrindən biri olmuşdur. İbn əl-Nədim "Əl-fəhrist" əsərində göstərir: "Babək gənc yaşlarını Sərabda keçirmiş, sonra iki il Təbrizdə qaldıqdan sonra Ərdəbildə yaşayan anasının yanında qalmışdır...Babək Sərab mahalında Şəbl ibn Məsnanın yanında qalıb onun mal-qarasını otarırdı. Tənbur çalmağı da onun nökərlərindən öyrənmişdi. Sonra isə Təbrizə gedərək Məhəmməd ibn əl-Rəvvad Əzüdinin yanında qaldı. Babək anasının yanına qayıdan zaman onun artıq 18 yaşı vardı"
Görkəmli şəxsiyyətləri
Ağa Neymətulla - Sovet və Azərbaycan neftçisi, SSRİ neft sənayesi yenilikçisi, SSRİ dövlət mükafatı laureatı
Zülfəli İmaməli oğlu İbrahimov - tarixçi, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü.
Mirzə Əjdər oğlu İbrahimov (Eyvəq kəndi) - Azərbaycan SSR xalq yazıçısı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958). Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin sədri (1948-1954, 1981-1991), Azərbaycan SSR Maarif naziri (1942-1946).
Mehdiyev Şəfayət Fərhad oğlu (Sərab vilayətinin Şalqun kəndi) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor.
MirBəşir Fəttah oğlu Qasımov (Daşbulaq kəndi) - Sovet Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938-1949).
Əjdər Mütəllim oğlu İbrahimov - məşhur Sovet, Rus, Azərbaycan və Türkmənistan rejissoru, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991).
Murtuza Fətulla oğlu Nağıyev - kimya və neft texnologiyası sahəsində görkəmli bir Azərbaycan alimi, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, kimya texnologiyasında təkrarlanma prosesləri doktrinasının yaradıcısı.
Ağa Musa Nağıyev (Mehravan kəndi) - 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində Çar Rusiyasının tanınmış neft sənayesi mütəxəssisi, xeyriyyəçi və xeyriyyəçisidir.
Hacı Zeynalabdin Tağıyev (Tikmədaş kəndi) — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı.
Xəstə Qasım (Tikmədaş kəndi) — XVIII əsr Azərbaycan aşığı
Rza Əfqanlı (Cəfər-zadə) - Sovet Azərbaycan aktyoru. Azərbaycan SSR xalq artisti (1943). İkinci dərəcəli Stalin mükafatı laureatı (1948).
Qəzənfər Mədət oğlu Əlizadə — Azərbaycan sovet memarı, memarlıq doktoru, professor, Azərbaycan SSR əməkdar inşaatçısı.
Mirzəcanzadə Azad Xəlil oğlu— Azərbaycan alimi, texniki elmlər doktoru, akademik.
Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) —azərbaycanlı partizan, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. Atası əslən Sərabdandır.
Qulam (QulamƏli) Məmməd oğlu Məmmədli - publisist, teatr mütəxəssisi, ədəbiyyatşünas, əməkdar jurnalist, Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.
İstinadlar
redaktə- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ T.Mustafazadə. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı,2011,səh.344.
- ↑ Azerdict saytı, "sərab" sözü[ölü keçid]
- ↑ Vikilüğət saytı, "سَرَب" sözü[ölü keçid]
Həmçinin bax
redaktə İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |