Merdan Celilov - Wikipedia
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor[1], Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru.
Mərdan Cəlilov | |
---|---|
Mərdan Fərəc oğlu Cəlilov | |
Doğum tarixi | |
Doğum yeri | Mərdəkan qəsəbəsi, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Fərəc |
Elm sahəsi | Texnika elmləri |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adları | |
İş yerləri |
Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Mükafatları |
Həyatı
redaktəMərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə[2] daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir.
1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır.
1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir.
10 ildən artıq müddətdə Az. ETELİ-də doktorluq dissertasiyası müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın, bir-neçə birdəfəlik Elmi şuranın, 2003-cü ildən 2 il müddətinə AAK-nın ekspert komissiyasının üzvü olmuşdur.
2004–2008-ci illər Almaniyanın Köln Texniki Universitetinin koordinatorluğu ilə AB-nin qrantı hesabına AzMİU-dakı TEMPUS layihəsinin Universitet üzrə əlaqələndiricisi olmuş, 2007-ci ildə Almaniyanın adı çəkilən Universitetində bir ay müddətində staj keçmişdir. Onun iştirakı ilə AzMİU-da bu layihə üzrə "Enerji menecmenti (binalarda)" ixtisası açılmış, 18 ədəd yeni dərs vəsaiti nəşr edilmişdir.
174 elmi-metodiki işlərin (onlardan 50-dən çoxu Rusiyada, Ukraynada, Belorusda, Almaniyada nəşr edilmişdir), o cümlədən monoqrafiyanın, 15 ixtira və patentin, 5 ədəd dərsliyin və dərs vəsaitinin, 10 ədəd metodiki vəsaitin, hazırda MDB-də qüvvədə olan, layihə institutları üçün nəzərdə tutulmuş 5 mövzuda rəhbər "Metodiki göstərişlərin" həmmüəllifidir.
SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, "SSRİ İxtiraçısı" medalı ilə təltif olunmuşdur.
Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmış, magistrlərin elmi rəhbəri olmuşdur.
Elmi fəaliyyətinin əsas istiqamətini suyun emalı prosesinin iqtisadi və ekoloji səmərəsinin yüksəldilməsi təşkil edir. Elmi nəailiyyətlərini mütəmadi olaraq İttifaqın nüfüzlü jurnallarında ("Energetik", "Promışlennaya Teploenergetika", "Ximiya i texnologiya vodı", "Problemı Energetiki" və b.) dərc etdirib və elmi-texniki konfranslarda, seminarlarda və Beynəlxalq simpoziumlarda məruzələr edib.
Hal-hazırda AQUAPRO MMC-nin direktoru vəzifəsində çalışır.[3]
Təhsili
redaktə1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun (Azərbaycan Neft və Kimya İnstitutu|AzNKİ) Energetika fakültəsini "İstilik energetikası mühəndisi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ildə Azərbaycan Patent İnstitutunu bitirmişdir.
2004–2006-cı illərdə — DİAD-nin nəzdində Alman dili üzrə iki illik kursu bitirmiş və müvafiq sertifikat almışdır.
Ailəsi
redaktəAiləlidir, 3 övladı vardır.
Əsas bilik sahələri
redaktəMərdan Cəlilov İstilik, qaz təchizatı və ventilyasiya sahəsi, istilik elektrik stansiyaları və istilik təchizatı sistemləri üçün su hazırlığı üzrə 44 ildən artıq elmi-tədqiqat, layihə, istehsalat və tədris-metodiki iş təcrübəsinə malikdir.
Əmək fəaliyyəti
redaktə- 1974–1975 — "Şimal" DRES-nin turbin sexində baş maşinist;
- 1975–1978 – AzNKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" laboratoriyasında böyük mühəndis;
- 1978–1981 – AzMİU-da baş elmi işçi;
- 1981–1985 – AzMİU- "Ətraf mühitin istilik təchizatı sistemlərinin tullantılarından mühafizəsi" sahə laboratoriyasında baş elmi işçi;
- 1985–2000 – AzMİU-, "İstilik təchizatı və istilik texnikası" kafedrasında dosent;
- 2000–2004 – AzMİU-da professor əvəzi;
- 2004 – AzMİU-da professor;
- 2004–2013 – AzMİU-Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər (QT və MTES) kafedrasının müdiri;
- 2013–2016 – AzMİU QT və MTES kafedrasında 0,5 şt. professor;
- 2016–2017 – AzMİU Mühəndis sistemlərinin və qurğularının tikintisi kafedrasında saat hesabı professor;
- 2006-cı ildən – Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasında professor.
Elmi fəaliyyəti
redaktəMərdan müəllimin Elm və istehsalat sahəsində gördüyü işləri aşağıdakı əsas istiqamətlərə bölmək olar:
• İstilik elektrik stansiyaları, istilik təchizatı sistemləri üçün axıntısız və az axıntılı, azaldılmış reagent sərfli su emalı texnologiyalarının işlənilməsi, tədqiqi və sənayedə tətbiqi;
• Dəniz suyunun sənayedə istifadəsi üçün texnologiyaların işlənilməsi, tədqiqi və sənayedə tətbiqi;
• Dəniz və şirin suların kombinələşdirilmiş üsullar ilə emalı texnologiyalarının işləniləməsi, tədqiqi və sənayedə tətbiqi;
• İçməli suyun hazırlanması üzrə texnloji sxemlərin hazırlanması və tətbiqi;
• Neftli suların təmizlənməsi qurğularının sənayedə tətbiqi;
• Günəşin, havanın və qruntun regenerativ enerjilərindən istifadə qurğularının texnoloji sxemlərinin işlənilməsi və sənayedə tətbiqi.
Mərdan müəllimin təklif etdiyi texnologiyalar Moskva şəhərindəki 21 saylı İEM-də, Nijni-Novqorod şəhərindəki Qorki Avtomobil Zavodunun İEM-ində, Kstovo şəhərinəki Novoqorkovsk İEM-ində, Kazan şəhərindəki 1, 2 və 3 saylı İEM-lərdə, Karmanovsk DRES-ində, Novosalavat İEM-ində, Minsk 3 və 5 saylı İEM-lərdə, Tümen şəhəri 2 saylı İEM-də, Novosibirsk 2 saylı İEM-də, Saransk İEM-də, Sumqayıt 1 saylı İEM-də, Şirvan DRES-ində və s. yerlərdəki su hazırlama qurğularında böyük iqtisadi və ekoloji səmərə ilə tətbiq edilmişdir.
Mükafatları
redaktəMərdan Cəlilov çoxsaylı ixtiralarına görə "SSRİ İxtiraçısı" medalı ilə təltif edilmişdir.
Kitabları
redaktə1 monoqrafiyası, 2 dərsliyi və 3 dərs vəsaiti çap olunmuşdur:
- Химическое обессоливание воды на ТЭС с сокращенными количествами реагентов и стоков. Монография. Баку, Элм.1996 г.150с.
- İstilik təchizatı. Ali məktəblər üçün dərslik. Az. KOND, "YURD" NRB, 2007, 582s.
- Müasir mərkəzləşdirilmiş istilik təchizatı sistemləri. Ali məktəblər üçün dərs vəsaiti, Bakı: Az. MİU, 2008. – 141s.
- Alternativ və regenerativ enerjilər. Ali məktəblər üçün dərs vəsaiti, Bakı: Az. MİU, 2008. – 148s.
- Alternativ regenerativ enerji sistemləri. Bakı: NPM "Təhsil", 2009, Ali məktəblər üçün dərslik. — 406s.[4][5]
- Водоподготовка для систем теплоснабжения. LAP LAMBERT Academic Publishing, İnternational Book Market service Ltd., member of OmniScritum Publishig Group All rights reserved. Beau Bassin 2018, 69 c.
Həmmüəllif olduğu Rəhbər metodik sənədlər
redaktə- Технические указания по схемам умягчения воды с утилизацией засоленных стоков водоподготовительной установки. Москва, Мин. энерг. и электрофик. СССР, Главниипроект, ВНИПИ энергопром, АзИСИ, 1983 г.
- Технические указания по проектированию обессоливающих установок с сокращенными расходами реагентов и сокращенными стоками. Москва, Главниипроект, ВНИПИ энергопром, 1985г.
- Методические указания по проектированию обессоливающих установок с сокращенными расходами реагентов и сокращенными стоками. Москва, СПО Союзтехэнерго, 1987г.
- Методические указания по проектированию умягчительных установок с утилизацией засоленных стоков. Москва, Мин. Энергетики и электрофикации СССР. ГУКС, 1989 г.
- Методические указания по проектированию ТЭС с максимально сокращенными стоками. Москва, ВТИ им.Ф.Э.Дзержинского, 1991 г.
Əsas elmi əsərləri
redaktə- Исследование возможности использования концентрата испарителей умягченной морской воды для регенерации Na-катионитных фильтров пресных вод. Ж. "За технический прогресс", № 8, 1978г.
- Комбинированное умягчение морских и пресных вод. Москва, Ж."Теплоэнергетика" № 1, 1981 г.
- Исследование процесса ионообмена при взрыхлении катионитных фильтров химводоочистки высокоминерализованными водами. Всесоюз. совещ. по теме "Синтез ионообменных материалов и примен. их в процессах водоподг. в энергетике". Тез. докл. Черкассы 1981 г.
- Установка бессточного умягчения воды. Москва, Ж. Энергетик № 5, 1983 г.
- Бессточное умягчение воды. Москва, Ж. Промышленная энергетика № 7, 1983 г.
- Пути создания высокоэффективных схем бессточного обессоливания воды химическими методами. Киев, Ж. "Химия и технология воды" Т.б, № 1, 1984г. с 68–71.
- Бессточное комбинированное производство обессоленной и умягченной воды. Москва Ж. "Теплоэнергетика", № 8, 1985г.
- Комбинированное химическое обессоливание и умягчение воды. Киев, Ж. "Химия и технология воды", Т. 9, № 6, 1987г.
- О бессточной технологии умягчения и обессоливания воды. Москва, Ж. Энергетик, 1988, № 4.
- Регенерация сильноосновных анионитов растворами карбоната и бикарбоната натрия. Киев, Ж. Химия и технология воды, Т10. № 1, 1988 г.
- Об утилизации стоков Н-катионитных фильтров химводоочисток на ТЭС. Минск, Энергетика-Известия ВУЗов и энергетических объединений СНГ, 1997, № 7–8.
- Об экологически чистых и ресурсосберегающих технологиях Н- катионирования воды. г.Казань, Ж. "Проблемы энергетики", 2001г., № 7–8 стр. 41–49.
- Об экологически чистых и ресурсосберегающих технологиях водоприготовления. Минск, Ж. "Энергетика.", № 6. Известия высших учебных заведений и энергетических объединений СНГ, 2005г. стр. 78–84.
- О повышении экономической и экологической эффективности процесса водоприготовления. Минск, Ж. Энергетика, Изв.ВУЗ-ов и энергетических объединений СНГ, 2006, № 1, стр. 66–71.
- Об определении условий возможности применения подкисления, при подготовке подпиточной воды теплосети. Киев, Ж. Новая тема, 2011, № 2 (28), стр. 48–50.
- Обзор экологически чистых и ресурсосберегающих технологий обработки воды для теплоэнергетических предприятий. "Energetikanın problemləri" jurnalı, Bakı, Az. MEA, 2011, № 1, s. 21.
- Regenerativ enerjilərdən istifadəyə dair. Ж. EKO ENERGETİCS, Scientific-texnical journal , Баку, 2014, № 2, 28, 29.
- Технико‐экономический анализ эффективности способов подготовки подпиточной воды для теплосети. Москва, Ж. Энергосбережение и Водоподготовка, , 2015, № 2 (94) апрель, с.14–18.
- Технико‐экономический анализ эффективности способов подготовки подпиточной воды для теплосети. Ж. Энергосбережение и Водоподготовка, Москва, 2015, № 2 (94) апрель, с.14–20. İstu su təchizatı sistemlərində ərplənmə prosesinin azaldılmasının yeni texnoloji sxemi haqqında. "Ekologiya və su təsərrüfatı" jurnalı, Bakı, 2016, № 3, с. 78–80.
- Qruntun regenerativ enerjisindən istifadə haqqında. "Ekologiya və su təsərrüfatı" jurnalı, Bakı, 2016, № 5, s. 72–75.
- О новой технологии подготовки горячей питьевой воды. Энергетика. Известия высших учебных заведений и энергетических объединений СНГ. Минск, 2017; 60(5): стр. 484–492.
İxtira və Patentləri
redaktə- Способ умягчения морской воды. А.с.СССР № 709550 Б.И. № 2, 1980 г.
- Способ регенерации слабокислотных и полифункциональных катионитов. А.с.СССР № 768458 Б.И. № 37, 1980 г.
- Способ бессточной обработки подпиточной воды теплосети. А.с.СССР № 768764 Б.И. № 37, 1980 г.
- Способ умягчения воды. А.с.СССР № 776990 Б.И. № 41, 1980 г.
- Способ регенерации анионитных и катионитных фильтров обессоливающей установки. А.с. СССР № 850599 Б.И. № 28, 1981 г.
- Способ обессоливания воды. А.с. СССР № 882149, 1981 г. имеет гриф "Т" (ДСП)
- Способ обессоливания воды. А.с. СССР № 906944, Б.И. № 7, 1982 г.
- Способ бессточного умягчения воды. А.с. СССР № 916417, Б.И. № 12, 1982 г.
- Способ очистки воды. А.с. СССР № 948892, Б.И. № 29, 1982 г.
- Способ обессоливания воды. А.с.СССР № 1115375, 1984г.
- Способ регенерации катионитных и анионитных фильтров первой и второй ступеней в процессе обессоливания воды. А. с. СССР, № 1265150, 1986г.
- Способ обессоливания воды. А.с. СССР № 1343744, 1987 г. Для служебного пользования.
- Способ бессточной обработки подпиточной воды теплосети. А.с. СССР № 1701639, 1991, № 48.
- Zəif və orta əsaslı anionitlərin regenerasiya üsulu. Az. Respublikası Patenti. İ20030003 2. yanvar 2003.
- İkiselli-əksaxınlı süzgəclərdə suyun azaldılmış reagent sərfi ilə H-kationlaşması üsulu. Az. Resp. Patenti, İ 2015 0059. Dövlət reestrində qeyd olunub 18. sentyabr 2015. Azərbaycan Respublikası patenti, Bülleten 9, 2015.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "CƏLİLOV MƏRDAN FƏRƏC OĞLU". 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Energetika fakültəsi". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ "TEXNİKA ELMLƏRİ DOKTORU, PROFESSOR CƏLİLOV MƏRDAN FƏRƏC OĞLU". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
- ↑ Cəlilov Mərdan Fərəc oğlu. Alternativ regenerativ enerji sistemləri : dərslik / M. F. Cəlilov ; elmi red. Ə. M. Quliyev. — Bakı : Təhsil NPM, 2009. — 406 s. : il., cədvəl ; 21 sm. — Biblioqr.: s. 395–402. — 500 экз. [ölü keçid]
- ↑ "M.F.Cəlilov. Alternativ regenerativ enerji sistemləri. Dərslik. Bakı, NPM «Təhsil», 2009.- 406 səh" (PDF). 2020-09-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-11.