Muqeddes Pavel Kilsesi - Wikipedia
Müqəddəs Paul kilsəsi ― Türkiyənin Mersin ilinin Tarsus şəhərində yerləşən keçmiş Yunan pravoslav kilsəsi.
Tarsus və kilsələr
redaktəTarsus antik indiki Türkiyənin cənubunu təşkil etmiş Kilikiyada həm qədim, həm də orta əsrlərdə mövcud olmuş əhəmiyyətli şəhər idi. İncildə adı çəkilmiş Daniyal və xəlifə Əl-Məmunun (786–833) hər ikisinin qəbiri Tarsusdadır.
Həvari Pavel Tarsus sakini idi. O, Tarsusda Saul adlı bir yəhudi olaraq anadan olmudur. Müqəddəs Pavel xristianlığı qəbul etdikdən sonra eramızın 64 və ya 67-ci ilində Roma İmparatoru Neron tərəfindən tutulub və başının kəsilməsi ilə sona çatan bir çox missioner səyahətinə çıxmışdır. Tarsus Pavelin ölümündən sonra da bölgənin əhəmiyyətli şəhəri olaraq qalmağa davam etdi. Şəhər daha sonralar Bizans imperiyası, Abbasilər xilafəti, Səlcuq imperiyası, Kilikiya çarlığı, Ramazanilər və Osmanlı imperiyasının bir hissəsi olmuşdur.
Tarsusda Pavel tərəfindən qurulmuş kilsələrin olub olmadığı məlum deyil, lakin P. Lukas 1704-cü ildə ərazidə Pavel tərəfindən inşa edilmiş kilsənin olduğunu yazmışdır. V. Langlois 1851-ci ildə Tarsusa gələrək bunu təsdiqləmişdir. Onun sözlərinə görə, kilsənin Roma üslubuna bənzəyən qalın divarları arasaından dar pəncərələr və qalın sütunlar nəzərə çarpır, lakin bu iddianı təsdiqləyən başqa heç bir qeyd mövcud deyil.
10 iyun 1190-cı ildə Göksu çayında bğulmuş Müqəddəs Roma imperatoru I Fridrixin ürəyi və daxili orqanları Müqəddəs Pavel kilsəsində dəfn edilmiş ola bilər.[1]
Müqəddəs Pavel kilsəsi
redaktəRəvayətə görə Müqəddəs Pavel kilsəsinin tikilmə tarixi 1102-ci ildir, lakin indiki tikili, yəni qübbəsiz bazilika daha sonra, 1862-ci ildə tikilmişdir.[2] Tikiliyə giriş bəzəkli bir keçiddən başlayır. Kilsə binasının ümumi sahəsi 460 m2-dir. Tikilinin daxili ölçüsü 19,3 x 17,5 metrdir. Mərkəzi nefin pəncərəsinin tərəfləri mələklər və mənzərə təsvirləri ilə bəzədilmişdir. Tavanın ortasında İsa və onun iki tərəfində Matta, Mark, Luka və Yəhyanın freskaları var.[3]
Bərpa
redaktəKilsə 1993-cü ildən bəri mühafizə altına alınmış və 1998–2000-ci illər arasında bərpa edilmişdir. Tikili hal-hazırdaMədəniyyət Nazirliyinin himayəsi altındadır.[4] Kilsə dini xidmətlərə açıq olsa da, müntəzəm ibadətlər edilmir. Kilsədə zəvvar qrupları üçün mərasimlər təşkil olunur.[5]
Kilsə və ətrafı UNESCO-nun Ümumdünya İrsi İlkin Siyahısına daxil edilmişdir.[6]
İstinadlar
redaktə- ↑ "Staufergräber - Anlagen". stauferstelen.net (alman). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ Pocket Guide Mersin, MTSO, Ankara, pp 14–15
- ↑ A page about the church Arxiv surəti 8 avqust 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-08-08 at the Wayback Machine (ing.)
- ↑ Mersin Ören yerleri, Kaleleri, Müzeleri ISBN 978-605-4196-07-4 p.80 (ing.)
- ↑ Anadolu kilsələri Arxivləşdirilib 2020-08-06 at the Wayback Machine (türk.)
- ↑ Unesco list Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine (ing.)