Kicik Venesiya Seherciyi - Wikipedia
"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi.[1] İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan[2] "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur[3] və Bakı bulvarının bir parkıdır.[4] "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur.[5] Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir.[6]
Kiçik Venesiya
| |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
İnşaatçı | Əliş Ləmbəranski |
Tikilmə tarixi | 1960 |
Ümumi sahəsi | 9,740 m2 |
Aidiyyatı | Dənizkənarı Milli Park |
Status | Fəaliyyət göstərir |
Kiçik Venesiya Vikianbarda |
Tarixi
redaktə1960-cı ildə istifadəyə verilmişdir.[7]
10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur.
Yenidən qurulması
redaktə2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir.[7] Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.[8]
Şəhəcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə istifadəyə verilmişdir.[7]
Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran ("Şərq" və "İtaliya" restoranları[8]) inşa edilmişdir.[7] Restoranlardan birində Qərb, digərində isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edilir.[7]
Qalereya
redaktə-
Yeməkxana
-
Kiçik Venesiya şəhərciyi 2019-cu ildə
İstinadlar
redaktə- ↑ BAKIDAKI "KİÇİK VENESİYA ŞƏHƏRCİYİ"NDƏ AVROPA QONAQPƏRVƏRLİK KLUBU AÇILIB[ölü keçid]. mehriban-aliyeva.org, 10.06.2015 (az.)
- ↑ Serbiyanın birinci xanımı Dənizkənarı Milli Parkı gəzib — FOTO Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. bakubulvar.gov.az, 09.02.2013 (az.)
- ↑ "«Малая Венеция» в Баку — сказка на воде". trend.az. 20 aprel 2015. 2017-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
- ↑ "В Бакинском городке «Малая Венеция» открылся Европейский клуб гостеприимства". Xalq qəzeti. 11 iyun 2015. 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
- ↑ "Проект «Мой Баку»: венецианская сказка на берегу Каспия". news.day.az. 20 may 2013. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2018.
- ↑ "Ильхам Алиев ознакомился с ходом работ по реконструкции на территории Приморского национального парка". Официальный интернет сайт Президента Азербайджанской Республики. 1 noyabr 2011. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-04.
- ↑ 1 2 3 4 5 İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində "Kiçik Venesiya şəhərciyi"nin açılışında iştirak etmişdir Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. president.az, 28.05.2012 (az.)
- ↑ 1 2 İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine. president.az, 01.11.2011 (az.)