Kicik Qafqaz Fiziki Cografi Vilayeti - Wikipedia
Kiçik Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.
Ümumi məlumat
redaktəKiçik Qafqaz vilayəti Azərbaycanın qərbində yerləşir. Əsasən Kiçik Qafqaz dağlarını əhatə edir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə, Murovdağ (Gamışdağ 3724 m) və Qarabağdır. Qarabağ silsiləsindən qərbdə Vulkanik yayla yerləşir.
Relyefi - Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy (Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır.Xüsusilə Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən hündürləri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı və mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə zəngindir. Azərbaycanda ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay hövzəsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln. ildir. Gəncə ətrafında güclü zəlzələlər (7-8 bal) baş verir.
İqlimi
redaktəKiçik Qafqazın dağətəyi və alçaq dağlığında qışı quraq keçən mülayim-isti (cənub-şərq hissədə yayı quraq keçən mülayim-isti), orta dağlığında qışı quraq keçən soyuq, yüksək dağlığında isə dağ-tundra iqlimi hakimdir. Orta illik temperatur 00-100C, orta illik yağıntı 300–900 mm-dir.
Çay şəbəkəsi sıxdır. Çayları Kür və Arazın qollarıdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay – Kürə; Həkəri, Bərgüşad, Köndələnçay, Oxçuçay ilə Araz çaylarına tökülürlər. İqlim yüksəklik qurşağa məruz qalır: dağətəyində və alçaq dağlığda - quru qış ilə mülayim-isti iqlim, ortadağlığda – qışı quru soyüq iqlim, yüksək dağlıqda - - dağlıq tundra iqlimi. Havanın orta illik temperaturu dağətəyində və alçaqdağlığda 10 °C, yüksəkdağlığda 0 °C-dir. Hündürlüklə atmosfer də, yağıntılar da dəyişir.
Kiçik Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonunun iqlimi - Azərbaycan daxilində Kiçik Qafqaz özünün iqlim xüsusiyyətlərinə görə fərqlənir. Relyefin mürəkkəbliyi burada qışı quraq keçən soyuq və dağ-tundra iqlim tiplərinin yaranmasına səbəb olmuşdur. Ümumiyyətlə, ərazidə ayrı-ayrı iqlim elementlərinin təzahürü də müxtəlifdir. Coğrafi mövqeyin xüsusiyyətləri, mürəkkəb relyef və atmosfer sirkulyasiyasının qarşılıqlı təsiri burada günəşli saatların miqdarının müxtəlif kəmiyyətlər arasında dəyişməsinə səbəb olur. Dağ silsilələrinin istiqaməti və buludluluğun təsiri ilə günəşli saatların miqdarı 1700-2300 saat arasında dəyişir. Ən az günəşli saatlar noyabr və fevral aylarında müşahidə edilir. Bunun səbəbi həmin aylarda buludluluğun nisbətən yüksək olmasıdır. Günəşli saatların ən böyük miqdarı Qazaxda (390 m) və Gəncədə (312 m), ən az isə Şuşada (1358 m) və İstisuda (2294 m) olur. İl ərzində günəşli saatların 35%-i yay aylarının, 18%-i qış aylarının payına düşür. İllik maksimum iyul-avqust, minimum noyabr-dekabr aylarında müşahidə olunur.
Əraziyə düşən günəş radiasiyasının kəmiyyətinin müəyyənləşdirilməsi həmin ərazilərin isti ehtiyatlarından kənd təsərrüfatında, turizm-rekreasiya və başqa təsərrüfat sahələrinin fəaliyyətində səmərəli istifadə etməyə şərait yaradır. Hündür dağ sistemləri, geniş vulkanik yayla, dağarası çökəkliklər vilayətdə kəskin relyef müxtəlifliyinə səbəb olmuşdur ki, bu da alınan günəş radiasiyasının yaxın ərazilərdə belə xeyli fərqlənməsi ilə nəticələnir [Hacıyev Q.Ə., Rəhimov V.Ə., 1977, Həsənov M.S., 1999].
Bütün dağlıq ərazilərdə olduğu kimi, Kiçik Qafqazda da günəş radiasiyasının illik gedişi özünəməxsus xüsusiyyətə malikdir. Ə.M.Şıxlinskinin [Şıxlinski Ə.M., 1949] tədqiqatları göstərir ki, Kiçik Qafqazda dəniz səviyyəsindən 200 m-dən 1000 m hündürlüyə qədər ümumi günəş radiasiyasının miqdarı çoxalır, sonra tədricən azalır. Lakin 3000 m-dən sonra yenidən artır. 500–600 m hündürlükdə ümumi radiasiya 126 kkal/sm2/il miqdarında olursa, 3000 m hündürlükdə 141 kkal/sm2/il, 3500 m hündürlükdə isə 148 kkal/sm2/il müşahidə edilir.
Fəsillər üzrə də ümumi radiasiyanın paylanmasında illik gedişə uyğunluq müşahidə edilir. Belə ki, isti dövrdə 500–600 m-dən başlayaraq 2000 m-dək onun miqdarı azalır, sonra isə yüksəlir. Aprel-oktyabr aylarında 200 m hündürlüyə qədər olan ərazilərdə ümumi radiasiya 89 kkal/sm2, 1000 m hündürlükdə 84 kkal/sm2 olursa, 2500 m-də 87 kkal/sm2, 3500 m-də isə 97 kkal/sm2-a qədər artır [ SSRİ. iql. sorğu kitabı. b.15,. c 1. 1957, 1971.].
Qış aylarında illik ümumi radiasiyanın cəmi 14%-i müşahidə edilir. Tədqiqatlar göstərir ki, 500 m hündürlüyə qədər olan ərazilərdə yay aylarında ümumi günəş radiasiyası çoxalır. Bu hündürlükdən başlayaraq 2000 m-ə qədər radiasiyanın miqdarı bir qədər azalır. 2500 m hündürlükdən sonra isə yenidən çoxalır.
Kiçik Qafqazda radiasiya balansının kəmiyyəti hündürlüyün artması ilə əlaqədar olaraq azalır. Belə ki, əgər 200 m hündürlükdə radiasiya balansının illik kəmiyyəti 48 kkal/sm2 müşahidə edilirsə, 1000 m-də 45, 2000 m-də 35, 2500 m-də 30, 3000 m-də 26, 3500 m-də 21 kkal/sm2-a qədər azalır [Tağıyeva U.R., 2013].
Dekabr-yanvar aylarında vilayətdə radiasiya balansının kəmiyyəti mənfi olur. Hündürlüyü 500–600 m-ə qədər olan ərazilərdə radiasiya balansı il boyu müsbətdir. Kiçik Qafqaz ərazisində FFR (fotosintetik fəal radiasiya) kəmiyyəti il ərzində 62-72 kkal sm2 arasında tərəddüd edir.
Havanın temperaturunun gedişi xeyli dərəcədə relyef şəraitindən asılıdır. Vilayətin dağətəyi ərazilərindən yüksəkliyə doğru yanvarın orta aylıq temperaturu azalır. Hündürlüyü 400 m-ə qədər olan ərazilərdə yanvarın orta temperaturu 1,0-2,0 °C, 400–800 m-də 0 °C-dən -3 °C-yə qədər, 800–1000 m-də -3-6 °C, 1000–1400 m-də -6-10 °C, 1400 m-dən yuxarıda isə -10-14 °C arasında dəyişir. Qeyd etmək lazımdır ki, qış aylarında havanın temperaturunun gedişi mütləq hündürlüklə yanaşı yamacların meyllyindən və ekspozisiyasından (səmtindən) asılı olaraq da dəyişir. (şəkil 4.3)
Yanvar ayından fevrala keçərkən havanın temperaturunun gedişində əsaslı sıçrayış nəzərə çarpmır. Martın əvvəllərindən başlayaraq temperaturun sürətlə artması müşahidə edilir. Maksimum kəmiyyətlər isə iyul-avqust aylarında müşahidə olunur. Ə.M.Şıxlinskinin [Şıxlinski Ə.M., 1969] məlumatlarına görə ərazidə iyul ayında havanın temperaturu dəniz səviyyəsindən yüksəkliyə doğru hər 100 m-də 0,5 °C azalır. İyul-avqust aylarında havanın temperaturu cüzi dəyişir. Bəzən isə avqustun ortalarında temperatur iyula nisbətən daha yüksək olur. Sentyabr-oktyabr aylarında alınan günəş radiasiyasının miqdarının azalması, habelə əraziyə soyuq hava kütlələrinin daxil olması nəticəsində temperaturun azalma intensivliyi bir qədər artır. Noyabr ayında temperaturun azalması davam edir və dağlıq ərazilərdə həm gündüz, həm də gecələr temperaturun 0º-dən aşağı düşməsi müşahidə edilir [SSRİ. iql. sorğu kitabı. b.15,. c II, 1966, Az. Res.iql.dəy.haqq. I məlumat, 2000].
Kiçik Qafqazda havanın orta illik temperaturu 14,4 °C ilə ( Naftalan), 1,8 °C (Göygöl - Şəmkir) arasında dəyişir. Mütləq hündürlüyü 1200 m-ə qədər olan ərazilərdə havanın orta illik temperaturu 10 °C-dən yuxarı olur. Yalnız hündürlüyü 1800 m-dən yüksək olan ərazilərdə havanın orta illik temperaturu 5 °C-dən aşağı müşahidə edilir. Hündürlüyü 900 m-ə qədər olan ərazilərdə ən soyuq ayın (yanvar) orta temperaturu 0 °C-dən aşağı düşmür. 1200 m-dən hündür olan ərazilərdə fevral ayında havanın orta aylıq temperaturu 0 °C-dən aşağı müşahidə olunur. Yüksəkliyi 1500 m-dən artıq olan ərazilərdə dekabr ayında da havanın orta temperaturu mənfi olur. Hündürlüyü 800 m-ə qədər olan ərazilərdə mart ayının orta temperaturu 5 °C-dən yuxarı, 1600 m-dən yuxarıda isə mənfi olur. Vilayətdə ən isti ay iyul və avqustdur. Həmin aylarda havanın orta temperaturu 26 °C ilə 11 °C arasında dəyişir. Mütləq hündürlüyü 600 m-ə qədər olan ərazilərdə bu ayların orta temperaturu 25 °C-dən yuxarı, 1800 m-dən yüksək olan ərazilərdə iyulun orta temperaturu 15 °C-dən aşağı olur.
Şəkil.4.3. Kiçik Qafqaz təbii vilayətində havanın orta illik temperaturu.
Hündürlüyü 800 m-ə qədər olan ərazilərdə mütləq maksimum temperatur 40 °C-yə çatır, 800–1800 m-ə qədər olan ərazilərdə isə 30-35 °C arasında dəyişir. Hündürlüyü 2200 m-dən yüksək olan ərazilərdə mütləq maksimum temperatur 25 °C və daha az olur. Ən soyuq aylarda belə, isti hava kütlələrinin əraziyə daxil olması nəticəsində bəzən havanın mütləq maksimum temperaturu 20-25 °C-yə qədər qalxa bilir.
Mütləq maksimum temperaturun orta kəmiyyəti 38 °C ilə 23 °C arasında dəyişir. Hündürlüyü 600 m-ə qədər olan ərazilərdə mütləq maksimum temperaturların orta kəmiyyəti 37-38 °C, 1500 m-ə qədər olan ərazilərdə 30-35 °C, daha hündür hissələrdə isə 23-25 °C arasında tərəddüd edir.
Bütün dağlıq ölkələrdə olduğu kimi Kiçik Qafqazda da atmosfer yağıntılarının paylanmasında aşağıdakı qanunauyğunluq müşahidə olunur: ən az yağıntı dağətəyi hissələrə düşür, ərazinin dəniz səviyyəsindən hündürlüyünün artması ilə yağıntıların miqdarı çoxalır. Müəyyən hündürlükdə yağıntıların maksimal zonası müşahidə edilir. Bundan sonra hündürlüyün artması ilə atmosfer yağıntılarının miqdarı azalır [Həsənov M.S., 1984, Konstantinov A.R., 1968].
Tədqiqatlar göstərir ki, Kiçik Qafqazın şimal yamacında yağıntıların maksimum miqdarı 2500–2800 m yüksəkliklərdə müşahidə edilməklə 800–850 mm təşkil edir. Bu hündürlükdən sonra yağıntıların miqdarı tədricən azalır və 3600–3700 m yüksəkliklərdə təqribən 600 mm müşahidə edilir (şəkil 4.4).
Kiçik Qafqazda atmosfer yağıntılarının illik miqdarı 300–400 mm-lə 600–900 mm arasında dəyişir. Vilayətin şimal hissəsində, yəni Gəncə-Qazax düzü və Ceyrançöldə onun kəmiyyəti 300–400 mm, Murovdağın şimal yamaclarında 700–800 mm və daha çox, cənub yamacında 700 mm və daha çox atmosfer yağıntısı müşahidə edilir. Yağıntıların kəmiyyətinin belə müxtəlif olması həm relyefin mürəkkəbliyi, və həm də müxtəlif istiqamətdən gələn hava kütlələri ilə bağlıdır.
Bu vilayətdə ilin isti dövründə (IV-IX aylar) atmosfer yağıntıları 200–300 mm-lə 400–600 mm, soyuq dövründə isə 100–150 mm-lə 200–300 mm arasında tərəddüd edir [Rəhimov X.Ş., 1984, 2001].
Yağıntıların illik paylanması yazda və yayın əvvəlində (may-iyun), müşahidə edilən bir maksimum və yanvarda müşahidə edilən bir minimuma səciyyələnir. Burada 0,1 mm-dən artıq yağıntı düşən günlərin sayı il ərzində hündürlükdən asılı olaraq 90-130 gün arasında olur.
Respublikamızın digər bölgələrində olduğu kimi, Kiçik Qafqazda da havanın həm mütləq, həm də nisbi rütubəti çox mürəkkəb paylanma xüsusiyyətlərinə malikdir. Ərazinin rütubətlə təminatını öyrənmək üçün illik yağıntının illik rütubət çatışmazlığı cəminə olan nisbəti ilə ifadə olunan Md-dən [Şaşko D.İ., 1961] istifadə olunmuşdur. Hesablamalar göstərir ki, vilayət ərazisində rütubətlənmə göstəricisi respublikanın orta illik göstəricisinə nisbətən bir qədər çox olmaqla 0,20-yə çatır.
Digər dağlıq ərazilərdə olduğu kimi, Kiçik Qafqazda da buxarlanma hündürlükdən, yamacların meyliliyi və səmtindən asılı olaraq dəyişir. Vilayət ərazisində buxarlanmanın ən aşağı kəmiyyəti dekabr-fevral, ən yüksək kəmiyyəti isə aprel-iyul aylarında qeyd edilir.
Şəkil 4.4.Kiçik Qafqaz təbii vilayətində atmosfer yağıntılarının orta illik miqdarı.
Burada buxarlanma il ərzində 200–500 mm arasında dəyişir. Ə.M.Şıxlinskinin hesablamalarına görə vilayətdə buxarlanma qabiliyyəti 1100 mm-lə 800 mm arasında dəyişir.
Kiçik Qafqazda buludluluğun paylanması xüsusiyyətləri ilə Ə.C.Əyyubov, V.A.Nadirov, B.H.Məmmədov, Q.Ə.Hacıyev, M.A.Cabbarov və b. məşğul olmuşdur. Ə.C.Əyyubova [Əyyubov Ə.C., 1968, 1975]. görə Kiçik Qafqazda buludluluğun 2 tipi – yüksək dağlıq və orta dağlıq tipləri yaranır. 1-ci tip 2000 m-dən yuxarıda, 2-ci tip isə 500 m-lə 2000 m arasında müşahidə edilir. Maksimum buludluluq yazda və payızda, minimum isə yayda və qışda yaranır.
Kiçik Qafqazda torpağın temperaturunun yayılması şaquli zonallıq qanununa tabedir. Mütləq hündürlüyü 800 m-ə qədər olan ərazilərdə torpaq səthində yanvarın orta aylıq temperaturu 0 °C-dən yuxarı, hündürlüyü 2000 m-dən yüksək olan ərazilərdə -5-7 °C müşahidə edilir. İyul-avqust aylarında 600–700 m hündürlüyə qədər olan ərazilərdə torpaq səthinin orta aylıq temperaturu 30-33 °C , 2000 m və daha hündür ərazilərdə isə 18-19 °C olur. Torpaq səthinin mütləq maksimum temperaturu isə iyul-avqust aylarında olmaqla 62 °C ilə 69 °C arasında dəyişir. Mütləq minimum temperatur isə dekabr-fevral aylarında olmaqla -22 °C ilə -31 °C arasında olur.[1]
Gölləri
redaktəBöyük və Kiçik Alagöl, Qaragöl, Göygöl, Maralgöl və s. vilayətdə şorsulu göl yoxdur.
Landşaft
redaktəVilayətdə çöl, meşə, çəmən və nival landşaftları yayılmışdır. 600 m-ə qədər dağ çölləri, 600–2000 m arasında dağ meşələri, 2000–3000 m arasında dağ çəmən1əri, uca dağ zirvələrində isə nival landşaft hakimdir. Vilayətdə yarımsəhra landşaftı yoxdur. Qoruqları - Göygöl, Qaragöl, Bəsitçay.
Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz megantiklinoriyasının cənub-şərq hissəsini tutur. Burada yüksək, çox intensiv parçalanmış dağ silsilələri, incə yamaclar, dağ dərələri, dərin kanyonlar bir-birini əvəz edir. Vilayətin ən hündür nöqtəsi Gamışdağ - , Murovdağ antiklinal silsiləsində yerləşir. Murovdağ silsiləsi, orta yura vulkan-çökməli süxurlardan ibarətdir və Kiçik Qafqaz vilayətini iki hissəyə bölür: şimal-şərq və cənub-şərq. Şimal-qərbdən Murovdağ silsiləsinin qərb qurtaracaqında Şahdağ silsiləsi, cənub istiqamətində isə Şərqi-Göyçə silsiləsi uzanır.
Şahdağ horst-sinklinor silsiləsi karbonat və üst təbaşir və eosen vulkanik süxurlarından formalaşmışdır. Şimaldan Şahdağ silsiləsi Murovdağ basılmaqla məhduddur. Ginaldağın cənubunda submeridional istiqamətdə Göyçə silsiləsi uzanır, o eosenin vulkanogen-çökmə və miopliosenin vulkanogen süxurlarından əmələ gəlib. Ən yüksək nöqtəsi Getidağdır (). Mıxtökən silsiləsi, ən iri nöqtəsi Dəlidağ (), böyük antiklinal yüksəklikdir, üst eosen qranitoid intrüziyalarından ibarətdir.
Murovdağ silsiləsinin cənubundan Arazboyu düzənliklərə qədər Qarabağ antiklinal silsiləsi Qırxqız (), Böyük-Girs (), Ziyarət () zirvələri uzanır.
Murovdağın, Şahdağın və Şərqi-Göyçə silsilərində Üst Pleystosen buzlaşmalarının (karlar, troq dərələri) izləri qalıb.
Qarabağ silsiləsindən qərbdə Qarabağ vulkanik yaylası vardır. O Kiçik Qafqazın megantiklinoriya sistemində ən yüksəkdə yerləşir, eyni zamanda Kür və Araz çaylarının iri suayrıcıdır. Onun əsas relyef formaları böyük vulkan massivləri (Böyük İşıqlı (), Qızılboğaz () və s.) və üçüncü, dördüncü dövrlərin lava yaylaları, axımlarıdır.
Qədim süxurlar Novuz rayonunda Əsrikçayın yuxarı axarında aşkar olunmuşdur – aşağı paleozoy 400-450 mln. yaşlı şistlər.
Kiçik Qafqaz vilayətində (Qarabağ vulkanik yaylası istisna olmaqla) yüksəkliklərə qədər süxurların geoloji yaşı artır: dağətəyi düzənliklər və dağarası çökəkliklər dördüncü dövrün allüvial çöküntülərdən ibarətdir; dağlıq ərazilər mezozoy dövrünün əhəngdaşı, şistlər, intruziv və effuziv süxurlardan ibarətdir.
Seysmologiyası
redaktəKiçik Qafqaz - seysmik aktiv regiondur - 9 bal (məsələn, 1139 ildə Gəncə zəlzələsi nəticəsində Maralgöl, Göygöl və b. formalaşmışdır, lakin Gəncə şəhəri tamailə dağılmışdır).
Mineral ehtiyatları
redaktəVilayət mineral ehtiyatlarla zəngindir - dağ-mədən və mineral sular (İstisu, Turşsu, Şırlan və s.).
Çay şəbəkəsi
redaktəƏrazi sıx çay şəbəkəsinə malikdir. Bütün çaylar Kür çayının sağ və Araz çayının sol qollarıdır. Çaylar yağış, qar və yeraltı sularla qidalanır. Çayların sularından suvarma üçün istifadə olunur.
Vilayətdə çox göl var: Maralgöl, Göygöl, Ceyrangöl, Ağgöl, Qarağöl, Şamlıgöl, Ordəkgöl, Zəligöl (bənd mənşəli), Qarabağ vulkanik yaylasında Böyük və Kiçik Alagöllər (tektonik mənşəli).
Torpaq-bitki örtüyü
redaktəTorpaq-bitki örtüyü yüksəklik zonalarına tabedir: 600 m-ə qədər dağ-çöl landşaftları yayılmışdır. Torpaqları şabalıdı və dağ-qəhvəyidir. Taxıl bitkiləri müxtəlif ot kompleksləri inkişaf edir. Dağ çölləri insanların fəaliyyəti nəticəsində dəyişikliyə məruz qalmışdır - üzüm və əkin sahələri üçün istifadə olunurlar; dağ-meşə landşaftları ortadağlıq sahəri tutur. Meşələrin altında qəhvəyi və qəhvəyi-dağ torpaqları geniş yayılmışdır. Palıd, vələs, fıstıq, şam ağacları (məsələn, əyri şam ağacı Göy-Göl ətrafında), şərqi çinar ağacları (Bəsitçay qoruğu). Meşələrin böyük sahələri əkin və biçənək üçün qırılıb; dağ-çəmən landşaftları 1800–2000 m-dən 3000–3200 m-ə qədər (subalp və alp çəmənlikləri) tutur. Torpaqları çimli, torflu dağ-çəməndir. Yaylaq kimi istifadə olunur. Yuxarıda nival zona yerləşir, burada ufantı və digər proseslər inkişaf edir.
Kiçik Qafqaz vilayəti aşağıdakı 4 fiziki-coğrafi rayona bölünür:
1.Gəncə rayonu - Ermənistanla həmsərhəddir;
2.QarabQarabağ dağları rayonuağ dağları rayonu - Ermənistan sərhəddir.
3.Qarabağ vulkanik yaylası rayonu - Ermənistan sərhəddir.
4.Həkəri rayonu - Ermənistan və Iranla həmsərhəddir.
Gəncə fiziki-coğrafi rayonu
redaktəƏhatə etdiyi ərazilər
redaktəGəncə fiziki-coğrafi rayonu Kiçik Qafqazın şimal-şərq hissəsini tutur. Şimalda Gəncə-Qazax düzənliyi ilə, cənubda Şahdağın və Murovdağın Suayrıcıları ilə, qərbdə Ermənistanla, şərqdə isə İncəçayın vadisi ilə həmsərhəddir.
Geoloji quruluşu
redaktəƏrazi mürəkkəb geoloji quruluşu ilə səciyyələnir. Şahdağ silsiləsi tektonik cəhətdən Şahdağ sinklinoriyasına aiddir, onun quruluşunda terrigen, vulkanogen və vulkanogen-çökmə dəniz karbonatlı orta və üst yura, təbaşir və paleogen, qranitoid intruziyaları ilə kəsilən süxurlardan ibarətdir. Silsilə asimmetrikdir: şimal-şərq yamacları uzundur, cənub-qərb yamacları qısadır, parçalanmışdır, vadiləri isə sellidir. Neotektonik mərhələdə silsilənin intensiv qalxmasına görə onun yamacları parçalanmışdır. Relyefin yüksəklikləri böyük fərqləri intensiv dərin eroziya təmin edirlər. Dərələr yuxarı axımlarında V-şəkilli formadadır. Orta axınımda (Şəmkir antiklinoriumu ilə kəsişməsində) dərələr çox dərindir.
Murovdağ antiklinor silsiləsi (Gamışdağ - , Murovdağ - ) yura, təbaşir, paleogen, neogen vulkanogen, vulkanogen-çökmə və çökmə süxurlardan ibarətdir. Silsilə asimmetrikdir: şimal yamacı düzdür və Gəncəçay, Kürəkçay, Gorançay, İncəsu çayı dərələri ilə eninə parçalanır, çay dərələri arasında erozion silsilələr ucalır və Kür çayına tərəf enirlər. Silsilənin cənub yamacları dikdir. Murovdağ silsiləsinin yüksək hissəsində qədim buzlaq relyef formaları - karlar, sirklər, troq dərələri inkişaf edirlər. Silsilənin yamaclarını terraslaşmı-aşağı axarında kəsən çay dərələri, yamacları dik və pilləlidir. Neotektonik qalxmaların kəmiyyəti uplifts suayrıcı hissəsində 3000–3500 m-ə çatır.
Morfostrukturu
redaktəRayonun əsas morfostruktur elementləri Qazax enməsi, Şəmkir qalxması, Pant silsiləsi və Göygöl qalxmasıdır.
Üst yura, təbaşir və paleogen çöküntüləri ilə yaranan Qazax silsiləsi - qraben-sinklinalıdır, şimal-şərq istiqamətində genişlənir və Qazax şəhərində Kür dağarası çökəkliyi ilə qatılır. Graben-sinklinalının mərkəzinin ən aşağı hissəsini, qırılma boyunca qoyulmuş Ağstafaçay sinklinal dərəsi tutur.
Şəmkir qalxması Başkənd-Dəstəfür çökəkliyi iki təcrid sahəsinə bölünür - Rüstəm-Əliyev (qərbdə) və Hacıbulağ (şərqdə). Şəmkirçay dərin formadadır, aşağı hissəsində dərənin yamacları hündürlüyü 30 m-dən şaqulidir. Burada subasar yoxdur və onun bütün yatağı iri daş-çınqıl materialından ibarətdir. Alçaq terrasların və eroziya izlərinin olmaması, Şəmkir silsiləsinin son və müasir dövrün aktiv qalxmasının sübutlarıdır. Relyefin şərq hissəsində yaxşı müşahidə olunan Pant və Göygöl qalxmaları ayrılırlar.
Kəpəz dağının sinklinal zirvəsi üst yura əhəngdaşlarından ibarətdir. Şahdağ silsiləsinin Murtuzdağ, Gamıştı, Kanalı zirvələri miopliotsen lavalardan ibarətdir.
Murovdağ silsiləsinin suayrıcısı intensiv parçalanmışdır və ən gərgin yeni tektonik qalxmaları ilə təmsil edilir. Burada qayalıq alp relyef diqqəti cəlb edir. Şahdağ silsiləsinin suayrıcısı az dərəcədə parçalanmışdır, lakin çay dərələrinin kəsimlərinin dərinliyi Murovdağ silsiləsinə imkan vermir. Burada nival-şaxtalı və qravitasiya prosesləri üstünlük təşkil edir. Ortadağlıq və alçaqdağlıq zonalarda eroziya və denudasiya proseslərinin müasir relyef formaları üstünlük təşkil edir.
Relyefin əsas formaları çay dərələridir. Çay şəbəkəsinin sıxlığı hündürlüklə əlaqədar olaraq artır. Şahdağ silsiləsinin suayrıcısında o 0.9–1 km/km2, alçaq dağlığda - 0.4-0.5 km/km2-dir. Çayların yuxarı axarında dərələr qabarıq yamaclarda dərin dərələr şəklindədir. Çayların mənbələri dik-yamac su sirkləri təşkil olunur. Orta dağlıq və dağyanı zonalarda çay dərələri, əhəngdaş süxurlara salınır, pilləvəri, kanyonvari quruluşa (məsələn, Gəncəçay və b.) malikdir. Çay dərələri terraslaşmışdır. Onların yamaclarında akkumlyativ, erozion terraslar inkişaf etmişdir. Onlar dar səthlərlə, aralıklı istiqamət ilə xarakterizə olunur. Bu rayonun ən böyük çayı Zəyyəmçaydır.
Gəncə bölgəsinin oliqosen yaşlı hidroqrafik şəbəkəsi dağların relyefində qədim dərələrin qorunmasının mümkün olduğunu göstərir. Çox güman ki, onların qoyulmaq yeri Başkənd-Dəstəfür hövzəsidir, onun üzərində əsas çay qollarının Qoşqarçay-Dəstəfürun su ayrıcısında qədim allüvial çınqılları geniş sahələri əhatə edir. Çökəkliyin şimal yamacının pilləsi qədim çay şəbəkəsinin bir hissəsidir. Onun şərq davamısı İlxıdərə, Buzluxçay, Gorançay, İncəçay dərələrinin uzadılması ola bilərdilər.
Qədim buzlaq formaları Şahdağ və Murovdağ silsilələrinin 2400 m-dən yüksəkliklərdə suayırıcıda aydın qorunublar. Şəmkirçay və Gəncəçayın yuxarı axımlarında (2400- yüksəkliklərdə) bir sıra, mərtəbəli formada yerləşən karlar var. Gamış dağda karkar 2800, 3100 və 3280-ci yüksəkliklərdə qorunurlar. Bu buzlaq relyef formaları Kiçik Qafqazın kar-dərəli və bir neçə çəkilmə mərhələlərində saxlanılan üst dördüncü buzlaşmaya aiddir.
Gəncə fiziki-coğrafi rayonunda yerüstü düzənliklər də inkişaf edir. Alçaq dağlıq zonada Aşağı Cibikli, Çardaxlı kəndləri yaxınlığında yerüstü düzənliklər (Çardaxlı) dağ yaylaları ilə müşahidə olunur. Onların fraqmentləri 900-1000 dən yüksəkliklərdə yerləşirlər. Cənubda 1600- yüksəkliklərdə Tərtər yerüstü düzənliklərinin analoqları inkişaf edir, onun fraqmentləri Qoşqarçay və Şəmkirçay aralarında qorunub saxlanıblar. Qoşqarçay-Gəncəçay suayrıcında bu səthi Çardaxlı səthindən aydın izlənən hündürlüklə ayrılır. Tərtər yerüstü düzənliyin analoqları Göygölün şərqində, hündürlükdə müşahidə olunur. Bu səth üçün güclü gilli, sürüşmə prosesləri davam edən yaylalar səciyyəvidir.
Şəmkir antiklinoriumunun qübbəsində, Əsrikçay-Zəyyəmçay-Şəmkirçay suayrıcısında, 2000- yüksəkliklərdə bir sıra düzənlik relyefi saxlanılır.
Gəncə rayonunda seysmik proseslər təkrarlanır (7-8 baldan çox zəlzələlər müşahidə olunur). Zəlzələlərin ən aktiv mərkəzlərindən biri Zurnabaddır, orada 9 bala qədər zəlzələlər olur. Ən aydın geomorfolojı ifadəsi Kəpəz dağın, 1139-cu ildə baş verən seysmogen uçqunudur. Göygölün formalaşması bu uçqun ilə bağlıdır.
Faydalı qazıntıları
redaktəRayon alunit, dəmir filizi, qızıl, mərmər və s. kimi faydalı qazıntılar ilə zəngindir
İqlimi
redaktəİqlimi mülayim-istidir. Havanın orta illik temperaturu düzənliklərdən dağlara doğru azalır - 14 °C-dən 0 °C-ə qədər. Orta illik atmosfer yağıntıları 400 mm-dən 900 m-ə qədər dəyişir.
Həsənsuçay, Əsrikçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Gorançay, İncəsuçay və s. yağış, qar və qrunt suları ilə qidalanırlar. Çayların suları suvarma üçün istifadə olunur.
Şabalıdı, qəhvəyi dağ-çəmən, qara və s torpaqlar vardır. Onlarda çöl, dağ-meşə, kol və alp çəmənlikləri inkişaf etmişdir. Gəncə rayonunda üzüm, kartof, meyvə bağları vardır.
Yuxarı Qarabağ fiziki-coğrafi rayonu
redaktəƏhatə etdiyi ərazilər
redaktəQarabağ dağlıq rayonu Kür - Araz düzənliyi və Qarabağ silsiləsinın suayrıcıları arasında yerləşir.
Qarabağ silsiləsi Tərtər çayının sağ sahilindən başlayır və Ziyarət dağına qədər uzanır. Sonra silsilə enir və yüksək maili və dağyanı İncə, Güyan və Xərəmi düzənliklərinə keçir. Silsiləsinin maksimal hündürlükləri – Böyük-Girs, Qırxqız. Tərtərçay hövzəsinin daxilində silsilə ancaq 2000–2200 m-ə çatır, onun maksimal hündürlüyü - 2700- - Xaçınçay və Ballucaçay (Qarqarçayın qolu) arası həsirdir, sonra cənub-şərq istiqamətində, böyük bir məsafədə yüksəkliklər 2290-dən 2725 m-ə qədər tərəddüd edir, Ziyarət dağından cənub-şərqdə o kəskin enir və Araz vadisində, yüksəklikdə Arazyanı düzənliklərin allüvial-prolüvial çöküntüləri altına keçir.
Cənub-qərb yamacı orta dağ silsiləsində (2000- aşağıda) struktur cəhətdən təbaşir və paleogen vulkanogen-çökmə süxurlarla qatlanmış, granodiorit intruziyalarla və ultroəsas süxurlarla kəsilən Sarıbaba sinklinoriyasına aiddir. Onlardan birinciləri müsbət, ikinciləri - mənfi relyef formaları yaradırlar. Silsilə assimetrikdir: qərb yamacı qısa və dikdir, şərq isə bir neçə eninə və uzununa Qırxqız, Çahmag, Bogurhan və digər silsilələrindən ibarətdir, Tərtərçay, Xaçınçay, Qarqarçay, Honaşençay, Köndələnçay, Quruçay dərələrin və onların qolları ilə sıx şəbəkə ilə parçalanır. Silsilə yura və təbaşir dövrünün vulkanogen və karbonat süxurlarından ibarətdir - əhəngdaşı, gil, şist və b. Əhəngdaşları yayılan sahələrdə karst relyefi formalaşır - Azıx mağarası. Həkəriçay dərəsinə çevirilən yamac yarğanlarla və dərələrlə parçalanır və (quraqlıq səbəbindən) bedlend inkişaf edir.
Böyük-Girs dağından cənub-şərqdə, Quruçayın orta axımında, Qarabağ antiklinoriyası kəskin batılır və Böyük Tağlar, Tuğ, Domı və b. monoklinal tirələri və qılıcları üst yura çöküntüləri ilə yarananlarla bağlanır. Sarıbaba sinklinorium kəskin genişlənir (1,5–2 km-dən Böyük-Gırsdan cənuba 10- Quruçay dərəsinə qədər) və Əlicalı graben-sinklinal təbaşir süxurlarla toplanmış muldanı yaradır. Relyefdə o geniş Quruçay hövzəsini təşkil edir.
Relyefi
redaktəQarabağ silsiləsinin relyefi cənub-şərq hissəsində Laçın antiklinoriyası iştirak edir, şimal-şərqdən Başlıbel-Laçın qırılması ilə və Zamzur antiklinoriumu ilə məhdudlanır; onun cənub-şərq davamında sıf yerləşir və üst yura vulkanogen- çökmə süxurlarından ibarətdir. Bu antiklinoriumların ən hündür fraqmenti relyefdə, Qarabağ silsiləsinin suayrıcı hissəsində yerləşən Altıntaxta (), Güllücə (), Ziyarət () və b. zirvələrinə uyğundur.
Qarabağ silsiləsinın suayrıcı hissəsi yeni tektonik mərhələdə horst qalxmasına məruz qalıb, maksimal hündürlüyü Alaqaya, Qırxqız, Böyük-Girs dağ silsilələri ilə uyğundur.
Qarabağ antiklinalın şimal-qərbdə relyefdə bir sıra monoklinal silsilələr (Buzluq və s.) təşkil edir, Tərtər çayın sol qolları kəsilir. Silsilələr 2200- yüksəkliklərə çatırlar və dik pilləli yamaclarla cənub-qərbə, Tərtərçay dərəsinə tərəf yönəlirlər.
Tərtərçay və Xaçınçay dərələri arasında antiklinorium döngə, şimal-şərq qabarıq hissəsi ilə yönəlir. Burada relyefdə, hündürlüyə çatan, Zocayurt monoklinal silsiləsi ifadə olunur.
Xaçınçay dərəsindən cənubda Qarabağ silsiləsi subenmədən submeridianal istiqamətdə dəyişir. Burada silsilə maksimal qaldırılıb (). Onun su ayrıcı hissəsi qayalı horst-monoklinal silsilələri təşkil edir (Alaqaya – 2500-, Qaranlıq – təxminən , Gırxgız - qədər), bir-birindən eninə qırılmalarla yaranan aşırımlarla ayrılır. Aşırımdan cənubda, Qırxqız massivini ayıran suayrıcı mailidir və hündürlükləri 2500–2600 m-dən artıqdır. Daha sonra silsilə kəskin Xalfalıçay dərəsinin yuxarı axımında Qarqarçay dəriəsi boyunca (Qarqarçayın qolu) alçalır. Burada suayrıcı silsiləyə yüksəklikdə aşırım, çox yumşaq relyeflə cavab verir.
Cənubda, demək olar ki, düz bucaqlı Qarabağ suayrıcı silsiləsinə qarşı, Sarıbaba qayalı monoklinal silsiləsi () yerləşir. Bu kəsik seqment üst yura əhəngdaşlarından ibarətdir və struktur cəhətdən Sarıbaba sinklinalının bir hissəsidir.
Qarabağ silsiləsinin cənub-qərb yamacı qısa, dik və pilləvari formada Həkəriçay dərəsinə tərəf enir. Şimal-şərq yamacı uzun və müxtəlif, alçaq morfostrukturlarla mürəkkəbləşir. Suayrıcı hissədə (1800- yüksəkliklərdən yuxarıda) yamac dik, çılpaq və nisbətən intensiv parçalanmışdır, bəzən qravitasiya relyef formaları ilə mürəkkəbləşir.
Tərtərçay və Qabartıçay dərələri arasında qövs şəkilli silsilə sistemi qabarıq formada cənub və cənub-şərq istiqamətdə diqqəti cəlb edir. Çaldıran, Sıxavənd və Xaçınçay çökəklikləri də bu istiqamətdə yerləşirlər. Onları ayıran çay dərələri ümumi planda onlarla eyni formadadırlar.
Struktur
redaktəStruktur cəhətdən, silsilələr bat vulkanogen tuf-qırıntılı süxurlarından təşkil olunan Ağdam antiklinoriumunun çərçivəsində yerləşir, lakin onlar demək olar ki, antiklinoriumun mərkəzi xəttini düz bucaq altında kəsişməsində subenmə istiqamətində uzanırlar. Lakin silsilələrin maksimal hündürlüyü (1360-dən ) antiklinoriumun mərkəzi xəttinə təsadüf edir.
Bu silsilələr yeni tektonik mərhələdə kəsilmiş blokların hərəkətləri nəticəsində formalaşmışdır. Cənubda Mehmana intruziya qrupu eroziya nəticəsində aşılıb və relyefdə intruziv massivlər və təpələr (Qalayçın, Bozdağ və s.) yaradır.
Qarabağ silsiləsində morfoloji cəhətdən ən təzadlı relyeflə, Qarqarçay vadisindən şimal-qərbdə Ağoğlançayın (Kğndələnçayın qolu) mənbəsinə qədər uzanan Boğuxan antiklinal silsiləsi ilə fərqlənir. Eninə profildə silsilə asimmetrik quruluşa malikdir. Cənub-qərb yamacı dik, intensiv parçalanmış və tektonik qırılmalarla mürəkkəbləşmişdir. Şimal-şərq yamacı az meyillidir və daha az parçalanmışdır. Struktur cəhətdən, silsilə braxiantiklinal və günbəzvarı yüksəkliklərə aiddir, səthi üst yura karbonat süxurlarla xüsusiyyətlənir. Silsilənin ən maksimal hissəsi (Boguhan dağı - ) eyni adlı günbəz ilə uyğunluq təşkil edir. Şimal-qərb istiqəmətində silsilə kəskin pilləvari formadadır və 800 m-ə qədər enir. Olduqca dayaz və eroziyadan qorunan şimal-şərq qanadı strukturuna görə üst yura və alt təbaşir əhəngdaşları və qumdaşları ilə eyni tərkiblidir. İncə monoklinal silsilə (Çınqıllı- ) və yayla (Mallıbəyli – ) pillələrlə, uzununa qırılmalarla ayrılmış Boğurxan silsiləsini seysmoqravitasion uçqunlar ilə mürəkkəbləşdirir.
Boğurxan silsiləsi pillivari formada enir və cənub-şərq istiqamətində Görgör (1400-) və Maçqalaşen (750-) mərhələlərini formalaşdırır. Şimal-şərqdə Qarabağ silsiləsinin kənar hissəsində Şahbulaq monoklinal silsiləsi ilə dairiyə alınır, o da submeridional istiqamətdə Tərtərçayın və Qarqarçayın aşağı axarına qədər uzanır. Silsilə üst təbaşir orqanogen əhəngdaşlar ilə formalaşıb, onlar da Ağdam antiklinoriumunun şimal-şərq qanadlarından biridir.
Silsilə eninə profildə kəskin asimmetrik quruluşa malikdir. Onun şimal-şərq yamacı düz, uzun və kənar zonasında allüvial-prolüvial çöküntülərə örtülüdür, Qarabağ dağyanı düzənliyini təşkil edirlər. Cənub-şərq yamacı qısa, dik və bəzi hissələri sıldırımdır, kəskin və pilləvari Gülyataq, Qabartı, Xaçınçay və b. çayların aşağı axımı ilə vadilər sisteminə enirlər. Silsilənin suayrıcısı düzdür və qalın (10- qədər) şistlərlə örtülüdür. Qarqarçayın aşağı axımında Şahbulaq silsiləsi kəskin enir və relyefdə Qarqarçayın gətirmə konusları arasında nisbi hündürlükləri 35- olan allüvial-prollüvial astanalar formalaşır. Qarqarçay dərəsinin cənubunda Şahbulaq silsiləsi boyunca Qarakənd monoklinal tirəsi və Qaraçuq antiklinal yüksəkliyi yerləşir, qırılmalarla parçalanmış üst yura karbonat süxurlarından ibarətdir. Qarakənd monoklinal tirəsinin maksimal hündürlüyü mərkəz hissəsində təqribən 700 m-ə çatır və tədricən Qarqarçay və Xonaşençay dərəsinə tərəf enir.
Faydalı qazıntıları
redaktəRayon seysmikdir - 7-8 bala qədər zəlzələlər təkrarlanır. Faydalı qazıntılarla – polimetal filizləri, tikinti materialları, Turşsu minerallar bulaqları ilə zəngindir.
İqlimi
redaktəİqlimi (qərbdə) mülayim-isti və (şərqdə) soyuq keçir. Orta iyul temperaturu 600- hündürlükdə 25º-26 °C, mütləq maksimum temperaturu isə 40º-41 °C-ə bərabərdir. Temperaturun miqdarı 0 °C-dən yuxarıda - 4500-5000º-dir. Atmosfer yağıntılarının miqdarı 250–350 mm-ə bərabərdir. Hündürlükdə havanın temperaturu aşağı enir, yağıntının miqdarı 600–900 mm-ə qədər - meşə qurşağında artır. Orta yanvar temperaturu alçaq dağlıqda -1º – +1º arasında tərəddüd edir. hündürlükdə davamlı qar örtüyü formalaşır.
Çayların axım modulu 20 l/s km2-dir. Tərtərçay dərəsinin yuxarı axarında 4 l/s km2 arasında dəyişir. Tərtərçayda Sərsəng su anbarı inşa edilmişdir.
Torpaq-bitki örtüyü
redaktəTorpaq-bitki örtüyü hündürlük zonalarına tabedir: tünd-şabalıdı - dağ çölləri-yovşan, yovşan-şoran bitki kompleksləri; dağ-meşə və qonur dağ-meşə torpaqları-dağ meşə-palıd, fısdıq, vələs, aşağıda çəmən-kol və dağlıq kserofit bitki kompleksləri; dağ-çəmən torpaqları-subalp çəmənlikləri (kiçik ərazilərdə-alp çəmənlikləri).
Təbii landşaftlar insanlar tərəfindən əsaslı formada dəyişiblər. Hal-hazırda meşə komplekslərinin yerində, çöllər, meyvə bağları, üzümlüklər, bitkilər və tərəvəzlər vardır.
Qarabağ vulkanik yaylasının fiziki-coğrafi rayonu
redaktəƏhatə etdiyi ərazilər
redaktəQarabağ vulkanik yaylasının fiziki-coğrafi rayonu Tərtərçay və Həkəri çaylarının yuxarı axımıında yerləşir, 1800 m-dən 3600 m-ə qədər yüksəklikdə və şimal-qərbdən cənub-şərqə geniş zolaq ilə uzanır. Qarabağ vulkanik yaylasının əsası qədim süxurlardan ibarətdir. Neogendə və antropogendə dağların qədim qırışıq-faylıq çatlardan axan lavalar, az parçalanmış sahəni örtmüşlər.
Relyefi
redaktəYaylanın şimal-şərq və cənub-qərb kənarları ilə yanaşı, üst mezozoy və üçüncü dövrün dislokasiyalı süxurlarının çıxış sahələrində, iri uzununa qırılmalar keçir. Böyük dərin qırılma, İşıqlı massivinin cənub-şərq kənarından Qızıboğaza tərəf, sonra Göyçə gölünə qədər uzanan, mərkəzi xətti yerləşən çoxsaylı pliosen və pleystosen vulkan, termal və soyuq mineral sularla qeyd olunur. Dördüncü dövrün lavaları və şlak konusları ilə bir sıra kiçik diaqonal, pliosen ərzində aktiv qırılmalar qeyd olunur. Yaylanın böyük hissəsi yüksəklik zonasında yerləşir. Yaylanın əsas xüsusiyyətləri üst pliosen-dördüncü vulkanizmindən, relyefin detalları isə - müasir nival-denudasiya və qədim buzlaq proseslərindən ilə asılıdır. Yaylanın su ayrıcısı 3000- yüksəklikdə yerləşir, relyefi kifayət qədər düz və dalğalıdır. İşıqlı, Qızılboğaz və Keçəldağ dağları, müxtəlif tərkibli üst pliosen lavalarından ibarətdir. Onlar parçalanmış relyefə malikdir. Şimal-qərbdən və şimal-şərqdən yüksək dağlıq zonalarda olduqca düz lava yayları ilə birləşirlər.
Həkəri maili akkumlyativ düzənliyi həkəri dəstəsinin allüvial, qismən də allüvial-prolüvial son pliosen çöküntülərindən ibarətdir. Həkəri dəstəsinin vulkan-çökmə süxurlarının yaşı həkəridən-abşerona qədərdir, Qarabağ dağlıq ərazisinin relyefi plastikasında mühüm rol oynayır.
Lava qatları dik və kiçik (150- və ya daha az) yamaclarla yüksəkdağlıq yaylanı təşkil edir. Yayla Tərtərçay, Bazarçay, İldrımsuçay dərin dərələrə tərəf kəsilir. Lava qatları - Tərtər, Minkənd, Bazarçay, Pəriçınqıl, Qırmızıdağ və s. – həm çayların vadilərində və yayla səthində formalaşmışlar.
Bütün yaylaların və qatların əsas tərkibi pleystosen lavalarının püskürməsindən yaranmışdır. Yalnız Əhmədli yaylası pliosen və qismən dördüncü dövr lavalarından ibarətdir.
Strukturu
redaktəStruktur cəhətdən, yayla sinklinalda yerləşir, pliosen və antropogen dövrünün vulkanogen-çökmə, vulkanogen çöküntülərindən idarətdir. Şimalda yaylaya Kəlbəcər paleogen muldasının bir hissəsi, cənub-şərqdə isə alt həkəri çökəkliyinə aiddir. Yaylanın düz, kələ-kötür səthində, yüksəklikdə onlarla konuslar və massivlər ucalır, turş əsas lavadan və piroklastik materiallardan, (nisbi hündürlüyü 300-) ibarətdir. Yaylanın mərkəzində Böyük İşıqlı () (yaylanın cənub-qərbində), Qızılboğaz () və s. yerləşir. Lava yayladan sərqdə (Tərtərçay və Həkəri çayların yuxarı axarında) Dəlidağ massivi () yerləşir, o mezozoyun turş intruziv süxurlarından ibarətdir.
Dördüncü dövrün vulkanizmi tez-tez bir neçə güclənmə və zəifləmə fazaları ilə geniş yaylalarda lava axınlarının (bəzən uzunluğu 35- çatır) yaranmasına səbəb olublar. Sonuncular yaylanın əsas xüsusiyyətləridir. Ümumiyyətlə, vulkan formalarının morfologiyası qatılığın və püskürmə materiallarının miqdarının qədimdən cavana doğru azalmasını göstərir.
Yaylanın suayrıcı hissəsi yüksək dağ relyefi ilə xarakterizə edilir.
Qarabağ vulkanik yaylasına holosen vulkanik formaları uyğun gəlir. Burada yeni şlak kraterləri və kiçik dilli lavalar diqqəti cəlb edir. Cavan lavalar bəzən buzlaq relyef formaları ilə əhatə olunurlar. Bu Qızılboğazda daha yaxşı ifadə olunur. Yaylanın səthində, xüsusilə Pəriçınqıl və Qırmızıdağ hissələrində önbuzlaqlı andezit və andezit-bazalt qayalı lavalar geniş yayılıblar. Onlar dalğalı, təpə-tərəli səthi, böyük "daşlı dənizlər" – çınqıllar ilə əhatə olunurlar. Qafqazda ən böyük qayalı çınqalların olduğu sahə– Pəriçınqılda yerləşir.
Faydalı qazıntıları
redaktəYayla faydalı qazıntılar ilə zəngindir - inşaat materialı, qızıl (Zod aşırımı), İstisu mineral bulağı (60 °C temperaturlu hidro-xlorid-sulfat su), Laçın rayonun Minkənd kəndi yaxınlığında soyuq mineral bulağı və s.
İqlimi
redaktəYaylanın iqlimi soyuqdur. Qışı sərt və uzundur - 6 aya qədər. Qar örtüyünün qalınlığı 1–2 m-dir. Yayı qısadır. Havanın orta illik temperaturu 0 °C ilə 6 °C arasında dəyişir. İllik atmosfer yağıntıların miqdarı 700–800 mm-dir (bunlardan isti mövsümlərə aiddir).
Yaylanın cənub-qərb hissəsinin çay şəbəkəsi Araz çayı sisteminə, qismən cənub-şərq hissəsi isə Kür çayına məxsusdur. Çay şəbəkəsinin sıxlığı, hündürlükdən və lavanın parçalanmasından asılı olaraq, 0.2-dən 1 km/km2 dəyişir. Çaylarda dağ-kontinental rejimi məhduddur. Daşqınlar yazda və yayın əvvəlində qarların intensiv əriməsi zamanı baş verir. Yayın sonunda çayların səviyyəsi düşür. Çaylar yeraltı sular ilə qidalanırlar.
Gölləri
redaktəRayonda bir çox göllər vardır – Böyük və Kiçik Alagöllər, İşıqlı və s.
Yaylada dağ-çəmən torflu və dağ-çəmən çimli torpaqlar geniş əraziləri əhatə edir. Humusun tərkibi 8%-dən 20%-ədək təşkil edir. Subalp və alp çəmənlikləri, "xalçaları" və sıxçimli formasiyaları inkişaf etmişdir. Subalp çəmənlikləri zəngin otlaqları və yaylaları vardır.
Həkəri fiziki-coğrafi rayonu
redaktəƏhatə etdiyi ərazilər
redaktəHəkəri fiziki-coğrafi rayonu Oxçuçay və Həkəri çaylarının aşağı axınlarını əhatə edir. Ön Araz düzünün şimal-qərb istiqamətində yüksəliyə qədər ucalır. Şimal-şərqdə Qarabağ silsiləsi və cənub-qərbdə Qarabağ yaylası arasında Həkəriçay hövzəsində yerləşir və relyefi nisbətən aşağıdır. O geniş Göyçə-Qarabağ (Şıxəlibəyli E.S., 1966), və ya Göyçə-Həkəri sinklinoriumunda (Antonov B.A., 1971), yura, təbaşir, paleogen, neogen və dördüncü dövrün vulkanogen, vulkanogen-çökmə süxurlarından ibarətdir. Cənub-şərqdə, Həkəri, Bazarçay və Araz çaylarının vadilərində, sinklinoriya Altaraz çökəkli ilə birləşir, yuxarı pliosen və antropogen vulkanogen-çökmə, allüvial-prolüvial çöküntülərlə doldurulub. Müasir relyefin strukturunda Altaraz çökəkliyi Həkəri yüksək yaylası və Araz çayı dərələrinin maili düzənliklər ilə əlaqələnir.
Relyefi
redaktəMüasir relyefin plastikasında, onun parçalanma xüsusiyyətlərində süxurların litoloji növləri mühüm rol oynayır. Qarabağ silsilənin cənub-qərb yamacında qalın təbaşir süxurları monoklinal tirələr yaradır, yamacda uzununa-tirələri parçalanma təşkil edir. Həkəri çayının sol qolları monoklinal tirələri onların xaç istiqamətində parçalayır, onların keçid yerlərində dərin dərələr yaradır. Litoskulptur relyef Oxçuçay vadisində aydın nəzərə çarpır. Onun sol sahilində Süsəndağ monoklinal silsiləsi uzanır, qərbədə alt təbaşirin əhəngdaşları və qumdaşları ilə bitir dik yamac formasında kəsilir. Silsiləsinin nisbi hündürlüyü 500 m-dən 700 m-ə qədərdir. Osgülüm silsiləsi çayın sağ sahilində yerləşir. Çay dar dərə ilə axaraq onu kəsir.
Çox müxtəlif strukturlara Həkəri çayının yuxarı axarında və Mıxtökən silsiləsinin cənub yamaclarında su ayrıcılar vardır. Burada onlar düzdür və yamacları az meyillidir. Onlara salınan çay dərələri nisbətən meyilli yamacları ilə xarakterizə edilir. Dəlidağın zirvəsində, Mıxtökən silsiləsinin ən qərb hissəsi olan, kar və troq dərələr şəklində buzlaq relyef formaları saxlanılıblar. Rayonda qravitasiya relyef formaları nisbətən zəif inkişaf etmişdir və yayılanı xatırladır. Qaya çınqılları Böyük-Girs massivinin cənub yamaclarında, Qorçu çayı vadisində lava axınları olan ərazilərdə inkişaf edirlər. Torpaq sürüşmələri Budurdərə çayının (Şalvaçayın sag qolu) yuxarı axarında, Qorçuçay vadisinin sağ sahilində izlənirlər.
Çay arteriyası
redaktəƏrazinin əsas çay arteriyası Həkəriçaydır, onun mənbəyi yüksəklikdə yerləşir. Çay dərəsi bir neçə genişlənən və daralan hissələrdən ibarətdir və dörd hissəyə bölünür. Yuxarı axarında qolların (Şalva, Qorçu və b.) dərinlik parçalanması nisbətən kiçikdir, tədricən çayın aşağı axını boyunca artır. Qorçu çayın dərəsində lava axımı lava yaylasını təşkil edir. Lavaların altında güclü çınqıl çöküntüləri müxtəlif növləri ilə aşkar olunurlar.
Həkəri vadisinin Laçın ərazisi ən dərin parçalanması ilə, yalnız bəzi yerlərdə yüksək eroziya ilə səciyyələnir. Muradxanlı kəndinin şimalında, vadinin sol yamacında , , 29-, 73-, 132-, və 184- yüksəkliklərdə terraslar ayrılırlar. Çaylar – Həkəri, Oxçuçay, Bazarçay və s., sulu qar, qrunt, qismən yağış suları ilə qidalanırlar. İsti aylarında bu çaylar daşır. Çay suları suvarma məqsədləri üçün istifadə olunur.
Düzənliklər
redaktəDenudasion və denudasion-akkumulyativ yaylalar və düzənliklər dağətəyi zonada yerləşir və struktur cəhətdən müxtəlif mənşəli yumşaq çöküntülərlə enmə zonaları doldurulublar. Keçmişdə onlar akkumulyativ düzənliklər idi. Sonradan qalxmalara məruz qalmışlar, relyefdə müxtəlif dərəcədə eroziya parçalanması və denudasiya prosesləri inkişaf etmişdir.
Akkumulyativ düzənliklər Kiçik Qafqazın yamaclarının cənub-şərq hissəsini geniş zolaq ilə əhətə edir. Arazyanı maili düzənlik dellüvial çöküntülərdən ibarətdir və bu ərazi üçün dərə-qobu parçalanması xarakterikdir. Həkəriçayın mənsəbində və şərqdə bu düzənlik allüvial-prolüvial yataqlarından ibarətdir. Düzənliyin səthində və yamaclarda, vadilərlə kəsilmiş, böyük andezit-bazalt qayalar izlənirlər.
Həkəri rayonunda qış quraq mülayim-isti keçir. Orta iyul temperaturu 27 °C-dən çoxdur. Havanın orta illik temperaturu 10º-dən 14 °C-ə qədər dəyişir. Atmosfer yağıntıları yazda və payızda düşür. Yağıntıların illik miqdarı - 300–600 mm-ə bərabərdir.
Torpağı
redaktəDağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları geniş yayılmışdır. Burada, dik və sıldırımlı yamaclarda, (adda-budda) seyrək şəklində, fısdıq, palıd və vələs meşələri bitirlər. Arazyanı düzənliklərdə, quru iqlimlə əlaqədar olaraq çöl landşaftları və açıq-şabalıdı torpaqlarda bitən kollar inkşaf etmişdir. Onlar qışlaq üçün istifadə olunur. Həkəriçay boyunca ardıc kollarına rast gəlinir. Bəsitçay qoruğunda təbii şəkildə şərq çinar ağacları qorunur.
Həmçinin bax
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Coğrafiyası. III cild. Regional Coğrafiya. Bakı, 2015. səh 400.(M.S.Həsənov, X.Ş.Rəhimov)
Xarici keçid
redaktə