Effuziya - Wikipedia
Effuziya — püskürmə ilə əlaqədar olaraq vulkanın yer səthindən çıxmasına deyilir.
Effuziyanın növləri
redaktəEffuziyanın 3 növü mövcuddur: lateral, subterminal və terminal. Səthə yayılan lava effuziv süxurlar və örtük əmələ gətirir.[1]
Effuziv kompleks
redaktəEffuziv kompleks hər hansı bir regionda müəyyən vaxt kəsimində vulkanizm nəticəsində əmələ gələn effuziv və piroklastik əmələgəlmələrin məcmusudur. Effuziv kompleksdə böyük fasilələr olmur və maqmatik ocaq fəaliyyəti məhsullarının maddi tərkibinin qanunauyğun inkişafı müşahidə edilmir. Effuziv kompleks tərkibinə, başlıca olaraq, örtüklər şəkilində yatan effuziv və piroklastik süxurlar və yerüstü vulkan apparatları və kök sistemləri, onlarla əlaqədar olan hidrotermal fəaliyyət və minerallaşma daxildir. Hal-hazırda bir çox geoloqlar həmçinin boğaz və subvulkanik fatsiyalarını da effuziv kompleksə aid edirlər.
İstinadlar
redaktə- ↑ Effuziyanın növləri Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.