Keniya Bayragi - Wikipedia
Keniya bayrağı, müasir forması ilə, birinci dəfə 12 dekabr 1963-cü ildə qaldırılmış və rəsmi olaraq istifadə olunmağa başlanmışdır.
Keniya bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Keniya |
Qəbul edilib | 12 dekabr 1963 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq qara, qırmızı və yaşıl rəngli üfüqi enli zolaqlardan və eyni zamanda da ağ rəngli üfüqi ensiz zolaqlardan ibarətdir.
Bayrağın yuxarı hissəsində olan qara rəng ölkədəki qara xalqı, qırmızı rəng kolonializm və quldarlıq dövründə baş vermiş olan döyüşlərdə axıdılmış olan igidlərin qanını, yaşıl rəng isə ölkənin meşələrini və düzənliklərini simvolizə edir. Bu üç rəngi bir-birlərindən ayıran dar ağ zolaqlar isə qara xalqın keçmişi ilə gələcəyi arasında sülhü və həmçinin də xalqların arasındakı ittifaqı simvollaşdırır. Bayrağın tam olaraq mərkəzi hissəsində yerləşdirilən və Masai xalqının istifadə etmiş olduğu ənənəvi Masai qalxanı və onun arxasında çarpaz şəkildə yerləşdirilmiş və bir-birləri ilə kəsişən iki ədəd nizə isə xalqın öz azadlığını hifz etmək naminə mübarizəsini simvollaşdırır.
Tarixi bayraqlar
redaktəTarix boyu bir çox dövlətlər tərəfindən işğala məruz qalmış olan və müstəmləkəyə çevrilən ölkədə müxtəlif vaxtlarda müxtəlif ölkələrin bayraqları dalğalanmışdır.
-
Portuqaliya imperiyasımüstəmləkə bayrağı (son versiya) (1498-1698)
-
Oman imperiyasının müstəmləkə bayrağı (1698-1888)
-
Almaniya Şərqi Afrika Şirkətinin bayrağı (1885-1890)
-
Alman imperiyasınınkoloniya bayrağı (1885-1890)
-
Vitu sultanlığının bayrağı (1890)
-
Böyük Britaniyanınnəzarəti altında Vitu sultanlığının bayrağı (1893-1920)
-
Britaniya Şərqi Afrika Şirkətinin bayrağı (1888-1895)
-
Böyük Britaniyanınnəzarəti altında olan Şərqi Afrika Protektoratının bayraqğı (1895-1921)
-
Böyük Britaniyanınnəzarəti altında olan Keniya Koloniyası və Protektoratının bayrağı (1921-1963)
-
Keniya dominionunun bayrağı (1963-1964)