Keniya Gerbi - Wikipedia
Keniya gerbi Afrika ölkələrindən biri olan Keniya tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir.
Keniya gerbi | |
---|---|
Detallar | |
Armiger | Keniya |
Təsis edilib | 15 oktyabr 1963 |
Vikianbarda əlaqəli mediafayllar |
Gerbdə Masailərin ənənəvi döyüş aləti olaraq istifadə etdikləri qalxan və qalxanın arxasında diaqonal olaraq yerləşdirilmiş iki ədəd nizə vardır. Qalxanın daxili hissəsi Keniya bayrağının rənglərində olub, mərkəzi hissəsində isə ayağında balta tutan gümüşü xoruz təsviri vardır. Qalxanın hər tərəfindən də tutan qırmızı dilli iki aslan var. Arxa pəncələri üzərində qayalıq bir heykəlin üstündə dayanan şirlər ön pəncələrindən biri ilə qalxanı, digəri ilə isə nizəni tuturlar. Aşağı hissədə yerləşən qayalıq heykəlin əsas hissəsində isə, Keniyada olan yerli bitki və meyvələrdən qəhvə bitkisi, çay bitkisi, piretrum, sizal aqavası, qarğıdalı və ananas təsviri vardır. Gerbin ən aşağı hissəsində yerləşən şüar lentində isə ingilis dili ilə yanaşı ölkənin rəsmi dili olan suahili dilində də Bərabər işləyək! (Harambee) yazılmışdır.
Gerbdəki rənglər eyni ilə Keniya bayrağında olan mənaları ifadə edir: qara rəng Keniya xalqını, qırmızı rəng müstəmləkə dövründə müstəqillik naminə tökülən qanları, yaşıl rəng təbii bitki örtüyünü, meşələri və düzənlikləri, ağ rəng isə xalqların sülh şəraitində yaşamasını simvollaşdırır. Qalxanın daxili hissəsində yerləşdirilmiş olan xoruz təsviri eyni zamanda ölkədəki Keniya Afrika Milli İttifaqı (KANU) partiyasının da simvoludur və eyni zamanda xoşbəxt gələcəyə olan inamı ifadə edir. Şirlər isə ölkənin Böyük Britaniya dövründəki müstəmləkə keçmişini xatırlamaq və gələcəkdə belə bir şeyin bir daha baş verməməsi üçün hər zaman güclü və ayıq olmağa ehtiyac olduğunu göstərir.