Haci Cebrayil Elizade - Wikipedia
Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri.
Hacı Cəbrayıl Əlizadə | |
---|---|
Vəhdət Partiyasının sədri | |
Aprel 1995 – 1998 | |
Sonrakı | Tahir Kərimli |
1993 – ? | |
1 iyul 1992 – 12 iyul 1993 | |
Əvvəlki | Vaqif Abdullayev |
Sonrakı | Salman Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 2013 (72 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəHacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci ildə Nardaran kəndində anadan olmuşdur. 1959-cu ildə Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır.[1]
Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir.[2]
Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü ildə saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir.[2][3][4]
İctimai-siyasi fəaliyyəti
redaktəHacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.[1]
Hacı Cəbrayıl Əlizadə 1 iyul 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 14 nömrəli fərmanı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[5] O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin vəzifələrini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 680 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[6]
Hacı Cəbrayıl Əlizadə 1993-cü ilin dekabr ayında Bakı və Kəndlər Birliyinin sədri seçilmişdir.[1]
Hacı Cəbrayıl Əlizadə 1995-ci ilin aprel ayında Vəhdət Partiyasının sədri seçilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Әлизадә Һаҹы Ҹәбрајыл Зәрбәли оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.