Hemmad Ibn Ebu Suleyman - Wikipedia
Əbu İsmayıl Həmmad ibn Əbu Süleyman Müslim ibn Yezid əl-İsfahani əl-Kufi (ərəb. حمّاد بن أبي سليمان; VII əsr, güm. Kufə – 737, güm. Kufə) — Əbu Hənifənin müəllimi və dövrünün Kufə fəqihi.[1][2]
Həmmad ibn Əbu Süleyman | |
---|---|
ərəb. حماد بن أبي سليمان | |
Doğum tarixi | VII əsr |
Doğum yeri | Kufə, Əməvilər |
Vəfat tarixi | yaxud 738 |
Vəfat yeri | Kufə, Abbasilər |
Fəaliyyəti | fəqih |
Həyatı
redaktəQaynaqlarda Əbu Musa əl-Əşari ailəsinin və ya onun oğulu İbrahimin yaxud da nəvəsi Bilal ibn Əbu Bürdənin mövlası olaraq xatırlanan Həmmadın həyatı haqqındaki məlumatlar olduqca məhduddur. Atası əslən İsfahanın Bürhuvar bölgəsində olub rəvayətə görə İsfahan məlikinin oğuludur. Qaynaqların verdiyi məlumata görə atası, Əbu Musa əl-Əşarinin İsfahanı tutması əsnasında (641 və ya 642) əsir düşdü və onun hüzurunda müsəlman oldu. Əbu Musa əl-Əşari ilə aralarında himayə və hökmü qohumluq razılaşması demək olan "vəla bağı” qurulduğu üçün Əşari nisbəsiylə də xatırlanar. Əbu Süleyman, Əbu Musa tərəfindən Ömərə aparıldı və onun huzurunda müsəlmanlığını yenidən elan etdi. Ömər ibn Xəttab ona Kufədə bir ərazi verdi.[1]
Xarakteri
redaktəMənbələrin yazdığına görə Həmmad varlı, əliaçıq bir şəxs olub.[3] Ramazan ayında izdihamlı iftarlar verdiyi, kasıb və düşkünlərə davamlı olaraq əl tutduğu məlumdur.[4] Olduqca şərəfli və şərəfli olmaq məsələsində həssas olduğu mənbələrdə diqqəti cəlb edir.[4][3]
Təhsili və Müəllimləri
redaktəYaxşı bir təhsil görməsi üçün atası tərəfindən Kufə Məscidində hədis və fiqh təhsili verən İbrahim ən-Nəxainin yanına verildi. Zəngin bir insan olan atası oğulunun elmdən başqa bir şeylə məşğul olmasını istəmir, bunun üçün əlindən gələni edirdi. Üstün bir zəkaya sahib olan Həmmadın təhsil almasında şübhəsiz ki ən böyük pay, Əməvilər dövründə İraq bölgəsində fiqhi düşüncənin və rəy hərəkətinin inkişafına rəhbərlik edən və İraq mədrəsəsinin imamı olaraq xatırlanan İbrahim ən-Nəxaiyə aiddir. Həmmad Nəxainin ən qabaqcıl şagirdi olub.[1] Hədis təhsil aldığı müəllimləri arasında səhabələrdən Ənəs ibn Malik,[2] təbiindən Səid ibn Müsəyyəb, Həsən əl-Bəsri, Səid ibn Cübeyr, Əbu Vail Şaqiq ibn Sələmə, Abdullah ibn Büreydə, Ömər ibn Xəttabın mövlası Abdurrahman ibn Sad və İbn Abbasın mövlası İkrimə əl-Bərbəri vardır.[5]
Nəxai həyatda ikən fətva verməyə başlayan Həmmad, onun ölümündən sonra (714) Kufə bölgəsi elm mühitinin ortaq istək və qəbulu nəticəsində Kufə Məscidində elm halqasının başına və fətva məqamına keçərək həyatının sonuna qədər iyirmi dörd il fiqh təhsili verdi. Nəxaiyə də ondan sonra kimdən fətva istəniləcəyi soruşulunca, Həmmadı göstərmişdi. Çünki Həmmad fiqhçi şəxsiyyətiylə təmayüz etmiş, rəy və qiyas mövzusunda özünü yetişdirmişdı. Dərslərinə on səkkiz il davam edən Əbu Hənifədən[2] başqa məşhur şagirdləri arasında oğlu İsmayıl, Hakəm ibn Uteybə, əl-Əməş, Zeyd ibn Əbu Üneysə, Muğirə ibn Miksəm, Hişam ət-Dəstüvai, Məhəmməd ibn Əban əl-Cufi, Həmzə ibn Həbib əz-Zeyyat, Misar ibn Qidəm, Süfyan əs-Səvri, Şubə ibn Həccac, Həmmad ibn Sələmə vardır.[5]
Kufədə müəllimi Nəxainin[2] izindən gedən Həmmad rəy ilə ictihada, hökmlərin səbəblərini araşdırmağa, ayə və hədisləri bu istiqamətiylə izah etməyə əhəmiyyət vermiş və bu mövzuda rəhbərlik etmişdir. Həcc dönüşü başından keçənləri Kufəlilərə izah edən Həmmad, Hicazın məşhur alimləri Ata ibn Əbu Rəbah, Tavus ibn Keysan və Mücahid ibn Cəbr ilə qarşılaşdığını söyləyər və onların dəlillərinin zahirinə yapışmalarını (fikir verdiklərini) dərin elmə sahib olmadıqlarını qəsd edərək, "Sizin uşaqlarınız və nəvələriniz onlardan daha alimdir". deyərdi. İbn Şübrümə, elm mövzusunda Hammaddan daha etibarlı bir kimsə görmədiyini bildirir. Vəki b. Cərrah isə "Hammad olmasaydı Kufəlilər fiqhsiz qalardı" demişdir.[5]
Hədis elmindəki yeri
redaktəBir yaxınının ölməsinə görə Hammad 730-cu ilində yerinə Əbu Hənifəni qoyaraq Bəsrəyə getdi. Özüylə arasında Vəla bağı olan Bəsrə valisi (yaxud qazisi) Bilal ibn Əbu Bürdə ilə görüşdü. Bu ziyarət əsnasında Həmmad ibn Sələmə, Hişam ət-Dəstüvai kimi Bəsrəli məşhur hədis alimləri ondan hədis dinlədilər. Həmmad ibn Əbu Süleyman, hədislərin sənədlərində qopuqluq olmadan rəvayət edilməsi (isnad) üsulunu Bəsrəyə ilk gətirən adamdır. İbn Main, Əbul-Həsən əl-İcli, Nəsai, İbn Hibban kimi hədis alimləri onu siqa (hədis elmində siqa(etibarlı) alim) qəbul edərlər. Buxari əl-Ədəbul-müfrəddə, Müslim əl-Camius-Səhihdə bir yerdə, ayrıca digər dörd sünən sahibi Həmmaddan hədis rəvayət etmişlər. Buxari əl-Camis-Səhihində mövzu başlıqlarında[6][7][8][9][10] Hammadın fikirlərinə yer vermiş və bir yerdə[11] onun vasitəsilə Nəxainin fikirini nəql etmişdir.[12]
Vəfatı
redaktəHəmmad ibn Əbu Süleyman 737 yaxud 738-ci ildə Kufədə vəfat etmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 179. ISBN 978-9952-489-89-7.
- ↑ 1 2 3 4 Tərcümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə ibn Sabit. əl-Fiqhul Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 28. ISBN 978-9952-8221-7-5.
- ↑ 1 2 İbn İmad. Şəzəratuz-zəhəb fi əxbəri mən zəhəb, cild I (ər). 157.
- ↑ 1 2 Zəhəbi. Siyəru aləmun-nubəla, cild V (ər). Beyrut. 1981–85. 234–238.
- ↑ 1 2 3 Mikail, Rəfail. Dəlilləri ilə İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014978-9952-489-89-7. 180.
- ↑ Buxari. əl-Camis-Səhih, "Dəstəmaz" başlığı (ər). 36–37.
- ↑ Buxari. əl-Camis-Səhih, "Oruc" başlığı (ər). 29.
- ↑ Buxari. əl-Camis-Səhih, "Kəfalət" başlığı (ər). 1.
- ↑ Buxari. əl-Camis-Səhih, "Boşanma" başlığı (ər). 25.
- ↑ əl-Camis-Səhih, "Diyət" başlığı (ər). 29.
- ↑ Buxari. əl-Camis-Səhih, "Dəstəmaz" başlığı (az.). 36.
- ↑ Mikail, Rəfail. Dəlilləri iləs İslam fiqhi (az.). Bakı: Şərq-Qərb. 2014. 181.