Erix Honekker - Wikipedia
Erix Honekker (alm. Erich Honecker) (25 avqust 1912 – 29 may 1994), keçmiş Şərqi Almaniyanın (Almaniya Demokratik Respublikasının) kommunist lideri. Alman solçu dövlət xadimi və siyasətçisi.
Erix Honekker | |
---|---|
Erich Honecker | |
| |
Almaniya Vahid Sosialist Partiyasının I katibi | |
3 may 1973-cü il – 13 oktyabr 1989-cu il və ya: | |
Əvvəlki | Valter Ulbrixt |
Sonrakı | Eqon Krenz |
29 oktyabr 1976-cı il – 13 oktyabr 1989-cu il | |
Əvvəlki | Villi Ştof |
Sonrakı | Valter Ulbrixt |
Şəxsi məlumatlar | |
Doğum adı | Erich Ernst Paul Honecker |
Doğum tarixi | |
Doğum yeri | (doğum yeri) |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | ) |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, avtobioqraf[d], müqavimət döyüşçüsü[d] |
Atası | Vilhelm Honnekker |
Anası | Karolina Veydenxof |
Uşaqları |
|
Dini | Ateist |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
18 il ərzində Almaniya Demokratik Respublikasında ən yüksək dövlət və partiya vəzifələrində çalışmışdır. 1971-ci il may ayının 3-dən 1989-cu il 18 oktyabra qədər Almaniyanın Vahid Sosialist Partiyasının Mərkəzi Komitəsinin birinci (sonradan baş katibi) katibi olmuşdur. O, iki dəfə ADR-in Qəhrəmanı (1982, 1987), ADR Əmək Qəhrəmanı (1962), Sovet İttifaqı Qəhrəmanı (1982) adını almışdır. II Dünya Müharibəsindən qabaq Erix Honekker, Almaniya Kommunist Partiyasının məsul işçisi idi və nasional-sosialistlərin hakimiyyəti illərində məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilmişdi. Honekker Azad Alman Gənclər Birliyini yartmış və 1946-1955-ci illərdə onun sədri olmuşdur. AVSP-nin təhlükəsizlik katibi olaraq, Berlin Divarının inşasının təşkilatçılarından biri olmuş və Almaniya daxili sərhədi qanunsuz keçməyə çalışan insanlara qarşı odlu silah tətbiq edilməsinə məsuliyyət daşıyırdı. Uzun müddət AVSP Mərkəzi Komitəsinin baş katibi, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifələrini tutmuşdur. Erik Honekkerin əsas uğurları sırasına ADR-in beynəlxalq səviyyədə tanınması və ölkənin 1973-cü ildə BMT-yə daxil olması aid eidilir.
1980-ci illərin sonlarında həm iqtisadi vəziyyət, həm Sovet İttifaqı ilə münasibətlər, həm də ADR-nin siyasi vəziyyəti xeyli pisləşdi. Honekker, Mixail Qorbaçovun SSRİ və Varşava Müqaviləsi Təşkilatının digər üzv ölkələrində həyata keçirdiyi yenidənqurma siyasətinə qarşı müxaliflik edirdi. 1987-ci ilin sentyabrında Honekker Almaniya Federativ Respublikasına rəsmi dövlət səfəri etdi. Səfər çərçivəsində Federal Kansler Helmut Kol onu Bonnda rəsmi səviyyədə qəbul etmişdi.[1] 1989-cu ilin 18 oktyabrında AVSP-nin Mərkəzi Komitəsinin Siyasi Bürosunun təzyiqi ilə ağır xəstə olan Honecker istefa vermək məcburiyyətində qaldı. 1992-ci ildə Erik Honekker Berlində ADR-də insan haqlarının pozulması ittihamı əsasında məhkəməyə qarşısına çıxarıldı. Lakin proses təqsirləndirilən şəxsin ağır xəstəliyi səbəbindən dayandırıldı. Honekker dərhal Çilidəki ailəsinin yanına getdi və 1994-cü ilin mayında orada öldü.
Bioqrafiya
redaktəUşaqlıq və Gənclik illəri
redaktəErixin atası Vilhelm Honekker (1881-1969) şaxtada mədənçi idi və 1905-ci ildə o, Karolina Katarina Veidenhofla (1883-1963) ailə qurmuşdu. Vilhelm və Karolina Honekkerlərin ailəsində altı uşaq dünyaya gəlmişdi: Katarina (Kete, 1906-1925), Vilhelm (Villy, 1907-1944, Çopleni adlı yerdə, Moldovada hələk olmuşdur), Frida (1909-1974), Erix, Gertruda (1917-2010, nigahda Gopstedter) və Karl-Robert (1923-1947).
Erix Honekker, Saar vilayətinin Noynkirxenin məntəqəsinin Maks-Braun ştrasse küçəsində anadan olmuşdu. Sonradan Honekker ailəsi Vibelskirxenə indiki, Noyenkirxen rayonunda Kuxenberqştrasse 88-ə köçmüşdür.
Erix Honekker 1922-ci ilin yayında on yaşında Vibelskirxendə uşaq kommunist qrupuna qoşuldu, 14 yaşında isə Almaniya Kommunist Kommunist Gənclər Liqasının üzvü seçildi. 1930-cu ildə 17 yaşında Honekker Almaniya Kommunist Partiyasına daxil oldu. 1928-ci ildə Erix Honekker, komsomol təşkilatının yerli hücrəsinin başçısı seçildi. O burada yaxşı natiqlik bacarığı ilə diqqəti cəlb edirdi.
Məktəbi bitirdikdən sonra Erix Honekker sonrakı təhsili ilə bağlı qərar verə bilmədi və bu səbəbdən iki il Pomeraniyadakı bir fermada işlədi. 1928-ci ildə Vibelskirxenə geri döndü və dayısının yanında usta köməkçisi oldu. Lakin 1930-cu ildə komsomol göndərişi ilə Moskvadakı Lenin adına Beynəlxalq Məktəbinə oxumaq üçün SSRİ-yə göndərildiyi zaman təhsilini yarımçıq qoydu. O, internasional işçi briqadalarının tərkibində Maqnitaqorsk dəmir və polad kombinatlarının tikintisində iştirak etmişdir.[2]
Siyasi fəaliyyətin başlanğıcı və nasional-sosialistlərə müqavimətdə iştirak
redaktə1930-cu ildən Honekker AKP-nın üzvü olur. Sonradan AKP-dən Bundestaqa seçilən Otto Niberaal onun siyasi hamisi olur. Moskvadan qayıdan Honekker Saarland vilayətinin komsomol təşkilatının rəhbəri seçilir. Nasional-Sosialistlər hakimiyyətə gəldikdən sonra Almaniya Kommunist Partiyası qeyri-leqal vəziyyətə düşür, lakin Saar Millətlər Liqasının mandatı altında olduğundan Almaniya imperiyasının tərkibində daxil deyildi. Honekker bir müddət Almaniyada həbsdə yatsa da, sonradan sərbəst buraxılır. 1934-cü ildə o, Saara dönür və Johannes Hoffmann ilə birlikdə vilayyətin Almaniya ərazisinə daxil edlməsinə qarşı kampaniyada iştirak edir. 1934-1935-ci illərdə Honekker yaxın münasibətdə olduğu əvvəl AKP, sonradan ASP üzvü Herbert Veneranti ilə anti-faşist mübarizəsində birgə faliyyət göstərir. 1935-ci ilin 13 yanvarında keçirilən xalq səsverməsinə görə, Saar vilayəti Almaniya ərazisinə daxil edilir. Honekker Fransaya qaçmaq məcburiyyətində qalır. 1935-ci il avqustun 28-də Erik Honekker Martin Taden adı ilə qanunsuz şəkildə Berlinə gəlir. O özü ilə gətirdiyi çap maşını vasitəsilə mətbəə təşkil edir və yenidən antifaşist mübarizəsinə qoşulur. 1935-ci ilin dekabrında Honekker Gestapo tərəfindən həbs olunaraq Berlindəki Moabit Həbsxanasına yerləşdirilir.
1937-ci ilin iyununda Honekker 10 il azadlıqdan məhrum edilir və cəzasını çəkmək üçün Brandenburq həbsxanasına etap olunur. 1945-ci ilin yazında, nümunəvi davranış səbəbi ilə Honekker Berlində Barnimştrassedəki qadın həbsxanasına tikinti işlərinə göndərilir. 6 Mart 1945-ci ildə hava hücumu zamanı Honekker qaçaraq həbsxana nəzarətçilərindən birinin mənzilində gizlənməyə müvəffəq olur. Lakin bir neçə gün sonra, həmin nəzarətçinin məsləhətinə görə, Honekker həbsxanaya dönür. Mühafizəçi və tikinti qrupunun rəhbəri Erixin Gestapodan qaçma faktını gizlədə bilirlər və o, maneəsiz olaraq Brandenburqa qayıdır. Aprelin 27-də, Sovet ordusu həbsxananı azad etdikdən sonra Honekker Berlinə yola düşür. Honekkerin həbsdən qaçışını məhbus yoldaşları ilə razılaşdırmaması, həmçinin onun Berlində gözdən itməsi, geri qayıtması və birbaşa Berlinə gedən azad edilmiş kommunistlərə qoşulmaması, habelə həbsxana nəzarətçisi ilə əlaqəsi, onun partiya yoldaşları ilə gələcək münasibətlərində böyük problemlər yaradır [3]. Sonrakı xatirələrində və müsahibələrində Honekker hadisələrin fərqli bir versiyasını ortaya qoyur və dediyinə görə 1945-ci ilin aprelində sovet əsgərləri tərəfindən həbsdən azad edilmişdir.
Müharibədən sonrakı dövr
redaktəMüharibənin sonunda Honekker AKP-də gənclərlə iş üzrə katib və Mərkəzi anti-faşist gənclər komitəsinin sədri təyin edilir. 1945-ci ilin mayında, Ulbrixtin birinci qrupunun tərkibində SSRİ-dən gələn Hans Male tərəfindən təsadüfən Honekker "kəşf olunur" və onu qrupun işinə cəlb edir. Valdemar Şmit Honekkeri Valter Ulbrixtə təqdim edir. Lakin yazın əvvəllərinə qədər Honekkerin gələcək işi ilə bağlı qərar qəbul edilmir, çünki partiya xətti ilə ona qarşı ciddi cəza tətbiq olunmuşdu. Onun 1945-ci ilin əvvəlində həbsdən qaçması faktı da müzakirəyə çıxarılır [4]. 1946-cı ildə Honekker, sədri seçildiyi Azad Alman Gənclər Birliyinin qurucularından biri kimi çıxış edir və bu vəzifəni 1955-ci ilə qədər daşıyır. ASDP ilə AKP-nın birləşməsindən sonra Honekker 1946-cı ilin aprel ayından AVSP üzvü olur.
1949-cu ilin oktyabrında Almaniya Demokratik Respublikasının yaranması ilə Erik Honekkerin siyasi karyerası yüksəlişə doğru sıçrayş edir. O, partiyanın gənclərlə iş üzrə katibi olaraq, 1950-ci ildə Berlində üç gənclər festivalını təşkil edir və ilk tədbirdən bir ay sonra AVSP Mərkəzi Komitəsinin Siyasi Bürosuna namizəd seçilir. Honekker, gənclər arasında kilsəyə qarşı təbliğatın tərəfdarlarından idi. 1953-cü il 17 iyun hadisələrindən sonra Honekker, Alman Matern ilə birlikdə partiya daxili müzakirələrdə Valter Ulbrixti açıq şəkildə dəstəkləyir, halbuki, Rudolf Gernştad başda olmaqla Siyasi Büro üzvlərinin əksəriyyəti Ulbrixtin istefasına çalışırdı. 1955-ci il mayın 27-də Erik Honekker Azad Alman Gənclər Birliyindəki səlahiyyətlərini Karl Namokelə təhvil verir. 1955-1957-ci illərdə Erik Honekker, Sov.İKP MK-nın Moskvadakı Ali Partiya Məktəbində təhsil aldığı zaman, Sov.İKP-nin XX Qurultayında iştirak edir və N.Xruşşovun İ.Stalinin şəxsiyyətinə pərəstişini ifşa etməsi məruzəsini canlı dinləyənlər arasında olur. ADR-ə qayıtdıqdan sonra, Erik Honekker 1958-ci ildə AVSP Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzv qəbul edilir və təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyır. 1960-cı ildə Honekker Milli Müdafiə Şurasına daxil olunur. AVSP Mərkəzi Komitəsinin təhlükəsizlik katibi olaraq Honekker 1961-ci ilin avqustunda Berlin divarının inşasının əsas təşkilatçılarından biri olur [5].
Birinci katib
redaktəƏgər Valter Ulbrixt yeni iqtisadi siyasətdə planlaşdırma və liderliyi prioritet kimi düşünürdüsə, Erix Honekker iqtisadi və sosial siyasəti vəhdətdə görürdü. 1971-ci il 3 mayında Honekker L.Brejnevin başçılıq etdiyi sovet rəhbərliyinin dəstəyi ilə Ulbrixti istefaya məcbur edir. ASVP-nın Mərkəzi Komitəsinin birinci katibi (1976-cı ildən - baş katib) vəzifəsinə seçilir. Hakimiyyət dəyişikliyində iqtisadi problemlər və istehsal müəssisələrində işçilərin narazılığı böyük rol oynayır[6]. 1971-ci ildə Honekker Milli Müdafiə Şurasının sədri vəzifəsində də Ulbrixti əvəz edir və 29 oktyabr 1976-cı ildə ADR-in Xalq Palatası Honekkeri ADR Dövlət Şurasının sədri seçir. 1973-cü ildən bu vəzifəni tutan Villi Stoff, keçmiş vəzifəsinə ADR Nazirlər Sovetinin sədri vəzifəsinə qayıdır. Beləliklə, Erix Honekker ADR-də hakimiyyətin ən yüksək pilləsinə çatır. Honekker, İqtisadi İşlər üzrə Mərkəzi Komitənin katibi Günter Mittaq və dövlət təhlükəsizlik naziri Erix Milke ilə birlikdə bütün əsas qərarları qəbul edirdi. 1989-cu ilə qədər bu üç şəxsdən ibarət "kiçik strateji bir dəstə" tədricən qocalmış 520 nəfərlik bir siyasi elitanı idarə edən ADR-də hakim təbəqənin başında idi[7]. Tarixçi Martin Zabrovun fikrincə, Honekker, Mittaq və Milkenin təkbaşına idarəçiliyi Almaniyanın yaxın keçmiş tarixində heç bir hakimiyyətdə olmamışdır. Hətta Ludendorff və Hitler də belə gücə malik deyildilər. Bu səbəbdən Zabrov onu "diktator" adlandırırdı [8]. Honekker həmişə vətəndaşların müraciətlərinə dərhal cavab verirdi, buna görə də Zabrov onu hər haraya yetişən "öz dövlətinin ali xeyirxah başçısı" da adlandırırdı. Honekkerin ən yaxın silahdaşlarından biri AVSP-nin Mərkəzi Təbliğat və Təşviqat katibi Yoahim Qerman idi. Honekker onunla partiyanın media ilə işinə dair gündəlik görüşlər keçirirdi. Bu gündəlik müşavirələrdə hər gün efirə gedən "Neues Deutschland" xəbərlər poqramının maketi və "Aktuelle Kamera" televiziya proqramında olacaq mövzuların ardıcıllığı müəyyən edilirdi. İqtisadiyyatın vəziyyəti ilə bağlı pis xəbərlərə, Honekker 1978-ci ildə İctimai Rəy Araşdırmaları İnstitutunu bağlamaqla reaksiya vermişdi[9]. Honekker, həmçinin dövlət təhlükəsizlik orqanlarının fəaliyyəti sahəsinə də böyük əhəmiyyət verirdi və AVSP Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclaslarından sonra hər həftə Erix Milke ilə görüşlər keçirirdi[10]. Honekkerin hakimiyyətdə olduğu dövrdə Almaniya ilə Təsis Sazişi imzalanmış, ADR Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransında iştirak etmiş və BMT-nin tamhüquqlu üzvünə çevrilmişdir. Bu diplomatik uğurlar Honekkerin xarici siyasətdə ən böyük naliyyətləri hesab olunur.
1981-ci ilin may ayında Yaponiyaya rəsmi səfəri zamanı Nihon Universiteti tərəfindən Honekkerə fəxri doktor dərəcəsi verilmişdi.
1982-ci ilin 31 dekabrında soba təmirçisi Pol Eslinq Honekkerin kortecində olan avtomobillərdən birini taran etmək cəhdi Qərb mediası tərəfindən ona qarşı sui-qəsd kimi təqdim edilmişdi. 1985-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Erix Honekkeri qızıl Olimpiya Ordeni ilə təltif etmişdi. Daxili siyasi vəziyyətdə xüsusəndə mədəniyyət və incəsənət sahəsində rəhbərlikdə kadr dəyişiklikləri ilə müşahidə olunan liberalizmin, tezliklə Şərqi Almaniyada keçiriləcək X Dünya Gənclər və Tələbə Festivalına hazırlığa təbliğat məqsədilə olduğunu aşkara çıxartdı. Bir müddət sonra rejimin sərt tənqidçisi Volf Birman vətəndaşlıqdan məhrum edildi, ADR Dövlət Təhlükəsizlik Nazirliyi daxili siyasi iğtişaşları yatırtdı. Honekker, Almaniya daxili sərhədinin xüsusi avadanlıqlarla təchizinə qərar vermiş, sərhəddi qanunsuz keçmək cəhdinə qarşı odlu silahdan istifadə etmək icazəsi vermişdi.[11]. 1974-cü ildə Honekker "odlu silahdan uğurla istifadə edən yoldaşları həvəsləndirmək lazımdır" fikrini səsləndirmişdi. İqtisadi sahədə isə Honekker dövlət mülkiyyəti və mərkəzləşdirmə kursunu əməl edirdi. Ağır iqtisadi vəziyyət hökumətə yaşayış səviyyəsini qorumaq üçün Almaniya Federativ Respublikasından milyardlarla kredit almağa məcbur edirdi. İqtisadiyyatdakı ağır vəziyyətə baxmayaraq, 80-ci illərdə Honekkerin beynəlxalq mövqeyi sabit olaraq qalırdı. 1987-ci il 7 sentyabrda Almaniya Federativ Respublikasına dövlət səfəri zamanı Federal Kansler Helmut Kohlun onu Bonnda qəbul etməsi buna sübutdu[12].
Almaniyaya etdiyi səfəri zamanı Erix Honekker, Düsseldorf, Vuppertal, Essen, Trier, Bavariyanı ziyarət etdi və sentyabrın 10-da doğma yurdu Saarlanda da baş çəkdi və burada emosional bir çıxış edərək, sərhədlərin Almaniyada insanları bölməyəcəyi bir günün də gələcəyini söylədi. Bu səfər 1983-cü ildən bəri planlaşdırılırdı, lakin iki Alman dövləti arasında xüsusi əlaqələrin əleyhinə olan Sovet rəhbərliyi tərəfindən daim təxirə salınırdı. 1988-ci ildə Honekker Parisə rəsmi dövlət səfərinə yollandı. Lakin onun heç vaxt gerçəkləşməyəcəyi arzusu ABŞ-a rəsmi səfər idi. Bununla əlaqədar olaraq, ADR-in mövcudluğunun son illərində Honekker, ABŞ-a rəsmi səfərə ona yardım edə biləcək Dünya Sionist Konqresi ilə əlaqələri yaxşılaşdırmağa çalışırdı[13][14]. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 25 avqust 1982-ci il tarixli fərmanına əsasən İkinci Dünya Müharibəsi dövründə faşizmlə mübarizədə şəxsi töhfəsinə görə və Honekkerin 70 illiyi münasibətilə Erixə Lenin ordeni və "Qızıl Ulduz" medalının verilməsi ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1983-cü ildə Bern yaxınlığında Harnekop bunkeri istifadəyə verildi. Bunker nüvə təhlükəsi yaranacağı halda ADR rəhbərliyinin və Sovet hərbi məsləhətçilərinin sığınacağı məqsədi ilə tikilmişdi. Tikinti konstruksiyalarının əksəriyyəti əvvəllər Semipalatinsk sınaq meydançasında sınaqdan keçirilmişdir[15].
Xəstəlik və istefa
redaktəVarşava Müqaviləsi Təşkilatı rəhbərliyinin Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin Siyasi Məşvərət Komitəsi çərçivəsində 1989-cu il 7-8 iyul tarixlərində Buxarestdə keçirilən iclasında SSRİ rəsmi olaraq Brejnevin üzv ölkələrin məhdud suverenliyinə dair doktrinasından imtina etdi və onların seçim azadlığını tanıdı. Nəticə sənədində göstərildiyi kimi ölkələr arasında münasibətlər bərabərlik əsasında inkişaf etməyə davam edəcək, hər bir ölkənin müstəqil olaraq heç bir kənar müdaxilə olmadan öz siyasi kursunu seçmək və inkişaf etdirmək hüququ vardır. Bununla da Varşava Paktı ölkələrinin mövcudluğu ilə bağlı Sovet İttifaqının verdiyi təminatlar şübhə altına alındı. Honekker iclasda iştirakını dayandırmaq məcburiyyətində qaldı; 1989-cu ilin 7 iyulunda Rumıniya hökumət klinikasında öd yetərsizliyi səbəbi ilə yatırıldı və daha sonra Berlinə uçdu [16]. 1989-cu ilin avqustun 16 və 18-də vəziyyətinin sabitləşməsindən sonra, Honekker iltihablı öd kisəsi və bağırsağın çürümüş hissəsinin çıxarılması əməliyyatı keçirdi. Uroloq Peter Althausun sözlərinə görə, əməliyyat zamanı xəstənin sağ böyrəyində xərçəng şişi aşkar edildi, ancaq onun vəziyyəti ürəkaçan olmadığından bu barədə Honekkerə məlumat verilmədi. Digər mənbələrə görə, şişə sadəcə baxış keçirildi. Sonrakı müddət ərzində, 1989-cu ilin sentyabrına qədər Honekker öz vəzifəsini icra edə bilmədi, onu Siyasi Büro əvəz etdi. Honekkerə məlumat demək olar ki, yalnız Gunter Mittaq və Yoahim Germandan vasitəsi ilə verilirdi. 1989-cu ilin avqustunda Honekker yalnız bir neçə dəfə əvvəlcədən planlaşdırılmış iclasda görsəndi. 1989-cu il avqustun 14-də Erfurt Mikroelektronika Zavodunda 32 bitlik bir prosessorun ilk iş nümunəsinin istifadəyə verilməsi münasibətilə Honekker çıxışında: "Nə eşşək, nə də öküz sosializmin tərəqqisini dayandıra bilməz" sözlərini işlətmişdi.
Eyni zamanda ADR şəhərlərində etiraz dalğası böyüyürdü, ADR-in Çexoslovakiya və Macarıstandakı səfirlikləri və "qardaş sosialist ölkələrinin" sərhədləri vasitəsilə "respublikadan gedən qaçqınların" sayı durmadan artaraq, ayda bir neçə on min insan təşkil edirdi. 1989-cu ilin 19 avqustunda Macarıstan hökuməti Sopron yaxınlığında Avstriya ilə sərhəddə keçid məntəqəsi açdı. Sentyabrın 11-də isə Avstriya ilə bütün sərhəd açıq elan edildi. On minlərlə ADR vətəndaşı Avstriyaya keçərək AFR-ə getdi. Çexoslovakiya ADR-dən qaçqın axınının öhdəsindən gələ bilmədiyini söylədi. 1989-cu ilin oktyabrın 3-də ADR Çexoslovakiya ilə dövlət sərhədini vizasız keçmək rejimini ləğv edərək, şərq qonşuları ilə sərhədlərini bağladı. Ertəsi gün isə bu tədbir Bolqarıstan və Rumıniya ərazisindən tranzit keçənlərə tətbiq olundu. Nəticədə ADR təkcə Qərb ölkələrindən deyil, həm də Şərq Blokunun əksər ölkələrindən dəmir pərdə ilə təcrid olundu. Nəticədə, Almaniya Demokratik Respublikasının vətəndaşları etiraz aksiyalarına başladı və Çexoslovakiya ilə sərhəd bölgələrdə tətillərə start verəcəyi ilə hədələdilər.
Erix Honekker və Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi M.S.Qorbaçov arasındakı gərginlik bir neçə ildir ki, davam edirdi.
Honekker, Qorbaçovun yenidənqurmasını və SSRİ-nin Qərblə əməkdaşlığını yanlış siyasət kimi görür və özünü aldadılmış hiss edirdi. O, SSRİ-dən gələn rəsmi məlumatların, xüsusən də yenidənqurma ilə əlaqədar xəbərlərin yayımlanmasının və yayılmasının qarşısını almağa çalışdı. 1989-cu il oktyabrın 6-7-də ADR-in yaranmasının 40-cı ildönümü münasibətilə tədbirlərə M.S.Qorbaçov da qatıldı. Tədbirlərdə əhali M.S.Qorbaçovu “Gorbi, Gorbi, bizə kömək et!” şüarı ilə qarşıladı[17]. İki baş katib arasındakı məxfi söhbətdə Honekker ölkəsinin son illərdə ki, uğurlarından danışırdı, amma Qorbaçov əslində ADR-in iflas təhlükəsi altında olduğunu bilirdi.
AVSP-nın Mərkəzi Komitəsinin Siyasi Bürosunun 1989-cu il 10-11 oktyabr tarixli böhran toplantısından sonra Honekkerə həftənin sonunadək hazırkı vəziyyət barədə hesabat tərtib etmək tapşırıldı, Honekkerin Danimarkaya nəzərdə tuttulan rəsmi səfəri ləğv edildi, onun müqavimətinə baxmayaraq, Eqon Krenz rəsmi bəyanatın yayımlanmasında təkid edə bildi. Krenzin təşəbbüsü ilə, sonrakı günlərdə Honekkerin istefası üçün zəmin yaratmaq, üçün görüşlər keçirildi. Krenz, Almaniya Demokratik Respublikasının ordusunun və Dövlət Təhlükəsizliyi Nazirliyinin dəstəyini təmin edərək Qorbaçovla Siyasi Büro üzvü Harri Tiş arasında görüş təşkil etdi. AVSP-nın Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası ərəfəsində Krenz Moskvaya etdiyi səfərdə, Qorbaçova Honeckerin vəzifədən uzaqlaşdırılması haqqında məlumat verdi. Qorbaçov ona uğurlar arzuladı, bu Krenz və ətrafındakı insanlar üçün müsbət siqnal sayıldı. AVSP-nın baş ideoloqu Kurt Hager də Moskvaya uçdu və 1989-cu il oktyabrın 12-də Qorbaçovla Honekkerin istefası şərtlərini müzakirə etdi.
AVSP-nın Mərkəzi Komitəsinin Siyasi Bürosunun 1989-cu il noyabr ayının sonuna planlaşdırılan iclası həftənin sonuna təxirə salındı, Siyasi Büronun tərkibi gündəliyə daxil edildi. Oktyabrın 16-da axşam saatlarında Krenz və Milke telefon vasitəsi ilə Honekkerin kənarlaşdırılması üçün Siyasi Büronun üzvlərindən dəstək istəməyə çalışdılar. 1989-cu il 17 oktyabr tarixində Siyasi Büro iclasının əvvəlində, Honekker, gündəlikdə duran məsələlər haqda kimlərin təkliflərinin olduğu barədə soruşdu. Villy Ştoff, yoldaş Honekkerin səlahiyyətlərindən azad edilməsi və Eqon Krenzin baş katib seçilməsi məsələsinin gündəliyə salınmasını təklif etdi. Bir anlığına özünü itirən Honekker tez özünə gəldi və mübahisə etməyə başladı. Görüşdə iştirak edənlərin hamısı növbə ilə çıxış etdilər, amma heç kəs Honekkerə dəstək vermədi. Gunter Şabovski, hətta Honekkerin Dövlət Şurasında və Milli Müdafiə Şurasında sədrliyindən çıxarılmasını təklif etdi. Hətta gənclik dostu Günter Mittaq da Honekkerdən üz döndərdi. Alfred Neumann Mittaq və Yoahim Germanın da işdən çıxarılmasını təklif etdi. Erix Milke Honekkeri ADR-nin üzərinə düşən bütün bədbəxtliklərdə günahlandırdı və Honekkerin istefa verməyə razı olmadığı təqdirdə ona qarşı ifşaedici məlumatları yaymaqla hədələdi [18][19][20]..
Siyasi Büronun yekdil qərarı üç saat sonra qəbul edildi. Müəyyən edilmiş qaydalara görə Honekker öz istefasına səs verdi. AVSP-nın Mərkəzi Komitəsinə Honekker, Mittaq və Germanın vəzifələrindən azad etmək təklif edildi. AVSP-nın Mərkəzi Komitəsinin növbəti iclasında 106 üzv və namizədlər iştirak etdi, AVSP-nın Mərkəzi Komitəsinin iştirak etməyən 16 nəfər üzvü arasında Margot Honekker də var. AVSP-nın Mərkəzi Komitəsi Siyasi Büronun tövsiyəsinə əməl etdi. Yalnız bir nəfər - Karl Marks Ali Partiya Məktəbinin keçmiş rektoru, 81 yaşlı Hannah Volf məsələnin əleyhinə səs verdi. Rəsmi açıqlamada, AVSP Mərkəzi Komitəsinin Erix Honekkerin səhhəti ilə əlaqədar öz istəyi ilə baş katib, ADR Dövlət Şurasının sədri və ADR Milli Müdafiə Şurasının sədri vəzifəsindən azad edilməsi tələbini yerinə yetirdiyi bildirildi. Eqon Krenz yekdilliklə yeni baş katib seçildi. 1989-cu ilin oktyabrın 20-də Marqot Honekker də bütün vəzifələrdən istefa verdi.
1989-cu il noyabrın ortalarında ADR Xalq Palatasında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran komitə yaradıldı. 1989-cu il dekabrın 1-də komitə sədri məruzəsində keçmiş AVSP rəhbərliyini səlahiyyətlərindən ciddi şəkildə sui-istifadə etməkdə ittiham etdi. 1978-ci ildən Erix Honekker, ADR Memarlıq Akademiyası vasitəsilə hər il 20 min marka pul alırdı. ADR prokurorluğu AVSP-nin 30 yüksək çinli keçmiş üzvünə qarşı istintaq hərəkətlərinə başladı. Onlardan 10 nəfəri Mərkəzi Komitəsinin Siyasi Büronun üzvü idi. Şübhəlilərin əksəriyyəti həbs olundu. 1989-cu il dekabrın 30-da isə Honekkerin Vandlitsdə qonşuları Günter Mittaq və Harry Tiş zənginləşmək üçün ictimai əmlakın oğurlanması ittihamı ilə həbs edildi. Elə həmin gün Erix Honekker AVSP-nin Mərkəzi Komitəsindən xaric edildi. 1992-ci ildə o, ömrünün sonuna qədər üzvü olduğu Almaniyanın yeni Kommunist Partiyasına daxil oldu.
1989-cu ilin dekabrın 5-də ADR Dövlət Şurasının və ADR Milli Müdafiə Şurasının sədri və AVSP-nin Mərkəzi Komitəsinin baş katibi olaraq Honekker şəxsi zənginləşdirmə və zənginləşdirmə maraqları naminə siyasi və iqtisadi gücündən sui-istifadə etməklə dövlətə xəyanətdə [21] ittiham edildi. Erix Honekkerə qarşı istintaq fəaliyyət planını hazırlamaq ADR Dövlət Təhlükəsizliyi Nazirliyinin varisi olan ADR-in Milli Təhlükəsizlik İdarəsinə həvalə edildi. Sonradan Honekkerin istintaqı ADR Baş Prokurorluğunun İqtisadi Cinayətlər Şöbəsində aparıldı. Honekkerin evində aparılan axtarış zamanı şəxsi kolleksiyasında olan qiymətli xidmət və ov silahları müsadirə edildi, 218 min ADR markası olan şəxsi bank hesabı bağlandı (75 milyon markanın mənimsənilməsi ittihamı yalan çıxdı [21]). Honekker öz nümayəndələri kimi Volfqanq Voqel və Fridrix Volffu təyin etdi. ADR Xalq Palatası, ADR rəhbərliyinin yaşadığı Vandlitsdəki meşəlikdəki iqamətgahı sanatoriyaya çevirmək qərarı verdi. 1989-cu il dekabrın 22-də Honekkerə Vandlitsdəki evin təcili olaraq boşaldılması haqda məlumat verildi. Honekker ailəsi 1990-cı il yanvarın 3-də evlərini tərk etdilər.
Tibb komissiyası tərəfindən 1990-cı il yanvarın 6-da edilən yeni bir müayinədən sonra, Honekker televiziya verlişindən böyrək xərçəngi olduğunu öyrəndi. Elə bu səbəbdən onun həbs edilməsi mümkünsüz idi. 1990-cı il yanvarın 10-da "Şarite" klinikasında doktor Allhaus Honekkerin böyrəyindəki şişin götürülməsi əməliyyatını etdi. 1990-cı il yanvarın 29-da Honekker yenidən həbs olundu və Berlindəki Rummelsburq müvəqqəti saxlama təcridxanasına yerləşdirildi. Lakin yanvarın 30-da şəhər məhkəməsinin qərarı ilə yenidən sərbəst buraxıldı. Honekker ailəsinin o vaxt yerləşəcəyi bir mənzili belə yox idi.
Vəkil Voqel Honekkerin xahişi ilə kömək üçün Berlin-Brandenburg Evangelist Kilsəsinə müraciət etdi. Lobetaldakı monastır tibb müəssisəsinə rəhbərlik edən pastor Uve Holmer Honekker ailəsinə öz evində sığınacaq təklif etdi və eyni gündə Althaus Honekkerləri ora apardı. Ertəsi gün pastorun Honekkerlərə etdiyi kömək, əhalinin qəzəbinə və nümayişlərə səbəb oldu. Buna səbəb AVSP rejimi zamanı Honekkerlərin xristianların hüquqlarını pozması göstərildi. 1990-cı ilin martında Honekker ailəsi Lindovdakı bağ evinə yola düşdülər, lakin siyasi etirazlar səbəbiylə ertəsi gün Holmerin evinə qayıtmağa məcbur oldular [22]. Honekkerlər daha sonra Belitsadakı Sovet hərbi xəstəxanasına köçdülər. Honekkerin yenidən həbsxanaya qaytarılması ehtimalını təyin etmək üçün növbəti müayinədə həkimlər onun qaraciyərində bədxassəli şiş aşkarladılar. 1990-cı il oktyabrın 2-də Almaniyanın yenidən birləşməsi ərəfəsində Honekker işi ADR Baş Prokurorluğundan alınaraq Almaniya Federativ Respublikasının Baş Prokurorluğuna verildi. 1990-cı il noyabrın 30-da Tierqarten rayon məhkəməsi 1961-ci ildə Alman daxili sərhədində odlu silahdan istifadə əmrləri verməkdə və 1974-cü ildə əmri təsdiqləməkdə şübhəli bilinən Erix Honekker üçün yeni həbs qərarı verdi[23]. Belitsadakı Sovet Hərbi Xəstəxanasında xüsusi qoruma altında olan Honekker həbs edilmədi. 1991-ci il martın 13-də Honekker və həyat yoldaşı Sovet hərbi təyyarəsində Şperenberq aerodromundan Moskvaya uçdu. Erix Honekker M. S. Qorbaçovun "şəxsi qonağı" oldu.
Almaniyaya ekstradisiya
redaktəSovet diplomatları tərəfindən Federal Kansler İdarəsinə Honekkerlərin Moskvaya getməsi barədə əvvəlcədən məlumat verilmişdi. Rəsmi olaraq Federal Hökumətin reaksiyası həbs qətimkan tədbirinin mövcudluğuna və buna müvafiq olaraq Sovet İttifaqının Almaniyanın suverenliyinin və beynəlxalq hüququn pozulmasına toxunaraq etiraz etməklə məhdudlaşdı. Həmin vaxta qədər Almaniyanın tam suverenliyini təmin edən Almaniya ilə münasibətlərin yoluna qoyulması müqaviləsi hələ SSRİ Ali Sovetində təsdiq edilməmişdir. Müqavilə yalnız 1991-ci il martın 15-də qüvvəyə mindi və ondan sonra təsdiq sənədini Almaniyanın Xarici İşlər Naziri qəbul etdi. Bundan sonra Honekker məsələsində Moskvaya qarşı təzyiqlər gücləndi [24].
Qorbaçovla Honekker arasındakı münasibətlər son bir neçə ildə daha da pisləşdi. Şərq Blokunun digər ölkələri kimi SSRİ də parçalanma prosesinə qədəm qoymuşdu. Avqust çevrilişi Qorbaçovun mövqeyini xeyli dərəcədə zəiflətdi. RSFSR prezidenti B.Yeltsin baş katibi M.S.Qorbaçov olan Sov.İKP-ni qadağan etdi. 1991-ci il dekabrın 25-də Qorbaçov SSRİ prezidenti vəzifəsindən istefa verdi. 1991-ci ilin dekabrında RSFSR hökuməti, Honekkerləri ekstradisiya ilə hədələyərək, ölkəni tərk etməsini tələb etdi. 1991-ci ilin 11 dekabrında Honekkerlər Moskvadakı Çili səfirliyinə sığındı. Marqot Honekkerin xatirələrinə görə, Şimali Koreya və Suriya da Honekkerlərə sığınacaq verməyə hazır idi, lakin Çili daha etibarlı idi. 1973-cü il hərbi çevrilişindən sonra ADR səfir Klodomiro Almeyda da daxil olmaqla bir çox çililiyə sığınacaq vermişdi, həmçinin Honekkerin qızı Sonya Çili vətəndaşı ilə evli idi. Bu zaman Çilidə sol-burjua koalisiyası hakimiyyətdə idi. Almaniyanın federal hökuməti bəyan etdi ki, əgər Rusiya və Çili hüquqi dövlət adına iddia edirlərsə, onda həbsinə order olan Honekker Almaniyaya təhvil verilməlidir.
1992-ci ilin fevral ayında Honekkerin qaraciyərinin ultrasəs müayinəsi, bu orqanda metastaz ocaqlarının yarandığını göstərdi. Bu müayinənin nəticəsi üç həftə sonra aparılmış kompüter tomoqramı ilə təkzib edildi, bununla əlaqədar Honekkerin simulyasiya etməsi haqqında şayiələr yayıldı. Üç gün sonra Rusiya Ədliyyə Naziri Alman televiziyasına verdiyi açıqlamada Honekkerin Çili səfirliyini tərk edəcəyi halda dərhal Almaniyaya təhvil veriləcəyini bildirdi. 1992-ci ilin martın 7-də Çili hökumətinin Honekker məsələsində mövqeyini dəqiqləşdirdiyi bilindi. Səfir Almeyda Santyaqoya məsləhətləşmələr üçün çağırıldı. Səfirə Honekkerin Çiliyə gəlməsi üçün icazədən ötrü ölümcül xəstəliyi haqqında məlumatları manipulyasiya etmək cəhdlərindən qəzəbləndiklərini bildirdilər. Almeyda vəzifəsindən uzaqlaşdırıldı. 1992-ci ilin 18 martında Rusiya parlamentinin bir qrup həkim üzvü etiraz mitinqi keçirdi və mart ayında Honekker müayinəsinin nəticələrinin saxtalaşdırıldığını elan etdi, lakin ictimaiyyətin gözü qarşısında yaşlı onkoloji xəstəsi üçün Honekker yaxşı görünürdü. 1992-ci ilin iyununda Çili prezidenti Patrisio Eylvin, kansler Helmut Kolu Honekkerin Moskvadakı Çili səfirliyini tərk edəcəyinə əmin etdi. Rusiya tərəfi də 1991-ci ilin dekabrında qəbul edilmiş Honekkerin Almaniyaya qaytarılması qərarının ləğv edilməsi üçün heç bir səbəb görmürdü. 1992-ci ilin 29 iyulunda Erix Honekker Berlinə uçdu və Tegel Hava Limanına enən kimi saxlanılaraq Moabit Həbsxanasına aparıldı. Marqot Honekker Moskvadan birbaşa Aeroflot reysi ilə qızı Sonya tərəfindən qəbul edildiyi Çiliyə uçdu.
Cinayət təqibi və Çiliyə gediş
redaktə1992-ci il iyulun 29-da Honekker Berlindəki Moabit Həbsxanasının xəstəxanasına yerləşdirildi. 1992-ci ilin mayın 12-də Erix ADR Dövlət Şurasının və ADR Milli Müdafiə Şurasının sədri vəzifəsində işləyəndə, digər bir neçə müttəhimlə birlikdə: Erix Milke, Villy Stoff, Heinz Kessler, Frits Strelets və Hans Albrextlə 1961-1989-cu illər arasında törədilmiş cinayyətlərdə xüsusən, 68 nəfərin qəsdən öldürülməsində ittiham edildi. Erix Honekker, ADR-nin Milli Müdafiə Şurasının sədri olaraq əhalinin Almaniya Federativ Respublikasına keçməsinin qarşısını almaq üçün Qərbi Berlin ətrafındakı sərhəd qurğularının və sərhəddəki istehkam obyektlərinin mühəndis-texniki yaxşılaşdırılmasını şəxsən əmr etmişdi. 1992-ci ilin noyabrın 12-də Honekker vəzifədən sui-istifadə də və sosialist mülkiyyətinə ziyan vurmaqda ittiham edildi. İttihamlar Vandlits elit qəsəbəsi haqqında idi. Bir çox hüquqşünasın fikrincə ADR-nin keçmiş rəhbərinin hansı qanunla mühakimə ediləcəyi bəlli olmaması səbəbindən gözlənilən prosesin nəticəsi qeyri-müəyyən olaraq qaldı. 1992-ci il dekabrın 3-də keçirilən məhkəmədəki ifadəsində Erix Honekker Berlin divarında və Almaniya sərhədindəki ölümlərə görə siyasi məsuliyyət daşıdığını, lakin hüquqi və ya mənəvi günahı olmadığını bildirdi. Berlin divarının inşasına gəldikdə, Honekker, dərinləşən soyuq müharibə şəraitində 1961-ci ildə AVSP-nın rəhbərliyinin bu qənaətə gəldiyini bildirdi. Çünki, milyonlarla qurbanı olacaq Üçüncü Dünya Müharibəsinin başlamasının qarşısını almağın başqa bir yolu yox idi və sosialist düşərgəsinin bütün ölkələrinin rəhbərlərinin qəbul edilmiş bu qərarı yekdilliklə dəstəklədiyini xatırlatdı.
O, məhkəmə prosesinin sırf siyasi səbəblərini qeyd edərək və öldürülməsində ittiham olunan Berlin divarının 49 qurbanının ABŞ-nin Vyetnam müharibəsi qurbanlarının sayı və ya Qərb ölkələrindəki intihar nisbətləri ilə müqayisə edilməsini təklif etdi. ADR onun fikrincə, sosializmin mümkün olduğunu və kapitalizmdən daha yaxşı sistem ola biləcəyini sübut etdi. Honekker ADR vətəndaşlarının ADR DTN-ni tərəfindən məruz qaldıqları zülmlərə görə edilən tənqidləri Qərbdəki jurnalist sensasiyaları və açıqlamaları ilə müqayisə etdi.
Bu vaxta qədər Honekker artıq ağır xəstə idi. 4 Avqust 1992-ci ilin avqustun 4-də edilən kompüter tomoqrafiyası Moskvadakı ultrasəs müayinəsinin nəticələrini təsdiqlədi. Belə ki, onun qaraciyərinin sağ tərəfində, “Şarite” klinikasında 1990-cı ilin yanvarında Honekkerdən götürülən böyrək xərçəngindən qalan fəsadın üç santimetr həcmində metastaz verdiyi üzə çıxdı. Honekkerin vəkilləri Honekkerin işinin ayrılması, ləğvi və həbsdən azad edilməsi üçün vəsatət qaldırdılar. Honekker, qaraciyər çatışmazlığı və ya digər orqanların metastazı nəticəsində ölümünə səbəb olacaq sağalmaz bir xəstəlikdən əziyyət çəkirdi. Honekkerin cəmisi iki il ömrü qalmışdı, bu da məhkəmənin davam edə biləcəyi təxmin edilən vaxta bərabər idi. Bir neçə rədd edilmiş ərizə və Honekkerin ləyaqətini qorumaq üçün Alman Konstitusiya Məhkəməsinə müraciətindən sonra, Berlin Torpağının Məhkəməsi 1993-cü ilin yanvarın 13-də Erix Honekkerə qarşı məhkəmə prosesinə xitam verdi. Honekker ADR-də rejim qurbanlarının yaxınlarının etirazına baxmayaraq, 169 gün davam edən həbsdən sonra azad edildi. Honecker dərhal Santyaqodakı ailəsinin yanına uçdu. 1994-cü ilin mayın 29-da Honekker 81 yaşında vəfat etdi və Santyaqoda dəfn edildi [25].
Şəxsi həyatı
redaktəErix Honekker üç dəfə evli olmuşdu. 1945-ci ildə sərbəst buraxıldıqdan sonra, Honekker 1947-ci ildə vəfat edən həbsxana keşikçisi Şarlotta Kanuel [26] ilə evləmişdi. 1947-1953-cü illərdə Honekker AGİ-in fəalı Edit Bauman ilə ailə qurdu. Onların Erik adlı qızları var idi (1950-ci il təvəllüdlü, qızı Anke) [27]. Honekker 1953-cü ildə 1952-ci ilin dekabrında ADR Xalq Palatasının üzvü Marqot Feistdən Sonya adlı qızı olduqdan sonra Edit Baumandan boşandı. Elə həmin il Marqot Erix Honekkerin üçüncü arvadı oldu. Qızı Sonyanın Leonardo Yanes Betankur ilə evliliyindən, 1974-cü ildə Erix Honekkerin nəvəsi Roberto Yanes Betankurt doğuldu [28]. 1993-cü ildə boşanan Honekkerin qızı Sonya və Leonardo Yánes Betankur, eyni zamanda nəvəsi Roberto hal hazırda Çilinin paytaxtında yaşayırlar [29]. Başqa bir nəvəsi Mariana 1988-ci ildə iki yaşında ölmüşdür [30]. Marqot Honekker 2016-cı ilin may ayının 6-da vəfat etmişdir [31].
Honekker, ehtiraslı bir ov həvəskarı idi. Hələ AGİ-nın sədri olarkən onu ova aparmışdılar və bu onda böyük həvəs yaratmışdı. Çexslovakiya lideri Klement Kottvald ona ov tüfəngini hədiyyə etmişdir [32].
Mükafatları
redaktə- ADR-in iki dəfə Qəhrəmanı (1982, 1987)[33];
- ADR-in Əmək Qəhrəmanı (1962)[34];
- Beş Karl Marks ordeni (1969, 1972, 1977, 1982, 1985);
- Sovet İttifaqqı Qəhrəmanı (1982);
- Üç Lenin ordeni (SSRİ, 1972, 1982, 1987);
- "Oktyabr inqilabı" ordeni (SSRİ, 1977);
- "Sisializmin Qələbəsi" ordeni (Rumıniya, 1987)[35];
- Maqnitaqorsk şəhərinin fəxri vətəndaşı.
İstinadlar
redaktə- ↑ "bdp.de". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
- ↑ Эрих Хонеккер Arxivləşdirilib 2020-03-14 at the Wayback Machine на сайте «Герои страны».
- ↑ Peter Przybylski: Tatort Politbüro. Die Akte Honecker, Berlin 1991, S. 55-65, Ulrich Völklein: Honecker. Eine Biografie, Berlin 2003, S. 154—178.
- ↑ Wolfgang Leonhard: Spurensuche. Köln 1992. ISBN 3-462-02170-2.
- ↑ Б. Бонвеч, А. Ю. Ватлина. Материалы конференции российских и немецких историков «Послевоенная история Германии: российско-немецкий опыт и перспективы». М., 2007. — 103 с.
- ↑ Olaf Klenke: Betriebliche Konflikte in der DDR 1970/71 und der Machtwechsel von Ulbricht auf Honecker. In: Jahrbuch für Forschungen zur Geschichte der Arbeiterbewegung, Heft II/2004, Seitenzahl fehlt.
- ↑ Hans-Ulrich Wehler, Deutsche Gesellschaftsgeschichte, Bd. 5: Bundesrepublik und DDR 1949—1950, C.H. Beck, München 2008, S. 218.
- ↑ Martin Sabrow: Der blasse Diktator. Erich Honecker als biographische Herausforderung. Vortrag im Rahmen des Institutskolloquiums des Zentrums für Zeithistorische Forschung am 9. Februar 2012 in Potsdam Arxiv surəti 4 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
- ↑ Martin Sabrow: Der unterschätzte Diktator. In: Der Spiegel. Nr. 34, 2012, S. 46-48 Arxivləşdirilib 2019-05-13 at the Wayback Machine.
- ↑ Günter Schabowski, Der Absturz, Rowohlt, Berlin 1991, S. 115f.
- ↑ Протокол 45-го заседания Национального совета обороны ГДР. 3 мая 1974 Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine.
- ↑ Встреча между Колем и Хонеккером в Бонне. 7-11 сентября 1987 Arxivləşdirilib 2012-07-29 at Archive.today Arxivləşdirilib 2012-07-29 at Archive.today.
- ↑ Christian Thonke, Hitlers langer Schatten: der mühevolle Weg zur Entschädigung der NS-Opfer, Böhlau-Verlag Wien, 2004, S. 49. f.
- ↑ Когда ГДР обнаружила своих евреев Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine.
- ↑ Baudenkmal Bunker Harnekop e. V Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine.
- ↑ "Хонеккер заболел на встрече СЭВ". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
- ↑ "Robert-Havemann-Gesellschaft (BStU-Kopie)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-06.
- ↑ The East German Transition Game Arxiv surəti 21 sentyabr 2003 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2003-09-21 at the Wayback Machine.
- ↑ Stasi-Unterlagen: Mielkes Geschichte im Koffer — SPIEGEL ONLINE Arxivləşdirilib 2022-02-02 at the Wayback Machine.
- ↑ Günter Schabowski: Das Politbüro. Ende eines Mythos. Eine Befragung. Reinbek 1990. S. 104 ff.; Günter Schabowski: Der Absturz. Berlin, 1991. S. 267 ff.
- ↑ 1 2 Протокол допроса Э. Хонеккера//Известия № 70 от 10 марта 1990 года
- ↑ Jörg Marschner: Asyl für den Feind Arxivləşdirilib 2012-09-13 at Archive.today
- ↑ Erich Honecker — Vom mächtigen Staatschef zum verbitterten Rentner Arxivləşdirilib 2019-08-16 at the Wayback Machine (alm.)
- ↑ Kalenderblatt, vom 13. März 2008 Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine.Spiegel-Online: einestages Arxivləşdirilib 2008-10-22 at the Wayback Machine.
- ↑ Wo Honecker heimlich begraben wurde Arxivləşdirilib 2019-05-25 at the Wayback Machine.
- ↑ Ed Stuhler: Margot Honecker. Eine Biografie, Ueberreuther, Wien 2003, S. 59-61, Faksimile der Heiratsurkunde S. 60.
- ↑ Erich Honecker: «So, meine Kleine — ein letzter Gruß» «Für Margot» В 1992 году, находясь в предварительном заключении, Эрих Хонеккер вёл своего рода дневник, которые позднее были опубликованы и осветили внутренний мир бывшего главы ГДР Arxivləşdirilib 2014-10-18 at the Wayback Machine.
- ↑ Hartmut Kascha: Das geheime Leben von Honeckers Tochter in Dresden. In: Bild vom 25. Februar 2011 (online Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine).
- ↑ Marian Blasber: Honeckers Enkel. «Ein Rebell bin ich erst heute». In: ZEITmagazin vom 3. März 2011 (online Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine).
- ↑ Hans-Joachim Neubauer: Zwei Saarländer an der Spitze. In: Die_Zeit Nº 35/2012 (online Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine).
- ↑ Spiegel-Online Arxivləşdirilib 2019-08-18 at the Wayback Machine (alm.)
- ↑ Hobby: Erich Honecker — der Jäger, MDR online 4. Januar 2010, Zitate u.a. aus Die Honeckers privat, von Thomas Grimm und Ed Stuhler, MDR 2003; Das letzte Halali des Erich Honecker, MDR 2004, MDR online 4. Januar 2010.
- ↑ Feder, Klaus H. & Feder, Uta. Auszeichnungen der Nationalen Volksarmee der Deutschen Demokratischen Republik, 1954—1990. Münz Galerie, Berlin, Germany, 1994.
- ↑ Список Героев Труда ГДР Arxivləşdirilib 2022-04-03 at the Wayback Machine.
- ↑ Декрет № 141, 1987, о награждении товарища Эриха Хонеккера орденом «Победа социализма»[ölü keçid] (ing.).
Ədəbiyyat
redaktəXarici dildə
redaktə- Нефёдов В. В. Э. Хонеккер и культурная политика СЕПГ. // XXI век: итоги прошлого и проблемы настоящего, вып.11. Penza, 2008. — S. 3—8.
- Нефёдов В. В. Роль Э. Хонеккера в культурной политике СЕПГ (до 1971 г.). // Философия в XXI веке. — Вып. 16. — Voronej, 2008. — S. 118—126.
- Нефёдов В. В. Эрих Хонеккер и культурная политика в ГДР с 1971 по 1989 гг. // Софист: социолог, философ, историк. Сб-к научн. трудов. — Вып. 3. — М., 2008. — S. 194—199.
- Петелин Б. В., Степанов Г. В. Эрих Хонеккер // Вопросы истории. — 2013. — № 9. — S. 117—128.