Eldeniz Selimov - Wikipedia
Eldəniz Adil oğlu Səlimov (2 noyabr 1976, Xaçmaz) ― Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı.
Eldəniz Səlimov | |
---|---|
24 noyabr 2015 – 27 dekabr 2021 | |
Seçki dairəsi | 2015, 2020 — 55 saylı Xaçmaz şəhər |
Əvvəlki | Arif Əşrəfov |
Şəxsi məlumatlar | |
Doğum adı | Eldəniz Adil oğlu Səlimov |
Doğum tarixi | 2 noyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəEldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub.[1] Eldəniz Səlimovun atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məktəbi bitirdi.[1] Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi, 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi kimi çalışmışdır.[1] 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.[1]
2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində fəaliyyət göstərmiş,[1] 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı, 2014–2015-ci illərdə Xaçmaz rayon İcra hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır.[1]
Ailəsi
redaktəEldəniz Səlimov ailəlidir, bir oğlu və bir qızı var.[1]
Siyasi fəaliyyəti
redaktəEldəniz Səlimov 2015 və 2020-ci il parlament seçkilərində 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.[1]
O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü olmuşdur.[1] Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.[1]
2015–2021-ci illərdə isə Milli Məclisin Aqrar siyasət, Gənclər və İdman Komitələrinin üzvü olub.[2][3]
Həbsi
redaktəEldəniz Səlimov haqqında 2021-ci ilin iyul ayının 29-da Xaçmaz şəhəri ərazisində polis işçisini döydüyü iddiası ilə polis orqanları müraciət edilmiş, Daxili İşlər Nazirliyi işi Baş Prokurorluğa göndərmişdir. Baş Prokurorluq iyulun 30-da deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlatmış və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərmişdir. 2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığı ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunmuşdur.[4] Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilmişdir.[5] Parlamentin 3 avqust 2021 tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunmuşdur.[4] 27 dekabr 2021-ci ildə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Eldəniz Səlimova hökm oxunub, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun deputat mandatına xitam verilib.[6]
Təltifləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Azərbaycanın Milli Məclisinin beşinci və altıncı çağırış deputatları (az.)". M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası. 2019-08-24. 2019-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-24.
- ↑ "Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 17-VIQR nömrəli Qərarı" ( (az.)). 14.03.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ "Azərbaycan Milli Məclisinin Gənclər və idman Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 21-VIQR nömrəli Qərarı" ( (az.)). 14.03.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.