Arif Esrefov - Wikipedia
Arif Əşrəfov (15 aprel 1958, Xaçmaz) — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış deputatı.
Arif Əşrəfov | |
---|---|
2010 – 2015 | |
Seçki dairəsi | 2010 — 55 saylı Xaçmaz şəhər |
Əvvəlki | Lalə Abbasova |
Sonrakı | Eldəniz Səlimov |
Şəxsi məlumatlar | |
Doğum adı | Arif Əşrəf oğlu Əşrəfov |
Doğum tarixi | 15 aprel 1958 (66 yaş) |
Doğum yeri | |
Partiya |
Həyatı
redaktəArif Əşrəfov 1958-cil il aprel ayının 15-də Xaçmaz şəhərində anadan olmuşdur. 1976–1990-cı illərdə Xaçmaz rayon Maliyyə şöbəsində inspektor, böyük iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışmışdır. Dəfələrlə işdə fərqlənməyə görə Respublika Maliyyə Nazirliyi və yerli orqanlar tərəfindən fəxri fərman və mükafatlarla təltif olunmuşdur.
1990-cı ildən yeni yaradılmış Xaçmaz rayon Vergi inspeksiyasının rəisi vəzifəsinə təyin olunmuş, 2001-ci ilə qədər bu vəzifədə çalışmışdır. 2001-ci ildə yeni yaradılmış 1 Saylı ərazi idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin hazırlanmasında işçi qrupunun tərkibində olmuşdur.
2003–2005-ci illərdə İqtisadi İnkişaf Nazirinin müşaviri, Antiinhisar Siyasəti Departamentinin rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası "Rəqabər Məcəlləsi"nin Layihəsinin hazırlanmasında müstəsna rolu olmuşdur.
2006–2010-cu illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparatın rəhbəri vəzifəsində çalışmışdır.
Siyasi fəaliyyəti
redaktə2010–2015-ci illərdə Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.