Daewoo Motors - Wikipedia
Daewoo Motors — Cənubi Koreyanın 1982-ci ildə yaranmış avtomobil istehsalçısı olan şirkəti. Daewoo Group şirkətinin daxilində idi. Şirkət 2001-ci ildə əsas aktivlərini General Motorsa satır və 2002-ci ildə ləğv olunur.
Daewoo Motors | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Avtomobil sənayesi |
Məhsulu | Avtomobil |
Təsis tarixi |
1937 (National Motors) 1962 (Saenara Motors) 1966 (Shinjin Motors) 1972 (GM Korea) 1976 (Saehan Motors) 1983 (Daewoo Motors) |
Bağlanma tarixi | 2016 |
Baş qərargahın yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞirkət 1937-ci ildə National Motors adı ilə yaranmışdır. Daha sonra 1962-ci ildə şirkət Saenara Motors kimi adlanır. 1965-ci ildə şirkət Shinjin Motorsa çevrilir. 1972-ci ildə şirkət General Motors Korea (GMK) kimi adlanmağa başlayır. 1976-cı ildə şirkət Saehan Motors kimi adlandırılır. 1982-ci ildən etibarən isə şirkət Daewoo Motors kimi adlandırılır və 2002-ci ilə kimi fəaliyyət göstərir.
Daewoo Motors-un ilk maşını 1986-cı ildə istehsal olunmuş Daewoo Racer olur. Bu maşın Opel Kadett E maşınının əsasında yaradılmışdı. 1994-cü ildə kimi bu maşın istehsal edildi. 1994–1997-ci illərdə isə Daewoo Nexia maşını istehsal edildi. Daewoo Nexia Daewoo Racer və Opel Kadett E maşınlarının əsasında hazırlanmışdı. Özbəkistanda UzDaewooAuto şirkətinin nəzdində və digər ölkələrdə də Daewoo Nexia hal-hazırda da istehsal edilir.
Bundan başqa Daewoo Espero, Nubira, Lanos, Matiz, Leganza maşınları da istehsal olunurdu.