General Motors - Wikipedia
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub.[8]
General Motors | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | avtomobil sənayesi |
Məhsulu | avtomobil |
Təsis tarixi | 16 sentyabr 1908[1] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | GM Daewoo |
Rəhbərlik | |
İdarə heyəti | Meq Vaytman[6][7] |
gm.com gm.ca |
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycanda fəaliyyəti
redaktəAzərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı. 2008-ci ildə GM şirkəti təkcə Rusiya bazarı üçün 337.810 avtomobil istehsal etmişdir. Bu rəqəm 2007-ci ilin göstəricisindən 130% çoxdur. 1990-cu ildə baş verən siyasi hadisələrdən sonra General Motors şirkəti üçün yeni bazar imkanları yaranmışdır. Son göstəricilər də görsədir ki, MDB respublikalarında avtomobil satışları hər il artır. General Motors şirkətinin avtomobilləri Azərbaycan bazarındada öz yerini tapmışdır. Ümumilikdə şirkət 2007-ci ildə 9,37 milyon avtomobil və yük maşını satmışdır. 2009-cu ildə şirkət internet üzərindən avtomobil satışı kampaniyasına başladı, burada əsas məqsəd satış miqdarını artırmaqdır. General Motors adlı yeni şirkət yaradılıb.
- Öz alıcılarının tələbatlarını həyata keçirərək GM şirkəti avtomobillərin və yük maşınlarının istehsalına qayıdır.
- Yeni şirkət köhnə GM-in güclü aktivləri əsasında yaradılıb.
- ABŞ-nın ən iri və güclü diler şəbəkəsinin dəstəyi altında olan dörd hakim brend.
- Qlobal səviyyəli dürüst təşkil edilmə əsasında qərarları operativ qəbul etməyə və istehlakçıları guşənin başında qoymağa imkan yaranacaq.
- Açıq kommunikasiyalara təşəbbüs.
İstinadlar
redaktə- ↑ GM Heritage. General Motors.
- ↑ 2021 Form 10-K.
- ↑ 1 2 https://www.sec.gov/Archives/edgar/data/1467858/000146785816000255/gm201510k.htm.
- ↑ 1 2 3 10-K forması. 2023.
- ↑ Number of General Motors employees between FY 2010 and FY 2019 (in 1,000s). Statista.
- ↑ Press-reliz.
- ↑ https://web.archive.org/web/20221004041403/https://www.detroitnews.com/story/business/autos/general-motors/2022/08/16/gm-adds-tapestry-ceo-joanne-crevoiserat-board-directors/10335984002/.
- ↑ "General Motors nədir". Az Marketinq. 2012-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 yanvar 2020.