Cibuti - Wikipedia
Cibuti (ərəb. جیبوتي; fr. Djibouti) və ya rəsmi adı ilə Cibuti Respublikası (ərəb. جمهوریة جیبوتي; fr. République de Djibouti) — Şərqi Afrikada dövlət. Cibuti şimaldan Eritreya, qərbdən və cənubdan Efiopiya, cənub-şərqdən Somali ilə həmsərhəddir. Ölkənin şərqdən isə Qırmızı dənizə və Ərəbistan dənizinin Ədən körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Cibuti şəhəri, ümumi sahəsi 23,200 kvadrat kilometrdir. Cibuti Ərəbistan yarımadasında olan Yəməndən 20 kilometr uzaqlıqdadır. Əhalisinin 95%-i müsəlmanlardan ibarətdir.
Cibuti | |||||
---|---|---|---|---|---|
جمهورية جيبوتي République de Djibouti | |||||
| |||||
Unité, Égalité, Paix | |||||
Himn: |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Cibuti | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | İsmayıl Ömər Cəlil [ 8.V.1999 ~ ] | ||||
Baş Nazir | Əbdülqədir Kamil Məhəmməd [ 1.IV.2013 ~ ] | ||||
Sahəsi | Dünyada 151-ci | ||||
• Ümumi | 23000 km² | ||||
Əhalisi | |||||
• Əhali | 875 min nəfər (160-cı) | ||||
• Siyahıyaalma (2009) | 818 159 nəf. | ||||
• Sıxlıq | 38 nəf./km² | ||||
• Ümumi | 3.372.287.462 $[1], 3.515.109.075 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 2 420 million dollar (187-ci) | ||||
• Adambaşına | 2 700 dollar (181-ci) | ||||
İnternet domeni | .dj | ||||
ISO kodu | DJ | ||||
BOK kodu | DJI | ||||
Telefon kodu | +253 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMüasir Cibuti ərazisində kuşit — afar və issa dillərində danışan köçəri tayfalar məskunlaşmışlar. V–VI əsrlərdə bu ərazi Aksum dövlətinin tərkibinə daxil edilmişdir. VII əsrdə Cibuti ərazisi ərəb sultanlarının hakimiyyəti altında idi. Yerli əhali arasında islam dini və ərəb dili yayılmışdı. XVI əsrdə Somali yarımadasında bir tərəfdən portuqaliyalılarla efiopiyalılar, digər tərəfdən türklər və somalilər arasında müharibə getdiyi dövrdə indiki Cibuti ərazisi portuqaliyalılar tərəfindən işğal olundu. XVII əsrdə bu ərazidə yenidən ərəblərin hakimiyyəti bərqərar oldu. Bu dövrdə yerli əhali köçəri həyat tərzini davam etdirir, ərəblər isə əhalinin inzibati və tacirlər təbəqələrini təşkil edirdilər.
1862-ci ildə Fransa ilə Adal sultanı arasında bağlanmış müqaviləyə əsasən fransızlar afar tayfasının yaşadıqları əraziləri və Obok buxtasını öz əyalətləri kimi rəsmiləşdirdilər. 1881-ci ildə Obok rayonunu inkişaf etdirmək məqsədilə fransız səhmdar cəmiyyəti təsis edildi. Həmin dövrdə müasir Cibuti şəhərinin tikintisinə başlanıldı. Obok kimi adlandırılan ərazi 1896-cı ildən rəsmi olaraq fransız Sahil Somalisi adlandırılmışdır. (1967-ci ildən afarların və issaların fransız ərazisi adlandırılmışdır). 1889-cu ildə ruslar fransız Sahil Somalisinin bir hissəsini işğal etməyə cəhd göstərsələr də fransız donanması müstəmləkəçilərin bu ərazidən qovulmasına nail oldular.
1946-cı ildə Fransız Somalisi müstəmləkəsi Fransanın "dəniz arxası" ərazisi statusu aldı.
Cibuti Respublikası 1977-ci il 27 iyun tarixində Fransadan ayrılaraq müstəqilliyini elan etdi. 1977-ci ildə keçirilən referendumun nəticələrinə əsasən istiqlaliyyət qazanmış bu ölkə Cibuti respublikası adlandırıldı. 1981-ci ildə ölkədə təkpartiyalı sistemə keçildi.
Siyasi quruluş
redaktəCibutidə dövlət quruluşu respublikadır. Dövlət rəsmi şəkildə Cibuti Respublikası adlanır. Ölkədə 1992-ci il 4 sentyabrda referendum yolu ilə qəbul olunmuş, 15 sentyabr 1992-ci ildə qüvvəyə minmiş Konstitusiya fəaliyyət göstərir.
Dövlət başçısı prezidentdir. Prezident ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir. Ölkədə 18 yaşına çatanların seçmək, 23 yaşına çatanların seçilmək hüququ vardır.
İcraedici hakimiyyət prezidentə və hökumətə (Nazirlər Sovetinə) məxsusdur. Hökumətə Baş Nazir rəhbərlik edir.
Əhalisi
redaktəƏhalinin sayı — 740 min nəfərdir. (2010-cu il iyul məlumatına əsasən). Əhali illik artımı 2,2%-dir. (2010-cu il) Orta ömür müddəti — kişilərdə 58 il, qadınlarda 63 ildir. Uşaq ölümü hər 1000 nəfərə 57 nəfərdir.
İqtisadiyyatı
redaktə2009-cu ildə ölkədə 350 million kW-saat elektrik enerji istehsal edildi.Kənd təsərrüfatın əsas sahəsi — heyvandarlıqdır. Cibuti şəhəri əhəmiyyətli dəniz liman kimi dünyada məlumdur.