Ismayil Omer Celil - Wikipedia
İsmayıl Ömər Cəlil (ərəb. إسماعيل عمر جليه; fr. Ismaïl Omar Guelleh; 27 noyabr 1947[1][2][…], Dıre-Daua[d], Efiopiya imperiyası) — Cibutinin hazırkı Prezidenti.
İsmayıl Ömər Cəlil | |
---|---|
Cibuti Respublikasının Prezidenti | |
8 may 1999 – h.h | |
Əvvəlki | Həsən Julid Aptidon |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dıre-Daua, Efiopiya İmperiyası (indiki Efiopiya) |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Kadra Mahmud Həid |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Cəlil ilk dəfə 1977-ci ildən Cibutini idarə edən əmisi Həsən Julid Aptidonun varisi olaraq 1999-cu ildə Prezident seçildi. Cəlil 2005, 2011, 2016 və 2021-ci illərdə yenidən seçkiləri qazandı. Seçki nəticələri müxalifət tərəfindən boykot olundu. Çoxları onu diktator kimi xarakterizə edir və onun hakimiyyəti ABŞ, insan haqları qrupları və hökumətlər tərəfindən tənqid edilib.[3]
Hindistan vətəndaşlarını Yəməndən təhlükəsiz şəkildə çıxarılmasındakı roluna görə 25 yanvar 2019-cu ildə Hindistanın ikinci ən yüksək vətəndaş mükafatı olan "Padma vibhuşan" ilə təltif edildi.[4]
Həyatı
redaktəCəlil Efiopiyanın Dıre-Dava şəhərində, Dir-İssa klanının siyasi cəhətdən güclü Mamassan alt klanında anadan olub. Cəlil Batalın oğlu, İsmayıl Ömər Cəlilin atası Cibutini Əddis-Əbəbəyə bağlayan Fransa-Efiopiya Dəmiryolu Şirkətinə rəhbərlik etmiş və 1930-cu illərdə ilk yerli müəllimlərdən biri Ömər Cəlildir. Cəlil gənc ikən ənənəvi İslam məktəbində oxudu. 1960-cı ildə orta məktəbi bitirmədən Cibutiyə köçdü. 1964-cü ildə, 18 yaşında Amhar, Somali, Ərəb, Fransız, İtalyan və İngilis dillərini bildiyi üçün Afar və İssa Fransız Bölgəsi Mərkəzi Qərargahında çalışmağa başladı.[5]
1975-ci ildə müstəqillik hərəkatına dəstək verməkdə şübhəli bilindiyi üçün vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra müstəqillik uğrunda mübarizə aparan Həsən Julid Aptidonun başçılıq etdiyi Afrika Xalqlar İstiqlal Liqasına qatıldı. Cəlil 1983-cü ildə AXİL Mərkəzi Komitəsinə seçildi və daha sonra Parisdə mədəniyyət komissiyasının direktoru oldu. 1987-ci ildə partiya rəhbərliyinə üzv qəbul edildi.[6]
Cibuti müstəqil olduqdan sonra, iyirmi ildən artıq müddətdə baş qərargah rəisi olaraq çalışdığı əmisi Həsən Julid Aptidonun hökumətində gizli polis rəisi və kabinet rəisi oldu. Somali Milli Təhlükəsizlik Xidmətində, daha sonra isə Fransa Gizli Xidmətində kurs keçdi və əmisinin varisi olmaq niyyətini açıqladı. 1999-cu ildə Cibuti Prezidenti seçildi.
İsmayıl Cəlil evlidir və dörd övladı var.[6]
2018-ci ilin sonunda Cəlil və ətrafının Parisə səfərindən sonra Fransanın Milli Maliyyə Prokurorluğu şəhərdə bir neçə mülkün saxta yolla əldə edilməsi iddiasıyla ilkin istintaq başlatdı. Korrupsiyaya qarşı mübarizə aparan Şerpa QHT-in şikayətindən sonra başladığı və Cəlilin həyat yoldaşı, böyük qızı və kürəkəni üzərində aparılan araşdırmanı 2021-ci ilin iyul ayından etibarən davam etdirir.[7]
Prezident fəaliyyəti
redaktəGüc və ilk müddəti
redaktəCibuti bir ailə üzvündən digərinə varisliklə ötürülən hakimiyyət tərəfindən idarə olunan Afrikadakı dörd ölkədən biridir.[8]
4 fevral 1999-cu ildə İsmayıl Cəlilin əmisi Prezident Julid Aptidon təqaüdə çıxdığını elan etdi və partiyasının fövqəladə qurultayı zamanı Cəlili partiya sədri seçdi. TXT-in ortaq namizədi və Birlik və Demokratiya Cəbhəsinin də üzvü olan Cəlil 9 aprel 1999-cu ildə keçirilən prezident seçkilərində 74.02% səslə tək rəqibi olan müstəqil namizəd Musa Əhməd İdrisi məğlub edərək seçkiləri qazandı. Mayın 8-də vəzifəyə başladı. Musa Əhməd İdris növbəti ilin sentyabr ayında "silahlı qüvvələri təhdid etdiyi" üçün həbs edildi.[9]
2000-ci ilin dekabrında Milli Polis Qüvvələrinin Baş Qərargah rəisi Yacin Yabehi işdən çıxardı və Yabehə sadiq olan polislər də işdən çıxarıldıqdan sonra uğursuzluqla nəticələnəcək üsyan qaldırdılar. Cəlil ölkənin müstəqillikdən sonrakı etnik qarşıdurmasını sona çatdıran daimi sülh müqaviləsini imzaladı.[6]
İkinci müddəti
redaktəCəlil 7 oktyabr 2004-cü ildə partiyanın fövqəladə qurultayında TXT tərəfindən ikinci dəfə prezidentliyə namizəd olaraq irəli sürüldü. O, bir neçə digər partiya tərəfindən dəstəkləndi və 8 aprel 2005-ci ildə keçirilən prezident seçkilərində yeganə namizəd oldu. Seçkilərə qarşı etirazlar başladı, lakin polis tərəfindən tez bir zamanda yatırıldı. Rəqibi olmadan səsvermədə 100% səs qazandı və mayın 7-də sonuncusu olacağını söylədiyi ikinci altı illik müddətə and içdi.[10]
2010-cu ildə Cibuti Milli Assambleyasını Konstitusiyasını dəyişdirməyə çağırdı və üçüncü müddətə seçilməsinə icazə verdi. Bu, Cibutidə 2011-ci il seçkilərində onun da namizədlər arasında olmasını təmin etdi. 2010-cu ildən başlayaraq ərəb ölkələrində böyük demokratiya hərəkatları başladı. Etirazlar tez bir zamanda yatırıldı, müxalifət liderləri həbs edildi və beynəlxalq müşahidəçilər qovuldu və ya saxlanıldı.[11]
Üçüncü müddəti
redaktəMüxalifət partiyaları seçkini boykot etdi. Cəlil, demək olar ki, 80% səs topladı. "Human Rights Watch" müxalifət liderlərinin səsvermədən əvvəl iki dəfə həbs edildiyini nəzərə alaraq, seçkinin ədalətli olmasını şübhə altına aldı. Cəlil daha bir müddət daha namizəd olmayacağını söylədi.[12]
Cəlil 2016-cı il seçkilərində təxminən 87% səslə qalib gəldi. Öncəki seçkilərdə olduğu kimi, müxalifət ölkə miqyasında boykot çağırışı etdi və Cəlildən "şəffaf, azad və ədalətli seçkilər" keçirilməsini tələb etdilər. Müxalifət liderləri və insan haqları qrupları səsvermə ərəfəsində repressiyalardan və polisin qəddarlığından şikayətləndilər. Müxalifət liderləri ilə olan müsahibənin adından BBC müxbirləri tutuldu və səsvermədən bir müddət əvvəl ölkədən qovuldu.[13]
Dördüncü müddəti
redaktə2021-ci il seçkilərində beşinci dəfə yenidən seçildi. Seçkiyə müxalifətdən namizəd qatıldı, hökuməti "sandıq doldurmaqda" günahlandıran və nümayəndələrinin səsvermə prosesini izləməsi üçün seçki məntəqələrinə daxil olmasını qadağan etməsini qınadı. Digər böyük müxalifət partiyaları Cəlili dövləti diktatorluq yolu ilə idarə etməkdə günahlandıraraq namizəd irəli sürməməyi göstərməməyi seçdilər.[14]
Beşinci müddəti
redaktə2021-ci ilin iyun ayında həm vətəndaşlar, həm də xarici vətəndaşlar üçün COVID-19 əleyhinə peyvəndi məcburi etdi.[15]
Eyni ayda diplomatik korpusunu dəyişdi, yeddi səfiri geri çağırdı və Yaxın Şərqin bir çox ölkəsinə yenilərini təyin etdi.[16]
Varisi
redaktəCəlilin uzun müddətli hakimiyyəti son dövrdə varisliyi ilə bağlı suallar qaldırdı. Uzun müddətdir ki, prezidentin kürəkəni və Səhiyyə Naziri Dcama Elmi Okieh Cəlilin varisi kimi göstərildi, lakin 2018-ci ildə boşanmasından sonra namizədlikdən düşdü. O vaxtdan bəri ən populyar namizəd birinci xanım Kadra Mahmud Həidin birinci evliliyindən olan oğlu Naquib Abdulla Kamil olaraq göstərilir.[17]
Cəlil Cibutinin əsas siyasi fiqurlarını müvafiq hökumət mövqelərində saxlayaraq daxili güc mübarizələri riskini artırdı. Baş nazir Əbdülqədir Kamil Məhəmməd və Maliyyə Naziri İlyas Musa Dəvaleh 2026-cı ildə keçiriləcək növbəti seçkilərdə liderliyə mübarizədə əsas rəqibi hesab olunur. Hökumətdaxili hakimiyyət uğrunda mübarizədə iştirak edə biləcək digər namizəd isə Xarici İşlər Naziri Mahmud Əli Yusufdur.[18]
Siyasi qiymətləndirməsi
redaktəİdarəetməsi
redaktəPrezidentliyi dövründə ailə üzvlərini əhəmiyyətli siyasi və iqtisadi vəzifələrə təyin etməyə çalışdı. Mərkəzi rolu faktiki olaraq vitse-prezident vəzifəsini icra edən həyat yoldaşı Kadra Mahmud Həid və iki qızı: Cəlilin müşaviri olaraq çalışan Haibado və ölkənin iş fəaliyyətiylə məşğul olan Fatouma-Avo tutur. Onun kürəkəni Dcama Elmi Okieh Səhiyyə Naziridir.[19]
Prezidentin ögey qardaşlarından Səəd Ömər Cəlil iqtisadi baxımdan önəmli Cibuti limanının baş direktorudur, əmisi oğlu Cama Əli Cəlil 1986-cı ildən bəri Cibuti Dövlət Elektrik Şirkətinin baş direktorudur.[20]
Mürəkkəb dövlət funksiyaları və hakim klan sayəsində polis, ordu və digər təhlükəsizlik qüvvələrini möhkəm tutması ilə ölkənin siyasi, iqtisadi və məhkəmə işlərinə ciddi nəzarət edə bildi. Bu, "Cəlil klanının bütün ictimai işlərdə hökmranlığını" təmin etdi.[17]
ABŞ-nin Cibutidəki səfirliyindən 2004-cü ildə göndərilən və "WikiLeaks"-də yayımlanan mesajda Cibuti "bir adam, İsmayıl Ömər Cəlil tərəfindən idarə olunan ticari şəhər-dövlətindən daha az ölkə" olaraq təsvir edilmişdir.[21]
İnsan Haqları Təşkilatı ilə bağlı 2020-ci il ölkə hesabatında ABŞ hökuməti "qanunsuz və ya özbaşına qətllər", "hökumət tərəfindən qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza halları" və bu kimi bir sıra insan haqlarında olan çatışmazlıqlara görə ölkə hakimiyyətini tənqid etdi.[22]
Çinlə yaxın münasibətlər
redaktəCəlil liman və logistika sahələrində böyük infrastruktur sərmayələri ilə qeyd olunan ölkəsinin illərdir strateji mövqeyindən yararlanır. 2013-cü ildən etibarən Çin ilə daha sıx iqtisadi və siyasi əlaqələr qurmuşdur. Bu, Pekinin həmin il kəmər və yol təşəbbüsünün başlaması ilə Yaxın Şərq və Afrikaya artan strateji marağı ilə üst-üstə düşdü.[23]
Ölkə üçün ortaya çıxan böyük güc rəqabəti Cibutinin əks-tədbir imkanlarını artırdı, lakin Çinin təsiri Cibuti üzərində də artdı, 2017-ci ildə orada dəniz bazası qurdu və Cibuti və onun qərb müttəfiqləri arasında Pekinin avtoritar idarəetmə tərzinin daha avtokratik davranışı təşviq etdiyinə dair narahatlıqlara səbəb oldu.[24]
Çin sərmayələrinin ölkəyə axını Cəlilin Sinqapur modelinə əsaslanan inkişaf planını daha da irəli apardı. Çox vaxt "sərt planlaşdırma yolu ilə milli rifahı təmin edən və demokratiya, insan hüquqları və əsas azadlıqlar hesabına iqtisadi inkişafa xüsusi diqqət yetirən avtoritar hökumət" olaraq başa düşüldü. Cəlil Cibuti limanının strateji olaraq yerləşdiyi dəniz ticarət mərkəzinin artan rolundan istifadə edərək Cibutini "Afrika Sinqapuru"na çevirmək ümidi ilə rəsmi çıxışlarda Sinqapurun yolunu izlədiyinə tez-tez istinadlar edir.[25]
Mütəxəssislər Cibuti hökumətini korrupsiyalar və çinli investorlara üstünlük verməsini bu inkişaf strategiyasına maneə olaraq qiymətləndirirlər. Məsələn, 2012-ci ildə Cibuti hökuməti Cibuti limanının Doraleh Konteyner Terminalıni BƏƏ-də yerləşən liman operatoru olan "DP World" şirkətinə satdı. 2018-ci ilin fevral ayında prezident sərəncamı ilə "DP World"-un səhmlərini ləğv etdi və səhmləri dövlətə məxsus şirkətə verdi. Cibuti Çin maliyyəsini istifadə edərək Afrikanın ən böyük sərbəst ticarət zonası olmaq üçün uzunmüddətli layihə başlatdı.[26]
2020-ci ildə London Beynəlxalq Arbitraj Məhkəməsi Cibutinin özgəninkiləşdirilməsini qanunsuz hesab etdi və orijinal güzəşt hüquqlarının bərpasına qərar verdi. Məhkəmə daha öncə ölkəni "DP World" şirkətinə 533 milyon dollar təzminat ödəməyə məcbur etmişdi. Cibuti məhkəmənin qərarını rədd etdi və limanın payının dörddə birini "China Merchants Ports Holdings"-ə verdi.[27]
İqtisadiyyat
redaktəCəlil tərəfindən həyata keçirilən liman və logistika infrastrukturuna yönəlmiş xarici investisiyalara əsaslanan siyasət davamlı iqtisadi artımdan məsul olsa da, aşağı ixracat və iş yerləri açma imkanları olan xidmətdən asılı və kapitala sıx iqtisadiyyat yaratdı. Həqiqətən də, işsizlik gənclərə qeyri-mütənasib şəkildə təsir edən davamlı problem olaraq qaldı. 2015-ci il məşğulluq sorğusuna görə, Cibutinin işsizlik səviyyəsi əmək qabiliyyətli insanların yalnız 25%-i təşkil etsə də, gənclərin yalnız 39%-i işlə təmin olunmuşdur. Son hesabata görə, işsizlik gənclər arasında 80% təşkil edir.
İllər ərzində ölkənin iqtisadi artımının arxasında yatan investisiya layihələri xarici borclar hesabına maliyyələşdirilmişdir ki, bu da xarici faktorlara, xüsusən də Çinə yüksək miqdarda borcun yaranmasına səbəb olmuşdur. "Heritage Foundation"-ın 2021-ci il İqtisadi Azadlıq İndeksi nəşrinə görə, ölkə iqtisadiyyatı "əsasən azad olmayan" olaraq sıralanmışdır.[28]
Ticarətinin böyük bir hissəsi dənizə çıxışı olmayan ölkə olan Efiopiyanın Cibuti asılılığını azaldacaq "DP World" tərəfindən Somalilendda Berbera limanının genişləndirilməsinin Cibuti limanının bölgədə önemini itirəcəyi ehtimal edilir. Cəlil bu iddiaları rədd etdi.[29]
Regional təhlükəsizlik
redaktəCəlilin hakimiyyəti dövründə Cibuti münaqişə bölgəsində sabit ölkə olaraq qaldı. Cəlilin prezidentliyi 2000-ci ildə etnik qruplar arasında sülh müqaviləsinin imzalanması və 2018-ci ildə Cibuti ilə Eritreya arasında on il davam edən sərhəd mübahisəsinin həlli ilə nəticələndi.[30]
Cəlil 2020-ci ildə sülh danışıqları üçün Somalinin və ayrılıqçı Somalilend Respublikasının liderlərini, eyni zamanda Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini qəbul etdi.[31]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ismail Omar Guelleh // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Ismail Omar Guelleh // Munzinger Personen (alm.).
- ↑ "Arxivlənmiş surət". 2013-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ https://en.m.wikipedia.org/wiki/?axtar=Special:BookSources/978-92-9198-631-6
- ↑ https://wayback.archive-it.org/all/20090225031115/http://www.ocha-eth.org/Archive/DownloadableReports/hoa1099.pdf
- ↑ "Arxivlənmiş surət". 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2013-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
- ↑ "Arxivlənmiş surət". 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.