Ebdulqedir Kamil Mehemmed - Wikipedia
Əbdülqədir Kamil Məhəmməd (ərəb. عبد القادر كميل محمد; fr. Abdoulkader Kamil Mohamed; 1 iyul 1951, Obok regionu[d]) — 2013-cü ildən etibarən Cibutinin Baş naziri olan cibutili siyasətçi.
Əbdülqədir Kamil Məhəmməd | |
---|---|
Cibuti Respublikasının Baş naziri | |
1 aprel 2013 – h.h | |
Əvvəlki | Dileyta Məhəmməd Dileyta |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Obok regionu, Fransa Somalilendi (indiki Cibuti) |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd 1951-ci ildə indiki Cibutinin şimalında yerləşən Obok bölgəsindəki Souali şəhərində anadan olub.[1]
Fransanın Limoja Universitetində təhsil alıb, texniki elmlər dərəcəsinə sahibdir, ixtisası isə su təsərrüfatı və ətraf mühitdir.[1]
Fəaliyyəti
redaktəÜmumi
redaktəMəhəmməd fəaliyyətinə Cibutidə su idarəsində başladı. Orada 1978–1979-cu illərdə müvəqqəti baş direktor, 1983–2005 -ci illərdə isə baş direktor olaraq çalışdı.[1]
1981-ci ildə Məhəmməd Tərəqqi uğrunda Xalq Partiyasına qatıldı. 2012-ci ilin sentyabr ayında TXP-ın vitse-prezidenti seçilənə qədər tədricən siyasi arenada yüksəldi. 2012-ci ilin noyabrında birliyin prezidenti təyin edildi.[1]
2005-ci ilin mayından 2011-ci ilin mayınadək Məhəmməd Cibuti hökumətində Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışıb. 2011-ci ilin may ayında Müdafiə Naziri təyin edildi.[2]
Məhəmməd eyni zamanda Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. UMP-ın parlamentdəki qələbəsindən sonra 22 fevral 2013-cü ildə yenidən vəzifəyə seçilib.[1]
Baş nazir fəaliyyəti
redaktə1 mart 2013-cü ildə Məhəmməd Cibutinin Baş naziri təyin edildi. Uzun müddət xidmətdə olan Dileyta Məhəmməd Dileytanın yerinə 1 aprel tarixində vəzifəyə başladı.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 https://web.archive.org/web/20140101111102/http://www.adjib.dj/actunat/pm.php
- ↑ http://www.rtd.dj/index.php?option=com_content&view=article&id=2124:mr-abdoulkader-kamil-mohamed-nomme-aujourdhui-premier-ministre-par-le-president-de-la-republique-de-djibouti-&catid=42:rokstories&Itemid=115