Bukingem Sarayi - Wikipedia
Bukinqem sarayı (ing. Buckingham Palace) — britaniya monarxlarının (hazırda II Elizabetin) Londondakı rəsmi iqamətgahı.[2] Pell-Mell küçəsinin və kraliça Viktoriyanın qızılı abidəsi ucaldılan Qrin-Parkın qarşı tərəfində yerləşir. Monarx sarayda olarkən onun damında kral bayrağı dalğalanır.[3]
Bukingem sarayı | |
---|---|
ing. Buckingham Palace | |
51°30′04″ şm. e. 0°08′31″ q. u.HGYO | |
Ölkə | İngiltərə |
Status | saray |
Şəhər | London |
Yerləşir | Vestminster borosu[1] |
Memar | Vilyam Vayld |
Sifarişçi | Bukingem hersoqu |
Tikilmə tarixi | 1703-cü il |
Üslubu | neoklassizm, georgian |
Sahəsi | 20 ha |
Rəsmi sayt | Rəsmi sayt |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəSaray monarxiyanın simvoludur. Bu sarayda şahzadə və onun ailəsi yaşayır. Saray bir çox incəsənət əsərləri ilə bəzədilmişdir. Sarayı piyada qvardiya polku və krallıq atçı qvardiya polkundan ibarət olan Saray diviziyası qoruyur. Hər gün aprel ayından avqust ayına kimi saat 11:30-da (qalan aylarda - bir gündən bir) qaravul növbəsinin dəyişmə mərasimi keçirilir. Bu törən Londonda ən məşhur mərasimlərdən biri sayılırki, çox sayda turistləri özünə cəlb edir.
Tarixi
redaktəİlk əvvəl Bukinqem sarayı 1703-cü ildən "Bukinqem haus" olaraq tanınaraq Bukinqem hersoqu üçün tikilib. Saray 1762-ci ildə Böyük Britaniya kralı III Georq tərəfindən kralın gələcəkdəki şəxsi iqamətgahı olması üçün (rəsmi iqamətgah olan Sent-Ceyms sarayı onu öz əzəməti və zahiri görünüşü (işləməsi, naxışı) ilə qane etməməyə başlamışdı) satın alınıb. Növbəti 75 ildə Con Neş və Edvard Blor (Alupkin sarayının müəllifi) Bukinqem-hausu nümunə götürərək yanında ona bənzər daha üç bina inşa edirlər. Bütün tikililər birlikdə planda mərkəzində böyük meydan olan kvadrat əmələ gətirir.
Saray kraliça Viktoriyanın 1837-ci ildə taxta çıxması ilə Britaniya monarxlarının baş iqamətgahı olması rəsmi şəkildə elan edildi.[2] Onun taxtda oturduğu zamanlarda daha böyük fligelin (əlavə tikilinin) tikilişi icra edilərək və giriş darvazasındakı Mərmər arkanın yerini hal-hazırdakı Hayd-Parkdakı Orator guşəsindəki yerinə daşımaqla son böyük əlavələr edilmişdir. Sarayın giriş qapılarında kraliça Viktoriyanın şərəfinə onun abidəsi qoyulmuşdur. Tikintinin ümumi məbləği 700000 funta 500 blok zolaqlı karrar mərməri kimi əlavə israf xərcləri sayəsində çatmışdır.
1853-cü ildə sarayın ən geniş və gözəl bəzədilmiş uzunluğu -36m, eni -18m olan məkan - bal zalının tikilişi başa çatmışdır. Zal kraliça Viktoriyanın göstərişi ilə tikilmiş və ilk dəfə olaraq 1856-cı ildə Krım müharibəsinin başa çatması şərəfinə verilən dəvətdə istifadəyə verilmişdir. Kraliça Viktoriyanın oglu və vəliəhdi VII Eduard 1841-ci ildə bu sarayda anadan olmuş və 1910-cu ildə elə bu sarayda da vəfat etmişdir.
Sarayın çox zövqlə və zəngin bəzədilməsinə və çoxlu sayda dəyərli ailə yadigarlarının saxlanılmasına baxmayaraq sarayda heç də hamı xoşbəxt deyildi. Vindzor hersoqu öz xatirələrində bu böyük saray haqqında "hər dəfə sarayın böyük zalları və bitib tükənmək bilməyən dəhlizlərinə daxil olarkən sanki başdan-başa kif qoxusu ilə dolub daşdığını ilk günkü kimi bu gündə hiss edirəm" deyə yazırdı. Həmçinin sarayın memarlıq üslubu barədə də vahid fikir formalaşmayıb. Məsələn, "The Guardian"qəzeti sarayı dünyanın ən çirkin tikililərindən biri adlandırmışdır.[4]
İnteryeri və xüsusiyyətləri
redaktəİlkin georgian interyeri özünə süni mərmər və göy, çəhrayı lyapis (gümüş) daxil edirdi. Kral VII Eduard bu üslubu ciddi şəkildə "Belle Epoque" fransız stiilində dəyişərək krem və qızılı tonlara çevirdi. Bir çox kiçik otaqlar Brayton və Karlton-haus pavilyonlarından olan mebellərlə çin üslubunda bəzədilmişdir.
Hal-hazırda sarayda 775 otaq mövcuddur. Onlardan 19-u dövlət əhəmiyyətlli, 52-si krallıq və qonaq otaqları, 188-i çalışanlar, 92-i ofis, 72-i isə vanna otaqlarıdır.[2] 20 ha ərazidə yerləşirki, bunun da 17 ha-ı bağdan ibarətdir. Bukinqem sarayının bağı - ilk olaraq böyük Lanselot Braun tərəfindən salınmış sonra isə Vilyam Eylton və Con Neş Tərəfindən dəyişdirilmiş - Londonda ən böyük şəxsi bağdır. Böyük süni göl 1828-ci ildə tikilib başa çatmışdır.
Sarayda kraliçanın topladığı Rembrantın, Rubensin və başqalarının əsərləri sərgilənir. Kolleksiyada həmçinin fransız serv farforu, fransız və ingilis mebeli toplanmışdır. Sarayda hovuz, poçt və özünə aid kinoteatr mövcuddur. Kraliça Bukinqem sarayın iki aylıq (avqust və sentyabr) müddətə tərk edir.Bu aylarda sarayın giriş otaqları ziyarətçilər üçün açıq elan edilir.
2009-cu ildə kraliçanın hökumətə sarayın təmiri üçün vəsaitin təmin edilməsi barədə ünvanladığı çağırışa parlamentarilər qrupu 4 mln funt toplanması üçün sarayı ziyarət günlərinin ildə 60 gündən artıq olması hətta kral ailəsinin iqamətgahda olduğu zamanlarda belə olmasını təklif etdilər.[5] 2015-ci il noyabr ayında sarayın yeməkxanası tavanda yaranan problemlərlə əlaqədar olaraq 6 aylıq müddətə təmirə getdiyi elan edildi.[6]
Turizm
redaktəLondona gələn turistlərin hamısı bu saraya mütləq baş çəkir. Saray yay aylarında turistlərə açıq olur. Turistlərin marağını isə əsasən mühafizəçilərin dəyişməsi cəlb edir. Yayda sarayı 50000-ə yaxın ziyarətçi gəlirki, göl və şəlalə olan kral bağında keçirilən tədbirlərində iştirak edirlər.[2] Təbii təbiət mənzərəsini sakitliyini bağın üzərində dövrə vuran krallıq vertolyotlarının səsi belə pozmayan flaminqo quşları tamamlayır.[7]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 3 4 "Buckingham Palace (ingiliscə)". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "40 facts about Buckingham Palace (ingiliscə)". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Which are the world's ugliest buildings?". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Queen must open palace more in return for extra funds". 2015-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Знаменитая столовая Букингемского дворца закрыта из-за соображений безопасности". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Букингемский дворец — официальная страница". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.