Kensinqton Sarayi - Wikipedia
Kensinqton sarayı - (ing. Kensington Palace) - Londonun qərb bölgəsində elədə böyük olmayan və həddən artıq sadə saraydır. Hloster hersoqluğunun (hal-hazırda hersoq Riçard və hersoginya Birgitta) eləcə də, Kent hersoq və hersoginyası (hal-hazırda hersoq Edvard və hersoginya Katarina) və onların övladlarının rəsmi iqamətgahıdır.
Kensinqton sarayı | |
---|---|
ing. Kensinqton sarayı | |
51°30′19″ şm. e. 0°11′18″ q. u.HGYO | |
Ölkə | İngiltərə |
Status | saray |
Şəhər | London |
Yerləşir | Londonun qərb bölgəsində |
Memar | Kristofer Ren |
Tikilmə tarixi | 1605 |
Üslubu | barokko |
Rəsmi sayt | Официальный сайт |
Vikianbarda əlaqəli mediafayllar |
Nottingem qrafının şəhərətrafı malikanəsi kimi yaranmışdır. Şəhərdənkənar Hempton Kortda çay gəzintilərindən sıxılan kral III Vilhelm Oranskiy qrafdan sarayı satın alaraq, təmir və təhcizat işlərini Kristofer Renoya həvalə etmişdir. Onun həyat yoldaşı Mariya 1694-cü ildə bu sarayda vəfat etmiş, bir neçə il sonra I Pyotr kralı Kensinqton sarayında ziyarət etmişdir.
Kraliça Annanın zamanında 30 akr sahəsində daimi salınmış və oranjereya tikilmişdir (memar Con Vanbru, 1704). Hannover sülaləsinin birinci kralları Sent-Ceyms sarayını həddindən artıq səs-küylü və çox sakinli hesab etdikləri üçün Kensinqton sarayında demək olar ki, fasiləsiz yaşayırdılar. 1760-cı ildə Kral II Georqun ölümündən sonra sarayda taxtda olan sülalənin gənc nəsil nümayəndələri yerləşmişdir. Məhz burada kraliça Viktoriya anadan olmuşdur (bağdakı xatirə abidəsi buna nümunədir (xatırladır)). Şahzadə Diana 1981-ci ildə nikahından bəri 1997-ci ildə dünyasını dəyişdiyi günə kimi bu sarayın rəsmi sahibəsi sayılırdı.
Hal-hazırda sarayın sahibləri Şahzadə Diananın böyük oğlu - Şahzadə Villiam və onun həyat yoldaşı Ketrindir. Bu saray onların 2011-ci il 29 aprel tarixində baş tutan toylarından sonra Londondakı ilk rəsmi iqamətgahı oldu, bundan sonra isə kraliça onlara Kembric hersoq və hersoginyası titulları ilə təltif etdi.[1]
Qalereya
redaktə-
Kensinqton sarayı
-
Kensinqton sarayının həyəti
-
Kensinqton sarayı, London
-
Kensinqton sarayının Ağ bağı və Oranjereyası
-
Kensinqton sarayının bağı
-
Kensinqton sarayı
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Rəsmi saytı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.