Baranli Sulalesi - Wikipedia
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi.
Baranlı sülaləsi | |
---|---|
Banisi | Bayram xoca |
Sonuncu hökmdar | Bircis Qədir |
Əsası qoyulub | 1351 |
Soyun kəsilməsi | Davam edir |
Milliyyət | türk, daha sonralar hindistanlı |
Titullar | |
Bəy, Sultan, Mirzə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin yaranması
redaktəSülalənin banisi Tural bəy sayılır.[1] 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu.[2] Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir.[3]
Əsas sülalə üzvləri
redaktəQaraqoyunlu bəyləri
redaktəQara Mənsur
- Bayram xoca (1351–1380)
- Qara Dursun (Bayram xocanın qardaşı)[4]
- Qara Məhəmməd (1380–1389)
- Bayram (ö. 1389)
- Misr xacə
- Qara Yusif (d.1355–ö.1420)
- Pirbudaq (1410–1413)
- Şahməhəmməd
- Şah Əli
- Qara İsgəndər (1421–1429/1431–1435)
- Əlvənd - Həmədan hakimi
- Yar Əli
- Məlik Qasim
- Həsən bəy
- Şah Qubad
- İspənd (Bağdad hakimi – 1432–1445)
- Fulad Mirzə (Bağdad hakimi – 1445–1446)
- Cahan şah
- Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi.
- Həsənəli
- Sultanəli
- Qasımbəy
- Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur. Əlişəkər bəy Baharlının qızı Paşabəyim ilə evlənmişdir.
- Mirzə İbrahim
- Mirzə Yusif (1468–1469) - Uzun Həsən tərəfindən kor edilmişdir. Həsənəlinin ölümündən sonra Pirəli bəy Baharlı tərəfindən müvəqqəti hökmdar elan edilmiş, lakin Uğurlu Məhəmməd tərəfindən 22 oktyabr 1469-cu ildə edam edilmişdir.
- Əbu Səid (1429–1431)
- Qara Məhəmməd (1380–1389)
Oğuz yabquluğu
redaktəŞah Məlik - Əbül-Fəvaris Şahməlik Barani 1041-1042-ci illərdə Xarəzm hökmdarı olmuşdur.
Qütbşahlar qolu
redaktə- Əlvənd – Həmədan hakimi
- Pirqulu bəy – Mirzə Yusif ibn Cahanşahın qızı Xədicə bəyimlə evlənmişdi
- Allahqulu bəy
- Üveysqulu bəy - Məlik Salehin qızı Məryəm xatun ilə evlənmişdi
- Qütbşah Sultanqulu bəy (d. 1456–ö. 2 sentyabr 1543)
- Xütbəddin
- Qütbşah Cəmşidqulu (1543–1550)
- Qütbşah Sübhanqulu (d.1543–ö.1550)
- Qütbşah İbrahim (1550–1580)
- Əbdülqadir
- Hüseynqulu (d. 1560)
- Qütbşah Məhəmmədqulu (1580–1611)
- Həyatbəxş bəyim
- Mirzə Məhəmməd Amin
- Qütbşah Sultan Məhəmməd (1611–1626) - Həyatbəxş bəyimlə evlənmişdi
- Qütbşah Abdullah (1626–1672)
- Bir qız - Qütbşah Əbülhəsən bəy Tana (1672–1687, ö. 1699) ilə evləndi.
- Padişah bibi - Övrəngzebin oğlu Məhəmməd Sultanla evləndi.
- Qütbşah Abdullah (1626–1672)
- Qütbşah Sultan Məhəmməd (1611–1626) - Həyatbəxş bəyimlə evlənmişdi
- Qütbşah Sultanqulu bəy (d. 1456–ö. 2 sentyabr 1543)
- Pirqulu bəy – Mirzə Yusif ibn Cahanşahın qızı Xədicə bəyimlə evlənmişdi
Aud qolu
redaktə- Cahan şah
- Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi.
- Həsən Əli Mirzə
- Mansur Mirzə
- Məhəmməd Qulu bəy
- Mansur Mirzə
- Həsən Əli Mirzə
- Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi.
Məhəmməd Qulu bəy Aud sübəhdarı təyin olunmuşdu.[5] Onun iki oğlu var idi:
- Mirzə Məhəmməd Şəfi xan
- Mirzə Cəfər xan
Mirzə Cəfər xan Aud nəvvabının qızı ilə evlənmişdi və ondan da iki oğlu vardı: Məhəmməd Möhsün xan və Mirzə Məhəmməd Muqim. Mirzə Məhəmməd Muqim daha sonra ilk Aud nəvvabı Bürhanülmülk Səadətəli xan 1739-cu ildə vəfat edəndə yerinə gələcək bacısı-oğlu və eyni zamanda kürəkəni olacaq Mirzə Məhəmməd xan Səfdər Cəng idi.
Hökmdarlar
redaktəQaraqoyunlu sultanları
redaktəŞəkil | Adı | Hakimiyyəti | Qeydlər |
---|---|---|---|
Pirbudaq | 1410-1413 | Nominal hökmdar idi | |
Qara Yusif | 1413-1420 | ||
Qara İsgəndər | 1421-1429
1431-1435 |
||
Əbu Səid | 1429-1431 | ||
Cahanşah | 1436-1467 | ||
Həsənəli | 1467-1468 | ||
II Yusif | 1468-1469 | Uzun Həsən tərəfindən kor edilmişdir. Həsənəlinin ölümündən sonra Pirəli bəy Baharlı tərəfindən müvəqqəti hökmdar elan edilmiş, lakin Uğurlu Məhəmməd tərəfindən 22 oktyabr 1469-cu ildə edam edilmişdir. |
Qütbşahlar
redaktəPortret | Adı | Hakimiyyəti | Qeyd |
---|---|---|---|
Qütbşah Sultanqulu | 1512-1543 | Qara Yusifin oğlu Qara İsgəndərin oğlu Əlvənd mirzənin oğlu Pirqulu mirzənin oğlu Üveysqulu mirzənin oğlu. Anası Həmədanlı Məlik Salehin qızı Məryəm xatun idi.[4] Bundan əlavə Pirqulu mirzənin həyat yoldaşı Xədicə bəyim də Cahanşahın nəvəsi idi. | |
Qütbşah Cəmşidqulu | 1543-1550 | ||
Qütbşah Sübhanqulu | 1550 | ||
Qütbşah İbrahimqulu | 1550-1580 | ||
Qütbşah Məhəmmədqulu | 1580-1611 | ||
Qütbşah Sultan Məhəmməd | 1611-1626 | ||
Qütbşah Abdullah | 1626-1672 | ||
Qütbşah Əbül Həsən Tana | 1672-1686 |
Aud nəvvabları
redaktəPortret | Tacgüzarlıq adı | Şəxsi adı | Doğulduğu il | Hakimiyyəti | Öldüyü il |
---|---|---|---|---|---|
Əbulmənsur Mirzə Məhəmməd xan Səfdər cəng ابو المنصور خان صفدرجنگ |
Məhəmməd Müqim ibn Cəfər ibn Məhəmmədqulu ibn Mansur ibn Həsənəli ibn Pirbudaq ibn Cahanşah | 1708 | 1737–1753 | 1754 | |
Şücaüddövlə شجاع الدولہ |
Şücaüddövlə Heydər xan | 1732 | 1753–1775 | 1775 | |
Asəfəddövlə آصف الدولہ |
Məhəmməd Yahyaəli xan | 1748 | 1775–1797 | 1797 | |
Asəfcah mirzə | Vəzirəli xan وزیر علی خان |
1780 | 1797–1798 | 1817 | |
Yamin əd-Daula | II Səadətəli xan سعادت علی خان |
1752 | 1798–1814 | 1814 | |
Rafaat əd-Daula Padşah-i-Aud |
Əbülmüzəffər Qazüddin Heydər xan غازی الدیں حیدر |
1769 | 1814–1827 | 1827 | |
Nəsrəddin Heydər Şah Cahan ناصر الدیں حیدر شاہ جہاں |
Əbulmənsur Qütbəddin Süleymancah | 1827 | 1827–1837 | 1837 | |
Əbül Fateh Moin əd-Din | Moinüddin Məhəmmədəli şah محمّد علی شاہ |
1777 | 1837–1842 | 1842 | |
Nəcməddövlə Əbül Müzəffər Müsləhəddin | Əmcədəli şah امجد علی شاہ |
1801 | 1842–1847 | 1847 | |
Əbül Mansur Mirzə | Vəcidəli şah واجد علی شاہ |
1822 | 1847–1856 | 1887 | |
Həzrət Mahal Bəyim بیگم حضرت محل |
Məhəmmədi xanım | ' | 1879 | ||
Bircis Qədir برجیس قدر |
Ramazan Əli رمضان علی |
1845–1893 | 1893 |
Hazırda
redaktəAud nəvvabları Qaraqoyunluların davam edən yeganə nümayəndələridir. Son hökmdar Bircis Qədir xan olmuşdur. Bircis Qədir xanın nəvəsi Əncum Qədirin (1921-1997) ölümündən bəri əsas xəttin davamçıları oğulları Yusif Əli mirzə və Bürhan Əli mirzə sayılır. Bundan əlavə Hindistanda "Aud Şahlıq Ailəsi" (ing. the Royal Family of Awadh (RFA) ) kimi bir sıra Qaraqoyunlu sülaləsi üzvlərini birləşdirən təşkilatlar var.[6]Qax rayon Armdulu kənd sakinləri Qara Yusifin soyundadır. Lakin Azərbaycanda Qaraqoyunlu birliyi təşkilatı yoxdur.
İstinadlar
redaktə- ↑ Tarixi-Qütbşahi - Anonim - səh. 2
- ↑ Öztuna, Yımaz, "Devletler ve Hanedanlar, Cilt:1", Kültür Bakanlığı, Ankara (1996), s.760-761
- ↑ Tarixi Türkməniyyə - səh. 24
- ↑ 1 2 The Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10) - V. Minorsky - Vol. 17, No. 1 (1955), səh 71
- ↑ "Safdarjung's Tomb and its surroundings - Delhi Heritage" (PDF). 2022-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-05.
- ↑ "A princess makes the Oudh royals see red - Hindustan Times". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.